Məhkəmə qərarları › İş №2-1(112)-5649/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5649/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5649/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 2700.00 manat, icbari Tibbi Sığorta Fonduna 562.91 manat, İşsizlikdən sığorta fonduna 124.72 manat və dövlət büdcəsinə 680.47 manat ödənilməmiş borclarına görə onun fəaliyyət göstərdiyi ünvan 1-də yerləşən təsərrüfat obyektində siyahıya alınmış 1 ədəd qiyməti 1200.00 manat olan HP markalı Noutbukun və 1 ədəd qiyməti 1500.00 manat Epson 1410 markalı printerin, ümumilikdə 2700.00 manat dəyərində əmlakının ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN:**********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna və dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1 -ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna 3459.94 manat, İcbari Tibbi Sığorta Fonduna 562.91 manat, İşsizlikdən sığorta fonduna 124.72 manat və dövlət büdcəsinə 701.47 manat borclarına görə onun fəaliyyət göstərdiyi ünvan 1-də yerləşən təsərrüfat obyektində 1 ədəd qiyməti 1200.00 manat olan HP markalı Noutbuk və 1 ədəd qiyməti 1500.00 manat Epson 1410 markalı printer, ümumilikdə 2700.00 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********5, **********6, **********4 və **********8 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın 1 vərəqdən ibarət siyahıları əlavə edilmişdir. Protokollar tərtib edilərkən 30 gün müddətində borclar ödənilmədiyi halda, siyahıya alınmış əmlakın Vergi Məcəlləsinin 90.1 -ci maddəsinə əsasən qanunamüvafiq qaydada satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 2700.00 manat, İcbari Tibbi Sığorta Fonduna 562.91 manat, İşsizlikdən sığorta fonduna 124.72 manat və dövlət büdcəsinə 680.47 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1 -ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1 -ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. VM-in 52.3-cü maddəsinə əsasən məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. VM-in 77.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1 -ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Eyni zamanda həmin Məcəllənin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu da, Azərbaycan Respublikasının ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion vəzifə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən «Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur». VM-in 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Qeyd olunmalıdır ki, siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Bakı Apellyasiya və Ali Məhkəmələrinin mövqeyləri də formalaşmışdır.

3. xx.xx.2023-cü il tarixində Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması barədə **********6 nömrəli qərar qəbul edilmişdir.

4. Əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********6 nömrəli protokola əsasən Cavabdeh fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat obyektində siyahıya alınmış 1 vahidinin qiyməti 1200 manat olan 1 ədəd HP markalı Noutbuk və 1 vahidinin qiyməti 1500 manat olan 1 ədəd Epson 1410 markalı printer siyahıya alınmış, fotoşəkilləri siyahıya əlavə edilmişdir.

5. xx.xx.2023-cü il tarixində Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması barədə **********4 nömrəli qərar qəbul edilmişdir.

6. Əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********4 nömrəli protokola əsasən Cavabdeh fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat obyektində siyahıya alınmış 1 vahidinin qiyməti 1200 manat olan 1 ədəd HP markalı Noutbuk və 1 vahidinin qiyməti 1500 manat olan 1 ədəd Epson 1410 markalı printer siyahıya alınmış, fotoşəkilləri siyahıya əlavə edilmişdir.

7. xx.xx.2023-cü il tarixində Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması barədə **********5 nömrəli qərar qəbul edilmişdir.

8. Əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli ********** nömrəli protokola əsasən Cavabdeh fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat obyektində siyahıya alınmış 1 vahidinin qiyməti 1200 manat olan 1 ədəd HP markalı Noutbuk və 1 vahidinin qiyməti 1500 manat olan 1 ədəd Epson 1410 markalı printer siyahıya alınmış, fotoşəkilləri siyahıya əlavə edilmişdir.

9. xx.xx.2023-cü il tarixində Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması barədə **********8 nömrəli qərar qəbul edilmişdir.

10. Əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********8 nömrəli protokola əsasən Cavabdeh fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat obyektində siyahıya alınmış 1 vahidinin qiyməti 1200 manat olan 1 ədəd HP markalı Noutbuk və 1 vahidinin qiyməti 1500 manat olan 1 ədəd Epson 1410 markalı printer siyahıya alınmış, fotoşəkilləri siyahıya əlavə edilmişdir.

11. Vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli, **********6, **********4, **********5 və **********8 nömrəli qərarlar əsasında tərtib edilmiş xx.xx.2023-ci il tarixdə əmlakın siyahıya alınması haqqında protokollar və digər sənədləri vergi ödəyicisi imzalamış, həmin sənədlərin bir nüsxəsi ona təqdim edilmiş və eyni tarixli aktlarla siyahıya alınmış əmlaklar vergi ödəyicisinə məsul saxlanmaya verilmişdir.

12. Şəxsi hesab vərəqəsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə Vergilər üzrə vərəqə üzrə 579,81 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 568,50 manat, İcbari tibbi sığorta üzrə 455,97 manat, xx.xx.2023-cü il tarixə Muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə 2.224,30 manat, Muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) üzrə 102,79 manat məbləğində borcu olduğu qeyd edilmişdir.

13. Cavabdeh tərəfindən vergi borcunun ödənilməsinə dair qəbzlər məhkəməyə təqdim edilmişdir.

14. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan fiziki şəxs Cavabdeh (VÖEN: **********) xx.xx.2024-cü il tarixə **********96 icra vərəqəsi üzrə 522,91 manat, **********94 icra vərəqəsi üzrə 2437,91 manat, **********95 icra vərəqəsi üzrə 124,72 manat, **********04 icra vərəqəsi üzrə 645,47 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır.

15. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

17. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.

18. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.

21. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mübahisəsiz olaraq mövcudluğunun, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir.

22. Beləliklə, məhkəmə müəyyən edir ki, vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə **********96 icra vərəqəsi üzrə 522,91 manat, **********94 icra vərəqəsi üzrə 2437,91 manat, **********95 icra vərəqəsi üzrə 124,72 manat, **********04 icra vərəqəsi üzrə 645,47 manat məbləğində borcu var. Odur ki, qeyd edilən borcun ödənməsi məqsədilə iddia tələbinin təmin edilməsi yolverilən hesab edilməlidir. Məhkəmə bu qənaəti yuxarıda qeyd edilən yanaşmaya uyğun hesab edir (borc mövcuddur, əmlak vergi ödəyicisinə məxsusdur (özünə məsul saxlanmaya verilib və sonuncu tərəfindən qəbul edilib) və borc siyahıya alınmış əmlakın dəyərinə mütənasibdir).

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə fəaliyyət göstərdiyi ünvan 1-də yerləşən təsərrüfat obyektində siyahıya alınmış 1 ədəd qiyməti 1200.00 manat olan HP markalı Noutbuk və 1 ədəd qiyməti 1500.00 manat olan Epson 1410 markalı printer olmaqla, ümumilikdə 2700.00 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar