Məhkəmə qərarları › İş №2-1(112)-5649/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5649/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5649/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunvericiliyin tələblərinə uyğun olaraq 60 yaşı tamam olması ilə əlaqədar ona 03 sentyabr 2022-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmasını xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü, İddiaçı Ucar rayonunda anadan olmuşdur. Onun iş stajı aşğıdakı kimidir: İddiaçı HT-1 ******* saylı 24 avqust 1981ci il tarixli əmək kitabçasına əsasən: 1.Əmək fəaliyyətinə 19 avqust 1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Respublikası Dəmir yol stansiyasında 3-cü dərəcəli istehsalat təcrübəsi keçməsi ilə başlamışdır. (3 ay staj). 2. xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. (1 il 11 ay 03 gün staj). 3.xx.xx.1984-cü ildən xx.xx.1988-ci illərdə Bakı şəhərinin Böyük-Şor stansiyasında növbətçinin köməkçisi. (4 il 5 ay 20 gün staj). 4. xx.xx.1988-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və hal-hazırda Bakı şəhəri Pirşağı dəmir yol stansiyasının növbətçi peşəsində işləmişdir. (36 il staj) İddiaçı digər ******* saylı 09 sentvabr 2006-cı il tarixli əmək kitabçasına əsasən; 1). xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək 5 saylı Dübəndi texniki xidmət məntəqəsinə 3-cü və 4-cü dərəcəli hərəkət heyəti üzrə çilingər vəzifəsində işləmişdir. 2).xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixinədək Dübəndi TMM-in Pirşağı nəzarət məntəqəsində 4-cü dərəcəli hərəkət heyəti üzrə çilingər vəzifəsində işləmişdir. 3). xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək X9 MMC-nin logistika şöbəsinin Pirşağı distribusiya mərkəzinə qatar tərtibatçısı (əvəzçilik üzrə) vəzifəsində işləmişdir. 4). xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək X9 MMC-nin logistika şöbəsi HGC GROUP MMC-nin logistika şöbəsinin Pirşağı distribusiya mərkəzinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə öz xahişii ilə işdən azad edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.1979- xx.xx.1982-ci illərdə Bakı dəmiryol nəqliyyatı texnikumunda təhsil almış və həmin təhsil müəssiəsini müvəffəqiyyətlə bitirmişdir. Cəmi: Beləliklə onun fasiləsiz 45 ildən artıq əmək stajı var. Bir daha bildirilmişdir ki, hal-hazırda da Azərbaycan Dövlət Dəmir Yolu Bakı şəhəri Pirşağı dəmir yol stansiyasının növbətçi peşəsində işləyir. Əmək stajının 13 il 01 ayı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən istehsalat sahəsidir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnsan Resursları Departamentinin verdiyi 13- 1 /2-A-3288/1-42/2024 saylı xx.xx.2024-cü il tarixli Arayışına əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək (7 il 11 ay 22 gün): -onun Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər; -Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda vaqon baxıcısı; -Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda vaqon baxıcısı-təmirçisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Güzəstli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müdafıq olaraq 21.4-cü bəndin 9, 10 və 20-ci abzaslarına uyğundur. “Arkoz X9” MMC-nin X1 Departamentinin şəxsin güzəstli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışına əsasən onun 5 il 1 ay 08 gün Arkoz zavodunda Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi, vaqonların vaqonlara qoşulması və açlkması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya ötürülməsi, çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması, qatarların mənzildə dayanması, və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz basmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi, manevrlərin aparılmasında iştirak edən işçilərin manevr işlərinə rəhbərlik edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24.1-ci bəndinə/(yarımbəndinə) və (və ya) “qatar tərtibçiləri” vəzifə koduna uyğun gəlir. Beləliklə mənim 45 il ümumi əmək stajımın 13 il 01 ayı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən əmək stajıdır. Bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdən yaranmışdır. Ancaq qanunun tələblərini bilmədiyimə görə mən həmin vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna müraciət etməmişdir. Buna baxmayaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən təyin edilməlidir. Belə ki; “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının 54-İİQ saylı 07 fevral 2006-cı il tarixli Qanununun” 9.8-ci maddəsinədə göstərilmişdir ki, Bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Ancaq qanunsuz və əsassız olaraq Mərkəzi Filial 3-17- 1 /2-A-292938/2024 saylı 28.1 1.2024-ci il tarixli məktubla ona imtina cavabı verilmişdir.

3. Cavabdeh tərəfindən iddiçıya ünvanlanan xx.xx.2024-cü il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "Arkoz X9” MMC-nin arayışında xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Həmçinin, 1 yanvar 2006-cı il tarixindən bugünədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2010-cu ilin aprel, 2011-yanvar, 2014-cü ilin iyul, avqust, sentyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmayıb. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrləri (ümumilikdə 5 ay) iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 21 gün (xx.xx.2006-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı M.X4 xx.xx.2024-cü il tarixdə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3- 17-1/2-A-292938/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmadığından güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ- hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "Arkoz X9” MMC-nin ona dair arayışında xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Həmçinin, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2010-cu ilin aprel, 2011 -ci ilin yanvar, 2014-cü ilin iyul, avqust, sentyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrləri (ümumilikdə 5 ay) iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 21 gün (xx.xx.2006-xx.xx.2010-cu il, xx.xx.2010xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavədə göstərilən arayış formasından da aydın olur ki, arayışda vəzifə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarında göstərilən müvafiq bənd və ya yarımbəndə uyğun vəzifə olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən vəzifə, Qanunun 9.1 -ci maddəsinin tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 12 saylı Qərarında qeyd edilən vəzifəylə eynilik təşkil etməlidir. Eyni zamanda iddiaçının işlədiyi peşələrin Siyahıda göstərilən peşələrin adları ilə üst-üstə düşməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vermir. Buna görə də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunauyğun hesab edilməlidir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məlumatın təqdim edilməsi haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş, sığortaolunan, İddiaçı (FİN:xxxxxxx; SSN:**********530) ilə bağlı xx.xx.2025-ci il tarixində 3-17-1/1-12369/2025 nömrə ilə qeydiyyata alınmış xx.xx.2025-ci il tarixli 2- 1(112)-5649/2025 nömrəli sorğunuya aidiyyəti üzrə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. Sorğu ilə əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində mövcud olan İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edilmişdir. Məlumat üçün bildirilmişdir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və diqər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışların əsli iş materiallarına əlavə edilmişdir: - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Dəmir Yolu SSRİ Yollar Nazirliyinin Bakı X7 Texnikumunun arxiv sənədlərinin siyahısına əsasən İddiaçı həqiqətən SSRİ Yollar Nazirliyinin Bakı X7 texnikumunu 1982-ci ildə əyani şöbəsini bitirmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, həqiqətən xx.xx.2019-cu il tarixindən hal-hazıra kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Şəhərətrafı daşımaların Pirşağı stansiyasında növbəli iş rejimində stansiya növbətçisi vəzifəsində işləyir. - “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin S/10 nömrəli xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) “Qatar tərtibatçısı (əvəzçilik üzrə)“ 01 May 2014-cü il tarixindən (işə qəbul Əmr № 44-1 / İR) 07 İyun 2019-cu il tarixindək (işdən azad Əmr № 189 K, işçinin öz xahişi ilə) olan dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 5 (beş) il 1 (bir) ay 8 (səkkiz) gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi, Vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya ötürülməsi. Çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması, Qatarların mənzildə dayanması və ya yollarda dayanan ayn-avrı vaqonların əl tormozları və tormoz başmağları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi, Manevrlərin aparılmasında iştirak edən işçilərin manevr işlərinə rəhbərlik edilməsi Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 21-ci bəndinə görə güzəştli əmək pensiyasına çıxacağına əsas verir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, "xxxx" QSC Yük daşımaları departamentinin Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda iş vaxtı növbəli iş rejiminə müvafiq olmaqla xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək hərəkət heyətinin təmiri üzrə çilingər, xx.xx.2007-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək vaqon müayinəçisi-təmirçisi peşəsində çalışmışdır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, o həqiqətən xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “Azərbaycan Dəmir Yolları “QSC-nin Böyük-Şor stansiyasında,xx.xx.1988- ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə Pirşağı stansiyasında növbəli iş rejirni ilə stansiya növbətçisi vəzifəsində işləmişdir.

7. “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin 60 nömrəli xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanan məktubu ilə İddiaçı əmək müqaviləsinin, vəzifə təlimatının təsdiq edilmiş surəti və 2014-cü ilin iyul-sentyabr aylarında MDSS ödənişləri barədə məlumatlar təqdim edilmişdir: - “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin S/13 nömrəli xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı o həqiqətən xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək “Arkoz X9” MMC-nin (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 24 İyun 2022-ci il tarixli **********316300 nömrəli çıxarışına əsasən “X9” MMC-nin adı “Arkoz X9” MMC olaraq dəyişdirilmişdir) Satış və Marketinq departamenti, Logistika şöbəsinin Pirşağı distribusiya mərkəzində Qatar tərtibatçısı (əvəzçilik üzrə) vəzifəsində işləmiş və 2014-cü ilin iyulsentyabr aylarında əmək haqqısı aşağıdakı kimi olmuşdur. Əsas əmək Cəmi Aylar DSMF Cəmi tutulma Cəmi ödənilən haqqı hesablanmış

İyul 2014 305.00 305.00 9.15 54.90 250.10 Avqust 2014 305.00 305.00 9.15 54.90 250.10 Sentyabr 2014 305.00 305.00 9.15 54.90 250.10 CƏMİ 915.00 915.00 27.45 164.70 750.30 - “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin ”Qatar tərtibatçısının vəzifə təlimatı”: “1. Əmək funksiyaİarı: • Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi. • Vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya ötürülməsi. • Çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması. • Qatarların mənzildə dayanması və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi. • Manevrlərin aparılmasında iştirak edən işçilərin manevr işlərinə rəhbərlik edilməsi.”

8. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir.

9. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

14. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

11. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və 60 yaşdan (xx.xx.2022) güzəştli şərtlərlə pensiya təyin olunmasına dair xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət etmişdir.

15. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.

16. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "Arkoz X9” MMC-nin arayışında xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Həmçinin, 1 yanvar 2006-cı il tarixindən bugünədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2010-cu ilin aprel, 2011-yanvar, 2014-cü ilin iyul, avqust, sentyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmayıb. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrləri (ümumilikdə 5 ay) iş stajına daxil etmək mümkün deyil.

17. Cavabdeh orqan iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (7 il 6 ay 21 gün (xx.xx.2006-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) təşkil etdiyini bildirmişdir.

12. Məhkəmə müəyyən edir ki: - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, həqiqətən xx.xx.2019-cu il tarixindən hal-hazıra kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Şəhərətrafı daşımaların Pirşağı stansiyasında növbəli iş rejimində stansiya növbətçisi vəzifəsində işləyir. - “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin S/10 nömrəli xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) “Qatar tərtibatçısı (əvəzçilik üzrə)“ 01 May 2014-cü il tarixindən (işə qəbul Əmr № 44-1 / İR) 07 İyun 2019-cu il tarixindək (işdən azad Əmr № 189 K, işçinin öz xahişi ilə) olan dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 5 (beş) il 1 (bir) ay 8 (səkkiz) gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi, Vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya ötürülməsi. Çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması, Qatarların mənzildə dayanması və ya yollarda dayanan ayn-avrı vaqonların əl tormozları və tormoz başmağları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi, Manevrlərin aparılmasında iştirak edən işçilərin manevr işlərinə rəhbərlik edilməsi Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 21-ci bəndinə görə güzəştli əmək pensiyasına çıxacağına əsas verir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, "xxxx" QSC Yük daşımaları departamentinin Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda iş vaxtı növbəli iş rejiminə müvafiq olmaqla xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək hərəkət heyətinin təmiri üzrə çilingər, xx.xx.2007-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək vaqon müayinəçisi-təmirçisi peşəsində çalışmışdır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, o həqiqətən xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “Azərbaycan Dəmir Yolları “QSC-nin Böyük-Şor stansiyasında,xx.xx.1988-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə Pirşağı stansiyasında növbəli iş rejimi ilə stansiya növbətçisi vəzifəsində işləmişdir.

13. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

14. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı: 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: qatar tərtibçiləri

15. Məhkəmənin hazırkı mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024 tarixli 2-1(102)-1684/2024 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “... 12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. ...”

16. “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin ”Qatar tərtibatçısının vəzifə təlimatı”: “1. Əmək funksiyaİarı: • Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi. • Vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya ötürülməsi. • Çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması. • Qatarların mənzildə dayanması və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi. • Manevrlərin aparılmasında iştirak edən işçilərin manevr işlərinə rəhbərlik edilməsi.”

17. Məhkəmə hesab edir ki, İddiaçı “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi “qatar tərtibçiləri” vəzifəsinin əmək funksiyaları “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsinə uyğunlaşdırılmasına imkan verir. Belə ki, işəgötürən tərəfindən verilən arayış iddiaçının güzəştli iş stajını təsdiq edir və həmin peşənin qeyd edilən qaydada uyğunlaşdırılmasında dair hər hansı ziddiyyət mövcud deyil.

18. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2014-xx.xx.2019-cü illər (60 yaşının tamam olduğu tarixədək) “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövr zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır.

19. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 7 ay stajı mövcuddur.

18. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.

19. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranmış, hüququnun yarandığı vaxtdan 3 illik müddət ərzində müraciət etdiyi üçün əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.

20. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

21. Məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək bildirir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 12 il 7 ay zərərli və ağır işlərdə stajı mövcud olduğundan fərdi hesabının sığorta hissəsində 2010-cu ilin aprel, 2011-yanvar, 2014-cü ilin iyul, avqust, sentyabr ayları üzrə sığorta ödənişlərinin əks olunması məsələsinin araşdırılması zərurəti yoxdur.

22. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

20. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar