Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5651/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X36) “aparılmış ilkin qeydiyyatlarının və onun nəticəsində verilmiş reyestrdən çıxarışların və plan-ölçü sənədlərinin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X36) “aparılmış ilkin qeydiyyatlarının və onun nəticəsində verilmiş reyestrdən çıxarışların və plan-ölçü sənədlərinin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5061b, 5061v, 5061q, 5061e və 5061d saylı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatların etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-5651/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X36 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiacının nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İddiaçı tərəfəfə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bir daha hüquqi yardım edilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş və məhkəmə iclasında iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5651/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən və Bakı şəhər İcra Hakimiyyəti başçısının 285 saylı xx.xx.2007-ci il tarixli “İstirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisinə icazənin verilməsi haqqında” Sərəncamı və 11/178 saylı ayrıc aktı ilə İddiaçı MMC-yə ayrılmış 101,0 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən və qanunsuz olaraq Ləhiş bağ sahəsi 5061b saylı, 5061v saylı, 5061q saylı, 5061e saylı və 5061d saylı bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində X12-5061v saylı, X4- 5061q saylı və 5061e saylı bağ sahələri, X10- 5051b saylı bağ sahəsinin və X17 5061d saylı bağ sahəsinin adlarına aparılmış ilkin qeydiyyatlarının və onun nəticəsində verilmiş reyestrdən çıxarışların və plan-ölçü sənədlərinin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izhatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından görünür ki, “İstirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2007ci il tarixli 285 saylı Sərəncamı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisi məqsədilə, 101 ha torpaq sahəsi, icarə əsasında, İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 5061b, 5061v, 5061q, 5061e və 5061d saylı torpaq sahələrinə dair aparılmış qeydiyyatları ləğv edilməsini xahiş etmişdir. Həmin məktubda X2, X21, X18, X28 tərəfindən Cəmiyyətə ayrılmış torpaq sahələrinin mübahisəli 0,60 ha hissəsinə qanunsuz olaraq çıxarışlar aldığını və sonradan mübahisəli torpaq sahələrini (hər biri 60000 manata - cəmi 300000 manat) üçüncü şəxs X9 alqı-satqı müqaviləsi əsasında satıldığı qeyd edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı MMC-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr bazasına əsasən sorğuda qeyd edilən torpaq (bağ) sahələri (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5061b, 5061d, 5061e, 5061q, 5061v saylı torpaq sahələrinə dair X7 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri) Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 285 nömrəli sərəncamı əsasında “Nardaran İnvest" MMC-nin istifadəsinə ayrılmış 101 hektar əraziyə dair verilmiş ayrıc aktının hüdudlarında yerləşməklə üst-üstə düşür. İş materiallarından görünür ki, 5061B saylı 0,12 ha ölşüdə olan bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli qərarı əsasında 39 nömrəli X15 Zinodevnaya verimişdir. X6 müraciəti əsasında həmin bağ sahəsi X10 adına keçirilmiş və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 667 saylı Sərəncamı əsasında X19 və İstismarı Birliyi ilə X18 arasında Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5061b saylı 0,12 ha bağ sahəsinin verilməsinə dair 31303 nömrəli müqavilə bağlanılmışdır. İş materiallarından görünür ki, 5061D saylı 0,12 ha ölçüdə olan bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli qərarı əsasında 34 nömrəli X5 verimişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 13 saylı Sərəncamı əsasında X19 və İstismarı Birliyi ilə X29 arasında Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5061d saylı 0,12 ha bağ sahəsinin verilməsinə dair 31336 nömrəli müqavilə bağlanılmışdır. İş materiallarından görünür ki, 5061e saylı 0,12 ha ölçüdə olan bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli qərarı əsasında 35 nömrəli X8 verimişdir. X24 müraciəti əsasında həmin bağ sahəsi X1 adına keçirilmiş və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 13 saylı Sərəncamı əsasında X19 və İstismarı Birliyi ilə X3 arasında Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5061e saylı 0,12 ha bağ sahəsinin verilməsinə dair 31441 nömrəli müqavilə bağlanılmışdır. İş materiallarından görünür ki, 5061q saylı 0,12 ha ölçüdə olan bağ sahəsi X30 verilmişdir. X24 müraciəti əsasında həmin bağ sahəsi X1 adına keçirilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 89 saylı Sərəncamı əsasında X19 və İstismarı Birliyi ilə X3 arasında Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5061q saylı 0,12 ha bağ sahəsinin verilməsinə dair 31407 nömrəli müqavilə bağlanılmışdır. İş materiallarından görünür ki, 5061V saylı 0,12 ha ölçüdə olan bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli qərarı əsasında 40 nömrəli X35 Oleqovnaya verimişdir. X23 müraciəti əsasında həmin bağ sahəsi X12 adına keçirilmiş və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 667 saylı Sərəncamı əsasında X19 və İstismarı Birliyi ilə X18 arasında Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5061V saylı 0,12 ha bağ sahəsinin verilməsinə dair 31302 nömrəli müqavilə bağlanılmışdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının hüquqi marağı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5061b, 5061v, 5061q, 5061e və 5061d saylı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatların ləğv edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən 3.0.4 dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək; 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək, 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək xidmətin vəzifələridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır . Həmin Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş üzrə iddiaçı tərəf mübahisə predmeti olan daşınmaz əmlakın dövlət qeydiyyatına əsas olmuş sənədləri məhkəmə qaydasında mübahisələndirməmiş, reyestr məzmununun qeyri-dəqiq olmasını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. 5061b saylı, 5061v saylı, 5061q saylı, 5061e saylı və 5061d saylı bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat barəsində onun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, çünki iddiaçı həmin qeyydiyyatın məzmununun qeyri-dəqiqliyini sübuta yetirməmişdir. İddiaçı tərəfin iddia ərizəsində istinad etdiyi dəlillər qeydiyyatın məzmunun qeyri-dəqiqli iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyatların və bununla bağlı verilmiş çıxarışların mübahisələndirilməsinə dair iddialar üzrə ilk növbədə mülkiyyətin qeydə alınması üçün əsas olan hüquqvericisənədlər mübahisələndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Yuxarıda qeyd olunan qanunun normalarının dispozisiyaları ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Manafovun şikayəti ilə əlaqədar 13 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, “MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında ozgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə revestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. Konstitusiya Məhkəməsi Plenumunun daha sonra qeyd etdiyi kimi, “rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin”. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd edir ki, yəni reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı mübahisəli bağ sahələrinə dair verilmiş çıxarışların ləğv edilməsini edilməsini xahiş etsə də, sözügedən bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan sərəncamlar və orderlər qüvvədədir. Nə qədər ki, yuxarıda qeyd edilən order və sərəncamlar qüvvədədir, həmin inzibati aktın əsasında aparılmış qeydiyyat və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair çıxarışlar mübahisələndirilə bilməz. Məhkəmə iddia tələbinin “X12-5061v saylı, X4- 5061q saylı və 5061 e saylı bağ sahələri, X10- 5051b saylı bağ sahəsinin və X17 5061d saylı bağ sahəsinin adlarına aparılmış ilkin qeydiyyatlarının və onun nəticəsində verilmiş reyestrdən çıxarışların ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilk öncə mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı mübahisələndirməli və belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı: 1. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı X16 tərəfindən verilmiş iddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5651/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5651/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver