Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5653/2024 06.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinin yaşayış yeri üzrə köçürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (arvadı) X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinin yaşayış yeri üzrə köçürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Lenin Rayon X3 İcraiyyə Komitəsinin (indiki Sabunçu Rayon İH) xx.xx.1989-cu il tarixli, 22/84 saylı qərarına əsasən Zabrat-1 qəsəbəsi, Əliyev küçəsi 6 ünvanda yerləşən yataqxanda 1984-cü il tarixdən fasiləsiz daimi qeydiyyatda olmaqla yaşayan S.M.Kirov adına zavodun işçisi İddiaçı (bundan sonra – iddiaçı) S.M.Kirov adına zavodun müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 77 №-li, xx.xx.1989-cu il tarixli qərarı ilə 4 nəfər ailə üzvü (özü, arvadı və iki uşağı) ilə mənzil qeydiyyatına qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz birinci dərəcəli əlildir. İddiaçı xx.xx.2023-cü il tarixdə nümayəndəsi vasitəsilə ərizə ilə cavabdehə müraciət edərək, mənzil növbəsinin yaşayış yeri üzrə Cavabdehnə köçürülməsini xahiş etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “həmin dövrdə olan qanunvericiliyin tələblərinə əsasən siz işlədiyiniz müəssisənin həmkarlar ittifaqının və rəhbərliyinin birgə qərarı əsasında ştatların ixtisarı ilə əlaqədar işdən çıxmağınız nəzərə alınaraq mənzil növbəniz yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətinə köçürülməli idi. Lakin mənzil növbəniz iş yerindən yaşayış yerinə köçürülməmişdir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lenin Rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 22/84 saylı qərarı ilə qeydə alınmış mənzil növbəsinin yaşayış yeri üzrə köçürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda 1-ci qrup əlildir, sol ayağı amputasiya olunub sağ oynağı açıq əməliyyat olunmuşdur. Əlil arabasına məhkum olunmuşdur. Evin daxili şəraitsizliyindən əziyyət çəkirlər. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı münasibətində bildirmişdir ki, Həsənov iddiaçı Sabunçu RİH-də mənzil növbəsinə dayanmamışdır. Onun mənzillə təmin edilməsi barədə Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, iddiaçı birinci dərəcəli əlilldir. İddiaçı Lenin Rayon X3 İcraiyyə Komitəsinin (indiki Sabunçu Rayon İH) xx.xx.1989cu il tarixli, 22/84 saylı qərarı ilə S.M.Kirov adına zavodun müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 77 №-li, xx.xx.1989-cu il tarixli qərarı ilə 4 nəfər ailə üzvü (özü, arvadı və iki uşağı) ilə mənzil qeydiyyatına alınmışdır. İddiaçı bu əsasla mənzil növbəsinin yaşayış yeri üzrə Cavabdehnə köçürülməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə həmin dövrdə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçının mənzil növbəsinin iş yerindən yaşayış yerinə köçürülmədiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə alınma hüququnun olması işin mübahisələndirilməyən halıdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hər hansı daşınmaz əmlak yoxdur. Həmçinin iddiaçı 1984-cü ildən, həyat yoldaşı 2005-ci ildən Bakı şəhərində pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir; 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Bakı Şəhər X3 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır; 8-ci bəndinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Baxılan işdən iddiaçının iş yeri üzrə mənzil uçotuna alınması işin mübahisələndirilməyən halıdır. İddiaçının mənzil uçotuna alınması barədə Lenin Rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 22/84 saylı qərarı ləğv edilməmiş, dəyişdirilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmiş və öz qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı iş yeri üzrə mövcud olan mənzil uçotunun yaşayış yeri üzrə köçürülməsidir. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: 13-cü maddəsinə əsasən, mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar bir qayda olaraq yaşayış yeri üzrə rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələrində uçota alınırlar. 14-cü maddəsinə əsasən, mənzil fonduna malik olan müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən vətəndaşlar mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna iş yerində götürürülürlər, arzu etdikdə isə onlar yaşayış yerində də uçota götürülə bilərlər. 31-ci maddəsinə əsasən, iş yerində mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotunda duran vətəndaşlar, müəssisənin, idarənin və ya təşkilatın başqa yerə köçürüldüyü, ləğv edildiyi, işçilərin sayına və ştatların ixtisarına salındığı, səhhətinin həmin işi davam etdirməyə imkan vermədiyi, əvvələr bu işi yerinə yetirmiş fəhlə və ya qulluqçunun işə bərpa olunduğu hallarda başqa müəssisəyə, idarəyə, təşkilata işləməyə keçirildikdə, işdən azad ediləndə onu onun yeni işə daxil olduğu müəssisə, idarə, təşkilat mənzil fonduna malikdirsə uçotunu yeni iş yerinə, yaxud rayon xalq deputatları Sovetlərinin icraiyyə komitəsində yaşayış yerinə köçürülə bilər. Bu hallarda onların əvvəlki iş yerlərindəki uçotu saxlanılır. Göründüyü kimi, mənzil fonduna malik olan müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən vətəndaşlar mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna iş yerində götürürülürlər, arzu etdikdə isə onlar yaşayış yerində də uçota götürülə bilərlər. Həmçinin idarənin ləğvi və ya işçilərin sayına və ştatların ixtisarına salınması halında iş yeri üzrə uçotun yaşayış yeri üzrə köçürülməsi imkanı qanunvericilikdə təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən qaydalarda, həm də öhdəliyin icrası haqqında hazırkı iddia növü iddiaçının hazırkı tələblə cavabdehə və məhkəməyə uzun müddətdən sonra müraciət etməsi üçün hər hansı bir müddət məhdudiyyəti nəzərədə tutulmamışdır. Ona görə də, iddiaçının işdən çıxdığı vaxta onun uçotunun yaşayış yeri üzrə köçürülməməsi, iddiaçının hazırda belə bir tələblə cavabdehə və məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin İddiaçı Lenin Rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 22/84 saylı qərarı ilə qeydə alınmış mənzil növbəsinin yaşayış yeri üzrə köçürülmə öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5653/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5653/2024
06.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver