Məhkəmə qərarları › İş №2-1(112)-5660/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5660/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5660/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – iqtisadçı, işləmir), iddiaçının nümayəndəsi, vəkili X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 18 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, vəkil işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “18.09.1984-cü ildən 29.01.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, 29.01.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Ararsənaye Komitəsində iqtisadçı, 03.05.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, 17.04.1989cu ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzinə 1-ci dərəcəli iqtisadi vəzifələrində, 07.03.1991ci ildən 20.12.2002-ci ilədək X3 böyük dövlət vergi müfəttişi vəzifəsində işlədiyi 18 ildən artıq müddəti nəzərə alaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “18.09.1984-cü ildən 29.01.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, 29.01.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Ararsənaye Komitəsində iqtisadçı, 03.05.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, 17.04.1989-cu ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzinə 1-ci dərəcəli iqtisadi vəzifələrində, 07.03.1991-ci ildən 20.12.2002-ci ilədək X3 böyük dövlət vergi müfəttişi vəzifəsində işlədiyi 18 ildən artıq müddəti nəzərə alaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1956-ci ildə doğulmuşdur. 2021-ci ilin 3 mart tarixində 65 yaşı tamam olmaqla onun pensya hüququ yaranmışdır. Dövlət təşkilatlarında 18 ildən artıq əmək fəaliyyətini nəzərə alaraq, həmin tarixdən dövlət qulluqçusu kimi təqaüdə çıxmağına köməklik göstərilməsi üçün 15.02.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25.02.2021-ci il tarixli "Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” cavab məktubunda göstərilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (10 il 2 ay 9 gün) təşkil etdiyinə görə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı hesab edir ki, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə cavabdehin dəlilləri qanunsuz və əsassızdır. Belə ki, onun dövlət qulluğunda işlədiyi müddət 18 ildən çoxdur və "Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanunun 20.11.1-ci maddələrinə və "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, iddiaçı 18.09.1984-cü ildən 29.01.1986-cı ilədək Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, 29.01.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləgv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsində iqtisadçı, 03.05.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, 17.04.1989-cu ildən 05.03.1991-ci ilədək köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzində 1-ci dərəcəli iqtisadçı vəzifələrində işləmişdir. 07.03.1991-ci ildə Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib vəzifəsinə təyin olunmuş və 20.05.1996-cı ildə Vergi sisteminə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur. 10.06.1996-cı ildə Abşeron rayonu üzrə X3 dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuş və 08.09.1999-cu ildən müvafiq əmrə əsasən Binəqədi rayonu üzrə X4 böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuşdur. Daha sonra 20.03.2000-ci ildən Nizami rayon üzrə Vergilər İdarəsinin Nəzarət Şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsnə təyin olunmuş və 20.12.2002-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının dövlət qulluğundakı iş stajı 15 ildən az təşkil edir. İddiaçının işlədiyi olduğu peşələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dən dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə siyahıdakı peşələrlə tam uyğunluq təşkil etmir. İddiaçı siyahının 1.5 və 1.8-ci bəndlərində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında və rayon aqrar-sənaye birliklərinin aparatında olan peşələrə istinad etsə də, öz əmək fəaliyyətini həmin aparatlarda həyata keçirməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndəsini göndərməmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, onun nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və təqdim edilmiş etirazı nəzərdən keçirərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. **********476 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı sosial sığorta haqqlarının ödəyicisidir. İddiaçının əmək kitabçasına əsasən onun 1973-cü ildən əmək fəaliyyəti olmuş, 18.09.1984-cü ildən 29.01.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, 29.01.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Ararsənaye Komitəsində iqtisadçı, 03.05.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış iqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, 17.04.1989-cu ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzinə 1-ci dərəcəli iqtisadi vəzifələrində işləmiş, 07.03.1991-ci ildə Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib vəzifəsinə təyin olunmuş və 20.05.1996-cı ildə başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş, 10.06.1996-cı ildə Abşeron rayonu üzrə X3 Dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuş və 08.09.1999-cu ildən 02.03.2000-ci ilədək Binəqədi rayonu üzrə X4 böyük dövlət vergi müfəttişi vəzifəsində işləmiş, 31.01.2001-ci ildən 20.12.2002-ci ilədək Nizami rayon üzrə Vergilər idarəsinin nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25.02.2021-ci il tarixli məktubunda iddiaçıya bildirilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət quluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi, sizin dövlət qulluğunda iş stajınız 15 ildən az (10 il 2 ay 9 gün) təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Həmin Qanunun 20.11-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilmiş normalarda dövlət qulluqçusunun statusunun tənzimlənməsinin “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilməsi göstərilmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunla Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər tənzimlənir. İddiaçının iddia tələbi ilə bağlı öncədən, onun dövlət qulluqçusu statusuna malik olub-olmaması, yəni əmək kitabçasına əsasən tutduğu vəzifələrin inzibati və ya yardımçı vəzifələrin olub-olmaması müəyyən edilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Həmin Qanunun 11.4-cü maddəsinə əsasən, dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri Ali - 5-ci kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq, təminedici və yardımçı kimi təsnifləşdirilir.Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qeyd: 11-ci maddədə “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. Həmin Qanunun 12-ci maddəsində göstərilmişdir: ”12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir. 12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29.12.2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərman ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu” nun 1.1-ci bəndinə əsasən, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrinin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxildir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 17.04.1989-cu il tarixdən 07.03.1991-ci il tarixədək işlədiyi Azəraqrarsənaye məlumat və təbliğat mərkəzi dövlət orqanının tabeliyində olan qurum olsa da, dövlət orqanı deyil. Bu səbəbdən də bu qurumda işlədiyi dövr dövlət qulluğu sayıla bilməz. İddiaçının 18.09.1984-cü ildən 29.01.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, 29.01.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Ararsənaye Komitəsində iqtisadçı, 03.05.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, 07.03.1991-ci ildən 20.05.1996-cı ilədək Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib (mütəxəssis), 10.06.1996-cı ildən 20.12.2002-ci ilədək X3 böyük dövlət vergi müfəttişi vəzifələrində işlədiyi dövrlər dövlət qulluğu olmaqla əmək pensiyasının təyin edilməsində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia tələbi qismən təmin edilərək 18.09.1984-cü ildən 29.01.1986cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, 29.01.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Ararsənaye Komitəsində iqtisadçı, 03.05.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, 07.03.1991-ci ildən 20.05.1996-cı ilədək Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib (mütəxəssis), 10.06.1996-cı ildən 20.12.2002-ci ilədək X3 böyük dövlət vergi müfəttişi vəzifələrində işlədiyi 15 ildən artıq müddəti nəzərə alaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan- Azəraqrarsənaye məlumat və təbliğat mərkəzində işlədiyi müddətin nəzərə alınması - hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 18.09.1984-cü ildən 29.01.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, 29.01.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Ararsənaye Komitəsində iqtisadçı, 03.05.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, 07.03.1991ci ildən 20.05.1996-cı ilədək Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib (mütəxəssis), 10.06.1996-cı ildən 20.12.2002-ci ilədək X3 böyük dövlət vergi müfəttişi vəzifələrində işlədiyi 15 ildən artıq müddəti nəzərə alaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ( Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulsun. İddia tələbi qalan (Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azəraqrarsənaye məlumat və təbliğat mərkəzi işlədiyi müddətin nəzərə alınması) hissədə təmin ediməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar