Məhkəmə qərarları › İş №2-1(112)-5661/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5661/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5661/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin Ə209 ş/h- 033-19 nömrəli, 31.05.2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və işləmədiyi dövr üçün pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin Ə209 ş/h-033-19 nömrəli, 31.05.2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və işləmədiyi dövr üçün pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 28.04.2005-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində polis nəfəri kimi xidmətə başlamışdır. 31.05.2019-cu il tarixli əmrlə xidmətdən xaric edildiyi günə qədər işində heç bir qüsura yol vermədən, heç bir töhmət, xəbərdarlıq və digər intizam tənbehi almadan xidmət etmişdir. Hətta xidmət etdiyi müddətdə bir neçə dəfə təşəkkürnamə və digər mükafatlar almışdır. 2019-cu ilin əvvəllərindən onun barəsində daxili təhqiqat başlanmış vı bir müddət araşdırma getmişdir. Daxili təhqiqatlar əsasında iddiaçıya konkret olaraq nədən şübhələndiklərini dəqiq bildirilməmişdir. Bu əsnada iddiaçının anası X2, həyat yoldaşı X3 və digər yaxın tanışlarından izahat almışdırlar. Hətta araşdırma gedişində iddiaçının şəxsi həyatına dair məlumatlarla onu şantaj etmək hədəsi də olmuşdur. Yalnız daxili təhqiqatın sonunda və şifahi şəkildə ona bildirilmişdir ki, xidmətdə olduğu zaman kimlərləsə (ona məlum olmayan şəxslər) “qanunsuz sövdələşməyə” girmiş və polis adına ləkə gətirən hərəkətlərə yol vermişdir. İddiaçının kimlərləsə sövdələşməyə girməyi xidmətin təşkili və nəzarət mexanizmləri səbəbindən qeyri-mümkündür. Belə ki, polis nəfəri olaraq iddiaçı heç vaxt tək xidmət aparmamışdır, hər zaman onlara təhkim edildiyi əraziyə ən azı iki polis nəfəri olaraq çıxırdılar və növbəli xidmət aparırdılar. Bu vəziyyətdə isə iddiaçının təkbaşına hansısa qanunsuzluq etməyi və qərar qəbul etməyi mümkün deyildir. Onun fəaliyyəti müntəzəm olaraq yuxarı rəislər tərəfindən yoxlanılıb və xidmət kitabçasında hər gün üzrə yoxlamalar imzalanmaqla təsdiq edilib və həmin müddətdə də onun barəsində hər hansı təqdimat və şikayət daxil olmamışdır. Onun və digər post-patrul xidməti aparan polis nəfərinin hansısa qərar qəbul etmək, kiminləsə sövdləşməyə girib hansısa şəxsə imtiyaz təqdim etmək kimi səlahiyyəti yoxdur. Post-patrul xidməti yalnız onlara təhkim edilmiş ərazidə fasiləsiz müşahidələr aparmaqla qanunsuzluqlar barədə həmin əraziyə məsul olan sahə müvəkkilinə xəbər verə bilər və ən yaxşı halda sahə müvəkkili vəzifəli şəxs olaraq hansısa qərar qəbul edə bilər. 31.05.2019-cu il tarixdən sonra ona şifahi şəkildə bildirildi ki, xidmətdən polis adına ləkə gətirən hərəkətə yol verməyi səbəbindən xaric edilmişdir. Lakin nə qədər tələb etsə də əmri ona rəsmən təqdim etmədilər. Əmrin verilməməsinə görə isə onun məhz hansı əsasla və nə səbəbə işdən azad edilməyi uzun zaman (təqribən 2 ilə yaxın müddətdə) ona naməlum qalmışdır. Hətta bu hallara görə o dəfələrlə X7 və Nazirliyin digər vəzifəli şəxslərinə xidmətə bərpa olunmaq üçün (çünki əmr ona təqdim edilmədiyindən məsələni hələ ki, mübahisələndirmək istəmir və mübahisəni sülh yolu ilə həll etmək isdəyirdi) şəxsən yazılı müraciətlər etmişdir. Hər dəfəsində də eyni məzmunlu cavab verilirdi, lakin məhz əmrin surəti ona təqdim edilmirdi. Əmrin surətini təkidlə istəyəndən sonra isə ona yazılı və şifahi formada bildirilirdi ki, əmrin surətinin alınması üçün məhz X8 Alayına gəlməyi vacibdir. Yəni, hər vəchlə əmrin surəti ona verilmirdi. Dəfələrlə yazılı tələbindən sonra 31.05.2019-cu il tarixli əmrin surəti 12.03.2021-ci il tarixdə poçtla rəsmi qaydada ona təqdim edildi. Həmin Əmrdə iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət törətdiyinə görə) xidmətdən xaric edilməyini görmüşdür. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, Daxili İşlər Nazirliyinin X8 Alayının 5-ci patrul Bölüyünün polis nəfəri İddiaçı korrupsiya hüquqpozmalarına və polis adına ləkə gətirən digər hərəkətlərə yol verməsi, özünün ailəli və himayəsində iki azyaşlı övladının olmasına baxmayaraq vətəndaş Zərifə Adıgözəlova ilə əxlaq normalarına zidd münasibətlər qurması barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında 2019-cu ilin may ayında xidməti təhqiqat aparılmışdır. Araşdırmalar nəticəsində Daxili İşlər Nazirliyinin X8 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri İddiaçı ayrı-ayrı vaxtlarda şəxsi marağı müqabilində vətəndaş O.Hüseynov və E.Nəzərov qanunsuz küçə tiracətilə məşğul olmalarına şərait yaratdığına, gül satışı ilə məşğul olması müqabilində 06.03.2019-cu il tarixində vətəndaş N.Manafovla şəxsi marağından irəli gələn mövzuda danışıqlar apardığına, rəsmi nikahda olmasına baxmayaraq vətəndaş Z.Adgözəlova ilə etik davranış qaydalarına zidd münasibətlər qurduğuna, habelə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Qeyd olunan əmr (Daxili İşlər Nazirliyinin 27.05.2019-cu il tarixli Ə416-001-19 nömrəli) 31.05.2019-cu il tarixdə alayının şəxsi heyətinə və həmin tarixdə özünün iştirakı ilə 5-ci patrul bölüyünün əməkdaşlarına elan olunmuşdur. Həmçinin, sabiq polis əməkdaşı İddiaçı 2005-ci ildən 2019-cu ilədək DİO-da xidmət etmiş, xidmət dövründə 46 dəfə mükafatlandırılmış, 2 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı iddia ərizəsindən göründüyü kimi onun əsas tələbi daxili işlər orqanlarında xidmətdən xaric olması haqqında Daxili İşlər Nazirliyinin Ə209 ş/h-033-19 nömrəli, 31.05.2019-cu il tarixli əmrin ləğv edilməsindən ibarətdir. İddia mübahisələndirmə növünə aiddir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Daxili Təhqiqatlar İdarəsinin İddiaçı ünvanlanmış 17.12.2019-cu il tarixli məktubunda göstərilmişdir: “ Daxili işlər orqanlarında xidmətdən əsassız xaric olunmağınız və yenidən xidmətə qəbul olunmanıza köməklik göstərilməsi barədə DİN rəhbərliyinə ünvanladığınız eyni məzmunlu müraciətlərinizə baxılmışdır. Bildirilir ki, DİN-in X8 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edərkən yol verdiyiniz ciddi nöqsanlara görə DİN-in müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmisiniz Barənizdə qəbul edilmiş qərar əsaslıdır və onun dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir, narazı qaldığı halda məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır.” İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Daxili Təhqiqatlar İdarəsinin İddiaçı ünvanlanmış 16.12.2020-ci il tarixli, 023-69257M-4220 nömrəli məktubunda göstərilmişdir:” Daxili işlər orqanlarında xidmətə bərpa edilməyiniz barədə 05.12.2020-ci il tarixdə elektron poçt vasitəsi ilə Nazirliyə daxil olmuş müraciətinzə baxılmışdır. Müəyyən edilmişdir ki, DİN-in X8 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edərkən yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Nəzərinizə çatdırılır ki , qəbahətləriniz baxımından daxili işlər orqanlarında xidmətə yenidən qəbul olunmağınız Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən məqsədəuyğun sayılmamışdır.” İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilimiş məktublardan göründüyü kimi, İddiaçı onun barəsində cavabdehin verdiyi 27 may 2019-cu il tarixli əmr barədə 2019-cu ilin dekabr ayında məlumatlı olmuşdur, məhkəməyə isə iddiaçı 09 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda İddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 30 gün müddət üzrsüz səbəbdən buraxılmışdır. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ə209 ş/h-033-19 nömrəli, 31.05.2019-cu il tarixli əmrinin mübahisələndirilməsi üçün Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət buraxıldığından və iddia tələbinin qalan hissəsi isə həmin əmrinin nəticəsi ilə bağlı olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin Ə209 ş/h-033-19 nömrəli, 31.05.2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və işləmədiyi dövr üçün pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin Ə209 ş/h-033-19 nömrəli, 31.05.2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və işləmədiyi dövr üçün pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar