Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5662/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə xx.xx.2019-cu il tarixdə edilmiş dəyişiklik - hakimlərə məzuniyyətə çıxarkən məzuniyyət haqqının verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 468 nömrəli Qərarına əsasən xx.xx.2019-cu il tarixdən verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə zidd olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən xx.xx.2010-cu ildən xx.xx.2017-ci ilə kimi olan dövrə görə ona məzuniyyət haqqının verilməsi, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə kimi X1 İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsində, xx.xx.2011-ci ildən xx.xx.2017-ci ilə kimi Cəlilabad Hərbi Məhkəməsində hakim vəzifəsində işlədiyi dövrə görə ona məzuniyyət haqqının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 2000-2010-cu illərdə X1 İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsində, 2011-ci ildən xx.xx.2017-ci ilə kimi isə Cəlilabad Hərbi Məhkəməsində hakim vəzifəsində işləmişdir, pensiya yaşına çatmağı ilə əlaqədar hakim kimi fəaliyyətinə xitam verilmişdir. xx.xx.2010-cu ilə qədər qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin İ hissəsinin ikinci cümləsində hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilməsi göstərilmişdi. xx.xx.2010-cu il tarixdə həmin Qanunun 107-ci maddəsində dəyişiklik edilmiş, 107-ci maddənin İ hissəsinin ikinci cümləsində “iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir” sözləri “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmiş, məzuniyyət haqqının verilməməsi göstərilməmişdir. Qanunda bu dəyişiklik ediləndən sonra bəzi məhkəmələrdə (Sumqayıt Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində) məzuniyyətə çıxan hakimlərə məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilmiş, birinci instansiya məhkəmələri hakimlərinə isə məzuniyyət haqqı ödənilməmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin İ hissəsinin İİ cümləsi aşağıdakı redaksiyada verilmişdir: “hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və 2 aylıq əmək haqqı məbləğində müavinət verilir”. Beləliklə xx.xx.2010-cu ildən xx.xx.2019-cu il tarixə kimi “Məhkəmlər və hakimlər haqqında” Qanunun 107-ci maddəsində “hakimlərə məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində müavinətin verilməsi”nin qeyd edilməsi məzuniyyət haqqının verilməməsi anlamını vermir, məzuniyyət haqqı məzuniyyətə çıxan hakimlərə verilməlidir və Qanuna edilmiş sonuncu dəyişiklik bu məsələyə aydınlıq gətirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göstərilənləri nəzərə alaraq 2011-2017-ci illərdə - xx.xx.2010-cu ildən xx.xx.2017-ci ilə kimi X1 İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsində və Cəlilabad Hərbi Məhkəməsində hakim vəzifəsində işlədiyi müddətlərdə ödənilməmiş məzuniyyət haqqının ona ödənilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar ona göndərilmiş cavabda hakimlərə məzuniyyət haqqının “Məhkəmələr və hakimlər haqqında” Qanuna xx xxxx 2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən 2019-cu ilin sentyabr ayının 1-dən verilməsi qeyd edilməklə ona məzuniyyət haqqı verilməsindən imtina edilmiş, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdehə ünvanladığı müraciətində qeyd etdiyi kimi, xx.xx.2010-cu il tarixə qədər “Məhkəmlər və hakimlər haqqında” Qanunun 107-ci maddəsində hakimlərə məzuniyyətə çıxdıqları vaxt məzuniyyət haqqının miqdarı hakimlərin iki aylıq vəzifə maaşı məbləğində göstərilmişdi. xx.xx.2010-cu il tarixdə həmin Qanunun 107-ci maddəsində dəyişiklik edilmiş, 107-ci maddənin İ hissəsinin ikinci cümləsində “iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir” sözləri “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmiş, məzuniyyət haqqının verilməməsi göstərilməmişdir. Əgər həmin dəyişiklik “iki əmək haqqı məbləğində məzuniyyət haqqı verilir” sözləri ilə əvəz edilmiş olsaydı, məzuniyyət haqqı tələbi əsassız olardı. Lakin dəyişiklik edilərkən məzuniyyət haqqının verilməməsi qeyd edilməmişdir və bəzi məhkəmələr tərəfindən (Sumqayıt Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi) düzgün olaraq məzuniyyətə çıxan hakimlərə məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilmişdir. Qanunda olan bu boşluğa, qeyri-müəyyənliyə, maddənin müxtəlif cür təsvir olunmasına, nəhayət xx.xx.2019-cu il tarixdə “Məhkəmlər və hakimlər haqqında” Qanunun 107-ci maddəsində hakimlərə məzuniyyətə çıxarkən məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilməsinin qeyd edilməsi ilə son qoyulmuşdur. Bundan əlavə, “Məhkəmlər və hakimlər haqqında” Qanunun 107-ci maddəsində edilmiş dəyişikliyin - hakimlərə məzuniyyətə çıxdıqda məzuniyyət haqqının da verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 07 oktyabr tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”na uyğun olaraq xx.xx.2019-cu ildən verilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir. Hakimlərə məzuniyyət haqqının xx.xx.2019-cu il tarixdən verilməsi Konstitusiyaya zidd olduğundan xx.xx.2019-cu il tarixdən əvvəl də məzuniyyət haqqı almamış hakimlərə də məzuniyyət haqqı verilməlidir. Beləliklə, xx.xx.2010-cu ildə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 107-ci maddəsinə dəyişiklik edilərkən hakimlərə məzuniyyətə çıxarkən iki əmək haqqı məbləğində müavinət verilməsini qeyd edərkən, məzuniyyət haqqının verilib-verilməməsinə aydınlıq gətirilməməsi, bəzi məhkəmələrin hakimlərə məzuniyyət haqqını verməsi, nəhayət xx.xx.2019-cu il tarixə göstərilən qanunun 107-ci maddəsinə dəyişiklik etməklə bu məsələyə aydınlıq gətirilməsi, hakimlərə xx.xx.2010-cu ildən məzuniyyətə çıxarkən məzuniyyət haqqının verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydas”na uyğun olaraq məzuniyyət haqqının xx.xx.2019-cu il tarixdən verilməsi barədə qərar Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə ziddir, həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, xx.xx.2010-cu ildən sonra xx.xx.2019-cu il tarixə kimi məzuniyyətə çıxmış hakimlərə də tətbiq edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli 03/12-977 nömrəli məktubda qeyd olunur: Vətəndaş İddiaçı müraciətində qaldırılan məsələ ilə bağlı bildiririk ki, “Məhkəmələr və hakimlər haqqında" Qanuna xx xxxx 2019-ci il tarixdə edilmiş dəyişikliyə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı 2019-cu il sentyabr ayının 1-dən etibarən verilir. Sözügedən məzuniyyət haqqı isə Qanunun 107-ci maddəsinin birinci hissəsinə əsasən Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası"na uyğun olaraq ödənilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kadrlar idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 06/22-13 nömrəli məktubda qeyd olunur: Sizin hakimlərə məzuniyyət haqqının verilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2000-2011-ci illərdə X1 İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, 2011-2017-ci illərdə isə Cəlilabad Hərbi Məhkəməsinin hakimi vəzifələrində çalışmış, 2017-ci ilin aprel ayında son yaş həddinə çatmağınız nəzərə alınaraq hakimlik səlahiyyətlərinizə xitam verilmişdir. Bildiririk ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” xx.xx.2019cu il tarixli Qanunla “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin birinci hissəsi yeni redaksiyada verilmiş (“Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”) və qeyd olunan dəyişikliklərin 2019-cu il sentyabrın 1-dən qüvvəyə mindiyi öz əksini tapmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası qanununun 1.2-ci maddəsinə əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilmişdir və həmin hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir: “Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nın 1.1-i bəndinə əsasən bu Qayda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və hakimlərə məzuniyyət haqqının hesablanması qaydasını müəyyən edir. Həmin qərarın 2-ci bəndinə əsasən bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 2000-2011-ci illərdə X1 İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, 2011-2017-ci illərdə isə Cəlilabad Hərbi Məhkəməsinin hakimi vəzifələrində çalışmış, xx.xx.2017-ci ildə son yaş həddinə çatması nəzərə alınaraq hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə kimi X1 İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsində, xx.xx.2011-ci ildən xx.xx.2017-ci ilə kimi Cəlilabad Hərbi Məhkəməsində hakim vəzifəsində işlədiyi dövrə görə ona məzuniyyət haqqının verilməsini tələb edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqının verilməsini nəzərdə tutan dəyişikliklər xx.xx.2019-cu ildə edilmişdir və həmin dəyişikliklər 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. İddiaçının isə xx.xx.2017-ci ildə hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının hakim kimi fəaliyyətdə olduğu dövrdə məzuniyyət haqqının verilməsini nəzərdə tutan qeyd olunan normalar qüvvədə olmamış, iddiaçının hakimlik fəaliyyətinə xitam verildikdən sonra qanunvericiliyə qeyd olunan dəyişikliklər edilmiş və hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqının verilməsi tətbiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının hakim kimi fəaliyyətdə olduğu dövrdə məzuniyyət haqqının verilməsini nəzərdə tutan qeyd olunan normalar qüvvədə olmadığı, iddiaçının hakim kimi fəaliyyətdə olduğu dövrdə məzuniyyətlə əlaqədar bütün ödənişləri aldığı üçün, öz növbəsində iddiaçının hakimlik fəaliyyətinə xitam verildikdən sonra hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqının verilməsini nəzərdə tutan normalar qanunvericiliyə əlavə edildiyi və məzuniyyət haqqı məhz işləyən hakimlərə məzuniyyətə çıxdığı vaxt verilən ödəniş olduğu üçün hazırki iddia tələbi ilə əlaqədar olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5662/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5662/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver