Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5663/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X1 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ X3 xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməsi barədə arayışın verilməsi” tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, əri X3 xidməti vəzifəsinin icrası ilə bağlı etməsi barədə arayış verilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Nərimanov RPİ-nin 18-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyən əri X9 xx xxxxxx 2019-cu il tarixdə 18-ci PŞ-də növbətçi əməliyyat qrupunda xidməti vəzifəsini icra etmiş, saat 07:30 radələrində özünü pis hiss etdiyindən dəvət edilmiş X7 Yardım Məntəqəsinin əməkdaşları tərəfindən 18-ci PŞ-nin inzibati binasında xidməti otağından əvvəlcə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya, daha sonra isə X17 aparılmış və orada kəskin metil zəhərlənməsi diaqnozu ilə vəfat etmişdir. Dəfələrlə DİN-nə müraciət etmiş, lakin oqran tərəfindən əri Bayramovun xidməti vəzifəsini icra edərkən vəfat etməsi barədə arayış verilmədiyindən onun himayəsində olan azyaşlı uşaqlarına birdəfəlik icbari dövlət sığorta ödənişlərinin verilməsi və ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsini həll edə bilmir. DİN-dən daxil olmuş məktubda ərinin metil spirti ilə zəhərlənməsi nəticəsində ölməsi müəyyən edildiyindən onun ölmünün xidməti vəzifəsinin icrası ilə bağlı hesab edilmədiyi göstərilmişdir. Həyat yoldaşı xx xxxxxx 2019-cu il tarixdə qanunla fəaliyyət göstərməsinə və spirtli içki satmasına icazə verilmiş Bakı şəhərinin ən prestijli restoranlarından biri sayılan “Baku Siti” adlanan restoranda öz dostu ilə yemək yeyərkən restoran işçilərinin zəhərli olduğunu bildikləri halda qəsdən verdikləri saxta spirtli içkidən az miqdarda qəbul etmiş, xx xxxxxx 2019-cu il tarixdə əməliyyat qrupunun tərkibində xidməti vəzifəsini icra etmişdir. Həmin vaxt o işə getməyib evdə qalsa idi, müalicəsi ilə məşğul olmaq olardı.Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı iddia ərizəsində mərhum həyat yoldaşı Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Sərxan Bayramovun xx.xx.2019-cu il tarixdə polis şöbəsində növbətçi əməliyyat qrupunda xidməti vəzifəsini icra edərkən saat 07:30 radələrində özünü pis hiss etdiyindən TTYX əməkdaşları tərəfindən əvvəlcə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya, daha sonra X17 aparılmasını və orada kəskin metil zəhərlənməsi diaqnozu ilə vəfat etməsini, bununla bağlı S.Bayramovun xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməsi barədə arayışın verilməsini göstərmişdir.Vətəndaş İddiaçı iddiası göstərilənlərə əsasən təmin edilməyərək rədd olunmalıdır: xx.xx.2019-cu il tarixdə oğlu S.Bayramovanın xidmətdə olarkən özünü pis hiss etməsi və nəticədə X16 ölməsi, xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməsi haqqında arayış verilməsi barədə vətəndaş Niyazi Bayramovun, RPİ-yə daxil olmuş eyni məzmunlu müraciətləri ilə bağlı Nərimanov RPİ-nin rəisi polis polkovniki Vaqif Müslümovun DİN-in rəhbərliyinə ünvanladığı raport əsasında cari ilin mart ayında aparılmış xidməti təhqiqatla müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə saat 09:00 Nərimanov RPİ 18-ci PŞ-nin baş əməliyyat müvəkkili Sərxan Bayramov əməliyyat qrupunun rəhbəri kimi xidmətə başlanmış, xx.xx.2019-cu il tarixdə saat 07:40 radələrində səhhətində yaranmış narahatçılıqla bağlı polis şöbəsinə Bakı şəhər TTYS-nin həkim briqadası çağırılmış, polis baş leytenantı S.Bayramovun müayinəsi zamanı sonuncuya “Naməlum etioloqiyalı hipotonik vəziyyət. Kəskin qarın” diaqnozu qoyularaq müvafiq tibbi yardım göstərildikdən sonra əvvəlcə 5 saylı X10 hospotalizasiya edilmişdir. Sonradan S.Bayramov “metil spirti ilə zəhərlənmə” diaqnozu ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılmış və həyata keçirilmiş müalicə tədbirlərinə baxmayaraq o, həmin gün vəfat etmişdir. 2 saylı Bakı şəhər “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli AZ-İİ 061150 nömrəli “Ölüm haqqında şəhadətnamə”də Sərxan Bayramovun “İlgək diunetikləri ilə zəhərlənmə” səbəbindən xx.xx.2019-cu il tarixdə ölməsi göstərilmişdir. Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılmışdır. Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə sabiq polis əməliyyat müvəkkili, polis baş leytenantı Sərxan Bayramov metil spirtli ilə zəhərlənmə nəticəsində ölmüşdür. Onun ölümü xidməti vəzifəsinin icrası ilə bağlı hesab edilmədiyindən vətəndaş İddiaçı iddia ərizəsində göstərdikləri əsassızdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı və ya onun nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və ya onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan sənədlərdən görünür ki: AZ-İİ№014156-li nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X2 arasında xx xxxx 2019-cu il tarixdə nikah bağlanmışdır. AZ-İİ №061150 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx xxxxxx 2019cu il tarixdə “İlgək diuretikləri ilə zəhərlənmə” diaqnozu ilə ölmüşdür. xx xxxxxx 2020-ci il tarixdə 54 nömrəli akt qeydi kitabında qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı BaşSəhiyyə İdarəsi Bakı şəhər Təcili və X8 Stansiyasının xx xxxxxx 2020-ci il tarixli 97 nömrəli məktubundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 07:47-də “103” xidmətinə 18-ci bölməsi ünvanından Sərxan Bayramovun (33 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 1 saylı bölmənin həkimi Afət Bayramova icra edərək, xəstə X14 “Naməlum etiologiyalı hipotonik vəziyyət. Kəskin qarın.” Diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və 5 saylı X10 hospitalizasiya etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin 023-11950B- 3220 nömrəli xx xxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, aparılmış xidməti təhqiqat nəticəsində Nərimanov RPİ 18-ci PŞ-nin sabiq baş əməliyyat müvəkkili Sərxan Bayramovun metil spirti ilə zəhərlənmə nəticəsində ölməsi müəyyən edildiyindən onun ölümünün xidməti vəzifəsinin icrası ilə bağlı hesab edilməmişdir. Nərimanov RPİ-nin rəisi V.Müslümovun DİN-in rəhbərliyinə ünvanladığı raportu və vətəndaş Niyazi Bayramovun müraciətləri əsasında aparılmış xidməti təhqiqatının nəticəsinə dair arayışında Nərimanov RPİ 18-ci PŞ-nin sabiq baş əməliyyat müvəkkili polis baş leytenatı Sərxan Bayramovun ölümünün xidməti vəzifəsinin icrası ilə bağlı hesab edilməməsi DİN-in rəhbərliyinə məruzə olunması qeyd edilmişdir. İddiaçı hazırki iddia tələbi üzrə DİN tərəfindən ərinə xidməti vəzifəsinin icra edərkən vəfat etməsi barədə arayış verilmədiyindən müvafiq ödənişləri ala bilmədiyini, iddia ərizəsində qeyd edilənlərin nəzərə alınmaqla arayışın verilməsini xahiş edir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat aparmışdır. Belə ki, Polis haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən polis əməkdaşının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır (37.1). Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir.(37.2). Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir (37.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən yalnız xidməti vəzifələrin icrası ilə əlaqədar vəfat etmiş polis əməkdaşının ailəsinə və öhdəsində olanlara birdəfəlik kompensasiya ödənilir. Polis haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; 2-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək; ii[2] 3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək; 5) törədilmiş cinayətləri açmaq; 6) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq; 7) cinayətkarları aşkara çıxarmaq və tutmaq; 8) səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq; 9) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; 10) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 11) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək; 12) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək; 13) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq; 14) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq; 15) yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; 16) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; 17) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək. Qeyd edilənlərdən aydın olur ki, ilk öncə iddiaçının ərinin xidməti vəzifəsinin icrası ilə bağlı ölməsi halı araşdırılmalıdır. DİN X4 aparılmış yoxlama zamanı məlum olmuşdur ki, polis baş leytenantı S.Bayramovun xx.xx.2019-cu il tarixdə restoranda qəbul etdiyi spirtli içki keyfiyyətsiz olduğuna görə halı pisləşmiş, nəticədə iki gün sonra “Metil spirti ilə zəhərlənmə” səbəbindən vəfat etmiş, toplanmış materiallar sabiq polis əməkdaşı S.Bayramovun ölüm faktının məhz xidməti vəzifələrin icrası ilə bağlı olmasını deməyə əsas vermir. Odur ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının mərhum yoldaşı Sərxan Bayramov metil spirti ilə zəhərlənmə nəticəsində ölməsi Bakı şəhər Təcili və X8 Stansiyasının məktubu ilə təsdiqləndiyindən, həmçinin, bu hal iddiaçı tərəfindən də mübahisələndirilmədiyindən, cavabdehin imtinası qanuna zidd olmadığından, iddiaçının iddiası təmin edilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əri X3 xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməsi barədə arayış verilməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə olunmasına dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əri X3 xidməti vəzifəsinin icrası ilə bağlı etməsi barədə arayış verilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə olunmasına dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5663/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5663/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver