Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5663/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddaçının nümayəndəsi X5 iştirakı ilə, iddiaçı “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X9) “sərəncamların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh sərəncamlarının, "X8 LTD” Şirkətinin hüquqi mənafeyinə toxunduğunu nəzərə alıb etibarsız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh 20.12.1991-ci il tarixli 26/139 №, 20.12.1991-ci il tarixli 26/129 №, 06.03.1992-ci il tarixli 5/35 №, 21.09.1992-ci il tarixli 1416 №, 22.09.1992-ci il tarixli 1451 №, 28.06.1993-cü il tarixli 1374 №, 12.02.1993-cü il 373 № sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi X11 izahatında bildirdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "xxxx" Ortaq Neft Şirkəti (ONŞ) arasında 03 iyun 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı- Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə müvafiq olaraq Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla “X8 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmişdir. Hal-hazırda istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikinti davam etdirilir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiiyyəti tərəfindən vətəndaşlara sərəncamlarla fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahələri dövlət mülkiyyətində qalan torpaqlara aid olmaqla X8 LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş strateji əhəmiyyətli ərazidir və burada hər hansı tikinti işlərinin aparılması qadağandır. Eyni zamanda, “X8 LTD” Şirkətinin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində iddiaçı müəyyən çətinliklərlə üzləşir. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi texnikayla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. İddiaçı sərəncamlarda göstərilən ərazi sıralamaları kadastr sxemində olan sahəsinin sxematik planında qeyd olunan nömrəsilə uyğun olmaması əsaslı şübhələr yaratmasını əlavə xüsusat kimi və 18.02.2021 tarixli SOCAR**********30490089X00001 nömrəli məktubda göstərilən ərazilərin SOCAR balansından çıxarılmaması və balansında olması barədə məlumatları nəzərə alınmasını xahiş edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhəri Lenin (indiki Sabunçu) rayon İcra Hakimiyyəti Başçısının 20.12.1991-ci il tarixli 26/129 nömrəli sərəncamının surətindən görünür ki, Balaxanı qəsəbəsi, Ağamalı-oğlu küçəsi, döngə 1, 6 nömrəli evdə yaşayan 4 nəfərdən ibarət olan vətəndaş X6 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, yer 145-000- 130c nömrəli layihə tipli, 42 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Lenin (indiki Sabunçu) rayon İcra Hakimiyyəti Başçısının 20.12.1991-ci il tarixli 26/139 nömrəli sərəncamının surətindən görünür ki, Balaxanı qəsəbəsi, Trudovaya küçəsi, 2 nömrəli evdə yaşayan 1 nəfərdən ibarət olan vətəndaş X1 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, yer 145-000-130c nömrəli layihə tipli, 15 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Lenin (indiki Sabunçu) rayon İcra Hakimiyyəti Başçısının 06.03.1992-ci il tarixli 5/35 nömrəli sərəncamının surətindən görünür ki, Balaxanı qəsəbəsi, Trudovaya küçəsi, 2 nömrəli evdə yaşayan 15 nəfərdən ibarət olan vətəndaş X10 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, yer 145-000-130c nömrəli layihə tipli, 90 saylı sahədə 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının 21.09.1992-ci il tarixli 1416 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Balaxanı qəsəbəsi, Trudovaya küçəsi, 2 nömrəli evdə yaşayan 1 nəfərdən ibarət olan vətəndaş X12 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, boş yer sahəsi, yer 145-000-130c nömrəli layihə tipli, 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının 22.09.1992-ci il tarixli 1451 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Balaxanı qəsəbəsi, Ağamalıoğlu küçəsi, 4 nömrəli evdə yaşayan, 1 nəfərdən ibarət olan vətəndaş X7 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, boş yer sahəsində, yer 145-000-130c nömrəli layihə tipli, 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının 12.02.1993-cü il tarixli 373 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Balaxanı qəsəbəsi, Sarabskiy küçəsi, 13 nömrəli evdə yaşayan 7 nəfərdən ibarət olan vətəndaş X2 şəxsi yaşayış evi tikmək üçün Balaxanı qəsəbəsi, yer 185-000-111c nömrəli layihə tipli, 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının 28.06.1993-cü il tarixli 1374 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Balaxanı qəsəbəsi, Ağamalı-oğlu küçəsi, 1 nömrəli evdə yaşayan 4 nəfərdən ibarət olan vətəndaş X3 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, yer 145-000-130c layihə tipli, 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,84 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X4 adına 23.12.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Cavabdeh Başçısının 20.12.1991-ci il tarixli 26/129 nömrəli sərəncamına əsasən X6 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, 42 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsi, Bakı şəhəri Cavabdeh Başçısının 20.12.1991-ci il tarixli 26/139 nömrəli sərəncamına əsasən X1 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, 15 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsi, Bakı şəhəri Cavabdeh Başçısının 06.03.1992-ci il tarixli 5/35 nömrəli sərəncamına əsasən X10 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, 90 saylı sahədə 1200 kv.m torpaq sahəsi, Bakı şəhəri Cavabdeh Başçısının 21.09.1992-ci il tarixli 1416 nömrəli sərəncamına əsasən X12 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, 1200 kv.m torpaq sahəsi, Bakı şəhəri Cavabdeh Başçısının 22.09.1992-ci il tarixli 1451 nömrəli sərəncamına əsasən X7 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, 1200 kv.m torpaq sahəsi, Bakı şəhəri Cavabdeh Başçısının 12.02.1993-cü il tarixli 373 nömrəli sərəncamına əsasən X2 şəxsi yaşayış evi tikmək üçün Balaxanı qəsəbəsi, 1200 kv.m torpaq sahəsi, Bakı şəhəri Cavabdeh Başçısının 28.06.1993-cü il tarixli 1374 nömrəli sərəncamına əsasən X3 şəxsi yaşayış evinin tikintisi üçün Balaxanı qəsəbəsi, 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı qeyd olunan sərəncamlarla ayrılmış torpaq sahələrinin dövlət mülkiyyətində qalan torpaqlara aid olmaqla X8 LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş strateji əhəmiyyətli ərazi olduğunu və burada hər hansı tikinti işlərinin aparılmasının qadağan edildiyini bildirməklə həmin sərəncamların ləğv edilməsini tələb edir. Lakin iddiaçı qeyd olunan sərəncamlarla ayrılmış torpaq sahələrinin onun neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş ərazilərə aid olduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5663/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5663/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver