Məhkəmə qərarları › İş №2-1(112)-5665/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5665/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5665/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 dekabr 2022-ci il tarixli İQ-44/5 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 14 sentyabr 2022-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və onun ailə üzvlərinə (arvadı xx.xx.1976-cı il təvəllüdlü Zahida Parveen, qızı xx.xx.2000-ci il təvəllüdlü Roshaney Javed, oğlanları xx.xx.2008-ci il təvəllüdlü Hamza Javed və xx.xx.2011-ci il təvəllüdlü Talha Javed) qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı verilir. Hazırkı iddia ərizəsi vasitəsilə iddiaçı onun 14 sentyabr 2022-ci il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədi ilə cavabdehin İQ-44/5 saylı 12 dekabr 2022-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin surəti tərəflərin sayına uyğun olaraq, iddia ərizəsinə edilmiş sənədlərin surətləri məhkəməyə təqdim edilmək üçün iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən iddia ərizəsinin forma və məzmununa riayət edilir. İddiaçı hazırkı iddia ərizəsini özü birbaşa verir. Məhkəmə icraatında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 31-cı maddəsinə əsasən nümayəndə vasitəsi ilə təmsil ediləcək. Ərizəçi Pakistan vətəndaşı və Pəncab vilayətinin Lahor şəhərinin sakinidir. Etnik mənsubiyyətinə görə Pəncabidir. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. Ərizəçi evlidir. Ailə tərkibi həyat yoldaşı, iki oğlu və bir qızından ibarətdir. Ərizəçinin valideynləri vəfat etmişdir. Pakistan Tehreeke-e insaf partiyası tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Sözlərinə görə, uzun müddətdir PTİ tərəfindən öz siyasi baxışları ilə bağlı dəfələrlə hədələnib və həmin vaxtdan hakimiyyət dairələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxub. O, 2022-cu ildən Pakistanı tərk etmişdir. PTİ keçmiş Baş nazir İmran Xanın sədri olmaqla ərizəçi də həmin partiyada media koordinatoru olmuşdur. O, İmran Xanla birgə işlədiyi dövrdə ölkədə olan korrupsiya və pis idarəçilik ilə bağlı məlumatlandırsa da, onun bu məlumatlarına məhəl qoyulmamış və bu fəaliyyətinə son qoyulması tələb olunmuşdur. Lakin ərizəçi bu yolundan dönməmişdir. Bundan sonra İmran Xanın adını verməklə onun ailəsini və özünü hədələmişlər. Hətta iş materiallarına əlavə olunmuş şəkildən də göründüyü kimi, onun sağlamlığına xəsarət yetirmişlər. Sonuncu dəfə iş materiallarına əlavə olunan video görüntüyə əsasən ərizəçinin evi İmran Xanın dəstəsi tərəfindən güllələnməklə, ona sonuncu dəfə xəbərdarlıq edilmişdir. Artıq özünün və ailəsinin həyatının güvəndə olmadığını və riskli olduğunu dərk edərək Azərbaycana üz tutmuşdur. 2022-ci ildən Azərbaycana gəlib. 14 sentyabr 2022-ci il tarixdə sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 12 dekabr 2022-ci il tarixdə DMX-nin İQ-44/5 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatəti rədd edilmişdir. DMX qərarını onunla əsaslandırmışdır ki, ki, ərizəçinin iddiaları əsaslı deyil. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir (Konstitusiya, 12.11, 148.11, 151-ci maddələr). Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiyası və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur (bundan sonra 1951-ci il Konvensiyası/1967-ci il Protokolu). Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) 8 dekabr 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası/1967-ci il Protokoluna qoşulub (12 fevral 1993-cü ildən qüvvədədir). 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən bu Konvensiyada “qaçqın" dedikdə 1951-ci il yanvann 1dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir; və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən ora qayıda bilmir. 1967-ci il Protokolunun İ maddəsinin 1-ci hissəsinə əsasən bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2-34-cü maddələrini tətbiq etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə əsasən bu Protokolun məqsədləri üçün “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A (2) maddəsinin tərifini “1951-ci ilin yanvann 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxmaq şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur. Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6, 7 saylı Protokolları (bundan sonra - AİHK) və AİHK-ı şərh və tətbiq edən orqan olan X6 Məhkəməsinin (bundan sonra - AİHM) müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-ın 3 (İşgəncələrin qadağan edilməsi), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri qaçqın işlərinə tətbiq edilə bilər. AİHK Azərbaycan Respublikası Milli Məclisinin 25 dekabr 2001-ci il tarixli Qanunu AİHK ratifikasiya edilib və 15 aprel 2002-ci il tarixdən Azərbaycan Respublikasında tətbiq edilir. Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi hüquq normalanna və prosessual hüquq normalanna bölünür. Maddi hüquq norması kimi çıxış edən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qaçqın Qanunu) 1.1.1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Qaçqın Qanununun 9cu maddəsinə əsasən qaçqın statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) qəbul edirlər. Qaçqın statusunun verilməsi qaydası Azərbaycan Respublikası prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalarıl” ilə (bundan sonra - Qaydalar) tənzimlənir. Başqa sözlə, prosessual hüquq normaları həmin Qaydalarla tənzimlənir. Bundan əlavə, bütün dövlət orqanları kimi cavabdeh də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra — İİQ) tələblərini yerinə yetirməlidir. Hazırkı işin hallarına müvafiq olaraq İİQ-in 1 - 4 (qaydalar, anlayışlar, tətbiq dairəsi, aidiyyət), 10-19 (Ümumi prinsiplər), 20-27 (Prosedur prinsiplər və təminatlar), 42-47 (vəzifəli şəxslərə etiraz etmək üçün əsaslar, ekspert, mütəxəssis, tərcüməçiyə etiraz etmək üçün əsaslar, etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası, inzibati icraatda sübutetmə, sübutların təqdim edilməsi və tələb edilməsi, sübutların qiymətləndirilməsi), 57-59 (İnzibati aktın forması və rekvizitləri), 61 (İnzibati aktın əsaslandırılması), 67 (Qanunsuz inzibati aktın ləğv edilməsi), 71 (İnzibati şikayət vermək hüququ), 73-cü (İnzibati şikayətin müddəti) maddələri aiddir. Bundan əlavə, hazırkı iş üzrə inzibati mübahisəyə dair icraat Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənir. Hazırkı işə tətbiq edilməli “yumşaq hüquq” normaları BMT Qaçqınlar üzrə Ali Komissarlığının (bundan sonra - BMT QAK) tərtib etdiyi Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçidir (2011) (bundan sonra - Bələdçi). Həmin Bələdçinin əsaslı təqib qorxusu meyarına dair 37-50-ci bəndləri və qaçqın statusunun verilməsi prosesinə və sübutetmə standartına dair 192-205ci bəndləri hazırkı işin hallarına tətbiq edilməlidir. Bundan əlavə, BMT QAK-ın Sübutetmə vəzifəsi və standartı adlı Qeydlərindən (bundan sonra - Qeydlər) da istifadə edilməlidir Eyni zamanda, bu işə “Misirdə olan sığınacaq axtaranların beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün BMT QAK-ın rəhbər prinsipləri” (2016) (bundan sonra - Rəhbər Prinsiplər) tətbiq edilməlidir. İddianın mümkünlük şərtləri: Hazırkı iddia Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq məcburetmə haqqında iddiadır və buna uyğun olaraq məcbuetmə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur. Hazırkı mübahisə inzibati məhkəmələrin yurisdiksiyasına aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1 və İİQ-in 11-ci maddəsinə əsasən tələb olunan inzibati hüquq münasibətləri tərəflər arasında meydana gəlib. Belə ki, cavabdeh təşkilat dövlət orqanıdır, həmin dövlət orqanının inter alia qaçqın statusunun verilməsi sahəsində səlahiyyəti var və iddiaçının tələbi bununla bağlıdır. Bu baxımdan tərəflər arasında meydana gələn hüquq münasibəti inzibati hüquq müna sibətidir. İddiaçının iddiasının məqsədi İİQ-in 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati aktın qəbul edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulub. Belə ki, o, əsassız olaraq qaçqın statusundan məhrum edilib və hazırda Azərbaycan Respublikasında hər hansı bir hüquqi statusu olmadan yaşayır. Bununla da cavabdeh təşkilatın qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunub və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranıb. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən iddiaçı qərardan qərar ona rəsmi qaydada təqdim edildiyi tarixdən 30 gün müddətində məhkəmədə iddia qaldırır. Buna uyğun olaraq iddiaçının iddia qaldırmaq hüququ saxlanılır. Göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyət üzrə baxılmalıdır. İddianın mahiyyətinə dair əsaslar: Sığınacaq hüququ (maddi-hüquqi aspekt). DMX-nin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt, yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMX-nin qərarında fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə görə təqib edilməsi riskidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olubolmadığını yoxlanılmalıdır. 1-ci mərhələ (işin mühüm faktlarının müəyyən edilməsi və mötəbərliyinin qiymətləndirilməsi) İş üzrə mühüm faktlar aşağıdakılardır: - İddiaçı etnik/dini mənsubiyyətinə görə təqib edilməsi riskidir. - İş üzrə mühüm faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır (İİQ, maddə 45.2.2). Hüquqtətbiqedən orqan ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitəliliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (“BMTQAK”), Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər, 1998. bənd 11). “İnandırıcılıq keyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən iki qrupa bölünür: daxili mötəbərlik və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat monbələnnin. ələlxüsus MÖM-ün müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq bu iş üzrə xarici mötəbərliyin olubolmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanılmalı iki əsas amil ərizəçinin izahatlarının müfəssəllik (yaxud təfsilatsızlıq) səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq (yaxud ziddiyyətlilik) dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin dörd indikatoru fərqləndirilir. 1) kafi dərəcədə müfəssəllik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq (Macarıstan Helsinki Komitəsi. Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı, 2013, 31-33-cü səhifələr). Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən də qeyd edilən amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifıkdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifıkdir və ziddiyyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Ərizəçinin müraciəti inandırıcı olmaması səbəbindən rədd edilib, lakin DMX tərəfindən müəyyən edilən hallar faktlara deyil, onların subyektiv fikrinə əsaslanıb. DMX iddianın maddi əsasını təşkil edən aşağıdakı faktları müəyyən etməyib: 1) Ərizəçinin etnik mənsubiyyəti; 2) Ərizəçinin daimi olaraq təqibə məniz qoyulması. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK), BMTQAK-ın Əfqanıstandan olan X5 X2 dair Müəyyənlik Təlimatı (30 avqust 2018-ci il) əsasən: Qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verəbilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. 2-ci mərhələ: Əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi Bu mərhələdə Cenevrə Konvensiyası (və Protokoluna) uyğun olaraq iddiaçının əsaslı təqib qorxusunun olub-olmaması aydınlaşdırılmalıdır. Cenevrə Konvensiyasının (və Protokolunun) və Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Qanunun 1.1-ci maddələri qaçqın anlayışına oxşar tərif verir (yerli qanunun verdiyi anlayışı qeyd edirik; kursiv mənimdir): Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Konvensiyasının və Qanunun 1.1-ci maddəsinə uyğun olaraq qaçqın statusunun təsir dairəsinə düşə bilmək üçün əsasən aşağıdakı elementlərin tələbləri ödənilməlidir: a) əsaslı qorxu: b) təqib və təqib üçün səbəblər; d) öz ölkəsinin himayəsindən istifadə edə bilməmək. Əsaslı qorxu: Yoxlamanın 1-ci mərhələsindən görünür ki, ərizəçinin izahatları mötəbər hesab edilir. Bunun əsasında MÖM-ə uyğun olaraq ərizəçinin etnik mənsubiyyətinə və dini inancına görə əsaslı qorxusu təsdiq edilir. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gələ bilərik ki, ərizəçi Pakistana qayıdacağı təqdirdə ona etnik mənsubiyyətinə, dini inancına və siyasi baxışlarına görə ziyan vurula bilər. Təqib, təqib agentləri və təqib üçün əsaslar: “Təqib” termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMTQAK. Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 51-ci bəndi). Bu ehtimal ağlabatandır ki, Pakistana qayıdacağı təqdirdə ərizəçinin İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. Ərizəçi təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. Ərizəçi Pəncabidir. MÖM göstərir ki, onlar dini etiqadına görə qeyri-adekvat mühitdə yaşayırlar. Bundan əlavə, ərizəçi müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilir. BMT QAK-ın Təlimatına əsasən (77-79-cu paraqraflar) “müəyyən sosial qrup” bir qayda olaraq eyni zəminə, vərdişlərə və ya sosial statusa aid olan şəxslərdən ibarətdir. Bu başlıq altında təqib qorxusuna dair iddia digər əsaslarla (irq, din və ya milliyyət və digərləri) ilə üst-üstə düşə bilər. Müəyyən sosial qrupa mənsubluq təqibin mənbəyi bir neçə səbəbdən ola bilər. Özlüyündə müəyyən sosial qrupa mənsub olma qaçqın statusuna iddianı əsaslandıran hal deyil. Lakin bəzi xüsusi hallarda özlüyündə sosial qrupa mənsub olma da qaçqın statusunun əsasını təşkil edə bilər. Öz ölkəsindən himayə edə bilməmə və alternativ yerdəyişmə imkanının olmaması: Bundan əlavə, ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Pakistan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Pəncabilər adekvat müdafiə ilə təmin edilmirlər. Göstərilənlərə əsasən aşağıdakı nəticələr hasil olur: İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; İddiaçı etnik və dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyəti görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Əfqanistanın) himayəsindən istifadə edə bilməyən şəxsdir; Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Sığınacaq hüququ (prosessual aspekt): Cavabdeh İİQ-in 21-ci maddəsini pozaraq iddiaçının dinlənilmə hüququnu təmin etməyib. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu venlməsinə dair Komissiyada müzakirə edilib. Lakin iddiaçının həmin Komissiyada iştirakı və dinlənilməsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakını nəzərdə tutur. Bu baxımdan iddiaçının mahiyyət üzrə iclasda təmin edilmədiyi və bunun səbəbləri cavabdeh tərəfindən izah edilmədiyi üçün İİQ-nin 21-ci maddəsinin pozuntusu baş verib. Bundan əlavə, cavabdeh İİQ-in 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh iddiaçının izahatlarına qarşı ağlabatan əkssübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da İİQ-nin 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, iddiaçının izahatları İİQ-nin 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. Eləcə də cavabdeh iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib. Bununla da İİQ-nin 10 və 26-cı maddələrinin pozuntusuna yol verib. Həmçinin cavabdeh iddiaçıya lazımi hüquqi məsləhətlər verməyib. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq İİQ-nin 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi hallan və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Göstərilənlərə əsasən bu nəticə hasil olur ki, cavabdeh iddiaçının dinlənilmək hüququnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qavdalarını pozub, eləcə də cavabdehin qərarı əsaslandırılmavıb. Sığınacaq verilməsindən imtina edilməklə, iddiaçının aşağıdakı hüquqlan pozulub: sığınacaq hüququ (Konstitusiya, maddə 70); inzibati icraat və ədalət mühakiməsi hüququ (Konstitusiya, maddə 60); pis rəftara məruz qalmamaq hüququ (AİHK, maddə 3); şəxsi həyata hörmət hüququ (AİHK. maddə 8); səmərəli vasitələr hüququ (AİHK. maddə 13). Nəticə etibarilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır (iş materialları əsasında təkzib edilir). Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən bu halda məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoymalıdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 38, mənzil 25 ünvanında müvəqqəti yaşayan, İddiaçı ailə üzvləri (arvadı - xx.xx.1976-cı il təvəllüdlü Zahida Parveen, qızı - xx.xx.2000-ci il təvəllüdlü Roshaney Javed, oğlanları xx.xx.2008-ci il təvəllüdlü Hamza Javed və xx.xx.2011-ci il təvəllüdlü Talha Javed) ilə birlikdə 14 sentyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 94-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 1991-ci ildə Lahor şəhərində “Government school” adlı 10 illik orta məktəbdə oxuduğunu, ardınca “FC College Lahor” adlı kollecə daxil olduğunu, lakin siyasi fəaliyyətə başladığına görə 2-ci kursdan təhsilini natamam saxladığını, peşəsinin media əlaqələndiricisi olduğunu, 2009-2010-cu illərdə Pərviz Müşərrəfin “Müsəlman Liqası” partiyasında, 2011-ci ildən Azərbaycan Respublikasına gələnədək Pakistan İslam Respublikasının keçmiş baş naziri İmran Xanın “Pakistan Tehreek-e-lnsaf partiyasında media əlaqələndiricisi olaraq işlədiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi Zahida Parveen adlı Pakistan vətəndaşı ilə evli olduğunu, bu nikahdan iki oğul və bir qız övladının dünyaya gəldiyini, ata-anasının vəfat etdiyini, bir bacısının Lahor şəhərində yaşadığını, sığınacaq əldə etmək məqsədilə arvadı və 3 uşağı ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ölkəsini tərk etmə səbəbi haqqında danışarkən İddiaçı 2011-ci ildən İmran Xanın “PTİ” partiyasına qoşulduğunu, 2013-cü ildə Xeybər Paxtunva vilayətinin baş naziri Pərviz Xattakın media üzrə əlaqələndirici və məsləhətçisi kimi çalışdığını bildirmişdir. O, daha sonra İmran Xan tərəfindən Peşəvərə göndərildiyini, həmin əsnada partiya tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini, partiya üzvlərinin yalan danışdığını, bu barədə İmran Xana məruzə etdiyini, vilayət nazirlərinin rüşvətxorluğu və insanları aldatması barədə hesabat yazıb göndərdiyini, lakin partiya rəhbərinin onun məruzəsini barələrində şikayət etdiyi insanlara göndərdiyini, bu səbəbdən onlar arasında narazılıq yarandığını qeyd etmişdir. İddiaçı həmçinin, 2014-cü ildə İmran Xan tərəfindən Lahora çağırıldığını, 2018-ci ildə İmran Xanın partiyası ölkədə hakimiyyətə gələnədək ölkədə korrupsionerləri ifşa etmək fəaliyyətini dayandırdığını, həmin dövrdən Lahorda yaranan hökumətin media komitəsinin üzvü seçildiyini, Pəncab vilayətinə həmin zaman təyin olunmuş baş nazir Osman Buzdarın özbaşınalıqla məşğul olduğunu, onun özbaşınalığından İmran Xana məlumat verməsinə baxmayaraq İmran Xanın ona qarşı heç bir tədbir görmədiyini, hətta İmran Xanın ordu qərargah rəhbəri Kamar Bacvanın da məsləhətlərinə qulaq asmadığını demişdir. O, həmçinin partiyanın fəaliyyəti ilə öz amalları arasında uyğunluq olmadığı üçün 2019-cu ildə istefa verdiyini, bundan sonra baş verən haqsızlıqlara dözməyərək KİV-də “PTİ” partiyasına, İmran Xana qarşı çıxışlar etməyə başladığını, İmran Xanın digər adamları vasitəsilə ona bu fəaliyyətini dayandırmaqla bağlı xəbər göndərdiyini, bundan sonra ona hədə-qorxu dolu zənglər gəlməyə başladığını bildirmişdir. “PTİ” partiyası daxilində müxaliflərə qarşı silahlı dəstələr saxlanıldığını bildirən ərizəçi tez-tez telefonla təhdid mesajları aldığını, təxminən bu ilin iyun ayının ortalarında bir qrup şəxsin Lahordakı evinə odlu silahdan atəş açdığını, lakin onlardan polisə şikayət etmədiyini, daha sonra həmin evini sataraq başqa evə köçdüyünü, lakin yenə də “Whatsapp” mobil tətbiqi üzərindən müxtəlif ölkə kodları ilə təhdid mesajları aldığını qeyd etmişdir. Həmçinin, İddiaçı 2022-ci ilin iyul ayında oğlu məktəbə gedərkən motosikletlə gedən şəxslərin onun oğlunun yolunu kəsərək atasının İmran Xan və arvadı Buşraya qarşı fəaliyyətindən əl çəkməklə bağlı təhdid göndərdiyini bildirmişdir. İmran Xanın 2013-cü ildən “TTP” (Tehrik-e-Taliban-e-Pakistan) ilə razılaşması olduğunu, seçki dövründə onların “PTİ” partiyasına toxunmadıqlarını, digər partiyaların üzvlərinə qarşı mitinqlərdə bomba partlayışı təşkil etdiklərini qeyd edən ərizəçi, İmran Xanın “TTP” barədə neqativ xəbər paylaşmamaqla bağlı ona göstəriş verdiyini, aldığı bu göstərişə əsasən KİVə də “TTP” barədə mənfi xəbər paylaşılmaması ilə bağlı tapşırıq verdiyini, İmran Xanla münasibətləri pozulduqdan sonra bu məlumatı Hindistanın “Republic of İndia”, “ABB news” adlı onlayn xəbər agentliklərində paylaşdığını, bu səbəbdən “TTP” tərəfindən də təhdid olunduğunu, bu hadisədən sonra Pakistanda qalmağa ehtiyat edərək sığınacaq əldə etmək məqsədi ilə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin qaçqın statusunun verilməsi ilə bağlı dediklərinin təhlili aparılarkən təqdim etdiyi məlumatlardan bir sıra məqamlar müəyyənləşdirilmişdir. Belə ki, ərizəçi “PTİ” partiyasına üzv olduğunu bildirsə də, partiya üzvlüyünə dair hər hansı bir bilet və ya vəsiqə təqdim edə bilməmişdir. İddiaçı verdiyi ifadələrindən aydın olmuşdur ki, o, İmran Xana qarşı açıq çıxışlara onun impiçment qaydasında hakimiyyətdən uzaqlaşdırılmasından sonra başlamışdır. İddiaçı öz ölkəsində təhdidlə üzləşən zaman ölkəsini tərk etməməsi, yalnız iddiasına əsasən təhdid edən tərəf - “PTİ”-nin hakimiyyətdən getməsindən və dövlətin təsir imkanlarının istifadə vasitələrini itirməsindən sonra ölkəsini tərk etməsi, iddia etdiyi təqib qorxusunun real olmadığını göstərir. Ərizəçi təhdidlərin birbaşa İmran Xan tərəfindən və ya onun tərəfdarları tərəfindən olunmasından əmin olmadığını bildirmişdir. Digər şəxslərin də onun İmran Xanla münasibətlərinin pis olmasından istifadə edərək onu təhdid etməsi ehtimalını istisna etməmişdir. İddiaçı üzləşdiyi təhdidlərlə, hətta evinin atəşə tutulması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmiş, dövlətin himayəsindən yararlanmamışdır. Ərizəçi müsahibə zamanı bildirmişdir ki, “PTİ” partiyası Pakistanın müəyyən əyalətlərində əhali arasında üstünlüyə malikdir. Digər əyalətlərdə isə hazırda hakimiyyətdə olan partiyanın tərəfdarları üstünlük təşkil edir. Bu səbəbdən ərizəçi ölkə ərazisində yerdəyişmə alternativinin olmasına baxmayaraq bundan istifadə etməmişdir. Ərizəçinin evinin silahlı hücuma məruz qalması faktını istisna etməklə, o, ölkəsində olduğu müddətdə ciddi təhdid və ya təzyiqlə üzləşməmişdir. Silahlı hadisənin isə kim tərəfindən və hansı məqsədlə törədilməsi ilə bağlı hər hansı məlumatı yoxdur. Məsələnin araşdırılması məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. İddiaçı “PTİ” partiyasının “TTP” ilə münasibətlərindən danışaraq bu münasibətləri KİV-də ifşa etdiyi üçün təhdidlərə məruz qaldığını bildirmişdir. Halbuki, ərizəçi bu iki partiya arasındakı münasibətlərin 2013cü ildən davam etdiyini bildirsə də, İmran Xandan aldığı göstəriş əsasında müxalif “TTP” partiyası haqqında mətbuatda mənfi informasiyalar dərc etməmiş, digər KİV-in də bu cür məlumatları yaymasının qarşısını almaq məqsədi ilə onlara göstəriş vermişdir. Həmçinin, ərizəçiyə bu münasibətlər haqqında 2013-cü ildən məlumatlı olmasına baxmayaraq nəyə görə bu haqda yalnız 2022-ci ildə danışmasına dair sual verildiyi zaman o, həmin dövrlərdə özünün də “PTİ”-nin komandasına daxil olduğunu, bu səbəbdən həmin məlumatları gizli saxladığını bildirmişdir. Yalnız özü ilə “PTİ” partiyasının rəhbərliyi arasında münasibətlər korlandıqdan sonra partiya rəhbərlərinin ictimai nüfuzuna qarşı bu məlumatlardan istifadə etmişdir. 2013-2022-ci illər arasında “TTP” ilə “PTİ” partiyaları arasında yuxarıda qeyd olunan istiqamətdə əlaqələrin olmasına, “PTİ”-nin “TTP” vasitəsi ilə ölkədəki insan hüquqlarının pozulmasına dair hər hansı bir hesabat olmasa da, özünün iddia etdiyi kimi bu cür insan hüquqlarının pozulmasında tərəf olmuş, xüsusilə də digər KİV-ə bu cür pozuntulara qarşı çıxış etməməsi ilə bağlı göstəriş vermişdir. İddiaçı (və ailə üzvlərinin) müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması” Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvünə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 dekabr 2022-ci il tarixli, 30 saylı protokolu saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə və ailə üzvləri ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-44/5 saylı xx.xx.2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərara əsasən: Pakistan İslam Respublikasının vətəndaşı (Pasport: AA3428194), hazırda Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 38, mənzil 25 ünvanında müvəqqəti yaşayan, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ailə üzvləri (arvadı - xx.xx.1976-cı il təvəllüdlü Zahida Parveen, qızı xx.xx.2000-ci il təvəllüdlü Roshaney Javed, oğlanları - xx.xx.2008-ci il təvəllüdlü Hamza Javed və xx.xx.2011-ci il təvəllüdlü Talha Javed) ilə birlikdə 14 sentyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 94-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 1991-ci ildə Lahor şəhərində “Government school” adlı 10 illik orta məktəbdə oxuduğunu, ardınca “FC College Lahor” adlı kollecə daxil olduğunu, lakin siyasi fəaliyyətə başladığına görə 2-ci kursdan təhsilini natamam saxladığını, peşəsinin media əlaqələndiricisi olduğunu, 2009- 2010-cu illərdə Pərviz Müşərrəfin “Müsəlman Liqası” partiyasında, 2011-ci ildən Azərbaycan Respublikasına gələnədək Pakistan İslam Respublikasının keçmiş baş naziri İmran Xanın “Pakistan Tehreek-e-lnsaf” partiyasında media əlaqələndiricisi olaraq işlədiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi Zahida Parveen adlı Pakistan vətəndaşı ilə evli olduğunu, bu nikahdan iki oğul və bir qız övladının dünyaya gəldiyini, ata-anasının vəfat etdiyini, bir bacısının Lahor şəhərində yaşadığını, sığınacaq əldə etmək məqsədi ilə arvadı və 3 uşağı ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ölkəsini tərk etmə səbəbi haqqında danışarkən, İddiaçı 2011-ci ildən İmran Xanın “PTİ” partiyasına qoşulduğunu, 2013-cü ildə Xeybər Paxtunva vilayətinin baş naziri Pərviz Xattakın media üzrə əlaqələndirici və məsləhətçisi kimi çalışdığını bildirmişdir. O, daha sonra İmran Xan tərəfindən Peşəvərə göndərildiyini, həmin əsnada partiya tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini, partiya üzvlərinin yalan danışdığını, bu barədə İmran Xana məruzə etdiyini, vilayət nazirlərinin rüşvətxorluğu və insanları aldatması barədə hesabat yazıb göndərdiyini, lakin partiya rəhbərinin onun məruzəsini barələrində şikayət etdiyi insanlara göndərdiyini, bu səbəbdən onlar arasında narazılıq yarandığını qeyd etmişdir. İddiaçı həmçinin, 2014-cü ildə İmran Xan tərəfindən Lahora çağrıldığını, 2018-ci ildə İmran Xanın partiyası ölkədə hakimiyyətə gələnədək ölkədə korrupsionerləri ifşa etmək fəaliyyətini dayandırdığını, həmin dövrdən Lahorda yaranan hökumətin media komitəsinin üzvü seçildiyini, Pəncab vilayətinə həmin zaman təyin olunmuş baş nazir Osman Buzdarın özbaşınalıqla məşğul olduğunu, onun özbaşınalığından İmran Xana məlumat verməsinə baxmayaraq, İmran Xanın ona qarşı heç bir tədbir görmədiyini, hətta İmran Xanın ordu qərargah rəhbəri Kamar Bacvanın da məsləhətlərinə qulaq asmadığını demişdir. O, həmçinin partiyanın fəaliyyəti ilə öz amalları arasında uyğunluq olmadığı üçün 2019-cu ildə istefa verdiyini, bundan sonra baş verən haqsızlıqlara dözməyərək KİV-də “PTİ” partiyasına, İmran Xana qarşı çıxışlar etməyə başladığını, İmran Xanın digər adamları vasitəsi ilə ona bu fəaliyyətini dayandırmaqla bağlı xəbər göndərdiyini, bundan sonra ona hədə-qorxu dolu zənglər gəlməyə başladığını bildirmişdir. “PTİ” partiyası daxilində müxaliflərə qarşı silahlı dəstələr saxlanıldığını bildirən ərizəçi tez-tez telefonla təhdid mesajları aldığını, təxminən bu ilin iyun ayının ortalarında bir qrup şəxsin Lahordakı evinə odlu silahdan atəş açdığını, lakin onlardan polisə şikayət etmədiyini, daha sonra həmin evini sataraq başqa evə köçdüyünü, lakin yenə də “Whatsapp” mobil tətbiqi üzərindən müxtəlif ölkə kodları ilə təhdid mesajları aldığını qeyd etmişdir. Həmçinin, İddiaçı 2022-ci ilin iyul ayında oğlu məktəbə gedərkən motosikletlə gedən şəxslərin onun oğlunun yolunu kəsərək atasının İmran Xan və arvadı Buşraya qarşı fəaliyyətindən əl çəkməklə bağlı təhdid göndərdiyini bildirmişdir. İmran Xanın 2013-cü ildən “TTP” (Tehrik-e-Taliban-e-Pakistan) ilə razılaşması olduğunu, seçki dövründə onların “PTİ” partiyasına toxunmadıqlarını, digər partiyaların üzvlərinə qarşı mitinqlərdə bomba partlayışı təşkil etdiklərini qeyd edən ərizəçi İmran Xanın “TTP” barədə neqativ xəbər paylaşmamaqla bağlı ona göstəriş verdiyini, aldığı bu göstərişə əsasən KİV-ə də “TTP” barədə mənfi xəbər paylaşılmaması ilə bağlı tapşırıq verdiyini, İmran Xanla münasibətləri pozulduqdan sonra bu məlumatı Hindistanın “Republic of İndia”, “ABB news” adlı onlayn xəbər agentliklərində paylaşdığını, bu səbəbdən “TTP” tərəfindən də təhdid olunduğunu, bu hadisədən sonra Pakistanda qalmağa ehtiyat edərək sığınacaq əldə etmək məqsədi ilə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin qaçqın statusunun verilməsi ilə bağlı dediklərinin təhlili aparılarkən təqdim etdiyi məlumatlardan bir sıra məqamlar müəyyənləşdirilmişdir. Belə ki, ərizəçi “PTİ” partiyasına üzv olduğunu bildirsə də, partiya üzvlüyünə dair hər hansı bir bilet və ya vəsiqə təqdim edə bilməmişdir. İddiaçı verdiyi ifadələrindən aydın olmuşdur ki, o, İmran Xana qarşı açıq çıxışlara onun impiçment qaydasında hakimiyyətdən uzaqlaşdırılmasından sonra başlamışdır. İddiaçı öz ölkəsində təhdidlə üzləşən zaman ölkəsini tərk etməməsi, yalnız iddiasına əsasən təhdid edən tərəf - “PTİ”-nin hakimiyyətdən getməsindən və dövlətin təsir imkanlarının istifadə vasitələrini itirməsindən sonra ölkəsini tərk etməsi, iddia etdiyi təqib qorxusunun real olmadığını göstərir. Ərizəçi təhdidlərin birbaşa İmran Xan tərəfindən və ya onun tərəfdarları tərəfindən olunmasından əmin olmadığını bildirmişdir. Digər şəxslərin də onun İmran Xanla münasibətlərinin pis olmasından istifadə edərək onu təhdid etməsi ehtimalını istisna etməmişdir. İddiaçı üzləşdiyi təhdidlərlə, hətta evinin atəşə tutulması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmiş, dövlətin himayəsindən yararlanmamışdır. Ərizəçi müsahibə zamanı bildirmişdir ki, “PTİ” partiyası Pakistanın müəyyən əyalətlərində əhali arasında üstünlüyə malikdir. Digər əyalətlərdə isə hazırda hakimiyyətdə olan partiyanın tərəfdarları üstünlük təşkil edir. Bu səbəbdən ərizəçi ölkə ərazisində yerdəyişmə alternativinin olmasına baxmayaraq bundan istifadə etməmişdir. Ərizəçinin evinin silahlı hücuma məruz qalması faktını istisna etməklə, o, ölkəsində olduğu müddətdə ciddi təhdid və ya təzyiqlə üzləşməmişdir. Silahlı hadisənin isə kim tərəfindən və hansı məqsədlə törədilməsi ilə bağlı hər hansı məlumatı yoxdur. Məsələnin araşdırılması məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. İddiaçı “PTİ” partiyasının “TTP" ilə münasibətlərindən danışaraq bu münasibətləri KİV-də ifşa etdiyi üçün təhdidlərə məruz qaldığını bildirmişdir. Halbuki, ərizəçi bu iki partiya arasındakı münasibətlərin 2013-cü ildən davam etdiyini bildirsə də, İmran Xandan aldığı göstəriş əsasında müxalif "TTP” partiyası haqqında mətbuatda mənfi informasiyalar dərc etməmiş, digər KİV-in də bu cür məlumatları yaymasının qarşısını almaq məqsədilə onlara göstəriş vermişdir. Həmçinin, ərizəçiyə bu münasibətlər haqqında 2013-cü ildən məlumatlı olmasına baxmayaraq nəyə görə bu haqda yalnız 2022-ci ildə danışmasına dair sual verildiyi zaman, o, həmin dövrlərdə özünün də “PTİ”-nin komandasına daxil olduğunu, bu səbəbdən həmin məlumatları gizli saxladığını bildirmişdir. Yalnız özü ilə “PTİ” partiyasının rəhbərliyi arasında münasibətlər korlandıqdan sonra partiya rəhbərlərinin ictimai nüfuzuna qarşı bu məlumatlardan istifadə etmişdir. 2013-2022-ci illər arasında “TTP” ilə “PTİ” partiyaları arasında yuxarıda qeyd olunan istiqamətdə əlaqələrin olmasına, “PTİ”-nin “TTP” vasitəsilə ölkədəki insan hüquqlarının pozulmasına dair hər hansı bir hesabat olmasa da, özünün iddia etdiyi kimi bu cür insan hüquqlarının pozulmasında tərəf olmuş, xüsusilə də digər KİV-ə bu cür pozuntulara qarşı çıxış etməməsi ilə bağlı göstəriş vermişdir. İddiaçı (və ailə üzvlərinin) müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvlərinin gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqına verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 dekabr 2022-ci il tarixli, 30 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbləri nəzərə alınaraq, həmin Qanunun 9cu və 13-cü maddələrini, habelə ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutularaq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı ailə üzvləri (arvadı - xx.xx.1976-cı il təvəllüdlü Zahida Parveen, qızı xx.xx.2000-ci il təvəllüdlü Roshaney Javed, oğlanları - xx.xx.2008-ci il təvəllüdlü Hamza Javed və xx.xx.2011-ci il təvəllüdlü Talha Javed) ilə birlikdə qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi İdarəsi tərəfindən xx.xx.1976-cı il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı təqdim edilmiş MŞ-94-2022 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən, o və ailə üzvləri (arvadı - xx.xx.1976-cı il təvəllüdlü Zahidə Parveen, qızı - 31 08.2000-ci il təvəllüdlü Roshaney Javed, oğlanları - xx.xx.2008-ci il təvəllüdlü Hamza Javed və xx.xx.2011 -ci il təvəllüdlü Talha Javed) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 14 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, adına 94-2022 saylı şəxsi ış açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-cı il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası'na əsasən xx.xx.2022-ci il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 11 -ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı (və ailə üzvlərinin) inzibati icraat zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvlərinin gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqına verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Həm məhkəməyəqədər, həm də məhkəmədə aparılan inzibati icraat zamanı iddiaçının istinad etdiyi ümumi narahatçılıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar mənşə ölkəsində onun və ailəsinin həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar