Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5667/2021 07.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 05 iyun 2020-ci il tarixli, ******* saylı qərarın qanunsuz hesab edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 05 iyun 2020-ci il tarixli, ******* saylı qərarın qanunsuz hesab edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04.12.1976-cı il tarixdə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş, hər iki valideyni Azərbaycan Respublikası vətəndaşıdır. 18.11.2016-cı ildə Rusiya federasiyasında Azərbaycan Respublikası vətəndaşı olan 23.01.1990-cı il təvəllüdlü X4 ilə ailə həyatı qurmuşdur. İddiaçı Azərbaycan Respublikasında doğulduğu tarixdən daimi qeydiyyatda olmaqla yaşamışdır. Buradanda hərbi xidmətə yollanmışdır. 1994-cü ilə kimi Azərbaycan Respublikasında son qeydiyyat ünvanı ünvan 1də işlə bağlı Rusiya Federasiyasına getmiş orada yaşamağa başlamışdır. Daha sonra isə ora qeydiyyata düşməklə vətəndaşlıq almışdır. Bu illər ərzində mütəmadi olaraq Azərbaycan gəlmiş və burada yaşamışdır. 2019-cu ildə iddiaçı Azərbaycana qayıdaraq vətəndaşlıq almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən ona 22.05.2019-cu il tarixdə müvafiq vəsiqə təqdim edilmişdir. İddiaçı həmin vaxtdan və hal hazırdada Abşeron rayonunun Masazır qəsəbəsində yaşayır öz ailəsi ilə birlikdə. İddiaçının atası X5 Azərbaycan Respublikası vətəndaşıdır və 2015-ci ildə vəfat etmişdir. X1 Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçı qeyd edilən məsələ ilə bağlı ASAN xidmətə onun Azərbaycan Respublikasında vətəndaşlığının tanınması haqqında ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə cavab olaraq 05 iyun 2020-ci il tarixli, ******* saylı Qərarla (həmin qərar iddiaçıya 09.03.2021-ci ildə təqdim edilmişdir) bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun qüvvəyə mindiyi günədək (07.10.1998) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmadığı üçün eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənzubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndi və 4.1-ci bəndlərini rəhbər tutaraq iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın. İddiaçı göstərilənlərə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, İddiaçı 06.06.2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə 05.06.2020-ci il tarixdə ******* nömrəli qərar qəbul edilmişdir. İddiaçı sonradan 17.02.2021-ci il tarixdə yenidən DMX-yə müraciət etmiş və 18.02.2021-ci il tarixli ******* nömrəli məktubla cavab verilərək DMX-nin 05.06.2020-ci il tarixli ******* nömrəli qərarına əsasən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmadığı bildirilmişdir. Belə ki, iş materiallarına əsasən, iddiaçı Azərbaycan Respublikasında pasport qeydiyyatında olmamışdır. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. İş materiallarından görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və həmin ölkəyə məxsus sərhədkeçmə sənədi ilə Azərbaycan Respublikasına giriş-çıxışlar etmişdir. Bu səbəbdən də “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.3-cü bəndi də şəxsə şamil edilmir. İddiaçı göstərilənlərə əsasən “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsində göstərilən şikayət müddəti bitdiyi üçün 73.3-cü maddəsində nəzərdə tutulan hal mövcud deyilsə şikayətin mümkün sayılmaması barədə qərardad çıxarılmasını, digər halda iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati-Prosessual Məcələsinin 2.2.-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İddia ərizəsindən göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 05 iyun 2020-ci il tarixli, ******* saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddia tələbi cavabdehin 05 iyun 2020-ci il tarixli, ******* saylı qərarın qanunsuz hesab edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarətdir. İddia tələbi mübahisələndirmə və məcburetmə iddia növlərinə uyğundur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1. –ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3.-ci maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1.-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2. –ci maddəsinə əsasən Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 iyun 2020-ci il tarixli, ******* nömrəli qərarına əsasən, 04 dekabr 1976-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın. Qərardad onun hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati və ya məhkəməyə qaydasında şikayəti verilə bilər. İş materillarına əlavə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İddiaçı ünvanladığı 16 fevral 2021-ci il tarixli, ******* nömrəli məktubuna əsasən, iddiaçının Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 17.02.2021-ci il tarixdə daxil olmuş və 20577/m daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı 02.06.2020-ci il tarixli, 2211668/m nömrəli sorğu əsasında vətəndaşlıq mənsubiyyətiniz araşdırılmış və barənizdə 05.06.2020-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir”. Cavabdeh tərəfindən məhkəməyə təqdim olubnmuş qəbzdən görünür ki, 05.06.2020ci ildə ******* nömrəli qərar 16.06.2020-ci il tarixdə Başirov Hacbaba Tofiq oğluna verilmişdir. İş materiallarına əlavə edilən və yuxarıda qeyd edilimiş məktub və qəbzdən göründüyü kimi, İddiaçı onun barəsində cavabdehin verdiyi 05 iyun 2020-ci il tarixli qərar barədə 2020-ci ilin iyun ayında məlumatlı olmuşdur, məhkəməyə isə iddiaçı 12 aprel 2021ci il tarixdə müraciət etmişdir. Belə olan halda İddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 30 gün müddət üzrsüz səbəbdən buraxılmışdır. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 05 iyun 2020-ci il tarixli, ******* saylı qərarın qanunsuz hesab edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 iyun 2020-ci il tarixli, ******* saylı qərarını mübahisələndirilməsi üçün Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət buraxıldığından və iddia tələbinin qalan hissəsi isə həmin qərarın nəticəsi ilə bağlı olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 05 iyun 2020-ci il tarixli, ******* saylı qərarın qanunsuz hesab edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 05 iyun 2020-ci il tarixli, ******* saylı qərarın qanunsuz hesab edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5667/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5667/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver