Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5668/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmək və X5 Nazirliyi yanında Dövlət X6 X1rşı pensiyanın bölünməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmək və X5 Nazirliyi yanında Dövlət X6 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş əmək pensiyasının 50 % həyat yoldaşı, xx.xx.1959-cu ildə Kürdəmir rayonunun Xəlsə kəndində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Əliyeva Cövhərxanım Qabil qızına ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 3 il 11 ay 28 gün müddətə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaların toplanmasına əsasən üzərində qəti olaraq 4 il 01 ay müddətə azadlıqdan məhrum etmək cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2017-ci il tarixədək hesablanmışdır. Hal-hazırda cəzanı Pentensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində çəkir. O, DİN-nin təqaüdçüsüdür, istefada olan zabitdir, YAP-ın üzvüdür və Daxili Qoşunların tərkibində ön mövqedə döyüş şəraitində zabit kimi xidmət etmişdir. Həyat yoldaşı Əliyeva Cövhərxanım Qabil qızı heç bir yerdə işləmir, evdar qadındır, təqaüdçü deyil, ağır xəstəliklərdən əziyyət çəkir. Cəzaçəkmə müəssisəsində cəza çəkməyini nəzərə alaraq, Azərbaycan xalqının milli adət-ənənəsinə uyğun olaraq həyat yoldaşının ağır şəraitdə yaşadığını nəzərə alaraq hümanizim və mərhəmət göstərərək ona təyin olunmuş əmək pensiyasının 50 faizini həyat yoldaşına ödənilməsi ilə əlaqədar DSMF-nin XŞTİ-nə ərizə ilə müraciət etmişdir. Ona verilən cavaba görə ona təyin olunmuş pensiya məbləğinin ayrı-ayrı şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, Azərbaycan Respublikasının vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Qeyd olunan Qanunda və və ondan irəli gələn digər normativ hüquqi aktlarda bir şəxsə təyin olunmuş pensiya məbləğinin ayrı-ayrı şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçıya təyin olunmuş əmək pensiyasının bölünərək həyat yoldaşı Əliyeva Cövhərxanım Qabil qızına ödənilməsi mümkün deyildir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İlkin Qocayev iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Kürdəmir rayonu, Qocalı kəndində doğulmuşdur. - İdarənin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019cu il tarixli, **********2 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd olunan Qanunda və ondan irəli gələn digər normativ hüquqi aktlarda bir şəxsə təyin olunmuş pensiya məbləğinin ayrıayrı şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Əmək və X5 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi tərəfindən əmək pensiyası təyin olunmaqla ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə isə iddiaçıya təyin olunmuş əmək pensiyasının 50 faizinin həyat yoldaşı Əliyeva Cövhərxanım Qabil qızına ödənilməsindən cavabdehin imtinası ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Məhkəmə hesab edir ki, iddiaçıya təyin olunmuş əmək pensiyasının 50 faizinin digər şəxsə cavabdeh inzibati orqan tərəfindən ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, iddiaçı özü həmin vəsaiti arvadına ödəmək hüququna malik olduğundan iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5668/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5668/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver