Məhkəmə qərarları › İş №2-1(112)-5671/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5671/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5671/2022 09.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli), iddiaçının nümayəndəsi, vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 5 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, DSMF-də aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu və əmək kitabçasında qeyd edilən xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci ilədək fasiləsiz BBTİ-nin 11,12 və 25 saylı Tikinti İdarəsində müxtəlif işlərdə çalışmaqla müəyyən edilmiş 27 il 06 ay sığorta stajına münasibətdə pensiya kapitalı hesablanmaqla iddiaçıya yaşa görə pensiya təyin edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu və əmək kitabçasında qeyd edilən xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci ilədək fasiləsiz BBTİ-nin 11,12 və 25 saylı Tikinti İdarəsində müxtəlif işlərdə çalışmaqla müəyyən edilmiş 27 il 06 ay sığorta stajına münasibətdə pensiya kapitalı hesablanmaqla iddiaçıya yaşa görə pensiya təyin edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtina məktubunda iddiaçının xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubu ilə əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil müddəti, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 18 il 22 ay təşkil etdiyi və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğundan, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006cı il tarixədək 18 il 22 ay sığorta stajına əsasən 14.415,82 manat, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək 784,19 manat olmaqla ümumilikdə 15.200,01 manat təşkil etdiyinə, bu məbləğ qanunvericilikdə tələb olunan 28.800 manat pensiya kapitalından və əmək pensiyasının minimum məbləğindən az olduğundan pensiya təminatına imkan vermədiyinə istinad edilmişdir. Cavabdeh əlavə olaraq həmin məktubla bildirmişdir ki, AR Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA-05190-2021 saylı arayışına əsasən BBTİ11 saylı Tikinti İdarəsinin 1977-ci il tarixinin 1-6-cı aylarında, 1978-ci il tarixinin 3-cü ayında, 1985-ci il tarixinin 1-4-cü, 8-12-ci aylarında, 1987-ci il tarixin 1-3-cü aylarında iddiaçının adına əməkhaqqı hesablanmadığını, BBTİ12 saylı Tikinti İdarəsinin 1996-cı il tarixinə aid arxiv sənədlərinin əmr kitablarında və 1996-cı il tarixdən 2000-ci il tarixədək arxiv kitablarının əməkhaqqı cədvəllərində, 11 saylı Tikinti idarəsinin 1979-cu il tarixinə aid və 25 saylı Tikinti İdarəsinin 1986-cı il tarixinə aid əməkhaqqı cədvəllərində heç bir məlumat olmadığını, lakin BBTİ 25 saylı Tikinti idarəsinin 1987-ci il tarixə aid arxiv sənədlərinin əməkhaqqı cədvəllərində ata adının qeyd edilmədiyini və 1985-ci il tarixinin 5,6,7-ci aylarına hesabat cədvəllərində tam adının İddiaçı Amin oğlu kimi göstərildiyini, BBTİ 12 saylı Tİ-nin 2000-ci il tarixinə aid, 11 saylı Tİ-nin 1977-ci il tarixinə aid əməkhaqqı kitabları və 25 saylı Tİ-nin 1983-cü il tarixdən 1984-cü il tarixədək sənədləri və 1983-cü il tarixdən 1996-cı il tarixədək arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialarına təhvil verilmədiyini, bu səbəblərə görə də həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanuna uyğun olmadığından ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmadığı əsas olaraq göstərilməklə yaşa görə pensiya təminatından imtina edilmişdir. İddiaçı cavabdehin qeyd edilmiş mövqəvi ilə razı deyil və hesab edir ki, aşağıda göstərilmiş əsaslara görə ona yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqda qərar qəbul edilməlidir. Qeyd edilmiş qanunun tələbinə görə vətəndaşa əmək pensiyasının təyin edilməsi üçün əsas sənəd onun ümümi iş stajını təstiq edən sənəddir. İddiaçı tərəfindən həmin sənəd, yəni əmək kitabçası cavabdehə təqdim edilmiş, istinad edilmiş sənəddən məlum olur ki, o, xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə qulluq etmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci ilədək fasiləsiz BBTİ nəzdində fəaliyyət göstərən 11,12 və 25 saylı Tikinti idarəsində müxtəlif işlərdə çalışmış, 2000-ci ilin axırlarından BBTİ-sinin fəaliyyətinə xitam verilmiş və o vaxtdan da müəssisə fəaliyyət göstərməmişdir. Beləliklə cavabdehə təqdim edilmiş əmək kitabçasından göründüyü kimi iş stajı təhsil və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla cəmi 27 il 06 ay təşkil etdiyi halda, cavabdeh əmək kitabçası ilə müəyyən edilmiş iş stajına əhəmiyyət vermədən, 2000-ci ildən fəaliyyət göstərməyən BBTİ-dən dövlət arxivinə təhvil edilmiş sənədlər əsasında AR Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA- 05190-2021 saylı arayışı ilə iş dövrü ilə bağlı verilmiş məlumatları əsas götürməkdə haqlı olmamışdır. Həqiqət isə ondan ibarətdir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci ilədək fasiləsiz BBTİ nəzdində fəaliyyət göstərən 11,12 və 25 saylı Tikinti İdarəsində müxtəlif işlərdə çalışmağı əmək kitabçası ilə təsdiq olunur. 2000-ci ildə BBTİ ləğv edildikdən sonra idarənin sənədləri dövlət arxiv idarəsinə natamam təhvil verilməsi, bəzi illər və ya aylar üzrə əməkhaqqı cədvəllərin təhvil verilməməsi və ya təhvil verilmiş əməkhaqqı cədvəllərində ata adının göstərilməməsi və ya səhv göstərilməsi onun iş stajını əks etdirən əməkhaqqı kitabçası ilə müəyyən edilmiş halları şübhə altına almaq üçün əsas kimi qəbul edilə bilməz. Bunun məsuliyyəti həmin sənədləri arxiv orqanına təhvil verən və ya verməyən səlahiyyətli şəxslərin üzərinə düşməlidir. Məlum məsələdir ki, hər bir işçi ildə bir dəfə illik məzuniyyətə, bir sıra səbəblər, o cümlədən xəstəliklə bağlı çıxmaya bilər, həmin aylarlda ona əməkhaqqı hesablanmır, illik məzuniyyət və ya xəstəliklə bağlı ödənişlər öncəki və ya sonrakı ayların əməkhaqqı ilə birlikdə ödənilir. O, belə olduğu halda hesab edir ki, cavabdehin ümümiyyətlə belə halların mövcudluğunu nəzərə almaması yaşa görə pensiya məsələsinin həlli ilə bağlı ona olan münasibətin tam qərəzli olmasına dəlalət edir. Hər halda zəruriyyət yarandığı təqdirdə 1977-ci ildən 2000-ci ilin dekabr ayının axırlarınadək faisiləsiz BBTİ-nin 11, 12 və 25 saylı Tl-də işləməyini onunla birlikdə həmin tikintidə işləmiş iş yoldaşları təsdiq edə bilər. Odur ki, 2006-cı ilədək olan sığorta stajı 27 il 06 ay olduğu halda, cavabdehin sığorta stajını 18 il 22 ay təşkil etməsi, pensiya kapitalının 2006-cı ilədək 14.415,82 manat, xx.xx.2006-cı il tarixdən isə pensiya hüququ yaranan tarixədək 784,19 manat olmaqla ümumilikdə 15.200,01 manat təşkil etdiyinə dair gəldiyi nəticə əsassız hesab edilməlidir. Hazırda 30 ildən yuxarı əmək stajı olduğu, 30 il ərzində pensiya fonduna əmək haqqından hər ay vəsait tutularaq köçürüldüyü halda, 65 yaşına çatanda bildirilir ki, yaşa görə pensiya təyin etmək üçün pensiya kapitalı yətərsizdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil müddəti, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 18 il 22 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 18 il 22 ay sığorta stajına uyğun olaraq 14.415,82 manat, xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı tarixədək 784,19 manat olmaqla ümumilikdə 15.200,01 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan 28.800 manat pensiya kapitalından və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh əlavə olaraq bildirmişdir ki, AR Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA-05190-2021 saylı arayışına əsasən BBTİ11 saylı Tikinti İdarəsinin 1977-ci il tarixinin 1-6-cı aylarında, 1978-ci il tarixinin 3-cü ayında, 1985-ci il tarixinin 1-4cü, 8-12-ci aylarında, 1987-ci il tarixin 1-3-cü aylarında iddiaçının adına əməkhaqqı hesablanmamışdır. Eyni zamanda BBTİ12 saylı Tikinti İdarəsinin 1996-cı il tarixinə aid arxiv sənədlərinin əmr kitablarında və 1996-cı il tarixdən 2000-ci il tarixədək arxiv kitablarının əməkhaqqı cədvəllərində, 11 saylı Tikinti idarəsinin 1979-cu il tarixinə aid və 25 saylı Tikinti İdarəsinin 1986-cı il tarixinə aid əməkhaqqı cədvəllərində heç bir məlumat yoxdur. Lakin BBTİ 25 saylı Tikinti idarəsinin 1987-ci il tarixə aid arxiv sənədlərinin əməkhaqqı cədvəllərində iddiaçının ata adı qeyd edilməmişdir və 1985-ci il tarixinin 5,6,7ci aylarına dair hesabat cədvəllərində tam adı İddiaçı Amin oğlu kimi qeyd edilmişdir. BBTİ 12 saylı Tİ-nin 2000-ci il tarixinə aid, 11 saylı Tİ-nin 1977-ci il tarixinə aid əməkhaqqı kitabları və 25 saylı Tİ-nin 1983-cü il tarixdən 1984-cü il tarixədək sənədləri və 1983-cü il tarixdən 1996-cı il tarixədək arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialarına təhvil verilməmişdir. Qeyd olunan səbəblərə görə də həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanuna uyğun olmadığından ona yaşa görə pensiyanın təyin edilməsi mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi iddiaya dair cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 iddiaçı ilə birlikdə uzun müddət, 1984-cü ildən 25 saylı Tikinti İdarəsində işlədiyini, 1996-cı ildə həmin idarənin ləğv olunub 12 saylı Tikinti İdarəsinə keçirildiklərini bildirərək və əmək kitabçasının surətini təqdim edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 iddiaçı ilə birlikdə uzun müddət, 1980-ci ildən 11 saylı Tikinti İdarəsində, 1984-cü ildən 25 saylı Tikinti İdarəsində, 1996-cı ildən isə 12 saylı Tikinti İdarəsində işlədiklərini bildirərək və əmək kitabçasının surətini təqdim edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 iddiaçı ilə birlikdə uzun müddət Tikinti İdarələrində işlədiyini, 1984-cü ildən iddiaçının prorabı olduğunu, 1996-cı ildən 2000-ci ilədək eyni trestin nəzdində işlədiklərini və iddiaçının əmək fəaliyyətində fasilə olmadığını, arxivə sənədlərin verilməməsində məsul şəxsləri tapa bilmədiklərini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin, həmçinin şahidlərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1956-cı ildə Saatlı rayonunda anadan olmuşdur. İddiaçının İZ ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. İddiaçının Ş 024449 nömrəli diplomunun surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Politexnik texnikumda santexnik peşəsində gündüz növbəsində əyani təhsil almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********1 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil müddəti, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 18 il 22 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 18 il 22 ay sığorta stajına uyğun olaraq 14.415,82 manat, xx.xx.2006-cı il tarixdən pensiya yaşına çatdığı tarixədək 784,19 manat olmaqla ümumilikdə 15.200,01 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan 28.800 manat pensiya kapitalından və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh əlavə olaraq bildirmişdir ki, AR Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA-05190-2021 saylı arayışına əsasən BBTİ11 saylı Tikinti İdarəsinin 1977-ci il tarixinin 1-6-cı aylarında, 1978-ci il tarixinin 3-cü ayında, 1985-ci il tarixinin 1-4-cü, 8-12-ci aylarında, 1987-ci il tarixin 1-3-cü aylarında iddiaçının adına əməkhaqqı hesablanmamışdır. Eyni zamanda BBTİ12 saylı Tikinti İdarəsinin 1996-cı il tarixinə aid arxiv sənədlərinin əmr kitablarında və 1996-cı il tarixdən 2000-ci il tarixədək arxiv kitablarının əməkhaqqı cədvəllərində, 11 saylı Tikinti idarəsinin 1979-cu il tarixinə aid və 25 saylı Tikinti İdarəsinin 1986-cı il tarixinə aid əməkhaqqı cədvəllərində heç bir məlumat yoxdur. Lakin BBTİ 25 saylı Tikinti idarəsinin 1987-ci il tarixə aid arxiv sənədlərinin əməkhaqqı cədvəllərində iddiaçının ata adı qeyd edilməmişdir və 1985-ci il tarixinin 5,6,7ci aylarına dair hesabat cədvəllərində tam adı İddiaçı Amin oğlu kimi qeyd edilmişdir. BBTİ 12 saylı Tİ-nin 2000-ci il tarixinə aid, 11 saylı Tİ-nin 1977-ci il tarixinə aid əməkhaqqı kitabları və 25 saylı Tİ-nin 1983-cü il tarixdən 1984-cü il tarixədək sənədləri və 1983-cü il tarixdən 1996-cı il tarixədək arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialarına təhvil verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA- 05190-2021 nömrəli arxiv arayışına əsasən Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 11 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmək haqqı cədvəllərində 1956-cı il təvəllüdlü vətəndaş İddiaçı 1977, 1978, 1980, 1981, 1982-ci və BBTİ 25 saylı tikinti İdarəsinin 1985, 1987-ci illərə dair əmək haqqı hesablanması barədə məlumatlar vardır. Həmin dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuşdur: 1977: yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün qeyd olunmayıb, iyul – 92,16, avqust – 203,74, sentyabr – 186,83, oktyabr – 182,53, noyabr – 112,56, dekabr – 99,89; 1978: yanvar – 121,88, fevral – 183,77, mart – yoxdur, aprel – 240,89, may – 155,48, iyun – 50,12, iyul – 230,39, avqust – 218,40, sentyabr – 134,33, oktyabr – 149,94, noyabr – 141,80, dekabr – 143,44; 1980: yanvar – 113,35, fevral – 71,65, mart – 125,35, aprel – 173,23, may – 105,15, iyun – 157,97, iyul – 168,36, avqust – 148,21, sentyabr – 150,89, oktyabr – 107,16, noyabr – 104,06, dekabr – 139,69; 1981: yanvar – 121,03, fevral – 82,82, mart – 107,79, aprel – 138,92, may – 140,64, iyun – 157,28, iyul – 140,62, avqust – 171,42, sentyabr – 139,38, oktyabr – 40,23, noyabr – 170,47, dekabr – 164,66; 1982: yanvar – 120,77, fevral – 129,93, mart – 219,95, aprel – 248,39, may – 267,13, iyun – 252,80, iyul – 239,56, avqust – 243,18, sentyabr – 192,39, oktyabr – 198,39, noyabr – 176,29, dekabr – 139,90; 1985: yanvar, fevral, mart, aprel ayları - yoxdur, may – 357,05, iyun – 306,43, iyul – 669,36, avqust, sentyabr, noyabr, dekabr – yoxdur; 1987: yanvar, fevral, mart – yoxdur, aprel – 388,40, may – 350,36, iyun – 373,28, iyul – 528,78, avqust – 505,76, sentyabr – 542,78, oktyabr – 253,89, noyabr – 432,80, dekabr – 128,94. BBTİ12 saylı Tikinti İdarəsinin 1996-cı il tarixinə aid arxiv sənədlərinin əmr kitablarında və 1996-cı il tarixdən 2000-ci il tarixədək arxiv kitablarının əməkhaqqı cədvəllərində, 11 saylı Tikinti idarəsinin 1979-cu il tarixinə aid və 25 saylı Tikinti İdarəsinin 1986-cı il tarixinə aid əməkhaqqı cədvəllərində heç bir məlumat yoxdur. Lakin BBTİ 25 saylı Tikinti idarəsinin 1987-ci il tarixə aid arxiv sənədlərinin əməkhaqqı cədvəllərində iddiaçının ata adı qeyd edilməmişdir və 1985-ci il tarixinin 5,6,7-ci aylarına dair hesabat cədvəllərində tam adı İddiaçı Amin oğlu kimi qeyd edilmişdir. BBTİ 12 saylı Tİ-nin 2000-ci il tarixinə aid, 11 saylı Tİ-nin 1977-ci il tarixinə aid əməkhaqqı kitabları və 25 saylı Tİ-nin 1983-cü il tarixdən 1984-cü il tarixədək sənədləri və 1983-cü il tarixdən 1996-cı il tarixədək arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialarına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinətin təyinatı üzrə xx.xx.2022-ci il tarixli 45558 nömrəli qərarına əsasən, iddiaçıya yaşa görə xx.xx.2021-xx.xx.2021-ci il tarixdə 130 manat, xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində ömürlük müavinət təyin olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixli yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair ərizəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 3 saylı Bakı Dost Mərkəzinə müraciət etmişdir. Şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, diplom və hərbi biletin surətlərini müraciət vərəqəsinə əlavə etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən, iddiaçının tələb olunan əmək stajı və fərdi hesabın sığorta hissəsində pensiya sığorta kapitalı olmadığından yaşa görə əmək pensiyası hüququ yaranmır. Faktiki staj xx.xx.2006-cı ilədək 18 il, 11 ay, 14 gün təşkil edir, 01 il 06 ay staj (pensiya sığorta kapitalı) xx.xx.2018-ci ildən sonrakı dövrü əhatə edir. İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı xx.xx.1972-xx.xx.1975-ci il tarixlərdə Politexnik texnikumda təhsil almış, xx.xx.1975xx.xx.1977-ci il tarixlərdə Sovet ordusunda xidmət etmiş, xx.xx.1977-ci il tarixdən İTİ-11 üzrə 2-ci dərəcəli çilingər-santexnik vəzifəsi, xx.xx.1982-ci ildən yenidən təşkil olma ilə bağlı İTİ-25 3-cü dərəcəli çilingər vəzifəsi, xx.xx.1983-cü ildən İTİ-25 BSTZQ tresti 3-cü dərəcəli çilingər-santexnik vəzifəsi, xx.xx.1983-cü ildən 4-cü dərəcə boru kəməri çilingəri vəzifəsi, xx.xx.1985-ci ildən 5-ci dərəcəli çilingər vəzifəsi, xx.xx.1985-ci ildən 6-cı dərəcəli çilingər vəzifəsi, xx.xx.1087-ci ildən yenidən tarifləşdirmə ilə bağlı olaraq 5-ci idərəcəli çilingər vəzifəsi, xx.xx.1987-ci ildən ikinci peşə kimi 4-cü dərəcəli qaz kəsici vəzifəsi, xx.xx.1992-cı ildən 6-cı dərəcəli qaz kəsicisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1996-cı ildən müəssisə ləğv olunmuş İTİ-12-yə köçürülmüşdür. Məhkəməyə əlavə sübut qismində şahidlər - X2, X3 və X1 tərəfindən təqdim olunan əmək kitabçalarına əsasən onlar müxtəlif illərdə iddiaçı ilə eyni müəssisələrdə işləmişdirlər. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.-ci il bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. İddiaçının Bakı Baş Tikinti İdarəsi 11 saylı Tikinti İdarəsində, 25 saylı Tikinti İdarəsində və 12 saylı Tikinti İdarəsində xx.xx.1972-xx.xx.2000-ci illərdə işlədiyi iddiaçıya məxsus əmək kitabçası və şahidlər tərəfindən verilən ifadələrlə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən əmək kitabçasında və şahidlərin ifadələrində mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1972-xx.xx.2000-ci ilədək) əmək kitabçasında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçaçında göstərilən xx.xx.1972xx.xx.2000-ci ilədək müddətdə işləməməsi, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, inzibati orqan icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinin müddəalarına istinad etməklə aydın şəkildə əsaslandırmağa borcludur. Bu zaman sadəcə müvafiq maddələrə istinad olunması yetərli sayıla bilməz. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarının niyə məhz o cür təfsir edildiyini qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Şəxsin müraciəti üzrə icraatı həyata keçirməli olan inzibati orqan, o cümlədən cavabdeh də işin hallarını tam və hərtərəfli araşdırdıqdan sonra qərar qəbul etməyə borcludur. Həmin qərarın 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, ona 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən, xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu və əmək kitabçasında qeyd edilən xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci ilədək fasiləsiz BBTİ-nin 11,12 və 25 saylı Tikinti İdarəsində müxtəlif işlərdə çalışmaqla müəyyən edilmiş 27 il 06 ay sığorta stajına münasibətdə pensiya kapitalı hesablanmaqla iddiaçıya yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən, xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu və əmək kitabçasında qeyd edilən xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci ilədək fasiləsiz BBTİ-nin 11,12 və 25 saylı Tikinti İdarəsində müxtəlif işlərdə çalışmaqla müəyyən edilmiş sığorta stajına münasibətdə pensiya kapitalı hesablanmaqla iddiaçıya yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar