Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5673/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın, plan-cizginin və planölçünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh başçısının X2 adına verilmiş № 1975 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamının, xx.xx.2011-ci il tarixli, 02 № -li Cavabdeh tərəfindən tərtib edilmiş plan-cizginin, bu cizgi əsasında keçmiş Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 47997 saylı, xx.xx.2013-cü il tarixli topraq sahəsinin plan və ölçüsü qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə tərəflərə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iş üzrə iddia tələbi üzrə izahat verərək, iddianın mümkün iddia olduğunu və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, X2 adına verilmiş № 1975 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamının, xx.xx.2011-ci il tarixli, 02 № -li Cavabdeh tərəfindən tərtib edilmiş plan-cizginin, bu cizgi əsasında keçmiş Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 47997 saylı, xx.xx.2013-cü il tarixli topraq sahəsinin plan və ölçüsü qanunsuz hesab edilərək ləğv edilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, X11 ilə aralarında bağlanmış alqısatqı münasibətləri zənnində İddiaçı ayrılmış torpaq sahəsi X7 tərəfindən zəbt olunmuş, bunun əsasında Cavabdeh başçısının X2 adına verilmiş № 1975 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamı olduğunu isə bildirmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə icraatı zamanı təqdim olunmuş Səbail rayon Məhkəməsinin 2(009)-2601/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiasının təmin edilməsi, X8 öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı, İddiaçı mülkiyyətində olan 2.43 ha torpaq sahəsindən tikililər R.İ.Nağıyevin öz vəsaiti hesabına sökülərək çıxarılması, X4 42.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədən görünür ki, xx xxxx 2016-cı il tarixə təyin olunmuş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili qismində X9 iştirak etmişdir. Həmin qətnamədən də görünür ki, iddiaçı həm iddia ərizəsində, həmçinin də öz iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili izahatında, torpaq sahəsinin X3 ayrılmasının məhz Cavabdeh başçısının № 1975 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamının əsasında həyata keçirildiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Kamandar Nəsibova ünvanlanmış xx xxxxxx 2013-cü il tarixli, 2332 saylı məktubundan görünür ki, Səbail RİHnin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialında mövcüd olduğu, lakin qeyd edilən bu sərəncamın həqiqiliyinə şübhə olduğu bildirilmişdir. Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamın saxlama vahidində bir neçə şəxslə yanaşı X3 da torpaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X1 torpaq sahəsi ayrılması kimi qeyd edildiyindən müraciəti müsbət həll etmək mümkün olmamışdır. 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil xx xxxx 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hətta hazırki qüvvədə olan qanunvericlikllə də X2 adına verilmiş Cavabdeh başçısının № 1975 saylı, xx xxxxxx 1998ci il tarixli sərəncamının mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, işdən mübahisələndirilən sərəncamının iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş qətnamələrdən görünür ki, İddiaçı cavabdehlər X5 və X10 qarşı tikililərin sökülməsi və zərərin ödənilməsi ilə bağlı iş üzrə iddia tələbi təmin edilmişdir. (Səbail rayon Məhkəməsinin 2(009)-2601/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi). Göründüyü kimi, iddiaçı X2 adına verilmiş Cavabdeh başçısının № 1975 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamının mövcüdluğundan, mülki qaydada “tikililərin sökülməsi”nə dair iş üzrə iddia ərizəsi verildikdə və yekun məhkəmə qərarı qəbul edildikdə xəbərdar olmuşdur. Məhkəmə sözügedən sərəncamın iddiaçı tərəfindən xəbərdar olmasını xx xxxx 2016-ci il tarixdən qəbul etsə belə, belə olan halda, iddiaçı həmin sərəncamın mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İPM-nin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququnu da itirdiyindən, mümkünlük şərtlərinin ödənilməməsi səbəbi ilə iddia mümkün sayılmamalıdır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddiaçının xx.xx.2011-ci il tarixli, 02 № -li Cavabdeh tərəfindən tərtib edilmiş plan-cizginin, bu cizgi əsasında keçmiş Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 47997 saylı, xx.xx.2013-cü il tarixli topraq sahəsinin plan və ölçünün ləğvi ilə bağlı münasibətdə Məhkəmə bildirir ki, iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Belə ki, hazırki mərhələdə iddiaçının irəli sürdüyü xx.xx.2011-ci il tarixli, 02 № -li Cavabdeh tərəfindən tərtib edilmiş plan-cizginin ləğvi ilə bağlı hissəsinin baxılmasının mümkün olmaması səbəbi odur ki, X2 adına Cavabdeh tərəfindən tərtib edilmişxx.xx.2011-ci il tarixli, 02 № -li plan-cizginin əsasında məhz Cavabdeh başçısının № 1975 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamı durmuş, həmin sərəncam hazırki iddia ilə mübahisələndirilmiş və məhkəmənin mövqeyinə əsasən həmin hissəyə baxılması mümkün sayılmamışdır. Belə olan halda sərəncam əsasında tərtib edilmiş plan-cizginin ləğvi hissəsində də iddia mümkün sayılmamalıdır. "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nın 4.2-ci bəndində deyilir ki, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.54-cü maddəsinə əsasən, ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqdəsilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquluşu sənədlər qovluğu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsidir. Məhkəmə qeyd edir ki, Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 47997 saylı, xx.xx.2013-cü il tarixli topraq sahəsinin plan və ölçüsünün ləğvində Bakı şəhəri Cavabdehlik daşımır. Belə ki, plan-ölçünün tərtib edilməsi Dövlət Xəritəçəkmə Komitəsinin səlahiyyətində olmuş və həmin Komitə ləğv olunduqdan sonra onun səlahiyyətlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə keçmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçınin iddia tələbi həmin hissədə cavabdehlik daşımayan orqana yönəldiyindən, iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın, plan-cizginin və planölçünün ləğv edilməsi” tələbi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5673/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5673/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver