Məhkəmə qərarları › İş №2-1(112)-568/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-568/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-568/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyəti cəlb olunmaqla) «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya manealər yaradılmasının cavabdehə qadağan edilməsi və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Bakı ŞİH-ə və Bakı şəhəri Xətai RİH-ə qarşı «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya manealər yaradılmasının cavabdehə qadağan edilməsi və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş 160.000 manat maddi ziyanın (əldən çıxmış faydanın) və 20.000 manat mənəvi ziyanın ödənilməsi» tələbini irəli srərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində istifadədə olan 0,123 ha torpaq sahəsində yerləşən 1a nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 880,54 kv.m ümumi, 717,67 kv.m əsas, 162,82 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin qeyriyaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 26 sentyabr 2007ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış və qeyri-yaşayış binasının 30 may 2005-ci il tarixli texniki pasportu mövcuddur. İddiaçı həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətimi həyata keçirir, orada onun təsisçisi və direktoru olduğu "xxxx" МММ ofisi və satış mağazası ilə fəaliyyət göstərir və oranın məişət cihazlarının satış mağazası kimi fəaliyyət göstərməsi üçün 02 mart 2015-ci il tarixində qeydə alınmış və **********-20001 nömrəli kod verilmişdir. Cavabdehlər 2021-ci il noyabr 20 – 21 tarixlərində qeyri iş günü olmasından istifadə edərək həmin şirkətə giriş-çıxış qapısını metal-büzməli vərəqələrlə tam bağlamışlar. Bununla da, həmin sahəyə giriş və ondan istifadə mümkünsüz vəziyyətə düşmüşdür. Həmin sahənin bağlanması ilə satışlar və malların anbara giriş-çıxışı dayandırılmışdır. İddiaçının fəaliyyətinin dayandırılması həmin sahədə işləyən 100-dən çox işçinin iş yerlərindən məhrum olması ilə nəticələnmişdir. Şirkətə giriş-çıxış qapısının bağlanması onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi məqsədilə həyata keçirildiyi müəyyən olunmuşdur. Beləliklə, Bakı şəhəri Xətai RİH tərəfindən nümayiş etdirilən bu özbaşınalıq halları mülkiyyət və əmək hüquqlarının kobud pozuntusu və sahibkarlıq fəaliyvətinə ciddi zərvə vurulması ilə nəticələnmişdir. Belə ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneə yaradan bu hal ona xeyli miqdarda maddi ziyan vurmuş, fəaliyyət göstərəcəyi təqdirdə əldə edəcəyi gəlirlərdən məhrum olmasına səbəb olmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMM-nin maliyyə göstəricilərinə dair arayışdan da göründüyü kimi, şirkətin orta 1 günlük mənfəəti 10.428,42 manat təşkil edir. Nəzərə alınsa ki, şirkətin noyabr ayının 20 – 21-i tarixlərində giriş-çıxış qapısı bağlanılmışdır, bu vaxtdan etibarən yəni, noyabr ayının 22-dən başlayaraq bu günədək fəaliyyət göstərmir. Bir gün fəaliyyət göstərməməsi ilə bağlı şirkətə dəymiş ziyan təqribən 10.000 manat edir. Daha dəqiq deyilsə, bir gün üçün 10.428 mant edir, lakin iddiaçı bir gün üçün bu ziyanı əldən çıxmış fayda şəklində 10.000 manat hesabından tələb edir. Bu hesabla bu günədək, yəni 16 gün ərzində şirkətə əldən çıxmış fayda şəklində təqribən 160.000 manat məbləğində ziyan dəymişdir. İddiaçı cavabdehlərdən mülkiyyətində olan sahədə sahibkarlıq fəaliyyətinə həyata keçirməsinə mane olan və onu mülkiyyət hüquqlarından məhrum edən hərəkətlərinə son qoymağı dəfələrlə tələb etmişdir. Lakin ona bildirilir ki, onun qeyri-yaşayış sahəsi söküləcək və bunun üçün onun razılığının heç bir əhəmiyyəti yoxdur. Göründüyü kimi, onun (iddiaçının) hüquqlarına kobudcasına,özbaşınalıqla müdaxilə olunur. Məlum olduğu kimi, torpaqların dövlət ehtiyacları üçün alınması bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri «Torpaqların dövlət ehtiyacları üçün alınması» haqqında Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Göründüyü kimi, cavabdehlər qanunvericiliyin tələbinə əhəmivyət vermədən, onunla (iddiaçı ilə) heç bir razılaşma əldə elmədən və buna səy belə göstərmədən özbaşına olaraq onun mülkiyyətində olan əmlakından istifadəni mümkünsüz edib, bu qeyri-yaşayış sahəsini sökmək istəyirlər. İddiaçının bu qadağan olunmuş özbaşınalıqdan müdafiə hüququ var və hesab edir ki, bu hüquq təmin olunmalıdır. Yuxarıda göstərilən Qanunun 13.1-ci maddəsinə əsasən alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda vaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə məruz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir. Cavabdehlər bu normada göstərilən zəruri tədbirlərdən heç birini görməmişlər. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cıı maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Cavabdehlər öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarına qəsd edir, sahibkarlıq fəaliyyətini mümkünsüz edirlər. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıya bu günədək 20.000 manat məbləğində mənəvi, 160.000 manat məbləğində əldən çıxmış fayda şəklində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMM-nin maliyyə göstəricilərinə dair arayışdan da göründüyü kimi, şirkətin orta 1 günlük mənfəəti 10.428,42 manat təşkil edir. Bu günədək 16 gündən çoxdur ki, fəaliyyətdən və mənfəətdən məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa elmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «İnzibati icraat haqqında» Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, İPM-in 2.2.4, 2.2.7, 34.2, 46 – 47, 58.7, 68-ci maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində istifadədə olan 0,123 ha torpaq sahəsində yerləşən 1a nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 880,54 kv.m ümumi, 717,67 kv.m əsas, 162,82 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsinin, bu sahənin giriş çıxışının hasarlanmasının və iddiaçının bu sahədən mülkiyyətçi hüquqları ilə istifadə etməsinə maneə yaradan digər qanunsuz hərəkətlərin cavabdehlərə qadağan edilməsi və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində bu günədək iddiaçıya vurulmuş ziyana görə 160.000 manat əldən çıxmış fayda şəklində maddi ziyanın, 20.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar çıxarılması xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 12 yanvar 2022-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərinin Xətai rayonu ərazisində abadlaşdırma işlərinin hətata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında 21 oktyabr 2021-ci il tarixli 2973 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Bakı ŞİH başçısının 278 saylı 2 noyabr 2021-ci il tarixli sərəncamı əsasında Xətai RİH başçısının 373 saylı 12 noyabr 2021-ci il tarixli sərəncamı ilə Xətai rayonu. Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədi ilə 9 nəfər tərkibdən ibarət komissiya yaradılmışdır. Hal-hazırda köçürülmə ilə əlaqədar sakinlərlə müvafiq danışıqlar aparılır. Göstərilən sərəncamlara əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2.200 manat, qeyri-yaşayış sahələrinin 1 kv.m-nə isə 2.500 manat müəyyən edilmişdir. Hazırda iddiaçının tələb etdiyi köçürülmə ərazisinə düşən və mülkiyyətində olan qeyri-yaşayış sahəsinə maneəsiz giriş və şıxış yolu təmin edilmiş, lakin qaz və elektirikin verilməsi RİHin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyyətlər yaradan müddəalar olmamalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkünsüz və ya rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 15 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, 12 sentyabr 2022-ci il tarixli AN-1 ******* nömrəli daşçınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən vətəndaş İddiaçı Həbub oğlu ilə müqavilə bağlanmış və 2.244.936,73 manat onun bank hesabına köçürülmüşdür. İPM-in 13-cü mddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı ŞİH inzibati məhləmə icraatında cavavdeh qimsində prosessual iştirakına xitam verilməklə icraata üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iclasına cavabdeh Bakı şəhəri Xətai RİH-in nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirakl edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); - (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2007-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın (110780145 qeydiyyat nömrəli) surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində istifadədə olan 0,123 ha torpaq sahəsində yerləşən 1a nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 880,54 kv.m ümumi, 717,67 kvm əsas, 162,82 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3217 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında surəti olan “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış”dan görünür ki, "xxxx" X3 19 noyabr 1998-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır, əvvəlki hüquqi ünvanı – ünvan 2 rayonu, Xəqani küçəsi, ev 23, mənzil 35a-dır, quruma vergi orqanı tərəfindən ********** VÖEN verilmişdir, təsisçisi (100% pay) və qanuni təmsilçisi İddiaçıdur. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 278 nömrəli 02 noyabr 2021-ci il tarixli sərəncamı ilə Xətai RİH-in Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üzrə vahid sifarişçi təşkilat təyin olunması, "xxxx" MMC-nin ayrılmış 29.219.000 manat vəsaiti Xətai RİH-in təqdim etdiyi bank hesabına köçürülməsini təmin etməsi qərar alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai RİH başçısının 373 nömrəli 12 noyabr 2021-ci il tarixli sərəncamı ilə Bakı ŞİH başçısının 2 noyabr 2021-ci il tarixli 278 nömrəli sərəncamı və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə rəhbər tutularaq, Xətai rayonu ərazisində abadlaşdırma işləri ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədilə müvafiq tərkibdə komissiya yaradılmışdır. İş materiallarından görünür ki, ünvan 4 ünvanlnda yerləşən 880,54 kv.m qeyriyaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarəyə verən İddiaçı ilə icarəçi "xxxx" MMM arasında 2 mart 2005-ci il tarixdə “əvəzsiz istifadə müqaviləsi” bağlanmışdır. İş materiallarında olan Xətai RİH-in (Komissiyanın sədrinin) 18 noyabr 2021-ci il tarixli bildirişində aşağıdakılar qeyd olunmuşdur: - Bakı şəhərinin Xətai rayonu ərazisində yol qovşağının qiymətləndirilməsi və abadlaşdırma işlərinin həyata keçirilməsi ilə əlaqədar Xətai RİH başçısının 12 noyabr 2021-ci il tarixli 373 nömrəli Sərəncamı ilə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Sərəncamın icrası ilə əlaqədar 5 gün müddətində hüquqi sənədlərlə komissiyaya müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 3-cü ərazi X6 İdarəsinin "xxxx" MMC-yə (direktor müavini Elman Abbasova) ünvanlanmış 17 dekabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - FHN X2 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə ünvanlanmış və baxılması üçün X6 Xidmətində qeydiyyata alınmış 2 dekabr 2021-ci il tarixli 37/15165 saylı müraciət araşdırılmışdır. Araşdırma zamanı müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmışdır. Belə ki, Xətai rayonu, Yusif Səfərov küçəsi, 1a ünvanında Bakı ŞİH tərəfindən aparılan söküntü işləri ilə əlaqədar qeyd olunan ünvanda mövcud yüksəkmərtəbəli yaşayış binasının ətrafının yüngül konstruksiya (dəmir lövhə) ilə hasara alınaraq piyadalar üçün nəzərdə tutulmuş gediş-gəliş yolu məhdudlaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, müvafiq tədbirlərin görülməsi üçün Xətai RİH rəhbərliyinə 17 dekabr 2021-ci il tarixli xx/xx- 05353 saylı məktub ünvanlanaraq icrası nəzarətdə saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 3-cü ərazi X6 İdarəsinin "xxxx" MMC-yə (direktor müavini Elman Abbasova) ünvanlanmış 9 fevral 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - FHN X2 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə ünvanlanmış və baxılması üçün X6 Xidmətində qeydiyyata alınmış müraciət araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı ŞİH-in 2 noyabr 2021-ci il tarixli 0278 saylı sərəncamına əsasən Xətai rayonu, A.Cəlilov və Y.Səfərov küçələrinin kəsişməsində yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri ünvan 7 ünvanda söküntü işləri həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq, qeyd edilən ünvanda mövcud yüksəkmərtəbəli yaşayış binasının ətrafında piyadalar üçün nəzərdə tutulmş gediş-gəliş yolunun açıq vəziyyətdə saxlanılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Xətai RİH rəhbərliyinə 9 fevral 2022-ci il tarixli xx/xx-00737 nömrəli məktub ünvanlanaraq nəzarətdə saxlanılır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" MMM-in təsisçisi (100% paya malik) və qanuni təmsilçisidir. O, mülkiyyətində olan ünvan 9 ünvanındakı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsini əvəzsiz istifadə məqsədilə müqavilə əsasında "xxxx" MMM-ə vermişdir. Bakı şəhəri Xətai RİH başçısının 373 nömrəli 12 noyabr 2021-ci il tarixli sərəncamı ilə Bakı ŞİH başçısının 2 noyabr 2021-ci il tarixli 278 nömrəli sərəncamı rəhbər tutularaq, Xətai rayonu ərazisində abadlaşdırma işləri ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi istiqamətində həmin binanın giriş-çıxışında yüngül (metal büzməli) konstruksiya ilə hasarlama aparmışdır. İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-in hərəkətlərini mübahisələndirərək, həmin hərəkətlərin cavabdeh inzibati orqana qadağan edilməsi və bu hərəkətlər nəticəsində ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: (3.11.1) müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; (3.11.6) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, İddiaçı iddiasında iki tələb irəli sürür: 1) ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya manealər yaradılmasının cavabdehə qadağan edilməsi; 2) həmin hərəkətlər (maneələr) nəticəsində iddiaçıya dəymiş maddi (əldən çıxmış fayda) və mənəvi ziyanın ödənilməsi. Məhkəmə ilk növbədə diqqətə çəkir ki, ünvan 10 ünvanındakı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi hazırkı iddia qaldırılan dövrdə İddiaçı mülkiyyətində olsa da, həmin əmlakdan istifadə edən "xxxx" MMM olmuşdur. İddiaçı həmin müəssisənin təsisçisi və qanuni təmsilçisi olduğundan, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİH-in istifadədə olan obyektin yerləşdiyi binanın ətraf ərazisini yüngül (metal büzməli) konstruksiya ilə hasarlamaqla oraya giriş-çıxışa maneələr yaratmış olsa belə, dolayısı ilə iddiaçının maraqları toxuna bilər. lakin birbaşa onun hüquqlarının həyata keçirilməsinə, fəaliyyətinə maneə yaratmır. Dövlətin insanların təhlükəsiz yaşamaq hüququnu təmin etməyə yönəlmiş ligitim marağa sahib olmasından çıxış edərək, onların həyat və sağlamlığının qorunması kimi ictimai marağın tələbləri nəzərə alındıqda fərdi hüquqların həyata keieilməsinə qanuni məhdudiyyətlər gətirilə bilər. Bu baxımdan da hazırkı işin hallarına görə inzibati orqan Bakı şəhəri Xətai RİH-in müvafiq ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması hərəkətləri qoyulan məqsədə mütənasib qiymətləndirilir. Həmçinin nəzərə alınmalıdır ki, iş məhkəmə icraatında olduğu dövrdə ünvan 9 saylı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən müvafiq qeyri-yaşayış sahəsinin dəyəri xx.xx.2022-ci il tarixdə İddiaçı müvafiq alqı-satqı müqaviləsi əsasında ödənilmişdir. İşdə olan ödəniş sənədinə əsasən müvafiq pul vəsaiti Xətai RİH tərəfindən ödənilmişdir. Ödənişin ərazidə söküntü işləri ilə əlaqədar aparıldığı da nəzərə alındıqda, belə nəticə yaranır ki, istər iddiaçıya, istərsə də "xxxx" MMM-ə münasibətdə manelər mövcud olmuşsa, artıq aradan qalxmışdır. Qeyd olunanlar belə qənaətə əsas verir ki, iddiaçının “ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya maneələr yaradılmasının cavabdehə qadağan edilməsi” hissəsi əsassızdır və təmin edilə bilməz. İddiaçının ikinci – dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi ödənilməsi tələbinə gəldikdə məhkəmə vurğulayır ki, bu tələb həm birinci tələbdən asılı və törəmədir, həm də dəymiş ziyan məbləğinin iddiaçıya münasibətdə nədə ifadə olunmasına dair hər hansı sübut məhkəmə icraatında təqdim edilməmişdir. İddiaçının birinci tələbi əsassız sayıldığı halda, bu tələb də təmin oluna bilməz. Bundan başqa, iddiaçıya mənəvi zərərin vurulması, yəni iztirab və sarsıntı keçirilməsi ilə bağlı hər hansı sübut da təqdim edilməmişdir. Göstərilənlərə əsaslanaraq, iddia həmin tələb hissəsində də təmin olunmamalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyəti cəlb olunmaqla) «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya maneələr yaradılmasının cavabdehə qadağan edilməsi və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyəti cəlb olunmaqla) «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya maneələr yaradılmasının cavabdehə qadağan edilməsi və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar