Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5680/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, ərizəçi İddiaçı1 Vaselyeviç, tərcüməçi X2 iştirakı ilə, ərizəçilər (tələbkarlar) İddiaçı1 Vaselyeviç və İddiaçı2 Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi barədə şikayət ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər (tələbkarlar) İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 hərəkətsizliyindən şikayət ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 13846/2019-002 nömrəli, 27.11.2019-ci il tarixli qətnaməsi üzrə 20 iyul 2020-ci il tarixdə icra vərəqəsi verilmişdir. Həmin icra sənədi üzrə icra işi (№ e101071/2020-1-0) Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icraatındadır. İcra məmurunun 29 iyul 2020-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Borclu E.Abbasova 10 gün müddətində icranın könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İcra sənədi üzrə icraata başlanılmasından 2 aydan çox müddət keçməsinə baxmayaraq icra sənədində göstərilən tələblərin icra olunması təmin edilməmişdir. Borclu E. Abbasov icra sənədini qəsdən icra etmir, icra məmuru V.Mahmudov isə bütün zəruri icra hərəkətlərini həyata keçirmir, bunun nəticəsində onların qanunla qorunan hüquq və mənafeləri kobud şəklində pozulur. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, şikayət mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş 29.07.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, icra məmuru tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13846/2019-002 nömrəli, 27.11.2019-ci il tarixli qərarın icrası ilə bağlı “X3 2000 (iki min) manat məbləğində pul vəsaiti və 291 (iki yüz əlli bir manat) manat, 01 (bir) qəpik məbləğində faiz borcu tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, X3 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, X4 üzərinə Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 7 saylı evin, 99 saylı mənzilindən 2 (iki) ədəd qəhvəyi rəngli kreslo, 1 (bir) ədəd rəngli divan, 1 (bır) ədəd qəhvəyi rəngli güllü çarpayı, 1 (ədəd) boz rəngli “Supermax” markalı televizor, 1 (bir) ədəd boz rəngli “LG" markalı videomaqnitofon və kitabların götürülməsi vəzifəsinin qoyulması” barədə icra sənədi üzrə icraata başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər.... icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Belə olan halda icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər (o cümlədən hərəkətsizliklər) məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi inzibati iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi ilə bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mübahisəsi ilə bağlı işin davamı kimi şikayət formasında işə baxmış (icra sənədini icraya yönəltmiş) məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçilər (tələbkarlar) İddiaçı1 və İddiaçı2 İvanovnnın Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər (tələbkarlar) İddiaçı1 və İddiaçı2 İvanovnnın Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5680/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5680/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver