Məhkəmə qərarları › İş №2-1(112)-5683/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5683/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5683/2021 02.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinə qarşı X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, “üçüncü şəxsin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X11 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99, mənzil 128 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99, mənzil 128 ünvanında yerləşən daşınmaz əmlak 15.07.2015-ci tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX № ******* saylı çıxarış əsasında iddiaçının mülkiyyətindədir. Həmin mülkiyyət ona X2 tərəfindən 09.07.2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda 4Ə-129 saylı Reyestrlə qeydə alınmış bağışlanma müqaviləsi əsasında verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 saylı evin 128 saylı mənzili 04.03.2005-ci il tarixdən AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2nun mülkiyyətində olmuşdur. X2 həmin mənzili öz adına alqı - satqı yolu ilə qeydiyyata aldırarkən, həm də onun adına bağışlama edərkən notariat kontoru tərəfindən həmin mənzildə kiminsə qeydiyyatda olması və ya qeydiyyatda olan şəxsin razılıq ərizəsinin lazım olması barədə heç nə tələb etməmişdir. Lakin 2020-ci ildən X15 adlı şəxsin adına onun mülkiyyətində olan mənzilinə bildirişlər gəlir. X15 onunla heç bir qohumluq əlaqəsində olmamış, ailə üzvü olmamışdır. X11 onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 saylı evin 128 saylı mənzilə qeydiyyata alınması barədə razılıq ərizəsi olmamışdır. Lakin mənzilinə X11 adına Bakı Nəqliyyat Agentliyindən, Nəsimi RPİ DYPŞ-dən cərimə və İX haqında protokollar gəlir. İddiaçı həmin vaxt bilmişdir ki, X15 onun mülkiyyətində olan mənzilə qeydiyyatdadır. Onun razılığı olmadan X15 adlı şəxsin mənzilində qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını, əmlakının üzərində sərəncam verə bilmək hüququnu məhdudlaşdırmışdır. Ona görə də iddiaçı Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə 19.02.2021-ci il tarixdə müraciət edərək 24.05.1978-ci il təvəllüdlü X11 mülkiyyətində olan mənzilində yaşamadığı üçün onun mənzilindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmiş, lakin müraciətinə 19.03.2021-ci il tarixdə 082-11392-1221 saylı məktubu ilə imtina edilmişdir. Hazırlıq icraatının gedişində məhkəmənin qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin məhkəməyə daxil olmuş 27.07.2021-ci il tarixli 27275-1221 saylı məktubunda işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Üçüncü şəxs X14 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən X10 ünvanlanmış 19.03.2021-ci il tarixli 082-11392-1221 onun ərizəsinə cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. - 02.08.2010-cu il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat şöbəsi tərəfindən verilmiş 30.10.2021-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 018/39-6933 nömrəli arayışdan görünür ki, X15 27.06.1995-ci il tarixdən 23.01.10.2004-cü il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Ağamalıoğlu küçəsi, ev 17-də qeydiyyatda olmuş, 23.10.2004-cü il tarixdən hal-hazıradək ünvan 4 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 5 Notariat ofisi tərəfindən 09 iyul 2015-ci ildə 4Ə-129 saylı reyestrlə qeydə alınmış X12 ilə İddiaçı Məhrərrəm qızı arasında bağlanmış bağışlama müqaviləsinin təsdiq olunmuş kserosurətindən görünür ki: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99, mənzil 128 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 31.03.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15.07.2015-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən 09.10.2020-ci il tarixli arayışlardan məlum olur ki, X15 Bakı şəhəri, Nəsimi rayonu, Azalıq prospekti, ev 99, mənzil 128, İddiaçı Zəngilan rayonu, Şərifbəyli ərazi dairəsi, Şərifbəyli kəndində qeydiyyatındadır. - 09.07.2015-ci il tarixində bağlanmış Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən X12 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99 ünvanında yerləşən yaşayış sahəsi 16.74 kv/m olan 1 (bir) otaqlı 128 nömrəli mənzilini İddiaçı mülkiyyətinə vermişdir. - X12 ünvan 7 ünvanladığı 06.10.2010-cu il tarixli, 09215911 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 99 nömrəli evdə yerləşən yaşayış sahəsi 16.74 kv/m olan 1(bir) otaqlı, 128 nömrəli mənzilini bağışlamaq istədiyini bildirmişdir. Bununla əlaqədar həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir. - Bakı şəhəri 13 saylı dövlət notariusu tərəfindən verilmiş arayışdan görünür ki, 09.07.2015 11:26:07 tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülüyün qeydiyyata alınmadığı təsdiq olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Aparatı Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 19.07.2015-ci il tarixli, 83 nömrəli arayışdan görünür ki, X4 99 nömrəli evin 128 nömrəli mənzilində, Azadlıq küçəsində, 1 otaqlı 16.74 kv/m sahəsində olan, 3-cü mərtəbəsində, 5 mərtəbəli binada yaşadığı təsdiq olunmuşdur. - 06.10.2010-u ildə Asan Xidmət tərəfindən verilmiş AZE seriyalı, 08215911 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X1 rayonu, Şərifbəyli küçəsi ünvanında qeydiyyatdadır. - X7 09.07.2015 tarixli ərizəsindən görünür ki, əri - X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 99 nömrəli evdə yerləşən 16.74 kv/m sahəsi olan 1 (bir) otaqlı, 128 nömrəli mənzilin bağışlanmasına razılığını təsdiq etmişdir. - 04.03.2005-ci il tarixində bağlanan ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X13 bir otaqlı, yaşayış sahəsi 16.74 kv/m ibarət olan və Bakı şəhəri, Azadlıq prospekti, ev 99, mənzil 128-də yerləşən mənzili X4 mülkiyyətinə vermişdir. -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 15.01.2015ci il tarixində verdiyi 221675 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 99 saylı evin, 16.74 kv/m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 128 saylı mənzilin X5 xüsusi mülkiyyyətində olduğunu təsdiq etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Aparatı Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 01.11.2005-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, Azadlıq prospekti, 99 saylı ev, 128 saylı mənzildə X5 yaşayır və bu evdə qeydiyyatda heç kim yoxdur. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99, mənzil 128 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxsin uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99, mənzil 128 ünvanında yerləşən mənzildən X11 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99, mənzil 128 ünvanında yerləşən mənzildən X11 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10DRLİK EDƏN Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar