Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5683/2024 17.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə Üçüncü şəxsin nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ümumi sahəsi 0.14 ha olan 957A saylı bağ sahəsi üzərində Cavabdeh2 adına olan **********44 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş məhkəmə daxil olduqdan sonra məhkəmə işin hallarını araşdıraraq hazırkı işin məhkəmənin icraatında olan 2-1(112)-2507/2024 saylı işə birləşdirilməsi məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iş üzrə icraatın birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraatın birləşdirilməsin etiraz etmədiyini bildirdi. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraat məhkəmənin icraatında olan 2-1(112)-2507/2024 saylı inzibati işlə birləşdirilməlidir. İş materiallarına əlavə edilmiş MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957a saylı bağ sahəsi X9, X6, X8 və X2 adına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda işə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957a saylı bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına ********** reyestr nörməsi ilə qeydiyyata alınmışdır. İddiaçı X5 birgə mülkiyyətçi X2 vərəsəsi olaraq cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ümumi sahəsi 0.14 ha olan 957A saylı bağ sahəsi üzərində Cavabdeh2 adına olan **********44 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın 1/8 hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (2-1(112)-2507/2024 nömrəli inzibati iş) İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-nin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İPM-in 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İş üzrə müəyyən edilir ki, hazırda məhkəmənin icraatında bir cavabdehə yönəlmiş, eyni mübahisə üzrə 2 ayrı inzibati iş (2-1(112)-2507/2024 saylı və 2-1(112)-5683/2024 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəlidir. Belə ki, hər iki iddia üzrə iddiaçılar birgə mülkiyyətçilər olaraq eyni cavabdehə qarşı eyni bağ sahəsinə dair üçüncü şəxsin adına olan reyestr qeydinin ləğvini mübahisələndirirlər. Məhkəmə hesab edir ki, hər iki inzibati iş üzrə müəyyənləşdirilməli, yoxlanılmalı hallar eynidir və işlərə ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu əsasdan həmin işlər bir icraatda birləşməli, ilkin olaraq məhkəmənin icraatına 2- 1(112)-2507/2024 saylı iş daxil olduğundan Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-5683/2024 saylı iş 2-1(112)-2507/2024 saylı işə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-2507/2024 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. İPM-in 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5683/2024 saylı iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-2507/2024 saylı iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın hissəvi etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə birləşdirilsin və iş üzrə icraat 2-1(112)- 2507/2024 qeydiyyat nömrəsi ilə davam etdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5683/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5683/2024
17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver