Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5685/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “mənzilə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin 14 oktyabr 2020-ci il tarixli birgə iclasının 06 №-li Protokoldan çıxarışa əsasən ünvan 1 ünvanındakı 5 mərtəbəli yaşayış evinin 2-ci girişin 1-ci mərtəbədə yerləşən 3 otaqlı, yaşayış sahəsi 35,00 kv.m ümumi sahəsi 61,38 kv.m olan 2 otaqlı 11 A№-li mənzili 4 nəfər ailə üzvü (özü, həyat yoldaşı, 2 uşağı) ilə birlikdə İddiaçı daimi istifadəsinə verilmişdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, № 214 saylı Sərəncamı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin 14 oktyabr 2020-ci il tarixli birgə iclasının 06 №-li Protokolu təsdiq edilmiş, yuxarıda göstərilən mənzilin iddiaçının adına sənədləşdirilməsi və onun mənzil uçotundan çıxarılmasına Sərəncam verilmişdir. İddiaçı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...qeyd olunan mənzil üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün tərəfinizdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 214 № li Sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir.”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanındakı 5 mərtəbəli yaşayış binasında giriş 2, mərtəbə 1, ümumi sahəsi 61,38 kvadrat metr, yaşayış sahəsi 35,00 kvadrat metr olan 3 otaqlı, 11A nömrəli mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, o imtinada qeyd olunan imtina səbəbləri ilə razı deyil və əsassız hesab edir. Cavabdehin imtina məktubunda qeyd olunan sərəncam nəzərə alınmamış, guya mənzilə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi üçün müraciəti təmin edilməmişdir. Bu yaxınlarda aidiyyəti qurumlara, həmçinin cavabdeh idarənin baş qurumuna da ərizə ilə müraciət edərək mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, iddiaçının sözügedən mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən ünvan 1 ünvanındakı 5 mərtəbəli yaşayış evinin 2-ci girişin 1-ci mərtəbədə yerləşən 3 otaqlı, yaşayış sahəsi 35,00 kv.m ümumi sahəsi 61,38 kv.m olan 2 otaqlı 11 A№-li mənzil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin 14 oktyabr 2020-ci il tarixli birgə iclasının 06№-li Protokoluna əsasən 4 nəfər ailə üzvü ilə birlikdə İddiaçı istifadəsinə verilmişdir. Həmin mənzilin iddiaçının adına sənədləşdirilməsinə dair Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, № 214 saylı Sərəncamı verilmişdir. İddiaçının ailə üzvləri (arvadı və uşaqları) X1, X3 və X5 notarial qaydada ərizə verərək mənzilin iddiaçının adına özəlləşdirimləsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçının hazırkı tələbi qaldırmaqda hüquqi marağı, istifadəsində olan qeyd olunan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsidir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə istinad edir. Cavabdeh həmçinin bildirir ki, iddiaçının həmin mənzildə qeydiyyatda olması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı tələbinin faktiki əsası və hüquqmüəyyən edici sənəd kimi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, № 214 saylı Sərəncamına istinad edir. Tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.11-ci maddələri təşkil edir. Həmin normalara görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahələri; 1) müvafiq icra hakimiyyəti orqanının (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanları) sərəncamı; 2) order; 3) və ya mənzil kirayəsi müqaviləsi ilə verilir və qeyd edilən hər üçün sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. İddiaçının təqidm etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin 14 oktyabr 2020-ci il tarixli birgə iclasının 06 №-li Protokoldan çıxarışdan, həmçinin Bakı şəhər İcra Hakimiyyəti Başçının 214 №-li, xx.xx.2020-ci il tarixli Sərəncamından müəyyən edilir ki, iddiaçı iş yeri üzrə mənzil uçotuna xx.xx.1991-ci il tarixdən alınmışdır. Belə olan təqdirdə, iddiaçının həmin mənzillə bağlı hüquqları həmin andan yaranmış olur. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Göründüyü kimi, cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni iddiaçının mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədlərə malik olmaması işdə olan sənədlərlə təkzib edilir. İddiaçının həmin mənzildə pasport qeydiyyatının olmaması isə, mülkiyyət hüququnun qeydı alınmasından imtina üçün əsas deyil. Cavabdeh bu hala istinad edərkən etirazının əsaslandırmamış, hər hansı qanunvericilik normasına istinad etməmişdir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanda yerləşən 11A saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5685/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5685/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver