Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5686/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə bərpa edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun mənzil-uçot siyahısından çıxarılmağının qanunsuz və əsassız hesab olunması, ehtiyyatda olan zabitlərin mənziluçot siyahısında müvafiq dəyişikliklər edilərək, onun güzəştli əsaslarla mənzil uçotuna götürülməyi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 173 nömrəli 06.08.2020-ci il tarixli sərəncamının ləğv olunması, onun və ailə üzvlərinin ehtiyatda olan hərbi qulluqçuların mənzil növbəsinə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1994-cü ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmış, 1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini, 2000-ci ildə Zabit Heyətinin təkmilləşdirmə kursunu bitirmişdir. 21 ildən artıq ordu sıralarında qüsursuz xidmət edərək, 2015-ci ildə ehtiyyata buraxılmış. Xidməti vəzifəsinin çox hissəsini döyüş bölgəsində yerinə yetirmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddəti güzəştli şərtlərlə 33 ildən artıqdır. Hərbi xidmət vəzifəsini yerinə yetirərkən, hərbi travma almış və hazırda ikinci dərəcəli əlildir. Xidmət etdiyi müddət ərzində “ARSQ-nin 10 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “ARSQ-nin 90 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla təltif edilmişdir. 2016-cı ilin əvvəllərində ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və 2 oğlu) Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, 76 ünvanında qeydiyyatda olduqları üçün Bakı şəhəri Cavabdehnə müraciət edərək, ordu sıralarında 20 ildən artıq qüsursuz xidmət etdiyini, hazırda ehtiyata buraxıldığını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qeydiyyatda olduğunu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün ona verilmiş imtiyazların nəzərə alınmasını və güzəştli mənzil növbəsinə qəbul olunmağını xahiş etmişdir. Həmin müraciəti nəzərə alınmış və Bakı şəhəri Cavabdeh Başçısının 29 mart 2016-cı il tarixli, 72 nömrəli Sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Lakin mənzil-uçot siyahısında mənzil növbəsi ilə əlaqədar olaraq, Cavabdehndə olarkən ona məlum olmuşdur ki, o, güzəştli əsaslarla mənzil-uçot siyahısından çıxarılmışdır. Bununla əlaqədar olaraq dəfələrlə Cavabdehndə qəbulda olmuş və müvafiq sənədlərini təqdim edərək, bildirmiş ki, o, 21 ildən artıq ordu sıralarında qüsursuz xidmət edərək, ehtiyyata buraxılmışdır. Xidməti vəzifəsinin çox hissəsini döyüş bölgəsində yerinə yetirmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddəti güzəştli şərtlərlə 33 ildən artıqdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada ona verilmiş imtiyazların nəzərə alınmasını, mənzil-uçot siyahısından çıxarılmağı qanunsuz və əsassız olduğundan güzəştli əsaslarla mənzil uçotuna götürülməyini və ehtiyyatda olan zabitlərin mənzil-uçot siyahısında müvafiq dəyişikliklər edilərək, məlumatların bərpa olunmasını xahiş etmişdir. Cavabdeh 02 mart 2021-ci il tarixində müraciətinə cavab olaraq bildirmişdir ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılmağı səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzil növbəsinə götürülməyi nəzərdə tutulmadığından Cavabdeh Başçısının 173 nömrəli, 06.08.2020-ci il tarixli Sərəncamı ilə o, Cavabdeh ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. İş üzrə cavabdeh Bakı şəhəri Cavabdeh Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı öz iddiasını onunla əsaslandırır ki, o 1994-2015-ci illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, mayor rütbəsinə kimi yüksəlmiş, 21 il boyunca layiqincə vətənə xidmət etmişdir. 2015-cı il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0743 saylı əmri ilə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. O, ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehnə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün tələb olunan müvafiq sənədləri təqdim etdikdən sonra Cavabdeh Başçısının 72 nömrəli, 29.03.2016-cı il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 173 nömrəli, 06.08.2020-ci il tarixli Sərəncamına əsasən əsasən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından onun və ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Həmin sərəncam ilə o ailə üzvlərilə birlikdə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və növbəsinə dair Cavabdeh Başçısının 72 nömrəli, 29.03.2016-cı il tarixli Sərəncamı ləğv olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3.-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Cavabdehnə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. Rayon İcra Hakimiyyəti öz tərəfindən mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmə işdə iştirak etmiş iddiaçının izahatını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan EZ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 1998ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbi, 2000-ci ildə Zabit heyətinin təkmilləşdirmə kursunu bitirmişdir. AR SQ-nin 10 illiyi yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal. “ARSQ-nin 90 illiyi” yubiley medalı. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. 09.11.2015-ci ildə ARMN-nin 0743№-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən işdən çıxarılmışdır. İşdə olan DSMF-nun Yasamal rayon şöbəsi tərəfindən verilmiş № 007847 saylı 14 mart 2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı 13.11.2017-ci ildən 13.11.2022-ci ilə qədər İİ-ci qrup əlillik verilmişdir. İş materiallarında olan Cavabdeh Başçısının 29.03.2016-cı il tarixli № 72 saylı sərəncamının surətindən görünür ki, İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 2 oğlu) ünvan 2 ünvanda qeydiyyatdadır. İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 2 oğlu) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülməsi və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi barədə sərəncam verilmişdir. Cavabdeh Başçısı tərəfindən İddiaçı ünvanlanmış 02.03.2021-ci il tarixli Q-42-068 saylı məktubun surətindən görünür ki, o, Cavabdeh Başçısının 72 nömrəli, 29.03.2016-cı il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. “Hərbi Xidmətkeçmə haqqında’’ Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılmağı səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən mənzil növbəsinə götürülməyi nəzərdə tutulmadığından Cavabdeh Başçısının 173 nömrəli, 06.08.2020-ci il tarixli Sərəncamı ilə iddiaçı Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. Məhkəmə sorğusu əsasında Cavabdeh tərəfindən göndərilmiş sənədlərdən görünür ki, Cavabdeh başçısının 06.08.2020-ci il tarixli № 173 saylı sərəncamı ilə “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsi ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından İddiaçı və onun ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən verilmiş 01.02.2016-cı il tarixli № 28 saylı arayışının surətindən görünür ki, 1976-cı il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən 16.09.1994-cü ildən 09.11.2015-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir və AR MN-nin 0743 nömrəli 09.11.2015-ci ilə il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında’’ Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata tərxis olunub. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv fondunda məlumatın olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28.08.2019-cu il və 02.06.2020-ci il tarixli arayışların surətlərindən aydın görünür ki, İddiaçı və ailə üzvləri X1, X2, X3 daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı milli qeydiyyat sistemində məlumat yoxdur. Məhkəmə aşağıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinasında və etirazında gətirdiyi dəlillər əsassızdır və bu səbəbdən də, iddia təmin edilməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. İş materiallarından müəyyən olunur ki, iddiaçı 15 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir və iddiaçı xidmət etdiyi müddət ərzində torpaq sahəsi və ya mənzillə təmin olunmamışdır. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericilikdə müəyyən edilmiş bu şərtlər ödənilir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək Məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamın – inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla bağlı məhkəməyə təqdim edilmiş dəlilləri də, əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etdiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şrtləri nmövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh iddiaçının mənzil növbəsinə götürülməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, “X5 haqqında” Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklkər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları şərh edir. Lakin, hazırki mübahisədə normativ hüquqi aktın məzmununun rəsmi şəkildə şərh edilməsi ilə bağlı nə normayaratma orqanın, nə dəki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəsmi şərhi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının 173 №-li, 06.08.2020-ci il tarixli sərəncamı ləğv olunsun. İddiaçı ailə üzvləri ilə birlikdə mənzil növbəsinə bərpa olunması vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5686/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5686/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver