Məhkəmə qərarları › İş №2-1(112)-5686/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5686/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5686/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2rşı “işsizlikdən sığorta ödənişinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - İddiaçı işsizlikdən sığorta ödənişi məbləğinin onun itirilmiş orta aylıq əmək haqqının 50 faizi məbləğində hesablanması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X3 üzərinə qoyulması; - İddiaçı ödənilmiş işsizlikdən sığorta ödənişi məbləği ilə onun itirilmiş orta aylıq əmək haqqının 50 faizi məbləğində hesablanmış işsizlidkən sığorta ödənişi məbləği arasında olan fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X3 üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi ərizə ilə “İddiaçı ödənilmiş işsizlikdən sığorta məbləği ilə onun itirilmiş orta aylıq əmək haqqının (1320 manat) 50 faizi məbləğində hesablanmış işsizlikdən sığorta məbləği arasında olan fərqin ödənilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, 2008-ci ildən bəri “Gilan X9” MMC-də İnsan Resursları şöbəsində müdir vəzifəsində çalışıb. xx.xx.2020-ci il tarixdə “Gilan X9” MMCnin direktorun imzaladığı əmrə əsasən işdən azad edilmişdir. 2022-ci il dekabrın 5-də Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi ilə o, tutduğu vəzifəyə işə bərpa edilmişdir. X8 Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1143/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı cavabdeh “Gilan X9” MMC-yə qarşı “işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi, “Gilan X9” MMC-nin direktorunun 21 iyul 2020-ci il tarixli, X-20/15 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “Gilan X9” MMC-də işlədiyi İnsan Resursları şöbəsinə müdir vəzifəsinə bərpa olunması qət edilmişdir. İddiaçı 2023-cü il noyabrın 7-də mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yenidən işdən azad edilmişdir. Hal hazırda işsizlikdən sığorta ödənişi alır, lakin mənə sığortanı minimum əmək haqqı qədər ödəyirlər, bunu belə izah edirlər ki guya 12 ay işləməmişdir. Lakin işdə olan sübutlardan məlum olur ki, iddiaçı 2008-ci ildən 2023-cü ilin noyabr ayına qədər, yəni 15 il “Gilan X9” MMC-də işlədiyi İnsan Resursları şöbəsinə müdir vəzifəsində çalışıb. Belə olan halda cavabdeh idarənin hansı əsasla iddiaçının 12 aydan həmin vəzifədə çalışdığını bildirməsi anlaşılan deyildir və bu durum iddiaçının hüquqlarını pozur. Bütün bunlar əsasında cavabdeh idarənin üzərinə almış olduğu orta aylıq əmək haqqını nəzərə alaraq işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyinin qoyulmasını xahiş edirik. Göründüyü kimi, iddiaçıya sığorta ödənişi orta aylıq əmək haqqının 50%-i məbləği həddində ödənilməli olduğu halda, ona səhvən minimum əmək haqqı məbləğində ödənilir. Bu səhvin düzəldilməsi cavabdehdən tələb olunas da cavabdeh bu səhvi düzəltmədi. Bundan başqa qeyd edilmişdir ki, iddiaçının orta aylıq əmək haqqı 1320 manat təşkil edir. Belə bir durumda iddiaçıya ən azından 600 manat işsizlikdən sığorta ödənişinin ödənilməsi qanunvericiliyin tələbidir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və Məcəllənin 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) əmək müqaviləsinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 - 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 - 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan, bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilir və hesablanır. İddiaçı əmək müqaviləsinə 21 iyul 2020-ci il tarixdə xitam verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 iyul 2021-ci il tarixli 2(107)- 1143/2021 nömrəli qətnaməsi ilə 5 dekabr 2022-ci il tarixdə işə bərpa edilmişdir. Daha sonra İddiaçı əmək müqaviləsinə “X9” MMC-nin 7 noyabr 2023-cü il tarixli X- 23/113 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı işsizlikdən sığorta ödənişinin təyinatı ilə əlaqədar Agentliyə müraciət etmişdir. Agentlik tərəfindən İddiaçı müraciəti araşdırılmış və sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq X1 və Təyinat filialının 26 sentyabr 2024-cü il tarixli 3-17-2/3-3-74/2024 nömrəli qərarı ilə ona 1 sentyabr 2024-cü il tarixdən aylıq 345,00 manat məbləğində işsizlikdən sığorta ödənişi təyin edilmişdir. İddiaçı 2024-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar ayı üzrə ümumilikdə 1780 manat məbləğində işsizlikdən sığorta ödənişi ödənilmişdir. Lakin iddiaçı təyin olunan işsizlikdən sığorta ödənişinin məbləğindən narazı olduğu üçün məhkəməyə müraciət etmişdir. Bildirilmişdir ki, Qanunun 13.2.2-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə həmin Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində işsizlikdən sığorta ödənişi təyin edilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində İddiaçı barəsində 2020-ci ilin iyul ayından 2022-ci ilin dekabr ayınadək sığorta haqlarının ödənilməsi aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, Qanunun 11-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajına daxil olan müddətlərə bu Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət və bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət aid edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.6-cı maddəsinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Qanunun işsizlikdən sığorta məqsədləri üçün sığorta stajının müəyyən olunması və hesablanması ilə əlaqədar aidiyyəti normalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.6-cı maddəsinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, müvafiq ödənişin işsizlikdən sığorta məqsədləri üçün sığorta stajının hesablanması zamanı nəzərə alınması üçün hər ay üzrə mövcud olması zəruridir. Hazırkı mübahisə üzrə şəxs işə bərpa olunduğu üçün itirilmiş əməkhaqqının və bu məbləğdən işsizlikdən sığorta haqqının ödənilməsi şəxsin həmin işsizlikdən sığorta haqqının bütün aylar üzrə ödənilməsi hüquqi nəticəsini birbaşa doğurmur. Belə olduğu təqdirdə işsizlikdən sığorta ödənişinin təyinatı zamanı müvafiq ayların işsizlikdən sığorta stajı olaraq nəzərə alınması və təyinat zamanı təyinat məbləğinin məhz buna görə formalaşdırılması yuxarıda qeyd edilən normalarla uyğunsuzluq təşkil edir. Qeyd edildiyi kimi iddiaçı ilə əlaqədar işsizlikdən sığorta məqsədləri üçün 2020-ci ilin iyul ayından 2022-ci ilin dekabr ayınadək sığorta haqlarının ödənilməsi müvafiq elektron sistemdə aşkar edilməmişdir. Qanunun 13.1-1-ci maddəsinə əsasən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3.6cı maddəsinə əsasən “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. Beləliklə, iddiaçı ilə əlaqədar müvafiq aylar üzrə hər aya münasibətdə ayrılıqda işsizlikdən sığorta haqları ödənilmədiyi və bununla bağlı məlumatlar Nazirliyin MElS-nin “Sığorta” altsistemi vasitəsilə aşkarlanmadığı üçün iddiaçıya minimum məbləğdə işsizlikdən sığorta ödənişinin təyin edilməsi qanunvericilik baxımından hüquqi və əsaslı xarakter daşımışdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı işsizlikdən sığorta ödənişi məbləğinin onun itirilmiş orta aylıq əmək haqqının 50 faizi məbləğində hesablanması və ödənilmiş işsizlikdən sığorta ödənişi məbləği ilə onun itirilmiş orta aylıq əmək haqqının 50 faizi məbləğində hesablanmış işsizlikdən sığorta ödənişi məbləği arasında olan fərqin ödənilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2686/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2098/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir.

6. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1143/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh “Gilan X9” MMC-nə qarşı “işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsi və “Gilan X9” MMC-nin direktorunun 21 iyul 2020-ci il tarixli, X- 20/15 nömrəli əmri ləğv edilməsi, İddiaçı “Gilan X9” MMC-də işlədiyi İnsan Resursları şöbəsinə müdir vəzifəsinə bərpa olunması qərara alınmışdır.

7. “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 noyabr 2023-cü il tarixli əmrinə əsasən "X9" MMC-nin X6 müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilməklə xx.xx.2023-cü il tarixindən işdən azad edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 X7 Filialının xx.xx.2024-cü il tarixli məkubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdən 345,00 (üç yüz qırx beş manat 00 qəpik) manat məbləğində işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. Təkrar müraciəti əsasında təyin edilmiş sığorta ödənişinizin məbləği dürüstləşdirilmiş və təyin olunmuş ilkin sığorta ödənişinin məbləği arasında fərq yaranmamışdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

11. İPM-in 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddiaçının növü məcburetmə haqqında iddiadır. 13.“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 17.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 X7 Filialının xx.xx.2024-cü il tarixli məkubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdən 345,00 (üç yüz qırx beş manat 00 qəpik) manat məbləğində işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. Təkrar müraciəti əsasında təyin edilmiş sığorta ödənişinizin məbləği dürüstləşdirilmiş və təyin olunmuş ilkin sığorta ödənişinin məbləği arasında fərq yaranmamışdır.

15. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində təqdim edilmişdir.

16. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

17.“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması; 2.0.3. sığortaolunan – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər; 2.0.4. sığortaedən – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlər: 2.0.4.1. hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri; 2.0.4.2. dövlət orqanları; 2.0.4.3. fiziki şəxslər; 2.0.4.4. seçkili orqanların rəhbərləri; 2.0.5. sığortaçı – işsizlikdən sığorta sahəsində idarəetməni (işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən müvafiq icra hakimiyyəti orqanı; 2.0.6. sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları; 2.0.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği; 2.0.8. sığorta tarifi – sığorta haqqının hesablanması üçün əməkhaqqı fonduna və sığortaolunanın əməkhaqqına tətbiq edilən faiz dərəcəsi; 2.0.9. sığorta vəsaiti – bu Qanunun 21-ci maddəsində nəzərdə tutulan mənbələrdən formalaşan vəsait; 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti; 11.0. Bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajına aşağıdakı müddətlər daxildir: 11.0.1. bu Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət; 11.0.2. bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət. 13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. 18.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

20. İddia tələbi İddiaçı ödənilmiş işsizlikdən sığorta məbləği ilə (345 manat) onun itirilmiş orta aylıq haqqının (1320 manat) 50 faizi məbləğində hesablanmış işsizlikdən sığorta məbləği arasında olan fərqin ödənilməsi ilə bağlıdır.

21. Cavabdeh tərəfindən bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində İddiaçı barəsində 2020-ci ilin iyul ayından 2022-ci ilin dekabr ayınadək sığorta haqlarının ödənilməsi aşkar edilməmişdir.

22. Məhkəmə müəyyən edir ki: - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2686/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2098/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. - Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1143/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh “Gilan X9” MMC-nə qarşı “işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsi və “Gilan X9” MMC-nin direktorunun 21 iyul 2020-ci il tarixli, X- 20/15 nömrəli əmri ləğv edilməsi, İddiaçı “Gilan X9” MMC-də işlədiyi İnsan Resursları şöbəsinə müdir vəzifəsinə bərpa olunması qərara alınmışdır. - X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 Noyabr 2023-cü il tarixli əmrinə əsasən "X9" MMC-nin X6 müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilməklə xx.xx.2023-cü il tarixindən işdən azad edilmişdir.

23. Məhkəmə qeyd edir ki, faktiki olaraq cavabdeh orqan tərəfindən qeyd edilən dövrdə iddiaçı (sığortaolunan) və işəgötürən (sığortaedən) arasında işə bərpa ilə bağlı məhkəmə çəkişməsinin olduğu işin mübahisəsiz halıdır. Faktiki olaraq həmin dövr məcburi iş buraxma müddəti olmuş, iddiaçının iddia tələbi təmin olunduğundan qeyd edilən dövr üçün sığortaedən tərəfindən iddiaçının xeyrinə məcburi işburaxma dövrü üçün əmək haqqı ilə yanaşı, cəmi 10.831,66 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir (2022-ci ildə). 24.Məhkəmə hesab edir ki, məcburi iş buraxma dövrünə aid olmaqla sığortedən (işəgötürən) tərəfindən cəmi 10 831,66 manat məcburi dövlət sosial sığorta haqqı ödənildiyindən həmin dövr (2020-ci ilin iyul ayından 2022-ci ilin dekabr) sığortaolunanın sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, həmin məbləğ qeyd edilən dövrü bütövlükdə əhatə etdiyindən “Sosial sığorta haqqında” Qanunun 1.1.9-cu maddəsi baxımından sığortaolunanın (iddiaçının) xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti olmaqla onun sığorta stajını təşkil edir.

25. Odur ki, iddiaçı sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malikdir.

26. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun məhz 13.2.1.-ci və 14.1-ci maddəsi tətbiq edilməli və hesablanan sığorta ödənişi iddiaçının itirilmiş orta aylıq əməkhaqqının (1320 manat) 50 faizi məbləğində təşkil etməlidir (1320manat/2=660 manat). Lakin iddiaçıya minimum aylıq əmək haqqı məbləğində işsizlikdən sığorta ödənişi (345 manat) həyata keçirilmişdir. Odur ki, həmin fərq məbləği iddiaçıya ödənməlidir.

27. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı ödənilmiş işsizlikdən sığorta məbləği ilə onun itirilmiş orta aylıq əmək haqqının 50 faizi məbləğində hesablanmış işsizlikdən sığorta məbləği arasında olan fərq ödənilməlidir.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ödənilmiş işsizlikdən sığorta məbləği ilə onun itirilmiş orta aylıq əmək haqqının 50 faizi məbləğində hesablanmalı işsizlikdən sığorta məbləği arasında olan fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar