Məhkəmə qərarları › İş №2-1(112)-5688/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5688/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5688/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13.303,38 əsas, 5.785,44 manat faiz, 180,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 19.268,82 manat vergi, faiz və maliyyə sanksiyasına dair “tələbin icraya yönəldilməsi haqqında” 24.11.2020-ci il tarixli, **********101100 №-li qərarının ləğv edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə vergi əməkdaşlarından onun məlum olmuşdur ki, onun adına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti açılıb və həmin Cəmiyyətin vergi borcu yaranmışdır. O, bundan sonra vergi orqanlarından öyrənmişdir ki, onun xəbəri olmadan kimsə onun adına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini açmışdır. O, dərhal həmin cəmiyyətin bağlanması barədə vergi orqanlarına ərizə ilə müraciət etmişdir və bu barədə rəsmi olaraq “Birja” qəzetində elan da vermişdir. Lakin buna baxmayaraq o, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin əməkdaşı tərəfindən 29 yanvar 2021ci il tarixdə həmin idarəyə çağırılandan sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda da fəaliyyət göstərdiyini, Cəmiyyətin vergi borcunun olmasını və onun isə guya həmin Cəmiyyətin direktoru olmağı barədə xəbər tutmuşdur. O, 29 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində olarkən və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin “tələbin icraya yönəldilməsi haqqında” 24.11.2020-ci il tarixli, **********101100 №-li qərarının təsdiq edilmiş surətini İcra İdarəsindən həmin tarixdə aldıqdan sonra ona aydın olmuşdur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13.303,38 əsas, 5.785,44 manat faiz, 180,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 19.268,82 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12.02.2020-ci il tarixli, **********926600 №-li qərarları 24.11.2020-ci il tarixdən icraya yönəldilmiş və həmin tarixdən qüvvəyə minmişdir. O, bununla əlaqədar bildirmişdir ki, onun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə heç bir əlaqəsi olmamış, o, direktor kimi həmin Cəmiyyətin fəaliyyətinə heç vaxt rəhbərlik etməmişdir, qeyd olunan cəmiyyətin fəaliyyətindən onun xəbəri olmamışdır. Ona görə də xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 19.268,82 manat vergi, faiz və maliyyə sanksiyası vergi borcunun yaranmasında onun heç bir təqsiri yoxdur. Qeyd olunan Cəmiyyətin kimlər tərəfindən təsis və idarə edilməsindən onun xəbəri yoxdur. O, heç vaxt həmin cəmiyyəti təsis etməmişdir və direktor kimi həmin cəmiyyətə rəhbərlik etməmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 19.268,82 manat vergi, faiz və maliyyə sanksiyası vergi borcunun hansı şəraitdə yaranmasından onun xəbəri olmamış və o, həmin borca görə məsuliyyət daşımır. O, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini 5 il bundan əvvəl bağlamışdır və bu barədə qəzetdə rəsmi elan da vermişdir. O, ümumiyyətlə həmin Cəmiyyətin hansı ünvanda yerləşdiyindən və hansı fəaliyyətlə məşğul olmasından xəbəri olmamışdır. O, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi göstərilən ünvan 1 ünvanda heç vaxt yaşamamışdır və qeydiyyatda olmamışdır. Lakin buna baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13.303,38 əsas, 5.785,44 manat faiz, 180,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 19.268,82 manat vergi, faiz və maliyyə sanksiyasına dair “tələbin icraya yönəldilməsi haqqında” 24.11.2020-ci il tarixli, **********101100 №-li qərarı qəbul edilməzdən əvvəl ona bu barədə heç bir məlumat verilməmiş, vergi əməkdaşları tərəfindən yuxarıda göstərdiyi xüsusatların heç biri araşdırılmadan qərar qəbul edilmiş, qeyd olunan ümumilikdə 19.268,82 manat vergi, faiz və maliyyə sanksiyasına dair vergi borcunun yaranmasına məsuliyyət daşıyan şəxslər kənarda qalmış, nəticədə qanunsuz və əsassız olaraq 19.268,82 manat məbləğində vergi borcunu ödəməyi Sumqayıt şəhəri üzrə İcra İdarəsi ondan tələb edir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən göründüyü kimi ləğv edilməsi tələb olunan borc məbləği “xxxx" MMC-nin vergi öhdəliyi ilə bağlı yaranmış borcdur. Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsində göstərilir ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildirmişlər ki, mübahisəiəndirilən borc məbləği “xxxx" MMC-nin vergi öhdəliyi ilə bağlı olduğuna görə İddiaçı həmin borcun ləğv edilməsi üçün öz adından iddiaçı kimi iddia qaldırmaq səlahiyyətinə malik deyil və qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarekterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1 -ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində İnzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır." Göstərilənləri nəzərə alara iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğli xx.xx.1951-ci ildə Beyləqan rayonu, Dünyamallar kəndində doğulmuşdur, yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********101100 №-li, 24.11.2020-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarından görünür ku, “xxxx” MMC (VÖEN: **********, AZ 5002, Sumqayıt şəhəri, məh. 25, kottec, ev 60/13, mailto:supply-5@mail.ruElektron ünvan ) tərəfindən 13.303,38 əsas, 5.785,44 manat faiz, 180,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 19.26882 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13.02.2020-ci il tarixli, **********926600 nömrəli qərarları 24.11.2020-ci il tarixindən icraya yönəldilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********101100 №-li, 24.11.2020-ci il tarixli icra sənədinə əsasən “xxxx” MMC-dən ümumilikdə 19268,82 manat məbləğində pul tutulub dövlət büdcəsinə ödənilməlidir. İcra sənədində göstərilən tələbi könüllü icra etməyi üçün 10 (on) gün vaxt verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən “xxxx” MMC barəsində qəbul edilmiş qərarı mübahisələndirsə də “xxxx” MMC-yə aidiyyatı olmasını təsdiq edən sübutları (qanuni təmsilçisi, təsisçisi, səlahiyyətli nümayəndəsi olmasını) məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini tələb etməsinə dair subyektiv hüquqa malik deyildir. Ona görə də İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından onun tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar