Məhkəmə qərarları › İş №2-1(112)-5688/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5688/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5688/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı **********2 saylı, xx.xx.2022-ci il tarixli və **********3 saylı, xx.xx.2022-ci il tarixli cavabları ilə müşaiyət olunan hərəkətlərin qanunsuz hesab edilməsi; Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmaqla tutduğu vəzifələr də nəzərə alınmaqla iş stajının hesablanaraq pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1981-1984-cü il tarixləri işlədiyi illərin dövlət qulluğu stajına nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hesablamanın Təsnifat Toplusunda göstərilən dövlət qulluqçusu vəzifələrinin uyğunlaşdırılması və həmin dövrdə “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2003-cü il tarixli 515 Qİİ saylı Qanununa əsasən dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 %, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5% miqdarına əlavə olunmaqla ümumi pensiya hesablanaraq pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iddia “pensiya məbləğinin “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2003-cü il tarixli 515 Qİİ saylı Qanununa əsasən dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 %, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5% miqdarına əlavə olunmaqla hesablanması” hissəsində mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, onun qulluq stajında işlədiyi müddət 15 ildən çox təşkil edir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 20 iyun 1957-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən ümumi iş stajı 35 il 6 ay, dövlət qulluğu stajı 14 il 4 ay 18 gün (xx.xx.1984-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərdəki əmək fəaliyyətini) təşkil edir.Hazırda iddiaçının dövlət qulluğu stajı mübahisələndirilir. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilmiş sənədlərə əsasən, mübahisəsiz güzəştli stajı 14 il 4 ay 18 gün (xx.xx.1984-cü il tarixdən xx.xx.1999-cu il tarixədəkj təşkil edir. Mübahisəli güzəştli stajı 3 il 8 av 12 gün /xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Kirov rayon X7 “böyük mühasib” vəzifəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı şəhəri Kirov rayon X6 İcraiyyə Komitəsinin Xalq X1 Mühasibatlığında mühasib-təftişçi vəzifəsində,) təşkil edir. Beləliklə, əmək kitabçasının surətinə əsasən dövlət qulluğu stajı qanunla tələb olunan 15 ildən az olduğundan iddiaçıya dövlət qulluqçusi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi “pensiya məbləğinin “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2003-cü il tarixli 515 Qİİ saylı Qanununa əsasən dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 %, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5% miqdarına əlavə olunmaqla hesablanması” hissəsində mümkünlük tələblərinə cavab verməsə də digər hissədə mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, həmin hissədə irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977ci il tarixədək “Bakxlebtorq” 58 saylı, daha sonra 188 saylı mağazada gecə növbəsində çörəyin qəbuledici-düzücü, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək ƏET şöbəsində mühəndis, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Baksportkulttorq” 13 saylı mağazada böyük satıcı, xx.xx.1981-ci il tarixdən Bakı şəhəri Kirov rayonun xalq maarif şöbəsinin Kirov rayonu X6nə əsaslı təmir üzrə mühasib, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək mühasib revizor, xx.xx.1984-cü il tarixdən Kirov rayonu maliyyə şöbəsində böyük iqtisadçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək büdcə inspeksiyasının rəhbəri, xx.xx.1990-cı il tarixdən Bakı şəhəri Kirov rayon maliyyə şöbəsinin müdiri, xx.xx.1997-ci il tarixdən Bakı şəhəri üzrə Bakı nəzarəti-müfəttişi, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Baş Nəzarət Təftişi İdarəsinin rəis müavini, xx.xx.2000ci il tarixdən xx.xx.2005-ci il tarixədək Maliyyə və vergilər İdarəsinin rəisi, xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasında Assosiasiyanın Bələdiyyələrlə yerli inkişaf layihələri üzrə mərkəzinin müdiri vəzifəsində işləmişdir. X4 məhkəmə sorğusuna verdiyi cavab məktubundan görünür ki, iddiaçının 1984- 1991-ci illərdə Kirov rayon Maliyyə Şöbəsində dövlət gəlirləri üzrə böyük iqtisadçı, büdcə müfəttişliyinin rəisi və şöbə müdiri vəzifəsində, 1991-1997-ci illərdə Bakı şəhəri Kirov rayon Maliyyə İdarəsinin müdiri vəzifəsində və 1997-1999-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Nəzarət Təftiş İdarəsinin Bakı şəhəri üzrə baş nəzarətçi müfəttişi, Baş Nəzarət Təftiş İdarəsinin Bakı şəhəri üzrə rəisi və rəis müavini vəzifələrində işlədiyi müddət dövlət qulluğuna daxil edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilən hissədə rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı əmək pensiyası yaşına çatdığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsini rəhbər turaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (14 il 04 ay 18 gün) təşkil etdiyindən, həmçinin X2 İcraiyyə Komitəsinin Xalq Təhsili Şöbəsinin Mərkəzi Mühasibatlığı və həmin qurumda olan vəzifələr Təsnifatda nəzərədə tutulmadığından onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmır. Əvvəla Məhkəmə qeyd edir ki, vətəndaşa dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsi üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsinin müəyyən edilməsi üçün təkcə vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmaması ilə yanaşı, həmçinin onun həmin hüququnun yaranması üçün digər şərtlərinin ödənilibödənilməməsini yoxlamalıdır. Məhkəmə, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmamasını müəyyən etmək məqsədi ilə aşağıda sadalanan qanunvericiliyin müddəalarının təhlil edilməsini zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında müəyyən edilir. 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci bəndinə əsasən, 01 iyul 2022-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 2 əsasa görə mümkündür: - Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; - Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onun bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olmalıdır. Məhkəmə birinci əsas ilə bağlı bildirir ki, vətəndaşa dövlət qulluğu stajına görə yaşa görə əmək pensiyasının təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. Məhkəmə bildirir ki, bu zaman təkcə iş stajının 15 il olması deyil, xüsusi ilə dövlət qulluğunda stajın 15 il olması zəruridir.Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Toplusunda” göstərilən dövlət qulluğu vəzifələrinə uyğunladırılması aparılmışdır. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının dövlət qulluğunda iş stajının 14 il 04 ay 18 gün olması mübahisələndirilməyən haldır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının 1984-1991-ci illərdə Kirov rayon Maliyyə Şöbəsində dövlət gəlirləri üzrə böyük iqtisadçı, büdcə müfəttişliyinin rəisi və şöbə müdiri vəzifəsində, 1991-1997-ci illərdə Bakı şəhəri Kirov rayon Maliyyə İdarəsinin müdiri vəzifəsində və 1997-1999-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Nəzarət Təftiş İdarəsinin Bakı şəhəri üzrə baş nəzarətçi müfəttişi, Baş Nəzarət Təftiş İdarəsinin Bakı şəhəri üzrə rəisi və rəis müavini vəzifələrində işlədiyi müddəti mübahisələndirmir. Əksinə həmin illərdə işlədiyi vəzifələri Təsnifat Toplusuna uyğunlaşdıraraq, həmin müddətin dövlət qulluğu stajına daxil etmişdir. Tərəflər arasında mübahisə açan dövr məhz 1981-1984-cü illər ilə bağlıdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının həmin dövrdə işlədiyi vəzifələrin dövlət qulluğu hesab olub-olmaması ilə bağlı aidiyyəti üzrə X5 müraciət etmişdir. Sorğuya cavab məktubundan məlum olmuşdur ki: - Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 17 may tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhər, şəhərdə rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin maliyyə şöbəsi haqqında Əsasnamə”nin 1 -ci hissəsinə əsasən rayon zəhmətkeş deputatları Soveti icraiyyə Komitəsinin maliyyə şöbəsi rayon zəhmətkeş deputatları Soveti tərəfindən yaradılır və öz fəaliyyətində həm rayon zəhmətkeş deputatları Sovetinə, onun icraiyyə komitəsinə, həm də Azərbaycan SSR Maliyyə Nazirliyinə tabedir. Yuxarıda qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin idarəsində mövcud olmuş vəzifələr Təsnifat Toplusunda göstərilmiş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Bu səbəbdən də S. D.Məmmədovun 1981-1984-cü illərdə Bakı şəhəri Kirov rayon X6 icraiyyə komitəsinin xalq X1 mühasibatlığında böyük mühasib və mühasibtəftişçi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Məhkəmə icraatı zamanı əldə olunmuş sorğuya cavab məktubunun yuxarıda göstərilmiş qanunvericiliyin müddəaları ilə birgə qiymətləndirilməsi nəticəsində məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının dövlət qulluğunda 15 il zəruri iş stajının tamamlanması onun mübahisələndirilən dövrlərə aid vəzifələrindən aslıdır. Buna baxmayaraq təqdim olunmuş məktubdan da göründüyü kimi, həmin işlədiyi müddət iddiaçının dövlət qulluğunda qulluq stajına daxil edilməsinə imkan vermir. Nəzərə alınmalıdır ki, X8 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X8 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin Nizamnaməsi) Eyni zamanda Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, X8 ilkin olaraq iddiaçıya vermiş olduğu arayışda onun Kirov rayon X7 işlədiyi böyük mühasib vəzifəsində işlədiyi müddəti qulluq stajı, digər mühasib-təftişçisi vəzifəsində işlədiyi müddəti isə qulluq stajı kimi nəzərə almamışdır. Məhkəmə yaranmış bu ziddiyyətli məqamın araşdırılması məqsədi ilə Kirov rayon X7 böyük mühasib və mühasib-təftişçi vəzifələri arasında hansı fərqin olması və digər hallar ilə bağlı qiymətləndirmə aparmışdır ki, bunun nəticəsində də X8 son olaraq həmin vəzifələrdə işlədiyi müddətin qulluq stajına daxil olunmadığını bildirmişdir. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının dövlət qulluğuuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmadığından, qanunvericilikdə nəzərdə tutulmuş 13 il qulluq stajı ilə bağlı şərt iddiaçıya aid edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 1981-1984-cü illərdə Kirov rayon X7 böyük mühasib və mühasib-təftişçi vəzifələri müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmadığından, həmçinin X3 əldə olunmuş sorğuya cavab məktubunda göstərilən bu hal öz təsdiqi tapdığından, iddiaçının dövlət qulluğu kimi zəruri olan 15 il iş stajının tamamlanması səbəbi ilə iddianın təmin edilməsi mümkün deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 1981-1984-cü il tarixləri işlədiyi illərin dövlət qulluğu stajına nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hesablamanın Təsnifat Toplusunda göstərilən dövlət qulluqçusu vəzifələrinin uyğunlaşdırılması barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar