Məhkəmə qərarları › İş №2-1(112)-5697/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5697/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5697/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1976-ilin noyabr ayından 1980-cı ilin avqust ayınadək SSRİ-nin İranın Tehran şəhərindəki Səfirliyində və 1985-ci ilin dekabr ayından 1988-ci ilin avqust ayınadək SSRİ-nin Əfqanıstan Demokratik Respublikasının Kabul şəhərindək Səfirliyində fars və dəri dili tərcüməçisi vəzifəsində işləmişdir. 2015-cİ ildə əmək pensiyasına çıxan zaman Binəqədi rayon DSMF-dan bildirilər ki, bu gün mövcud olan qanunlara əsasən dövlət müəssisələrində 5 il işləyən şəxslər dövlət qulluqçusu kimi əmək pensiyasına çıxa bilərlər və onun 7,5 il dövlət müəssisəsində (SSRİ-nin yuxarıda qeyd olunan səfirliklərində) işləmisiniz. Sov. İ KP Mərkəzi Komitəsinin , SSRİ Nazirlər Sovetinin 17 yanvar 1983-cü il sərəncamına və Azərbaycan Respublikasının 678 İİQ saylı xx.xx.2004-cü il tarixli qanunun 1,2.1.2„3.1,3.2,5.1,5.2.3,6.1,6.1.2. və 8.3 sylı maddələrinə əsasən mənə dövlət qulluqçusu pensiyası təyin olunmalı idi. Lakin əmək kitabçasında əmək haqqı haqqinda arayışlar olmadığından ona dövlət qulluqçusu kimi pensiya təyin edə bilmirlər. 5 il ərzində Rusiya Federasiyasının müvafiq nazirliklərinə və arxivlərinə müraciət edərək lazımi arayışları aldiqdan sonra cari qanunvericiliyə müvafiq olaraq xx.xx.2021-ci il tarixli ərizəsi ilə RF-nın arxivlərindən alınmış arayışların əsli ilə Azərbaycan Respublikası Xüsusi X4 üzrə Mərkəzi filialına müraciət etmişdir. Xüsusi X4 üzrə Mərkəzi Filialın rəisi isə xx.xx.2021-ci il tarixli, **********87 saylı məktubunda ərizəmin məzmunun mahiyyətinə lazımi diqqət yetirmədən yazdığı cavab məktubunun ikinci abzası ilə ziddiyyət təşkil edən başdan sovdu bir cavab yazmış, hətta SSRİ-nin Tehran şəhərindəki səfirliyinin İqtisadi müşavirlər qrupunda işləməyinin adı belə çəkilmir, onun Əfqanistan Demokratik Respublikasının nazirliklərinin əməkdaşı kimi qəbul edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respubliksaı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 fevral 2019cu il tarixli **********2 saylı əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və Bakı şəhəri İdarəsi haqqında əsasnamələri təsdiq edilmişdir. 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əmək pensiyası təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1 -ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.15-ci yarımbəndində Azərbaycan SSRİ dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış və həmin yarımbənddə iddiaçının işlədiyi müddətin dövlət qulluğu stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası 20 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının və hazırki məhkəmə iclasında iştirak edən cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-cı il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan iddiaçının 20 noyabr 1968-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -xx.xx.1968-ci ildən-xx.xx.1971-ci il tarixədək Zəngilan rayon Milis Şöbəsində gözətçi vəzifəsində işləmişdir. İşdə olan iddiaçının İT-İ№0129002 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -xx.xx.1976-cı ildə “Kənd həyatı” qəzeti redaksiyasının ədəbi işçi vəzifəsinə qəbul edilmişdir; xx.xx.1976-cı ildə xx.xx.1976-cı ildə 03..04.1979-cu ilədək SSRİ Tədarük Nazirliyinin xətti ilə №43-4,14412, kontrakt 33417.xx.xx.1976-cı il V/O, “Elevator zarubejstroy” xətti ilə İrana ezam olunmuşdur; -xx.xx.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir; -xx.xx.1980-cı ildə Azərbaycan SSR EA İctimai Elmlər üzrə X8 baş laborant vəzifəsinə qəbul edilmişdir; -xx.xx.1980-cu ildə tərcüməçi vəzifəsinə keçirilmişdir; -xx.xx.1985-ci ildə xaricə ezam olunduğu üçün işdən azad edilmişdir; -xx.xx.1988- Azərbaycan SSR X5 Elmlər üzrə X9 Kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir; -xx.xx.1993-cü ildə elmi işçi vəzifəsinə keçirilmişdir; -xx.xx.1997-ci ildə informasiya şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir; -xx.xx.2001-ci ildə Azərbaycan MDB ölkələri ilə ictimai-siyasi əlaqələri şöbəsinə böyük elmi işçi vəzifəsinə keçirilmşdir. -xx.xx.2002-ci ildə Azərbaycan Milli Elmlər X1 xx.xx.2002-ci il tarixli 13/1 saylı qərarına əsasən Fəlsəfə və Hüquq İnstitutu, Milli Münasibətlər İnstitutu və İctimai-siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun bazasında AMEA-nin Fəlsəfə və X6 İnstitutu yaradılmışdır; -xx.xx.2002-ci ildə MDB ölkələri ilə Azərbaycanın ictimai-siyasi və sosial əlaqələr şöbəsinə böyük elmi işçi vəzifəsinə təyin edilmişdir; -xx.xx.2003-cü ildə ümumi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir; -05.01.09-AMEA-nın Fəlsəfə və X6 İnstitutu Fəlsəfə, Sosiologiya və Hüquq institutu adlandırılmışdır; -xx.xx.2020-ci ildə AMEA-nın Fəlsəfə və İnstitutunun adı dəyişdirilərək “Fəlsəfə və Sosiologiya İnstitutu” adlandırılmışdır. SSRİ Tədarük Nazirliyinin “Elevatorzarubejstroy” Birliyinin 43-3147 nömrəli arayışdan görünür ki, Camalov X3 277 saylı, 15 noyabr 1976-cı il tarixli əmri ilə İrana fars dili tərçüməçisi vəzifəsində xaricə ezam olunmuşdur. 24 iyul 1980-cı ildə iş yerinə qaytarılmış, 01 avqust 1980-cı il tarixdən 30 iş günü ərzində məzuniyyət təyin olunmuşdur. **********7 nömrəli 10 fevral 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr dövlət qulluğu vəzifələri hesab edilmədiyindən, həmçinin qanunla nəzərdə tutulmuş dövlət qulluğu stajı olmadığına görə ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyinin tələbləri baxımından mümkün deyildir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən övlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən u Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7; Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında. Hal-hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Lakin iddiaçının qulluq stajı ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə imkan vermir. Hal-hazırda qüvvədən düşən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. Qeyd edilən maddədən göründüyü kimi, dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Həmin Qanunun xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş və həmin vaxtdan qüvvədən düşmüşdür. İddiaçının qeyd olunan Qanunun tələbinə əsasən dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün onun xx.xx.2006-cı il tarixə 60 yaşının tamam olması tələb olduğu halda, həmin vaxt 54 yaşı tamam olduğundan və həmin vaxtadək pensiya yaşına çatmadığı üçün qeyd edilən qanunun tələbləri ona münasibətdə tətbiq edilə bilməz. Məhkəmə o cümlədən qeyd edir ki, “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı qəbul edilmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, həmin Siyahının 1.15-ci yarımbəndində Azərbaycan SSRİ dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır, lakin həmin yarımbənddə iddiaçının işlədiyi müddətin dövlət qulluğu stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından imkansızdır. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 68-69-cu 75.4-cü, 81-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar