Məhkəmə qərarları › İş №2-1(112)-5699/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5699/2021

02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5699/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi X3, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs: X4) qarşı “qeydiyyatdan çıxarma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək X2ün üçüncü şəxs qismində cəlb edilməsini, Bakı şəhəri Cavabdeh Qeydiyyt və Şəxsiyyət Vəsiqəsi şöbəsinin cavabdeh qismində tanınmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı təkrarən dəqiqləşmə barədə ərizə verərək cavabdehin Bakı şəhəri Cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış sahəsində iki azyaşlı övladı ilə 2014-cü il tarixdən yaşayır. Üçüncü şəxs olan keçmiş ərinin qardaşı həmin yaşayış sahəsində qeydiyyatda olsa da orada yaşamır. Onun yaşayış sahəsində qeydiyyatda qalması iddiaçı hesab edir ki, hüquqlarının pozulmasına səbəb olmaqdadır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Lakin şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına münasibətdə isə yaşayış yerinin özbaşına tikili olması “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından fərqli qiymətləndirmə tələb edir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır. Göründüyü kimi üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatı şəxsin hüquq və azadlıqlarının müdafiəsi baxımından əlavə, şəxsin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi baxımından da əhəmiyyət daşıdığından məhkəmə hesab edir ki, yalnız qanunvericiliklə konkret nəzərdə tutulmuş şərtlər daxilində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə baxıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslar konkret olaraq müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, hazırkı işin faktiki halları ilə üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün hüquqi əsas müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə iddia tələbinə dair müvafiq qiymətləndirmə aparılması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsi də nəzərə alınmalıdır. Maddənin tələbindən də göründüyü kimi əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin maddənin, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq da şəxs 2000-ci il sentyabrın 1-dən sonra, yəni Azəbaycan Respublikası Mülki Məcəlləsi qüvvəyə mindikdən sonra daşınmaz əmlak olan özbaşına tikili kateqoriyasında olsa da tikilinin faktiki sahiblik edən şəxslər mülkiyyətçi kimi qeydə alınmanı tələb etmək hüququna malikdirlər. İşin faktiki hallarından isə müəyyən olunur ki, həm iddiaçı, həm də üçüncü şəxs özbaşına tikiliyə faktiki sahibliyi həyata keçirməkdə iddialıdırlar, hazırkı mübahisə də məhz bundan irəli gəlmişdir. Belə ki, iddiaçı iddia ərizəsində yaşayış sahəsində faktiki yaşadığını iddia edərək onun yaşayış sahəsində yaşadığının təsdiqi kimi qonşuluqda yaşayan şəxslərin ərizəsini və müvafiq inzibati dairə üzrə nümayəndəliyin arayışını məhkəməyə təqdim etmiş, üçüncü şəxs isə yaşayış sahəsi ilə bağlılığının təsdiqi üçün 02.07.2020-ci il tarixli hüquq subyekti kimi üçüncü şəxsin göstərildiyi layihə sənədini təqdim etmiş, eyni zamanda məhkəmə iclasında da həmin yaşayış sahəsində əvvəllər yaşadığını, iddiaçı qardaşının keçmiş arvadı kimi həmin yaşayış sahəsində yaşadığına görə ondan asılı olmayan səbəblərdən orada yaşaya bilmədiyini, həmin yaşayış sahəsini onun pulu ilə alındığını qeyd etmişdir. Göründüyü kimi iddiaçı və üçüncü şəxs tikiliyə faktiki sahibliyə iddialı şəxs kimi tikiliyə münasibətdə bərabər hüquqludurlar. Belə ki, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə onların mülkiyyət hüquqları mövcud olmasa da, mülki qanunvericilikdən irəli gələn AR MM-nin 178.6-cı maddəsinə əsasən mülkiyyətçi kimi qeydə alınmasını tələb etmək hüququna malikdirlər. Beləliklə, iddiaçı üçüncü şəxs kimi yaşayış sahəsinə münasibətdə bərabərhüquqlu şəxsdir və yaşayış sahəsinə münasibətdə subyektiv hüquqa malik olsa da “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma əsaslarından hər hansı biri olmadığından iddia əsaslı hesab edilə bilməz. İddiaçının faktiki olaraq həmin yaşayış sahəsində yaşaması, özbaşına tikiliyə mülkiyyət hüqunun müdafiəsinə iddialı olması nəzərə alındıqda belə, üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə iddia tələbinin təmin edilməsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd olunan hallar vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar