Məhkəmə qərarları › İş №2-1(112)-57/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-57/2021

26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-57/2021 26.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Bayramova İradə Zahid qızının (Bakı şəhəri, A.Neymətulla küçəsi, ev 42, mənzil 78 ünvanında qeydiyyatdadır, işləmir), iddiaçının nümayəndəsi Bayramov İlqar Həbib oğlunun (Bakı şəhəri, A.Neymətulla küçəsi, ev 42, mənzil 78 ünvanında qeydiyyatdadır, işləmir), iddiaçının vəkili Raxtari Kamilə Səftər qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), üçüncü şəxsin vəkili Abdiyev Telman Xanlar oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil) iştirakı ilə, iddiaçı Bayramova İradə Zahid qızının cavabdeh Bakı şəhəri İcra hakimiyyətinə qarşı «orderlərin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə işə üçüncü şəxs qismində Qurbanova Tamara Əhməd qızı cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bayramova İradə Zahid qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 adına verilmiş 07 nömrəli orderin, həmin order əsasında verilmiş 15 dekabr 2004-cü il tarixli, 03 nömrəli orderin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bayramova İradə Zahid qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 9/549 nömrəli, 30.09.1998-ci il tarixli qərarına əsasən iddiaçının mərhum atası X22 Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha olan 248A nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçının atası 26.04.1995-ci ildə vəfat etmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri 9 nömrəli notariat kontoruna vərəsəlik dairəsinin müəyyən edilməsi ilə bağlı müraciət etmiş və iddiaçıya X14 vərəsəsinin qızı – İddiaçı olması barədə bildiriş (arayış) verilmişdir. Bundan sonra iddiaçı atasının və ailəsinin istifadəsində olan bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 22.11.2017-ci ildə cavab məktubu ilə bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina etmiş və imtinanı aparılan yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəsisslərə şərait yaradılmaması ilə əsaslandırmışdır. Bununla əlaqədar iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha olan 248A nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərar qəbul ediilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul olunduqdan sonra həmin işə üçüncü şəxs qismində X18 cəlb olunmuşdur. Onun iddiaya verdiyi etirazda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi bağ sahəsi Vişnyovka-1 ərazisindədir, həmin ərazi Qurbanova Tamara Əhməd qızına məxsusdur. Tamara Qurbanova eyni zamanda məhkəməyə onun adına həmin sahəyə dair X24 Komitəsi tərəfindən verilmiş A 041265 nömrəli, 28.01.2001-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünü, atası X8 adına verilmiş 7 nömrəli, və sonradan öz adına rəsmiləşdirilmiş 03 nömrəli orderin sürətini məhkəməyə təqdim edərək həmin ərazinin ona aid olmasını iddia etmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki, onlar saxtadırlar. Belə ki, 23 nömrəli Vişnyovka-2 BTK-nın 30.09.1988-ci il tarixli qərarına əsasən Vişnyovka BTK üzvlərinə bağ sahələri ayrılmışdır. O üzvlərdən biri də iddiaçının atası X19r. Ona 30.09.1988-ci il tarixli, 9/549 nömrəli qərara əsasən 24.12.1988-ci il tarixli orderlə Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha torpaq sahəsi ayrılmışdır.Üçüncü şəxsin atasının adına verilmiş order isə 30.09.1990-cu il tarixli, 9/549 nömrəlidir. Halbuki 30.09.1990-cı il tarixi həftənin bazar günü, qeyri-iş günüdür, qeyri-iş günündə rəsmi sənədin imzalanması və təsdiq edilməsi mümkün deyildir. Həmçinin, 30.09.1988-ci il tarixli, 9/549 nömrəli qərarın nömrəsi 1990-cı il tarixli qərarla üst-üstə düşə bilməz. Bu da onun göstərir ki, order təsadüfən oxşar tarix seçilməklə, heç bir səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Həm iddiaçının, həm də üçüncü şəxsin atasına və sonradan öz adına dəyişdirilmiş orderlərdə olan kooperativin sədri X10 imzalarında açıq-aşkar uyğunsuzluq vardır. Eyni zamanda X14 adına olan order blankı, X8 adına verilmiş order blankından gözlə görünən əlamətlərlə fərqlənir – birinci orderin blankı makinada rus dilində çap olunaraq doldurulsa da, X8 adına verilmiş order mətbəə üsulu ilə azərbaycan dilində hazırlanmışdır; daha sonra X14 adına olan orderdə 23 nömrəli BTK-nın möhürü olsa da, X8 adına olan orderdə möhür yoxdur, orderin altında yalnız ştamp mövcuddur. İddiaçının atasına torpaq sahəsi ayrıldıqdan sonra uzun müddət iddiaçı öz ailəsi, qardaşlarının ailəsi ilə birlikdə o bağa gedib-gəliblər, bağı əkib-becəriblər və bütün qonşular onları tanıyır. Bundan fərqli olaraq üçüncü şəxsin özünü və atasını heç bir qonşu tanımır. Üçüncü şəxs tərəfindən təqdim edilmiş və iş materiallarında olan 30.09.1990-cu il tarixli, 9/549 nömrəli qərara əsasən verilmiş orderin foto surəti notariat qaydasında təsdiq edilmişdir. Bu da onu göstərir ki, orderin əsli tərəfdə yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə Cavabdehndən iddiaya dair etirazın təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi İ.Bayramov, iddiaçının vəkili K.Raxtari iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Üçüncü şəxsin vəkili T.Abdiyev məhkəmə iclasındakı çıxışında göstərmişdir ki, iddiaçının atasına və üçüncü şəxsin atasına ayrılmış bağ sahələri müxtəlif bağ massivlərində “Vişnyovka-1” və “Vişnyovka-2”də yerləşirlər.Odur ki, iddiaçının iddiası əsassızdır.Üçüncü şəxsin vəkili T.Abdiyev çıxısının sonunda iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Bayramova İradə Zahid qzı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Bakı Tədris İstehsalat Müəssisəsi Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyətinin Həmkarlar İttifaqının 1 №li, 06.06.2018-ci il tarixli məktubuna əsasən Cəmiyyətin üzvü gözdən İ dərəcəli əlil Həsənov Zahid Səftər oğlu uzun illər həmin cəmiyyətdə işləmiş, cəmiyyətdə olan şifahi məlumata əsasən 1988ci ildə Həsənov Zahid Səftər oğlu və Cəmiyyətin bir qrup üzvü fərdi qaydada onlara torpaq sahəsi verilməsi üçün Bağlar İdarəsinə müraciət etmişdir, bu müraciət əsasında Həsənov Zahid Səftər oğluna və Cəmiyyətin bir qrup digər üzvlərinə Sabunçu rayonu, Vişnyovka Bağlar Massivində hər birinə 12 sotdan ibarət torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 248a saylı bağ evinin tikintisi üçün Bakı şəhəri İH-nin 15.12.2004-cü il tarixli, 186 №li qərarı və BTİ və İB-nin 03 saylı orderi ilə ayrılmış 1200 kv metr sahəsi olan torpaq sahəsinin plan və ölçüsü X5 adına 28.04.2001-ci ildə tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 08.06.2018-ci il tarixli, 1605 №li məktubuna əsasən 23 saylı “Vişnyovka” BTK-nin üzvərinin siyahısının təsdiqi barədə keçmiş Bakı şəhəri XDS İK arxiv fondu üzrə 30.09.1988-ci il tarixli, 9/549 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Cavabdeh Başçısının aparatının 04.12.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhər İH-nin başçısının 2004-cü il tarixli, 186 №li sərəncamı 15.12.2004-cü il yox, 19.08.2004-cü il tarixlidir və vətəndaşlara bağ sahəsi ayrılması haqqında deyildir. Bakı şəhərinin notariusu Sadıqov Rəşadət Zülfüqar oğlunun 02.10.2017-ci il tarixli məktubuna əsasən 26.04.1995-ci ildə vəfat etmiş 13.01.1938-ci il təvəllüdlü ünvan 4 ünvanda qeydiyyatda olan Həsənov Zahid Səfdar oğlunun vərəsəsi İddiaçı Zahid qızıdır. 2 №li Vişnyovka 23 №li kooperativinin nömrəsiz, 24.12.1988-ci il tarixli orderinə əsasən Həsənov Zahid Səftər oğluna Bakı şəhər sovetinin icraiyyə komitəsinin 9/549 nömrəli, 30.09.1988-ci il tarixli qərarı ilə Vişnyovka № 2 massivində 23 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır.Order həmin kooperativin sədri İsrafilov adlı şəxs tərəfindən imzalanmışdır. 02.11.1988-ci il tarixli akta əsasən 23 №li bağ tikinti kooperativinin sədri H.İsrafilova kooperativ üçün ayrılmış bağ sahələri ayrılaraq təhvil verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatın İnkişafı və İstismarı Birliyinin 03 saylı orderinə əsasən həmin order X9 verilmişdir ona görə ki, Bakı şəhəri İcra Hakimiyyətinin 15.12.2004-cü il tarixli, 186BTB saylı qərarına əsasən ona Vişnyovka- İ bağlar sahəsində 23 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 248 A saylı bağ ayrılmışdır. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Vişnyovka-İ bağlar sahəsindəki 23 №li kooperativin 7 nömrəli orderinə əsasən Cəfərov Əhməd Nurulla oğluna Bakı şəhər İcraiyyə Komitəsinin 30 sentyabr 1990-cı il tarixli, 9/549 nömrəli qərarına əsasən Vişnyovka-İ bağlar sahəsində 23 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 248A nömrəli bağ ayrılmışdır.Orderdə 23 nömrəli BTK-nın sədri H.İsrafilovun imza etməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 22.11.2017-ci il tarixli iddiaçıya ünvanlanmış məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivi ünvanda yerləşən 248A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydyyata alınması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmaması əsası ilə imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.07.2018-ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Zahid qızının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi üzrə Vişnyovka-1, 248a saylı bağ olaraq vətəndaş Qurbanova Tamara Əhməd qızının adına 23.04.2008-ci il tarixli, **********0563 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qeydiyyata alınmışdır. Üçüncü şəxs X5 2-1(82)-610/18 nömrəli iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış etirazında həmin üçüncü şəxs iddiaçı Bayramova İradə Zahid qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xİdmətinin Bakı şəhəri Ərazi idarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 248 A saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir, əsas kimi o halı göstərmişdir ki, iddiaçının etirazına əlavə etdiyi order sənədində ünvan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivi göstərilmişdir, lakin Qurbanova Tamara Əhməd qızına məxsus olan orderdə ünvan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi göstərilmişdir, həmin bağ sahəsi X9 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.01.2019cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-1 ərazisində yerləşən 248a nömrəli bağ sahəsi Bakı şəhəri İcraiyyə komitəsinin 30.09.1991-ci il tarixli, 9/549 nömrəli qərarına əsasən Cəfərov Əhməd Nurulla oğluna ayrılmışdır və 7 nömrəli order verilmişdir, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq-1 ərazisində yerləşən 248a nömrəli bağ sahəsi Cəfərov Əhməd Nurulla oğlunun vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən Qurbanova Tamara Əhməd qızının adına keçirilmişdir (protokol 15.12.2004) və onun adına 3 nömrəli order verilmişdir, həmin 3 nömrəli orderin arxivdə yalnız surəti mövcuddur. Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 30.09.1988-ci il tarixli, 9/549 №li qərarına əsasən 21-32 nömrəli kooperativlərin tərkibi təsdiq edilmişdir,həmin siyahıda Cəfərov Əhməd Nurulla oğlunun adı göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 247 saylı bağ sahəsi Heydərov Firudin Məhəmməd oğlunun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.04.2019cu il tarixli, X3 ünvanlanmış məktubuna əsasən Bakı şəhəri İcra Hakimiyyətinin 12.10.2001-ci il tarixli, 654 nömrəli protokoluna əsasən Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq-2) qəsəbəsi, 247 nömrəli bağ sahəsi Heydərov Firudin M.oğlunun icarəsinə verilmiş və onunla 15.10.2001-ci il tarixli, 30314 nömrəli müqavilə bağlanmışdır.Daha sonra icarədar Sabunçu rayonu, Vişnyovka-1 qəsəbəsində yerləşən 247 nömrəli bağ sahəsinin evsiz özəlləşməsinə dair həmin orqana müraciət etmiş və Vişnyovka-1 qəsəbəsi, 247 nömrəli bağ sahəsi 30.03.2017-ci ildə Heydərov Firudin Məhəmməd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı Dövlət Universitetinin 05.12.2019-cu il tarixli, 01-210/1727 nömrəli məktubuna əlavə edilmiş ərizələrdə və tərcümeyi-halda İsrafilov Həbib Yusif oğlunun şəxsi imzaları əks olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, 2 №li Vişnyovka 23 №li kooperativin 24.12.1988-ci il tarixli orderinə əsasən iddiaçının atası Həsənov Zahid Səftər oğluna Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 9/549 nömrəli, 30.09.1988-ci il tarixli qərarına əsasən Vişnyovka № 2 massivində 23 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır,iddiaçı onun vərəsəsidir, iddiaçı müvafiq dövlət orqanına həmin bağ sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın verilməsi barədə müraciət etdikdə ona həmin bağ sahəsinə baxış keçirilməsininin mümkün olmaması əsası ilə imtina cavabı verilmişdir, iddiaçı bununla bağlı məhkəməyə müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, həmin bağ sahəsi ilə bağlı X5 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir, həmin plan və ölçüdə əsas kimi Bakı şəhəri İH-nin 15.12.2004-cü il tarixli, 186 №li qərarına və BTİ və İB-nin 03 saylı orderinə istinad edilmişdir, eyni zamanda məhkəməyə qeyd edilən bağ sahəsinin X5 atası Cəfərov Əhməd Nurulla oğlunun adına 7 nömrəli orderlə ayrılması, sonradan isə üçüncü şəxsin adına 03 nömrəli orderin tərtib edilməsi bildirilərək həmin orderlərin surətləri təqdim edilmişdir. İddiaçı həm X8, həm də Qurbanova Tamara Əhməd qızının adına verilmiş qeyd edilən orderlərin etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin faktiki hallarına əsasən iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi Cəfərov Əhməd Nurulla oğlunun adına tərtib edilmiş orderdə bağ sahəsinin ayrılması üçün əsas kimi Bakı şəhəri İcraiyyə Komitəsinin 9/549 nömrəli, 30 sentyabr 1990-cı il tarixli qərarı göstərilir, iddiaçının atası Zahid Həsənovun adına verilmiş orderdə isə bağ sahəsinin ayrılması barədə qərarın nömrəsi 9/549, tarixi isə 30 sentyabr 1988-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 08.06.2018-ci il tarixli 1605 nömrəli arayışında “Vişnyovka” BTK-nin üzvlərinin siyahısının tərtib olunması barədə 30 sentyabr 1988-ci il tarixli qərarın, yəni iddiaçının atası Zahid Həsənovun adına verilmiş orderdə göstərilən qərarın mövcud olması qeyd edilmişdir, üçüncü şəxsin atası X11 adına verilmiş orderdə qeyd edilən 9/549 nömrəli, 30 sentyabr 1990-cı il tarixli qərarın arxivdə mövcud olması qeyd ediməmişdir. Eyni zamanda üçüncü şəxsin atası X11 adına verilmiş orderdə qeyd edilən 30 sentyabr 1990-cı il tarixi bazar gününə təsadüf edir ki, həmin günü qeyri-iş günü olmaqla dövlət orqanı tərəfindən qərar qəbul edilməsi gününə təsadüf edə bilməzdi. Bundan başqa Z.Həsənovun adına mövcud olan order bağ-tikinti kooperativinin dairəvi möhürü ilə təsdiqlənsə də etibarsızlığı tələb edilən X8 adına verilmiş orderin üzərində möhür mövcud deyildir. Həm iddiaçının atası Z.Həsənovun, həm də üçüncü şəxs T.Qurbanovanın atasının adına verilmiş orderlərdə orderləri imza edən şəxs kimi bağ tikinti kooperativinin sədri İsrafilov Həbib Yusif oğlu göstərilmişdir, lakin həmin şəxsin adının qarşısında olan imzaların tamamilə bir-birindən fərqli imzalar olması ilk baxışdan tam aydındır, həmin imzalar H.İsrafilovun iş yeri olmuş Bakı Dövlət Universitetinin məktubuna əlavə edilmiş H.İsrafilov tərəfindən şəxsən imzalanmış ərizələrdə və tərcümeyi-halda mövcud olan H.İsrafilovun imzası ilə müqayisə edildikdə müəyyən olunur ki, iddiaçının atasının adına verilmiş orderdəki imza H.İsrafilovun imzası ilə tam oxşardırsa üçüncü şəxsin atası Ə.Cəfərovun adına verilmiş, hazırda etibarsızlığı tələb edilən 7 nömrəli orderdəki imzadan tam fərqlidir, yəni 7 nömrəli orderdəki imza İ.İsrafilova məxsus deyildir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.01.2019-cu il tarixli məktubunda göstərilir ki, Qurbanova Tamara Əhməd qızının adına verilmiş 3 nömrəli orderin arxivdə yalnız surəti mövcuddur.Həmin orderin əslinin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən olunmamışdır. Cavabdehin vəkilinin Həsənov Zahid Səftər oğlunun adına verilmiş orderdə göstərilən bağ sahəsinin (Vişnyovka İİ bağ massivində), mübahisələndirilən orderlərdə göstərilən bağ sahəsi (Vişnyovka İ bağ massivində) ilə müxtəlif ərazilərdə yerləşməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, qeyd edilən orderlərdə göstərilən bağ sahələrinin eyni bağ sahəsi olması iş materialları ilə müəyyən edilir, belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.07.2018-ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Zahid qızının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Vişnyovka-1, 248a saylı bağ olaraq vətəndaş Qurbanova Tamara Əhməd qızının adına 23.04.2008-ci il tarixli, **********0563 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə qeydiyyata alınmışdır.Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.04.2019-cu il tarixli, X3 ünvanlanmış məktubuna əsasən Bakı şəhəri İcra Hakimiyyətinin 12.10.2001-ci il tarixli, 654 nömrəli protokolu ilə F.Heydərovun adına ayrılmış Sabunçu rayonu, Vişnyovka 2 (Albalılıq 2) qəsəbəsi, 247 nömrəli bağ sahəsi (248A №li bağ sahəsinin qonşuluğundakı) Vişnyovka 1 qəsəbəsi, 247 nömrəli bağ sahəsi kimi 30.03.2017-ci ildə Heydərov Firudin Məhəmməd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni göründüyü kimi əvvəllər Vişnyovka-2 kimi ünvanı göstərilmiş bağ torpaq sahəsi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən ünvanı Vişnyovka 1 kimi göstərilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, həm Cəfərov Əhməd Nurulla oğlunun adına verilmiş 07 nömrəli order, həm də həmin order əsasında üçüncü şəxs X5 adına verilmiş 15 dekabr 2004-cü il tarixli 03 nömrəli order etibarsız hesab edilməlidirlər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,36, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Bayramova İradə Zahid qızının iddia tələbi təmin olunsun. X8 adına verilmiş 07 nömrəli order, həmin order əsasında üçüncü şəxs X5 adına verilmiş 15 dekabr 2004-cü il tarixli, 03 nömrəli order etibarsız hesab edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar