Məhkəmə qərarları › İş №2-1(112)-57/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-57/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-57/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “ünvan 8al 10” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, İddiaçı2, İddiaçı1 Sadulla oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Bakı şəhəri, ünvan 1 ünvanda “Mütəffəkir” şirkəti tərəfindən inşa edilmiş, “ünvan 8al 10” MMMC tərəfindən idarə edilən 2 girişli 13+1 mərtəbəli, 80 mənzilli yaşayış binasının istismara hazırlığı baxımından aparılan müayinə nəticəsində aşkarlanmış çatışmamazlıqların aradan qaldırılması üçün görülməli olan tələbləri özündə əks etdirən rəyin tərtib edilməsi, Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 61 S saylı, xx.xx.2009-cu il tarixli 257 S saylı sərəncamlarına əsasən binanın 2-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi gücləndirmə bərpa işlərinin aparılmasının başa çatdırılması, sakinlərin mənzillərinə ziyan vurmamaq şərti ilə gücləndirmə və bərpa işlərinin aparılıması üçün yeni layihənin hazırlanması, müvafiq rəydə göstərilmiş çatışmamazlıqların 5 ay müddətində aradan qaldırılması, Prezidentin fərmanının 1.1-ci bəndində nəzərdə tutulan müayinənin yenidən aparılıb binanın istismara hazır olması barədə rəyin tərtib edilməsi və binanın əsas texniki göstəricilərinin və tərtib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihənin elektron surəti ilə birlikdə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ.

1. İddiaçılar “ünvan 8al 10” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, İddiaçı2, İddiaçı1 Sadulla oğlu və İddiaçı3 oğlunun cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanda “Mütəffəkir” şirkəti tərəfindən inşa edilmiş, “ünvan 8al 10” MMMC tərəfindən idarə edilən 2 girişli 13+1 mərtəbəli, 80 mənzilli yaşayış binasının istismara hazırlığı baxımından aparılan müayinə nəticəsində aşkarlanmış çatışmamazlıqların aradan qaldırılması üçün görülməli olan tələbləri özündə əks etdirən rəyin tərtib edilməsi, Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 61 S saylı, xx.xx.2009-cu il tarixli 257 S saylı sərəncamlarına əsasən binanın 2-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi gücləndirmə bərpa işlərinin aparılmasının başa çatdırılması, sakinlərin mənzillərinə ziyan vurmamaq şərti ilə gücləndirmə və bərpa işlərinin aparılması üçün yeni layihənin hazırlanması, müvafiq rəydə göstərilmiş çatışmamazlıqların 5 ay müddətində aradan qaldırılması, Prezidentin fərmanının 1.1-ci bəndində nəzərdə tutulan müayinənin yenidən aparılıb binanın istismara hazır olması barədə rəyin tərtib edilməsi və binanın əsas texniki göstəricilərinin və tərtib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihənin elektron surəti ilə birlikdə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli 18/03-5-333 saylı məktubla əraziyə M.Muxtarov küçəsi ev № 185 saylı poçt ünvanı təyin edilmişdir. Bina 2 girişli 13+1 mərtəbəli 80 mənzilli olmaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1673 saylı sərəncamına əsasən inşa edilmiş və 2001-ci ildən sakinlərin istifadəsinə verilmişdir. Binanın sakinləri Azəriqaz, Azərişıq ASC və Azərsu ASC ilə müqavilələr bağlamış, sayğacların göstəricilərinə əsasən qazın, işığın və suyun haqqını mənzil sahibləri kodlar əsasında hər ay dövlətə ödəyirlər. xx.xx.2001-ci il tarixli JN-0760 KOD 01100003 saylı torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1673 saylı sərəncamı ilə “Mütəfəkkir” Elmi Tədqiqat və İstehsalat şirkətinə kooperativ yaşayış binasının tikintisi üçün 0.50 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli **********84 saylı ünvan Reyestrindən arayış verilmişdir ki, binanın ünvanı ünvan 5an ibarətdir. Bina ilə əlaqədar Prezidentin Fərmanı bu günə kimi icra edilmir, 2019-cu ilin sentyabr ayına qədər binada nöqsanlar aradan qaldırılmalı və Cavabdeh tərəfindən binanın istismara hazır olunması barədə rəy verilməli idi. Lakin 1 ildir ki, binanın istismara hazır olunması barədə rəy verilmir. Binanı idarə etmək üçün xx.xx.2017-ci il tarixli mənzil mülkiyyətçilərinin təsis yığıncağının qərarı ilə “ünvan 8al-10” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmış və bina idarə olunur. Bina Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 61 S saylı və xx.xx.2009-cu il tarixli 257 S saylı sərəncamlarına əsasən gücləndirmə və bərpa işləri aparılması üçün FHN-nin sərəncamına verilmiş, 10.000.000 manat dövlət vəsaiti ayrılmış gücləndirmə bərpa işləri qismən aparılmış, binada olan mənzillərin bəziləri məhkəmənin hökmü ilə dövlət nəfinə müsadirə edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin hərracında satılmış, alıcılara dövlət reyestrindən çıxarış verilmişdir. Faktiki olaraq binanın bir neçə yaşayış sahəsinə (mənzillərə) və qeyri yaşayış sahələrinə əmlak məsələləri dövlət komitəsinin DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən dövlət reyestrindən çıxarış verilmiş, binanın qalan mənzilləri dövlət qeydiyyatına alınmır və dövlət reyestrindən çıxarış verilmir. Azərbaycan Respublikası Prezidentinin 529saylı xx.xx.2019-cu il tarixli “Bəzi çox mənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı icrasının təmin olunması məqsədi ilə iddiaçılar xx.xx.2019-cu il tarixdə 59/19 saylı məktubla Azərbaycan Respublikası Cavabdeh Təhlükəsizliyə X5 rəisi cənab Cəbrayıl Xanlarova müraciət edib xahiş etmişdilər ki, Bakı şəhəri ünvan 6 ünvanda inşa edilmiş 13 mərtəbəli yaşayş binasının istismara hazırlıq baxımından müayinə edilməsi və istismara hazırlanması barədə rəy verilməsi üçün müvafiq göstəriş verilsin. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ 01.0277.01.17 saylı Akkreditasiya Attestatı əsasında fəaliyyət göstərən Elektra Müəssisəsi tərəfindən onların binasında müayinələr aparılmış, 21 avqust 2019-cu il tarixdə kabellərin və naqillərin izolyasiyasının ölçülməsi barədə 503/F saylı Protokol tərtib edilmişdir ki, kabel xəttlərinin izolyasiya müqaviməti normalara uyğundur. 21 avqust 2019-cu il tarixdə 504/F saylı protokol tərtib edilmişdir ki, elektrik avadanlıqlarının mühafizə torpaqlanması müqaviməti yoxlanılmış və ölçülməsi normalara uyğundur. FHNnin ekspertləri tərəfindən binaya baxış keçirildi. Lakin binanın istismara hazır olması barədə rəy verilməmişdir. Buna səbəb olaraq göstərildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli sərəncamda göstərildiyi kimi gücləndirmə-bərpa işləri FHN-nin TTNDA-nın layihəsindəki kimi tamamlanmamışdır. Halbuki dövlət tərəfindən 10.000.000 manat 3-mərtəbə zirzəmi və bir mərtəbə qeyri-yaşayış sahəsində FHN tərəfindən gücləndirmə bərpa işləri aparılmışdır. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, 2007-ci il avqustun 28-də Bakı şəhəri, ünvan 8al rayonu, Bəsti Bağırova küçəsi, 613-cü məhəllədə inşası tam başa çatdırılmayan çoxmərtəbəli yaşayış binasının uçmasının səbəblərini araşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2007-ci il tarixli 2369 nömrəli sərəncamına əsasən hökumət komissiyası yaradılmışdır. Komissiya müəyyən etmişdir ki, uçmuş binanın yaxınlığında yerləşən 2 girişli, 13 mərtəbəli, 80 mənzilli binanın texniki təhlükəsizliyinin təmin edilməsi üçün gücləndirmə-bərpa işlərinin aparılması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2008-ci il tarixli 61s nömrəli sərəncamı ilə həmin binanın gücləndirmə-bərpa işlərinin sifarişçisi Cavabdeh müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2009-cu il tarixli 257s nömrəli Sərəncamında isə həmin binanın gücləndirmə-bərpa işlərinin yerinə yetirilməsi zamanı sakinlərin müvəqqəti olaraq binadan mərhələlərlə köçürülməsi nəzərdə tutulmuşdur. Həmin sərəncamların icrası məqsədilə müvafiq layihə sənədləri hazırlanmış, binanın zirzəmi və 1-ci mərətəbədəki qeyri-yaşayış hissələrində gücləndirmə-bərpa işləri aparılmışdır. Həmin işlərin davam etdirilməsi məqsədilə sakinlərə binadan könüllü olaraq köçmələri barədə dəfələrlə müraciət edilmişdir. Lakin sakinlərin əksəriyyəti mənzillərdən köçməsindən və orada gücləndirmə-bərpa işlərinin aparılmasından imtina etmişlər. Cavabdeh Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəsmi olaraq xəbərdarlıq məktubu ilə bina sakinlərinə müraciət edərək, onlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar gücləndirmə-bərpa işləri aparılan müddət ərzində mənzillərin boşaldılması və həmin ünvandan müvəqqəti olaraq köçmələri barədə xahiş etmişdir. Agentliyin əməkdaşları həmin binanın komendantı ilə birlikdə siyahı üzrə binanın bütün mənzillərinə baş çəkmişlər. Sakinlərin əksəriyyətinin mənzildən köçməsinə və gücləndirmə-bərpa işlərinin aparılmasına razılıq vermədiklərinə görə həmin sərəncamların icrası mümkün olmamışdır. Bununla bağlı, qeyd olunan sərəncamların icrası və müvafiq bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsi məqsədilə sakinlərin məcburi qaydada köçürülməsi barədə məhkəmə orqanlarında, o cümlədən də hazırki iddiaçılar X6 və İddiaçı1 Sadulla oğluna qarşı iddia qaldırılmışdır. ünvan 8al Rayon Məhkəməsinin 19 iyun 2012-ci il tarixli 2(004)-145/2012 saylı qətnaməsinə əsasən iddia tələbi təmin olunmamışdır. Bunun nəticəsi kimi, binada bərpa-gücləndirmə işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçılar məhkəmə bахışında iştirak etməmişlər və bu barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə iddiaçıların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Сavabdehin nümayəndəsi X4 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Hazırda iddiaçıların iddiası “Bakı şəhəri, ünvan 1 ünvanda “Mütəffəkir” şirkəti tərəfindən inşa edilmiş, “ünvan 8al 10” MMMC tərəfindən idarə edilən 2 girişli 13+1 mərtəbəli, 80 mənzilli yaşayış binasının istismara hazırlığı baxımından aparılan müayinə nəticəsində aşkarlanmış çatışmamazlıqların aradan qaldırılması üçün görülməli olan tələbləri özündə əks etdirən rəyin tərtib edilməsi, müvafiq rəydə göstərilmiş çatışmamazlıqların 5 ay müddətində aradan qaldırılması öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkünlük şərtlərinə cavab vermir. Faktiki hallar və sübutlar.

FHN Tikintidə Təhlüksizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstutunun xx.xx.2019-cu il tarixi “ünvan 7 ünvanında yerləşən “ünvan 8al 10” MMC-yə (Mütəfəkkir) məxsus 13 mərtəbəli (+ texniki mərtəbə və maşın şöbəsi) yaşayış binasının texniki vəziyyəti haqqında” müayinə protokolunun nəticə hissəsindən görünür ki, ünvan 7 ünvanında yerləşən yaşayış binası 2 girişli olmaqla 2 zirzəmi, 13 mərtəbə, texniki mərtəbə (yaşayış mərtəbəsi) və maşın şöbəsindən ibarət inşa olunmuşdur. Binanın müayinə olunan yükdaşıyan dəmir-beton konstruksiyalarında betonun möhkəmlik həddi 360-650kqq/sm2 təşkil edir. Müayinə olunan yükdaşıyan dəmirbeton konstruksiyalarda istifadə olunan polad armaturların sayı və diametri layihə tələbinə uyğun quraşdırılmışdır. Qoruyucu beton təbəqəsinin qalınlığı sütunlarda 25-31 mm, diafraqmalarda 28-35mm, rigellərdə 28-33mm, örtük tavalarında 29-34mm, pilləkən marş və meydançalarında isə 20- 25mm təşkil edir. Müayinə zamanı yükdaşıyan dəmir-beton konstruksiyalarında deformasiya, əyinti, xələl gətirə biləcək çat və s. nöqsanlar müşahidə olunmamışdır. Müayinə zamanı layihədən aşağıdakı kənaraçıxmalar müəyyən edilmişdir:

1. Yaşayış binasının konstruksiya cizgilərində lift şaxtası monolit dəmir- betondan layihələndirilmişdir, yerində isə lift şaxtasının divarları mişarlanmış əhəng daşından, küncləri isə monolit dəmir-beton dirəklərdən inşa edilmişdir. 2. Dəmir-beton sərtlik pərdələri yalnız zirzəmi mərtəbələrdə və 1-ci mərtəbədə quraşdırılmışdır, qalan 2-14-cü mərtəbələrdə dəmir-beton pərdələr inşa edilməmişdir. 3. Layihədə 2-ci zirzəmi mərtəbədə 1-1 oxu üzrə dəmir-beton divar verilmişdir, yerində isə həmin divar mişar daşı istifadə etməklə inşa edilmişdir FHN Tikintidə Təhlüksizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” DLİnin “Bakı şəhəri, ünvan 8al rayonu, B.Bağırov küçəsi, 613-cü məhəlləd yaşayış binasının müayinəsi haqqında” Texniki rəyindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 8al rayonu, B. Bağırova küçəsi, 613-cü məhəllədə yaşayış binası 1994-cü ildə inşa edilmişdir. Yaşayış binasının planda 1-11 və A-J oxları arasında ölçüləri uyğun olaraq 35.0x27.20 m olmaqla, 2 girişli “L” şəkillidir. Yaşayış binası 2 səviyyə zirzəmili, 13+ texniki mərtəbəli nəzərdə tutulmuşdur. Zirzəmi mərtəbələrində yeraltı avtodayanacaq, pilləkən qəfəsəsi, 1-ci mərtəbədə pilləkən qəfəsəsi, market, lift holu, qeyri yaşayış sahələri, 3 otaqlı mənzil, 2=mansard mərtəbələrdə pilləkən qəfəsəsi, lift holu, 1, 2, 3 otaqlı mənzillər, texniki mərtəbədə lift maşın şöbəsi, pilləkən qəfəsəsi yerləşir. Bünövrə qalınlığı 1100 mm olan monolit dəmir-betondan tava şəkilli inşa edilmişdir. Binanın konstruktiv sxemi monolit dəmir-beton karkas qəbul edilmişdir. Karkasın əsas yükdaşıyan elementləri: sütunlar, rigellər, diafraqmalar örtük lavaları monolit dəmir-betondandır. Binada 4 ədəd lift şaxtası, 2 ədəd monolit dəmir beton pilləkən qəfəsəsi inşa edilmişdir. Lift şaxtasının divarının qalınlığı b=200 mm olub monolit dəmir betondandır. Divarlar zirzəmidə 1 oxu üzrə Q-J oxları arasında monolit dəmir betondan, digər hissələrdə isə mişarlanmış əhəng daşından, yuxarı mərtəbələrdə isə yüngül boşluqlu kərpicdən hörülmüşdür, Mərtəbəarası örtüklər monolit dəmir beton tavası kimi inşa edilmişdir. Mərtəbəarası örtüyün qalınlığı 160 mm-dir. Dam örtüyü mansard tipli olub, maili, monolit dəmir beton örtük tavası üzrə dalğavari plastik “ondulin” vərəqələr ilə örtülmüşdür, Fasadların suvanaraq, emulsiya ilə rənglənmişdir. Mənzillər təmirli olduğundan riger və tirlərin en kəsik ölçülərinin dəqiq təyin etmək mümkün olmamışdır. Rigellər və tirlər haqqında məlumat baxış keçirmək mümkün olan mənzillərə görə qeyd edilmişdir. Binanın diafraqramlarına 2-ci mərtəbəyə qədər baxış keçirmək mümkün olmuşdur. Binanın inşasına 1994-cü ildə başlanılmışdır. Binada sakinlər məskunlaşdığından və mənzillər tam təmirli olduğundan müayinə işləri məhdud şəkildə aparılmışdır. Binanın konstruktiv elementlərini dəqiq qiymətləndirmək mümkün olmamışdır. Təqdim edilmiş eskiz layihədə mansard mərtəbə ofis və texniki sahə kimi göstərildiyi halda yerində mənzil kimi istismar olunur. Lift şaxtasının divarları layihə üzrə monolit dəmir betondan verildiyi halda, yerində mişarlanmış əhəngdaşından, künc hissələrdə isə monolit dəmir beton dərəklərdən inşa edilmişdir. Nəticə olaraq Bakı şəhəri, ünvan 8al rayonu, B.Bağırov küçəsi, 613-cü məhəllədə yaşayış binası təqdim edilmiş layihədən yuxarıda göstərilən kənara çıxma ilə inşa edilmişdir.

Məhkəmənin mövqeyi

8. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının “Bakı şəhəri, ünvan 1 ünvanda “Mütəffəkir” şirkəti tərəfindən inşa edilmiş, “ünvan 8al 10” MMMC tərəfindən idarə edilən 2 girişli 13+1 mərtəbəli, 80 mənzilli yaşayış binasının istismara hazırlığı baxımından aparılan müayinə nəticəsində aşkarlanmış çatışmamazlıqların aradan qaldırılması üçün görülməli olan tələbləri özündə əks etdirən rəyin tərtib edilməsi, müvafiq rəydə göstərilmiş çatışmamazlıqların 5 ay müddətində aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi qanunla nəzərdə tutulmuş mümlünlük şərtlərinə cavab vermir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır.

9. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasl Cavabdeh Əsasnaməsinin 1 ci bəndinə əsasən, Azərbaycan Respublikasının Cavabdeh (bundan sonra - Nazirlik) mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dənizhidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra - fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Sözegedən Əsasnamənin 8-ci bəndində əsasən Cavabdeh fəaliyyət istiqamətlərinə uyğun olaraq 8.1-8.80-ci yarımbəndələrdə göstərilən vəzifələri yerinə yetirilməsi müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. Qeyd edilən normanın tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”.

13. Hazırki iş üzrə iddiaçının tələblərindən biri “Bakı şəhəri, ünvan 1 ünvanda “Mütəffəkir” şirkəti tərəfindən inşa edilmiş, “ünvan 8al 10” MMMC tərəfindən idarə edilən 2 girişli 13+1 mərtəbəli, 80 mənzilli yaşayış binasının istismara hazırlığı baxımından aparılan müayinə nəticəsində aşkarlanmış çatışmamazlıqların aradan qaldırılması üçün görülməli olan tələbləri özündə əks etdirən rəyin tərtib edilməsi və müvafiq rəydə göstərilmiş çatışmamazlıqların 5 ay müddətində aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Belə ki, cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Fövqəladə Halları Nazirliyi tərəfindən sözügedən binanın texniki vəziyyəti haqqında müayinə aparılmış və texniki rəy verilmişdir. Həmin rəydən görünür ki, binada sakinlər məskunlaşdığından və mənzillər tam təmirli olduğundan müayinə işləri məhdud şəkildə aparılmışdır. Sözügedən rəydə çatışmamazlıqlar göstərilmişdir.

14. Qeyd olunanlardan da görünür ki, iddiaçının tələbində qeyd etdiyi rəy cavabdeh inzibati orqan tərəfindən verilmişdir. Belə ki, iddiaçının bu tələbi cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən bina hazırki vəziyyətdə məhdud şəkildə müayinə edilmiş və rəydə mümkün olan yerlərin müayinə edilməsi və çatışmamazlıqları göstərilmişdir. Lakin müayinə edilməsi mümkün olmayan yerlər göstərilərək, səbəbləri izah edilmişdir. Hansı ki, bu səbəblər cavabdeh inzibati orqan tərəfindən həll olunası məsələlər deyil. Yəni hazırki vəziyyətdə bu tələb mümkün qədər cavabdeh tərəfindən yerinə yetirilmiş və rəy verilmişdir. Rəydə müayinə edilməyən yerlər üzrə isə cavabdeh bildirmişdir ki, binanın sakinləri olduğu təqdirdə bu hal mümkün deyildir.

15. Göründüyü kimi cavabdeh tərəfindən tərtib olunan texniki rəy məhdud imkanlar daxilində tərtib olunsa da, həmin rəy özündə yaşayış binası ilə bağlı müəyyən olunan çatışmazlıqları əks etdirir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçıların həmin tələbi irəli sürməkdə hüquqi maraqlarının nədən ibarət olması isə müəyyən olunmur.

16. Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçıların iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir.

17. Hazırki halda isə yaşayış binası ilə əlaqədar texniki rəy məhdud imkanlar çərçivəsində tərtib olunsa da, rəydə bina ilə əlaqədar çatışmazlıqlar göstərilmişdir. Hazırda yeni texniki rəyin tərtib olunması mənzilin sakinlərinin faktiki yaşaması səbəbi ilə mümkün olmadığından, göstərilən bu rəy indiki vəziyyətdə binanın çatışmazlıqlarını əks etdirən sənəddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia həmin hissədə mümkünlük şərtlərinə cavab vermir.

18. İddia tələbin digər hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı müvafiq rəydə göstərilmiş çatışmamazlıqların 5 ay müddətində aradan qaldırılmasını tələb etsə də, bu hissə cavabdehin səlahiyyət sferasına aid deyil. Belə ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanın 2-ci bəndində görə bu Fərmanın 1.1-ci bəndinə əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, Azərbaycan Respublikasının Cavabdeh müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətdə tərtib edib çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Azərbaycan Respublikasının Cavabdehnə müraciət oluna bilər.

19. Göründüyü kimi müayinənin nəticəsi mənfi olduğu halda Azərbaycan Respublikasının Cavabdeh müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyi məhz çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim edir. Həmin çatışmazlığın aradan qaldırılması isə onun səlahiyyət sferasına aid deyil. Odur ki, cavabdeh iddiaçıların həmin tələbi üzrə cavabdehlik daşımadığından, iddia həmin hissədə də mümkün sayılmamalıdır.

20. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının “Bakı şəhəri, ünvan 1 ünvanda “Mütəffəkir” şirkəti tərəfindən inşa edilmiş, “ünvan 8al 10” MMMC tərəfindən idarə edilən 2 girişli 13+1 mərtəbəli, 80 mənzilli yaşayış binasının istismara hazırlığı baxımından aparılan müayinə nəticəsində aşkarlanmış çatışmamazlıqların aradan qaldırılması üçün görülməli olan tələbləri özündə əks etdirən rəyin tərtib edilməsi, müvafiq rəydə göstərilmiş çatışmamazlıqların 5 ay müddətində aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi mümkün sayılmamalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

23. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

NƏTİCƏVİ HİSSƏ

24. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddiaçı “ünvan 8al 10” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, İddiaçı2, İddiaçı1 Sadulla oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Bakı şəhəri, ünvan 1 ünvanda “Mütəffəkir” şirkəti tərəfindən inşa edilmiş, “ünvan 8al 10” MMMC tərəfindən idarə edilən 2 girişli 13+1 mərtəbəli, 80 mənzilli yaşayış binasının istismara hazırlığı baxımından aparılan müayinə nəticəsində aşkarlanmış çatışmamazlıqların aradan qaldırılması üçün görülməli olan tələbləri özündə əks etdirən rəyin tərtib edilməsi, müvafiq rəydə göstərilmiş çatışmamazlıqların 5 ay müddətində aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi mümkün sayılmasın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar