Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5702/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya yenidən pensiya hesablanması üçün əsas götürülən dövr üzrə, ilə üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinət, ixtisas dərəcəsinə görə əlavə haqq, hakimiyyət səlahiyyətinin icrasına görə 15% əlavə haqqın dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması zamanı qulluq stajına görə 30% əlavənin də nəzərə alınması vəzifəsinin də cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluğunda 21 ilə qədər, o, cümlədən Mingəçevir şəhəri maliyyə şöbəsində baş büdcə iqtisadçı və sonradan müdiri, müxtəlif vaxtlarda Mingəçevir Təhsil şöbəsində baş mühasib vəzifəsində işləmiş, pensiya yaşı çatdıqda iddiaçıya DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən dövlət qulluqçusu kimi pensiya təyin edilmiş, lakin iddiaçıya pensiya hesablanarkən bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndində dövlət qulluqçularına ildə üç vəzifə maaşı mislində mükafat verilməsi, həmçinin, Prezidentin 23 oktyabr 2003-cü il tarixli 948 nömrəli Fərmanının 1-ci bəndində dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi, eyni zamanda Prezidentin 2001-ci il 3 sentyabr tarixili 569 nömrəli və 16 noyabr 2005-ci il tarixli 314 nömrəli Fərmanları ilə dövlət qulluğunda işləyənlərə vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq ödənilməsi qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısının və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Fərmanın 1ci və 2-ci bəndlərinə əsasən hakimiyyət səlahiyyəti verilən dövət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi həcmində əlavə haqq hesablanmalıdır. Lakin cavabdeh iddiaçıya pensiya hesablanarkən qeyd etdiklərini nəzərə almamışdır. Qeyd olunan bu nöqsanları aradan qaldırmaq üçün cavabdehə müraciət etsə də, imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə ilkin cavabdehə göndərilmiş, iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 25.11.2021-ci il tarixli etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçıya Dövlət Sosial X2 şəhər şöbəsi tərəfindən 3 yanvar 2005-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. X5 müraciətinə əsasən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat, qulluq stajına görə əlavə 117,88 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 67,67 manat olmaqla orta aylıq əmək haqqı 705,55 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 20 il 8 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (705,55 manat) 80 faizi - 564,44 manat məbləğində müəyyən edilmişdir. Lakin 2018-ci ilin fevral ayında ona 560,22 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ayda 4,22 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 20 il 8 ay 12 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 67 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə əlavə 129,22 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 74,18 manat olmaqla orta aylıq əmək haqqı 773,40 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (705,55 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (773,40 manat) arasındakı fərq məbləğinin (67,85 manat) 67 faizi - 45,46 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (564,44 manat) üzərinə əlavə olunmaqla əmək pensiya məbləği 609,90 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 599,59 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 185,58 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat, qulluq stajına görə əlavə 193,83 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 111,27 manat olmaqla orta aylıq əmək haqqı 1160,10 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (773,40 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1160,10 manat) arasındakı fərq məbləğinin (386,70 manat) 67 faizi - 259,09 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyasının (609,90 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 868,99 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.01.2021-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 825,85 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 733,38 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 923,18 manat fərq məbləği cari ilin fevral ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə (25,64 manat) pensiyasının (868,99 manat) üzərinə əlavə olunmaqla (868,99+25,64=894,63 manat) müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 10-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Əmək kitabçasında iddiaçının ixtisas dərəcəsinin olması ilə bağlı hər hansı məlumat mövcud deyil. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Sonda cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılaraq yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etirazda qeyd edilənlərə uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Mingəçevir ŞPŞ tərəfindən 10.07.2005-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1942-ci ildə doğulmuş İddiaçı yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 03.03.2021-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 5 yanvar 2021-ci il və 10 fevral 2021-ci il tarixlərində daxil olmuş ərizələrinizə aidiyyəti üzrə baxılmışdır. Sizə Dövlət Sosial X2 şəhər şöbəsi tərəfindən 3 yanvar 2005-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 520,00 manat, qulluq stajına görə əlavəniz 117,88 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 67,67 manat olmaqla orta aylıq əmək haqqınız 705,55 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 20 il 8 ay 12 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (705,55 manat) 80 faizi - 564,44 manat məbləğində müəyyən edilmişdir. Lakin 2018-ci ilin fevral ayında sizə 560,22 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ayda sizə 4,22 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycm Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr emək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 20 il 8 ay 12 gün dövlət qulluğu stajınıza görə əmək pensiyasının hesablanılması üçün vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 67 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 570,00 manat, qulluq stajına görə əlavəniz 129,22 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 74,18 manat olmaqla orta aylıq əmək haqqınız 773,40 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (705,55 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (773,40 manat) arasındakı fərq məbləğinin (67,85 manat) 67 faizi-45,46 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanızın (564,44 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 609,90 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində sizə hər ay 599,59 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 185,58 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 855,00 manat, qulluq stajına görə əlavəniz 193,83 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 111,27 manat olmaqla orta aylıq əmək haqqınız 1160,10 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (773,40 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (1160,10 manat) arasındakı fərq məbləğinin (386,70 manat) 67 faizi-259,09 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyanızın (609,90 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 868,99 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.01.2021 -ci il tarixləri arasındakı dövr ərzində sizə hər ay 825,85 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 733,38 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün hesablanmış 923,18 manat fərq məbləgi cari ilin fevral ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə (25,64 manat) pensiyanızın (868,99 manat) üzərinə əlavə olunmaqla (868,99+25,64=894,63 manat) müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödenclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının 10-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Əmək kitabçanızda ixtisas dərəcənizin olması ilə bağlı hər hansı məlumat mövcud deyil. Qeyd olunanlara əsasən ərizənizdə göstərdiyiniz əlavələrin sizə münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur”. - İddiaçıya məxsus 23.05.1963-cü il tarixli əmək kitabçasından görünür ki, 15.01.1962-ci il tarixdən 22.05.1963-cü il tarixə qədər sovxozda kommunal təsərrüfat üzrə hesablayıcı, 13.12.1963-cü il tarixdən 02.06.1964-cü il tarixə qədər MTİ-3 tikinti sahəsində fəhlə, 22.03.1965-ci il tarixdən təhsil şöbəsidə mühasib, 11.04.1967-ci il tarixdən internat məktəbində böyük mühasib, 25.01.1968-ci il tarixdən 11.05.1970-ci il tarixə qədər təhsil şöbəsində baş mühasib, 11.05.1970-ci il tarixdən 25.10.1971-ci il tarixədək Mingəçevir şəhər maliyyə şöbəsinə baş büdcə istisadçısı, 04.01.1972-ci il tarixdən 07.07.1973-cü il tarixə qədər Yevlax rayonu N. Nərimanov adına kolxozunda hesablayacı, 16.07.1973-cü il tarixdən 21.10.1974-cü il tarixə qədər revizor, 22.10.1974-cü il tarixdən 09.09.1977-ci il tarixədək X4 Şöbəsində mərkəzləşdirilmiş mühasibatçılığın baş mühasibi, 15.09.1977-ci il tarixdən 09.04.1984-cü il tarixə qədər kombinatda mühasib, baş mühasib, 09.04.1984-cü il tarixdən 19.12.1991-ci il tarixə qədər Mingəçevir şəhər icraiyyə komitəsinin maliyyə şöbəsinin müdiri, 06.01.1992-ci il tarixdən 08.05.1996-cı il tarixə qədər X4 Şöbəsinə baş mühasib,11.10.1999-cu il tarixdən 05.12.2005-ci tarixə qədər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının mərkəzi mühasibatlığında baş mühasib işləmişdir. - Cavabdeh orqandan tələb edilmiş iddiaçıya aid 075896 saylı pensiya işindəki sənədlərindən görünür ki: - DSMF-nin Mingəçevir şəhər (rayon) şöbəsinin 21.10.2005-ci il tarixli qərarı ilə iddiaçıya 28 sentyabr 2005-ci il tarixindən 20 il 8 ay 12 gün qulluq stajına uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir; - Cavabdehin 01.02.2018-ci il tarixli əmək pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamından görünür ki, 1 dekabr 2013-cü il tarixindən qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat, qulluq stajına görə əlavə 117,88 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 67,67 manat olmaqla orta aylıq əmək haqqısı 705,55 manat təşkil etməklə 20 il 8 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının 80 faizi olmaqla 01.03.2018-ci ildən iddiaçıya 564,44 manat pensiya təyin edilmişdir. - Cavabdehin 01.09.2019-cu il tarixli əmək pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamından görünür ki, 1 mart 2018-ci il tarixədək qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə əlavə 129,22 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 74,18 manat olmaqla orta aylıq əmək haqqı 773,40 manat hesablanmış, 1 mart 2018-ci il tarixinədək qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (705,55 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (773,40 manat) arasındakı fərq məbləğinin (67,85 manat) 67 faizi - 45,46 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (564,44 manat) üzərinə əlavə olunmaqla 01.09.2019-cu ildən iddiaçıya 609,90 manat pensiya təyin edilmişdir. - Cavabdehin 08.02.2021-ci il tarixli ********** saylı əmək pensiyanın yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya vəzifə maaşı 855 manat, qulluq stajına görə əlavə 22.67 % hesablanmaqla 193,83 manat, aldıgı mükafatlara görə 780.83 % hesablanmaqla 111.27 manat təşkil etdiyindən onun əsasından hesablanmış 1160.10 manat məbləğində dövlət məvacibinin 80 faizi - 868,99 manat pensiya təyin edilmişdir. Burada 1 sentyabr 2019-cu il tarixindən qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat, qulluq stajına görə əlavə 193,83 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 111,27 manat olmaqla orta aylıq əmək haqqısı 1160,10 manat hesablanmış,1 sentyabr 2019-cu il tarixinədək qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (773,40 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1160,10 manat) arasındakı fərq məbləğinin (386,70 manat) 67 faizi - 259,09 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyanın (609,90 manat) üzərinə əlavə olunmaqla 868,99 manat müddətsiz pensiya təyin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçıya 28 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdehin pensiya məbləginin dəyişdirilməsi haqqında sərəncamlarına müvafiq olaraq iddiaçının əmək pensiyası yenidən hesablanaraq təyin edilmişdir. İddiaçı yenidən pensiya hesablanması üçün əsas götürülən dövr üzrə ilə üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinət, ixtisas dərəcəsinə görə əlavə haqq, hakimiyyət səlahiyyətinin icrasına görə 15% əlavə haqqın və qulluq stajına görə 30% əlavənin nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun: Maddə 2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Maddə 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Qanun: 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 29.1. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamə: Bənd 2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bənd 5. İşin nəticələrinə görə kollektiv mükafatlandırma zamanı mükafatın müəyyən edilməsi üçün götürülən dövrdə (hesablaşma dövrü) hamiləliyə və doğuşa görə məzuniyyətdə olma, ştatların ixtisarı ilə əlaqədar işdən azad olma, hərbi xidmətə çağırılma, ixtisasartırma kursunda olma və digər üzürlü səbəblərdən tam işləməmiş dövlət qulluqçuları üçün onların faktiki qulluq keçdiyi dövrə görə mükafat hesablanır. Xəstəliklə əlaqədar işdə olmayan dövlət qulluqçusuna mükafat verilməsi məsələsi hər bir konkret halda onun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bənd 12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən 10 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 20 faizi, 15 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 30 faizi miqdarında əlavə haqq alırlar. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 943 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Qanununun 2-ci maddəsinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir. ““Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli Fərmanın 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi” qaydalarının 12-ci bəndinə əsasən ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları:
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Hazırkı iş üzrə iddiaçı dövlət qulluqçusu kimi ona təyin edilmiş pensiyanın məbləğinin düzgün hesablanmadığını iddia edir və hesab edir ki, üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinət, ixtisas dərəcəsinə görə əlavə haqq, hakimiyyət səlahiyyətinin icrasına görə 15% əlavə haqqın, dövlət qulluqçusuna qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavə pul məbləği nəzərə alınmaqla pensiyası yenidən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə əlavələrin pensiyanın tərkibində hesablanması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnaməsi ilə müəyyən edilmiş vəzifə maaşının 3 misli həcmində mükafat və bir vəzifə maaşı həcmində müavinət iddiaçıya pensiya təyin edilərkən aldıgı müavinətlərə uygun nəzərə alınmışdır. Belə ki, pensiya işindən göründüyü kimi iddiaçıya aldıgı mükafatlarla müavinətlərin cəminə görə 780.83 % hesablanmaqla: 01.12.2013-cü ildən vəzifə maaşı 520 manat əsas götürülməklə 520x 780.83 %= əlavə 67,67 manat; 01.03.2018-ci ildən vəzifə maaşı 570 manat əsas götürülməklə 570x 780.83 %= əlavə 74.18 manat, 01.09.2019-cu ildən vəzifə maaşı 855 manat əsas götürülməklə 855x 780.83 %= əlavə 111,27 manat hesablanmışdır. Odur ki, hesablandıgından əlavə mükafat və müavinətin alması barədə məhkəməyədək nə inzibati orqana, nədəki, məhkəməyə sübut təqdim etmədiyindən və hazırda göstərilən tələblə baglı iddiaçının hüquqlarının pozuldugu hal müəyyən edilmədiyindən, cavabdehin imtina ilə baglı hərəkətləri qanuni oldugundan iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçıya pensiya təyin edilərkən qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavə pul məbləğinin nəzərə alınmaması barədə cavabdehin hərəkətləri qanuni oldugundan iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, pensiya işindən də göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.3-cü bəndinə əsasən iddiaçıya öz seçiminə görə dövlət məvacibi dövlət qulluqçusunun ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, yəni 20 il 8 ay 12 gün qulluq stajına uyğun olaraq 01.01.1987-01.0.1992-ci illərdə şöbə müdiri vəzifəsində işlədiyi dövlət məvacibindən hesablanmış, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanmış və sonradan toplanmaqla nəzərə alınan ayların (60 ay) sayına bölünmüşdür. Hesablama aparılarkən: qulluq stajına görə əlavə 60 ay 01.01.1987-01.0.1992-ci illər üzrə hesablanaraq 16 ay - 30 %=480, 44 ay - 20 %= 880, 480+880=1360/60=22.67 %: 01.12.2013-cü ildən vəzifə maaşı 520 manat əsas götürülməklə 22.67 % hesablanmaqla 117,88 manat, 01.03.2018-ci ildən vəzifə maaşı 570 manat əsas götürülməklə qulluq stajına görə əlavə 22.67 % hesablanmaqla 129,22 manat, 01.09.2019-cu ildən vəzifə maaşı 855 manat əsas götürülməklə qulluq stajına görə əlavə 22.67 % hesablanmaqla 193,83 manat təşkil edilmişdir. Dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqqın pensiya məbləğinə hesablanması barədə iddiaçının tələbi ilə baglı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 569 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 5-ci bəndinə əsasən dövlət qulluqçusuna ixtisas dərəcələri aşağıdakı səlahiyyətli şəxslər tərəfindən verilir: 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri - Azərbaycan Respublikasının Prezidenti; dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri - müvafiq dövlət orqanının rəhbəri. Qaydaların 10cu bəndinə əsasən dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Qaydaların 12-ci bəndində isə təsbit olunmuşdur ki, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay ixtisas dərəcəsinə görə əlavə ödənilir. Qaydaların 15-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ixtisas dərəcəsindən məhrum edilməsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndində qeyd edilir ki, işəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi dövlət qulluqçusuna hansı ixtisas dərəcəsinin verilməsi müvafiq dövlət orqanının rəhbəri tərəfindən onun mülahizəsinə əsasən həll edilir və əmək kitabçasında qeyd edilir. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ya onun ixtisas dərəcəsindən məhrum edilməsi də mümkündür. Digər tərəfdən isə ixtisas dərəcəsinə görə əlavələr yalnız ixtisas dərəcəsinin verildiyi gündən başlayaraq ödənilə bilər. İddiaçıya ixtisas dərəcəsi verilməsinə dair əmək kitabçasında məlumat olmadıgından, iddiaçı isə dövlət qulluğunda işlədiyi illərdə dövlət qulluğuna görə ixtisas dərəcəsi verilməsinə dair məhkəməyədək nə inzibati orqana, nədəki, məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissədə də təmin edilməməlidir. İddiaçı digər tələbində hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş edir. İddia tələbinin hüquqi əsaslarını təşkil edən “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsi, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Qanunun 2 və 3-cü maddələri, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsi, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2 və 11-ci bəndlərinin əlaqəli təhlilindən o nəticə hasil olur ki, dövlət məvacibinə aşağıdakı ödəmələr aid edilir: 1. Vəzifə maaşı; 2. Mükafatlar; 3. Vəzifə maaşına əlavələr (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq satjına və s. görə verilən əlavələr). Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq, qanunla vəzifə maaşına əlavə kimi müəyyən edilmişdir. Bu o deməkdir ki, dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq - dövlət məvacibinə aiddir. Dövlət qulluqçusuna pensiya dövlət məvacibinə əsasən hesablanır. Dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə ödənilmiş əlavə haqqın dövlət qulluqçusunun pensiyasına hesablanması üçün, bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış olmalıdır. Dövlət qulluqçusuna pensiya hesablanarkən ona ödənilmiş vəzifə maaşına əlavələrin nəzərə alınması üçün vacib şərtlərdən biri - həmin məbləğlərin məcburi dövlət sosial sığortasına cəlb olunmasıdır. Əgər bu əlavələrdən dövlət sosial sığorta haqları tutulmamışsa, həmin məbləğlər şəxsə ödənilmiş olsa belə, pensiya hesablanmasında nəzərə alına bilməz. İşin müəyyən edilmiş halları bu hüquqi əsaslar üzrə yoxlanıldıqda görünür ki, iddiaçının dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq ödənilməsi barədə onun işlədiyi dövlət orqanı tərəfindən arayış verilməmişdir. Yəni iddiaçı hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması üçün qanunla nəzərdə tutulmuş əsası inzibati orqana təqdim etməmişdir. İşin bu halı, iddiaçıya pensiyanın yenidən hesablanmasından cavabdehin imtina etməsinin əsaslı olduğuna dəlalət edir. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Bununla da məhkəmə hesab edir ki, iddiaçıya yenidən pensiya hesablanması üçün əsas götürülən dövr üzrə, ilə üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinət, ixtisas dərəcəsinə görə əlavə haqq, hakimiyyət səlahiyyətinin icrasına görə 15% əlavə haqqın dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması hissəsində iddia tələbi rədd edilməli oldugundan birinci tələbdən bilavasitə doguran və ondan asılı olan ikinci tələbinin, yəni iddiaçıya pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də araşdırmaga lüzum görmədən həmin hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya yenidən pensiya hesablanması üçün əsas götürülən dövr üzrə, ilə üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinət, ixtisas dərəcəsinə görə əlavə haqq, hakimiyyət səlahiyyətinin icrasına görə 15% əlavə haqqın, qulluq stajına görə 30% əlavənin dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA