Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5703/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N №-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin, döyüşlərdə iştirak etməsinə baxmayaraq hal-hazıra kimi “Müharibə veteranı” adı və vəsiqəsi ala bilməmişir. O, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 23 №-li əmrində, gizir rütbəsində xidmət etməklə Fizuli rayonuna ezamiyyətə göndərilmişdir. Həmçinin N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 84 №-li əmri ilə gizir rütbəsində xidmət göstərməklə Fizuli rayonundan ezamiyyətdən qayıtmışdır. Bundan başqa N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 94 №-li əmrində, o, gizir rütbəsində xidmət edərək xx.xx.N994-cü il tarixdən İmişli rayonuna ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N28 №-li əmri ilə gizir rütbəsində xidmət edərək İmişli rayonundan ezamiyyətdən qayıtmışdır. Cavabdeh tərəfindən onun müraciətinə cavab olaraq verilmiş xx.xx.20N3-cü il tarixli, 9N2N8/94 №-li məktubda yuxarıda qeyd etdiyi hallar təsdiq edilmişdir. Həmçinin həmin hallar N №-li hərbi hissə komandirinin arayışında da, bir daha öz təsdiqin tapır. Bütün bunlar onun xx.xx.N994-cü ildən xx.xx.N994-cü il tarixə kimi vətənə öz vəzifə borcunun yerinə yetirilməsinin sübutudur və yuxarıda göstərilən hallarla tam sübuta yetirilir. Belə olan halda, ona hansı əsaslarla cavabdeh tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. N-ci Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak edən şəxslərin əksəriyyəti barəsində natamam qeydlər cavabdeh orqan tərəfindən aparılmışdır. Bu həmin dövrdə sənədləşmə işlərinin düzgün qeydiyyatının aparılmamasından irəli gəlir. Məhz həmin səbəblərdən onun kimi digər şəxslərin qeydiyyatı düzgün aparılmamış və yaxud aparılsa da, natamam aparılmışdır. Cavabdehin imtinasında isə hesab edir ki, formal xarakterli sözlərə istinad edilmişdir. Belə ki, cavabdeh onun iştirakını təsdiq etsə də, lakin qeydlərdə adın və ata adının tam göstərilmədiyinə, vəzifəsinin göstərilmədiyi barədə qeydlərin olmadığına istinad edir. Lakin, sonrakı qeydlərdə onun N №-li hərbi hissə komandirinin müvafiq əmrləri ilə ezamiyyətə göndərilməsi və qayıtması barədə qeydlərin aparıldığını təsdiq edir. Həmin dövrdə olan qeydlərdən də, görünür ki, işlər natamam aparıldığından bir tərəfdən şəxsin barəsində qeydlər aparılsa da, digər bir tərəfdən qeydlər səhlənkarlıqdan və o vaxtla hərbi nizamintizamın olmamasından irəli gələrək kargüzarlığın düzgün aparılmaması baxımından şəxsin barəsində aparılan qeydlər biri digərini təkzib edir, işin faktiki hallarından da, görünür ki, onun qeyd edilən illərdə xidmətləri barəsində müvafiq qeydlər aparılmaqla sənədlər vardır. Həmin hallar barədə hərbi biletinin müvafiq qeydlər olan bölməsində də, qeydlər aparılmışdır. Həmçinin onun İl qrup əlillik dərəcəsinin olması xidməti nəticəsində aldığı xəstəliyin təzahürüdür. Lakin, o vaxtkı sənədləşmə işlərinin düzgün aparılmaması baxımından onun kimi digər həqiqi xidmət etmiş şəxsləri də, müharibə veteranı adının alınmasından məhrum etmişdir. Halbuki, həmin hallara dair cavabdeh müvafiq orqanlara sorğu verməklə onun həmin dövrlərdə döyüşlərdən yayınması barədə məlumat ala və bundan sonra qiymət verə bilərdi. Ona görə də, hesab edir ki, məhkəmə baxışı prossesində yuxarıda qeyd etdiyi hallar araşdırılmaqla məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Belə ki, onun “Müharibə veteranı” adını almaq üçün bir çox aidiyyatı təşkilatlara etmiş müraciətlərinin heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.202N-ci il tarixli, l/D-4233 saylı cavab məktubunda ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtinanı onunla əsaslandırmışlar ki, xx.xx.N994-cü il tarixdən sonrakı dövrdə qeydlərdə adı və ata adı tam göstərilmədiyindən, vəzifəsinin göstərilməsi barədə qeydlər olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” məqsədəuyğun deyildir. Cavabdehin bu imtinası hesab edir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi”-dən imtina üçün əsaslı olaraq qəbul edilə bilməz. Belə ki, N №-li hərbi hissə komandiri tərəfindən verilən N997-ci ilin dekabr tarixli, 5N3 №-li arayışda onun gizir rütbəsi üzrə xx.xx.N994-cü il tarixdən, 23 №-li əmrlə xx.xx.N994-cü il tarixli, 84 №-li əmrlə Fizuli rayonunda ezamiyyətdə olması və xx.xx.N994-cü il tarixli, 94 №-li əmrlə xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixli, N28 №-li əmrlə İmişli rayonunda döyüş bölgəsində ezamiyyətdə olması barədə göstərilməklə təsdiq etmişdir. Bütün bunlar cavabdehin imtinasında qeyd edilənləri bir daha təkzib edir və onun tərəfindən faktiki halları sübutlarla özündə ehtiva edir. Bu səbəbdən də, o, hüquqlarının pozulmasına əsasən məhkəmə müdafiəsindən istifadə edərək “Müharibə veteranı və vəsiqəsinin verilməsi” iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, cavabdeh tərəfindən onun ərizəsinə baxılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının 20N9-cu il tarixli imtina məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, ezamiyyətin məqsədi bilinmədiyindən ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteraı” adı verilir. Onu da, məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı iddia müddətinin vaxtını ötürmüşdür. İddiaçı 20N9-cu ildə imtina olunduğu halda, o, 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, N/D-3307 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-N8N94 nömrəli arayışına əsasən 23.0N-xx.xx.N994-cü il tarixlərdə Füzuli rayonuna ezamiyyətinin məqsədi qeyd edilmədiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin Katibliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 4/3-4N nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq təkrar bildirilmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və 653 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının tərkibinə ünvanlanmış xx.xx.20N9-cu il tarixli, 9/2N8/94 nömrəli arxiv arayışının surətinədn görünür ki, N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 23 nömrəli əmrində gizir F.A.Dadaşəliyevin (əsas: § 5, səh 36, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Fizuli rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 3N mart N994-cü il tarixli 84 nömrəli əmrində gizir F.A.Dadaşəliyev (əsas: § NN, səh 96, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Fizuli rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin NN aprel N994-cü il tarixli, 94 nörməli əmrində gizir F.A.Dadaşəliyevin (əsas: § 3, səh NN4, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) rabitə əlaqəsini təmin etmək üçün xx.xx.N994-cü il tarixdən İmişli rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N5 may N994-cü il tarixli N28 nömrəli əmrində gizir F.A.Dadaşəliyevin (əsas: § 20, səh 37, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) İmişli rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardır. İşdə olan N saylı hərbi hissə komandiri tərəfindən verilmiş dekabr N997-ci il tarixli, 5N3 nömrəli arayışdan görünür ki, İddiaçı gizir rütbəsində xx.xx.N994-xx.xx.N994-cü il tarixləri arasında (xx.xx.N994-cü il tarixli 23 nömrəli əmrə və xx.xx.N994-cü il tarixli, 84 nömrəli əmrə əsasən) Fizuli rayonunda döyüş bölgəsində ezamiyyətdə olması və xx.xx.N994-cü il tarixdən (xx.xx.N994-cü il tarixli, 94 nömrəli əmrlə) xx.xx.N994-cü il tarixədək (xx.xx.N994-cü il tarixli, N28 nömrəli əmrlə) İmişli rayonunda ezamiyyətdə olması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş 042306 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 2 “b” (ikinci) hərbi xidmət dövründə xəstəliklə əlaqədar əlillik dərəcəsi verilmişdir. İşdə olan iddiaçıya məxsus SQ nömrəli, ******* nömrəli Şəxsi Vəsiqənin surətindən görünür ki, X2 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin N8 may N993-cü il tarixli, 0N03nm nömrəli əmrilə kiçik gizir hərbi rütbəsi verilib, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N3 iyun N995-ci il tarixli 08N km nömrəli əmrilə Kabelli Radiorele bölüyünün baş texniki təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin qeydlərinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli, 0300km nömrəli əmrilə “Hərbi xidmət haqqında” Qanunun N8-ci maddəsinin “V” bəndinə əsasən ordu sıralarından ehtiyata tərxis olunmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletin 7-ci səhifəsində iddiaçının xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Fizuli rayonunda rabitəni təmin etmək məqsədilə döyüş bölgəsində olması barədə N nömrəli hərbi hissə komandirinin qeydləri mövcuddur. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 30 avqust 2022-ci il tarixli, 4/2-5632 nömrəli məktubdan görünür ki, İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 23 nömrəli və 3N mart N994cü il tarixli, 84 nömrəli əmrlərindən arxiv çıxarışları məhkəməyə təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin sərəncamına gəlmiş, 888 nömrəli hərb hissənin hərbi qulluqçusu, kiçik gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin N noyabr N994-cü il tarixli 284 nömrəli əmrilə (əsas: § 5, sıra 9, əmrdə vəzifəsi göstərilməyib) müvafiq vəzifəyə təyin olunmuşdur. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin zabit, gizir heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və hərbi hissədən xaric olunması barədə məlumat aşkar olunmamışdır. Məktuba əlavə olunmuş hərbi biletin kserosurətində İddiaçı N nömrəli hərbi hissədən tərxis olunması barədə məlumat qeyd edilmədiyindən əlavə araşdırma apara bilməmişlər. Sözügedən məktubla təqdim edilmiş arxiv çıxarışlarına əsasən müəyyən edilmişdir ki, iddiaçının Fizuli rayonuna ezam olunmasına dair xx.xx.N994-cü il tarixli əmrinin verilməsinə əsas kimi komandir Qocayevin xx.xx.N994-cü il tarixli raportu əsas olmuşdur. Ezamiyyətə getməsi və ezamiyyətdən qayıtması barədə xx.xx.N994-cü il tarixli və xx.xx.N994-cü il tarixli əmrlərdə ididaçının adı və atasının adı tam yazılmamış, vəzifəsi göstərilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 366-N4560D- 3222 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxx N969-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2022-ci il tarixli məktubla imtina edilərək bildirilmişdir ki, onun təkrar müraciətinə cavab olaraq bildirilmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsini verilməsi ilə əlaqədar göndərilən sənələrə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və 653 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-N8N94 nömrəli arayışına əsasən 23.0N-xx.xx.N994-cü il tarixlərdə Füzuli rayonuna ezamiyyətinin məqsədinin qeyd edilməməsinə əsaslanmaqla imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı işdə olan sübutlarla müəyyən edilir ki, iddiaçının Fizuli rayonuna ezamiyyətə göndərilməsi barədə əmrlərdə iddiaçının ezamiyyətə göndərilməsinin səbəbi barədə hər-hansı bir qeyd olmasa da, ezamiyyətə göndərilməsi barədə əmrin verilməsinə əsas olmuş sənəd qismində komandirin raportunun olması göstərilmiş, bundan əlavə iddiaçıya məxsus hərbi biletin 7-ci səhifəsində iddiaçının xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Fizuli rayonunda rabitəni təmin etmək məqsədilə döyüş bölgəsində olması barədə N nömrəli hərbi hissə komandirinin qeydləri mövcud olmuş, eləcə də, həmin qeydlər N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş dekabr N997-ci il tarixli, 5N3 nömrəli arayışla da, təsdiq edilmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus şəxsi vəsiqədən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “məhkumluğun olmaması barədə” arayışdan da, görünür ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli, 0300 km nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N8-ci maddəsinin “v” bəndinə əsasən hərbi xidmətdən ehtiyata tərxis edilmiş, bununla da, onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması öz təsdiqini tapmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət edilmədən, iddiaçıda olan sənədlər tam şəkildə araşdırılaraq hüquqi qiymət verilmədən, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsi qanuni və əsaslı olmamışdır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 2N may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin N0-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın N4cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 8N, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5703/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5703/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver