Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5706/2022 21.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya 3-cü qrup əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin hazırlıq icraatı iclasında iddiaçı yenidən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya xx.xx.2021-ci il tarixinə fasiləsiz olaraq 15 ildən yuxarı üçüncü qrup dərəcəli əlillik təyin olunduğunu nəzərə alaraq cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə həmin tarixdən üçüncü dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının 1992-ci ilin avqust ayında Kəlbəcər-Ağdərə istiqamətində gedən döyüşlərdə mina partlaması nəticəsində sol ayaq-daban sümükləri dağılmış, hər iki qulağının pərdələri deşilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 1993-cü ildə verdiyi arayış əsasında Qaradağ rayon HƏEK-nın 27 sentyabr 1993-cü il tarixli BTE-10 054694 saylı qərarı ilə ona 3-cü qrup əlillik təyin edilmişdir. Sonrakı illərdə müntəzəm olaraq müalicələr almış və hər il müayinədən keçərək əlillik təyinatı təsdiqlənmişdir. Sonuncu dəfə 2016-ci ilin fevral ayında komissiyadan keçmiş və əlillik 5 il müddətinə təyin olunmuş, yəni 28 ildir ki, əlildir. Keçən il növbəti müayinə üçün 19 saylı xəstəxana Forma 88-i TSEK-a göndərmiş, xx.xx.2021-ci tarixdə əlilliyin təyin edilməsindən imtina barədə mesaj gəlmiş, bununla əlaqədar DOST Mərkəzinə müraciət etmiş, sənədlərinə baxılaraq bildirilmişdir ki, Forma 88-də əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olunduğu qeyd edilmədiyi və Travmatologiya İnstitunun rəyi tam yazılmadığı üçün imtina olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə TSEK-a müraciət etmiş, sənədlərinə baxılaraq imtinanın düzgün olmadığı və hərbi həkim komissiyasına müraciət etməsi bildirilmişdir. Təyin edilən vaxtda komissiyada olmuş, lakin Forma 88 düzgün tərtib olunmadığı bildirilərək onu qəbul etməmişlər. xx.xx.2021-ci il tarixdə yenidən TSEK-a müraciət etmiş, xx.xx.2021-ci il tarixdə onu hərbi həkim komissiyasına çağırmışlar, komissiya üzvləri əvvəlcə şikayətini, sonra isə əlil ola-ola necə işlədiyini soruşmuşlar. Bildirmişdir ki, işi oturaq işdir, fiziki güc tələb etmir. Sual vermişlər ki, necə olur ki, 28 il eyni xəstəliklə əlil olur, indi isə sağlam olur. Komissiyanın digər bir üzvü isə bildirmişdir ki, 3-cü qrup əlilliyi ayağı kəsilənlərə verilir, gedib əlavə müalicə almalıdır. Amma ona izah edə bilməmişlər ki, 30 yaşında dağılan daban sümüyü 60 yaşınadək inkişaf edir, yaxud daha da kövrəlir. 2021-ci il iyun ayında Respublika Kliniki Xəstəxanasının Travmotologiya şöbəsində müalicədə olunmuş və iyul ayında yenə Forma 88 TSEK-a göndərilmiş, lakin ona yenidən imtina olunmuşdur. Bununla əlaqədar axırıncı dəfə xx.xx.2022-ci il tarixdə ona cavab məktubu göndərilərək məktubda imtinanın qüvvədə qaldığı qeyd olunmuşdur. Bildirir ki, TSEK Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il 413 saylı qərarının 4.2 maddəsini kobud surətdə pozaraq əlilliyini müddətsiz təyin etməmiş, qərara əsasən 3-cü qrup əlillər 15 ildən artıq fasiləsiz əlillik dərəcəsi alıdıqdan sonra əlillik müddətsiz təyin edilir. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 19 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2000-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1; XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90- S99 - Aşıq baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıqbaldır oynağı ...; Diaqnozun mətni: Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığından sonrakı baldır daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit. Ətrafın hissəvi pozulması ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sol daban sümüyünün bitişmiş sınığından sonrakı baldır daban oynağının kontrakturası” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 19 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı ...; Diaqnozun mətni: Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığından sonrakı baldır daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit. Ətrafın hissəvi pozulması ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər: Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı X4nin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı...; Diaqnozun mətni: Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit. Hərəkət funksiyasının pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər: Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşağı-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı...; diaqnozun mətni: sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit. Hərəkət funksiyasının pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər: Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı X4nin xx.xx.2021-ci il tarixli 0042003AACEQ saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: sol daban sümüyünün bitişmiş köhnəlmiş sınığı və posttravmatik deformasiya, aşıq – baldır oynaqların kəskin kantrakturası. Regionar osteoparoz oynaq yarıqların artrozu, Aşıq-baldır oynaqların kəskin kantrakturası. Regionar osteoparoz, sol daban sümüyünün bitişmiş köhnəlmiş sınığı və posttravmatik deformasiya, Aşıq-baldır oynaqların kəskin kantrakturası, regionar osteoparoz daraqarxası birləşmələrin oynaq yarıqların artrozuaşıq-baldır oynaqların kəskin kantrakturası. Regionar osteoparoz, Aşıq -Baldır oynaqların kəskin kantrakturası. Regionar osteoparoz; Mərkəzə göndərilmənin - İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir, ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı X4nin xx.xx.2021-ci il tarixli 0042003AACEQ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı...; Diaqnozun mətni: Daban sümüyünün sınığı, sol daban sümüyünün bitişmiş köhnəlmiş sınığı və posttravmatik deformasiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixdən **********6 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq xx.xx.2021-ci il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Daban sümüyünün sınığı, sol daban sümüyünün bitişmiş köhnəlmiş siniğı və posttravmatik deformasiya” diaqnozu anamnestik məlumatlar vo obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-cı il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq "Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. - Bakı şəhəri Qaradağ rayon həkim-əmək ekspert komissiyasının SER TSE-10 №-li 054694 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 054477 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 286232 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2002-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 424194 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 524125 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 872519 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 076950 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 305147 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 478332 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 619171 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 760752 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 956930 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 288063 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2013-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 036721 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 292549 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 499282 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2016-ci il tarixdə qiymətləndirilərək “Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxtear nevrit. Hərəkət funksiyasının pozulması” diaqnozu ilə “Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxtear nevrit.” meyarlarına əsasən xx.xx.2021-ci il tarixə qədər 3-cü dərəcəli əlillik təyin edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə 0042003AACEQ saylı göndəriş əsasında qiymətləndirilərək “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülür.” səbəbi ilə əlillik təyinatından imtina verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 alınmış məhkəmə tibbi-ekpertizasının rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı “X4”nin 0042003AACEQ saylı göndərişi tam doldurulsa da, qeyd edilmiş “daban sümüyünün sınığı, sol daban sümüyünün bitişmiş, köhnəlmiş sınığı və postravmatik deformasiya” diaqnozu nəzərə alınmaqla, vətəndaşın əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının hər-hansı bir meyarlarını ona aid etmək mümkün deyil. Vətəndaş İddiaçı hal-hazırda göndərişdə olan diaqnozu ilə əlaqədar müalicəyə ehtiyacı yoxdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, iştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA xx/xx/2016) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi – xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü dərəcəli əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununa əsasən: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtinadır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 4.1-ci bənd. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bənd. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İşin araşdırılan hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülür.” səbəbi ilə əlillik təyinatından imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.1993-cü il tarixdə, sonradan isə xx.xx.2000-ci il tarixdən fasiləsiz olaraq xx.xx.2021-ci il tarixədək “Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxtear nevrit. Hərəkət funksiyasının pozulması” diaqnozu ilə “Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxtear nevrit.” meyarlarına əsasən 3-cü dərəcəli əlillik təyin edilmişdir. Beləliklə də, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər fasiləsiz olaraq 21 ildən artıq müddət 3-cü qrup əlil olmuşdur. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir ki, birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin. Fərmanın 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilmişdir. Bəhs edilən sənədlərdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 15 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Üçüncü dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 15 il olmasıdır ki, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, ümumiyyətlə, cavabdeh tərəfindən “Forma 88” tərtib edilmədən də ona sonuncu əlillik müddətinin başa çatdığı xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü dərəcəli əlillik təyin edilməli idi. Cavabdeh isə bunun əksinə olaraq, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində əldə olunmuş rəydən də göründüyü kimi göndəriş tam doldurulsa da, guya onun tam doldurulmaması səbibindən iddiaçıya əlillik təyinatından qanunsuz imtina etmişdir. Bundan başqa, imtinanın digər əsası kimi göstərilmiş ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə olmasının zəruriliyi də məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, ekspertiza nəticəsində ekspert aşağıdakı qənaətə gəlmişdir ki, iddiaçının hal-hazırda göndərişdə olan diaqnozu ilə əlaqədar müalicəyə ehtiyacı yoxdur. Göründüyü kimi inzibati orqan iddiaçının müraciəti üzrə inzibati icraat üzrə qanunvericiliyin tələblərini pozmuş, lazımi inzibati araşdırma aparmamışdır. Halbuki “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin hesab edir ki, iddiaçıya xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər fasiləsiz 3-cü qrup əlillik təyin olunduğu üçün eyni xəstəliklər səbəbindən cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü dərəcəli əlilliyin təyin edilməsindən imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona fasiləsiz 3-cü qrup əlillik təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixə qədər fasiləsiz 3-cü qrup əlillik təyin olunduğu üçün həmin tarixdən üçüncü dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə dair müvafiq inzibati akt qəbul edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2021-ci il tarixinə fasiləsiz olaraq 15 ildən yuxarı üçüncü dərəcəli əlillik təyin olunduğunu nəzərə alaraq cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə iddiaçıya həmin tarixdən üçüncü dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddiaçı xx.xx.2021-ci il tarixinə fasiləsiz olaraq 15 ildən yuxarı üçüncü dərəcəli əlillik təyin olunduğunu nəzərə alaraq ona müddətsiz üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva