Məhkəmə qərarları › İş №2-1(112)-5708/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5708/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5708/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X12 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X8 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X16 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvədə olan 2- 228/201 saylı, 19 fevral 2001-ci il tarixli qətnamənin icrasını təmin edərək, ona məxsus evin mövcud halda (Daş Karxanası küçəsi, ev 331) öz adına rəsmiləşdirilərək çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ildən Bakı şəhəri, Nərimanov rayonunda yaşayıb, avtobus sürücüsü işləmişdir. Təxminən 1993-1994-cü ildən rəsmi Bakı şəhərində qeydiyyatdadır və 2 nömrəli avtoparkın sürücüsü işləmişdir....Yaşadığı ünvandakı evin sənədləri natam olduğundan 2003-cü ildən əvvəlki ailə sahibləri tərəfindən özü və ailə üzvlərini yaşadıqları evə qeydiyyata alınmaqla, sonra da özləri qeydiyyatdan çıxmaqla xaricə köçmüşlər. Evi A.N.Baskakovdan 11.300 ABŞ dollarına satın almışdır. Ona məxsus ev Nrimanov Məhkəməsi tərəfindən Baskakovun 1961-ci ildən yaşadığı evin mülkiyyət hüquququnun qeydiyyata alınmasına və bacısı ilə bölünməsinə dair müraciətinə əsasən hakim E.Babayevin sədrliyi ilə 2-2228/2001 nömrəli qətnamə ilə 19 fevral 2001-ci ildə təmin edilərək 30 illik yaşayış yerinə mülkiyyət hüququ tanınmışdır. Əvvəlki Sahibi olan Baskakov mövcud evdə istifadə hüquququnun bölünməsi bölgüsünü həyata keçirtmişdir, lakin qətnamənin icrası naməlum səbəbdən təmin edilməmişdir. Beləliklə hakim iddiaçının ailəsinin 1976-cı ildən birgə yaşayaraq qeydiyyatda olması ilə hüquqlarını tanımışdır. 25.10.2001-ci ildə Baskakovun ailə üzvlərinin pasport qeydiyyatına alınması üçün 17 saylı polis bölməsinə qətnamənin icra olunmasına dair məktub göndərmiş, ƏMDK yanında DƏDRX-i 1 saylı Bakı Ərazi İdarəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün göndərilən məktub icra edilməmişdir. Bu səbəbdən də qətnamənin icrası natamam qalmışdır. Qanunvericiliyə əsasən daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququilə fasiləsiz və etirazsız sahiblik etmişsə o mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Əvvəlki sahib 1961-ci ildən bugünə qədər 60 il fasiləsi və etirasız sahiblikdə olan yaşayış evinə istinad edilən qanuna əsasən hüquqların dövlət qeydiyyatı üçün əsaslarda daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını alınmalıdır. Qeyd olunanlara əsasən qanuni qüvvədə olan 2-2228/2001 nömrəli, 19 fevral 2001-ci il tarixli qətnamənin icrasının təmin edilərək, ona məxus evin mövcud halda öz adına rəsmiləşdirilərək çıxarış və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 19 fevral 20014-ci il tarixli qətnamənin icrasını təmin edərək, ona məxsus evin mövcud halda (Daş Karxanası, ev 331) onun adına rəsmiləşdirilərək, çıxarış və texniki pasportla təmin edilməsi ilə bağlı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı 15.02.2021-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərman ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Syahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş Nərimanov Rayon Məhkəməsinin 2- 228/2001 saylı qətnaməsi ilə İdarə üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bu barədə iddiaçıya **********53 saylı, 18.03.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzğuində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, xx.xx.1945-ci il tarixdə doğulmuş X16 ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan N.V.Baskakova tərəfindən Nərimanov rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə ünvanlanan notarial qaydada təsdiq olunaraq kserosurəti çıxarılmış 22.10.2003-cü il tarixli ərizələrdən görünür ki, sonuncu X12, X11 və X7 ünvan 5 ünvanına qeydiyyata düşmələrinə etiraz etmir. İşdə olan N.V.Baskakova tərəfindən Nərimanov rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə ünvanlanan notarial qaydada təsdiq olunaraq kserosurəti çıxarılmış 22.10.2003-cü il tarixli ərizədən görünür ki, N.V.Baskakova onun ünvan 5 ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon MKTB tərəfindən verilmiş Forma 2 Arayışından görünür ki, X16 2003-cü il tarixdən, X15 2003-cü il tarixdən, X13 2003-cü il tarixdən ünvan 5 ünvanında müvəqqəti qeydiyyatdadırlar. İşdə olan Nərimanov rayon Məhkəməsinin 19 fevral 2001-ci il tarixli, 2-228/2001 saylı Qətnamədən görünür ki, iddia qismən təmin edilmiş X9 və X3 Bakı şəhəri, Montin qəsəbəsi, Daş Karxanası 331 saylı özbaşına tikilmiş evin sahələri 15,2 kv.metr, 11,0 kv.metr olan otaqlardan, sahəsi 11,1 kv.metr olan mətbxdən və sahəsi 6.7 kv.metr, və 9.2 kv.metr olan yardımçı tikililərdən istifadə hüququnun verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Montin qəsəbəsi, Daş Karxanası 331 saylı özbaşına tikilmiş evdən istifadə qaydalarının müəyyən edilməsi, sahəsi 8,0 kv.metr, 9,75 kv.metr olan yardımçı tikililər X1 və X4 istifadəsinə verilməsi, sahələri 15,2 kv.metr, 11,0 kv.metr olan otaqlar, sahəsi 11,1 kv.metr olan mətbxdən və sahələri 6.7 kv.metr, və 9.2 kv.metr olan yardımçı tikililər X5, X9 və X2 istifadələrinə verilməsi, sahəsi 1,1 kv.metr, olan tualet və 2,9 kv.metr, olan hamam müvəqqəti olaraq tərəflərin istifadəsində qalması qət edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon MKTB tərəfindən təsdiqlənmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18.03.2021-ci il tarixli, **********53 saylı imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 331 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəsinə baxılmış və müraciətlə əlaqədar bildirilmişdir ki, qeyd edilən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Beləliklə işin araşdırılan hallarından aydın olur ki, iddiaçı hazırkı iddia tələbi üzrə iddiasının əsası kimi Nərimanov rayon Məhkəməsinin 19 fevral 2001-ci il tarixli, 2- 228/2001 saylı Qətnaməsinə və X10 ilə X17 arasında bağlanılmış hesab etdiyi alqı-satqı müqaviləsinə, o cümlədən qeyd olunan ünvanda pasport qeydiyyatında olmasına istinad etməklə ünvan 9vanda yerləşən evin adına rəsmiləşdirilərək çıxarış və texniki pasportun verilməsini tələb edir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 18.03.2021-ci il tarixli, **********53 saylı məktubla müraciətin təmin edilməsindən daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının qeyd edilən daşınmaz əmlaka hüquqmüəyyənedici sənədlərinin mövcud olması müəyyən edilməmişdir. İddiaçı daşınmaz əmlakın uzun müddətdir onun istifadəsində olmasına, həmin ünvana pasport qeydiyyatına alımasına əsaslanaraq, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etsə də, göstərilən sənədlər qeyd edilən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınması üçün əsas deyildir. Belə ki, Məhkəmə Nərimanov rayon Məhkəməsinin 19 fevral 2001-ci il tarixli, 2- 228/2001 saylı Qətnaməsi əsasında qeyd olunan ünvana X14 deyil, X6 istifadə hüquqlarının tanındığını və eyni zamanda X10 ilə X17 arasında olan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələbinə müvafiq olaraq notarial qaydada təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının həmin evdə qeydiyyatda olmasına gəldikdə isə məhkəmə qeyd bununla bağlı qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat, təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar adlanmaqla, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sübutların dairəsini müəyyənləşdirir. Həmin normada əks olunan əsaslardan isə hər hansı biri iddiaçı tərəfindən nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, fərdi yaşayış evinin onun adına qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Buna görə də cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olmuşdur və iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar