Məhkəmə qərarları › İş №2-1(112)-571/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-571/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-571/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 20.01.2010-cu il tarixdən, 55 yaşdan pensiyanın 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 20.01.2012-ci il tarixdən, yəni 57 yaşdan 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və 17.10.2019-cu il tarixdən, yəni ərizə ilə müraciət etdiyi gündən əvvəlki 3 il dövrədək olan pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxxxx 1955-ci il tarixdə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. Lakin hal-hazırda Şirvan şəhər sakinidir. Onun 21.06.1971 - 20.05.2019-cu il tarixə kimi işləməklə 48 ildən artıq ümumi əmək stajı vardır. Həmin əmək stajının 21.06.1971 - 01.06.1972-ci il tarixə kimi “Şirvanneft”-də “avadanlıqların təmiri üzrə təmirçi-çlingər”, 04.08.1975 - 29.05.1995-ci il tarixə kimi isə “X7”-da “yığıcı”, “təmirçiçilingər” və “elektrik qaynaqçısı”xxxx“Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatı”-da “elektrik-qaynaqçısı”, 21.09.2007 - hal-hazıra kimi “Azneft İB”-nin “Bibiheybətnefiqazçıxarma İdarəsi”-nin “Neftqaztikinti” Trestində “elektrik qaynaqçısı” peşəsində işləmişdir. Ona 20.05.2019-cu il tarixdə, yəni 64 yaşında cavabdeh təşkilat tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda təqaüdçüdür. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən ümumi 25 il əmək stajını və 12 il 06 ay güzəştli iş stajını topladığına görə 20.01.2012-ci il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Çünki «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin «b» bəndinə və həmin maddəyə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 57 yaşdan güzəştli şərtlərlə yaşa görə hüquq yaradır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya heç bir halda 55 yaşdan pensiya təyin edilə bilməzdi. Çünki İddiaçının 55 yaşının tamam olduğu tarixdə qanunvericilikdə kişilərə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün iki şərtə cavab verilməsi tələb edilirdi: 1) 57 yaşa çatma; 2) 25 il ümumi staja malik olub onun 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrdə işləmiş olma. Yəni həmin tarixdə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün o, qeyd olunan iki tələbə də cavab verməli idi. İddiaçı isə həmin tarixdə 57 yaşına çatmamışdı, buna görə də ona müvafiq pensiya təyin edilə bilməzdi. İddiaçı iddia ərizəsində belə bir hüquqi əsasa istinad etmişdir ki, “55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01 avqust 1997-ci il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajının mövcud olması tələb edilirdi. İddiaçının belə bir qənaətə gəlməsinin əsasının nə olduğu bəlli deyil. Nə mövcud qanunvericilikdə, nə də iddiaçının pensiya hüququnun yarandığını hesab etdiyi 05.09.2008-ci il tarixində belə bir istisna nəzərdə tutulmamışdı. İstisna yalnız Qanunun 9.8-ci maddəsi ilə müəyyən olunmuşdur ki, orada da söhbət 01 avqust 1997-ci il tarixinədək deyil, 01.01.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış şəxslərin həmin tarixədək qüvvədə olmuş yaş həddindən güzəştli şərtlərlə pensiyaya çıxa biləcəyindən gedir. İddiaçıya isə hətta 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla pensiya təyin edilsə idi belə, yenə də 57 yaşdan təyin ediləcəkdi. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Yəni 01.01.2006-cı ilə qədər belə bu yaş həddi artıq 57-ə çatdırılmışdı. Buna görə nəinki 2010cu ildə, hətta 2002-ci ildə 55 yaşı olsa idi belə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 55 yaşdan deyil, 57 yaşdan təyin ediləcəkdi (əgər hüququ olsa idi). Bundan əlavə, iddiaçı qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmadığından ona, ümumiyyətlə, güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməz. İddiaçının işlədiyi peşələr Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuş peşələrlə uyğunluq təşkil etmir, iddiaçı da uyğunluq təşkil etməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı yalnız 16 may 2017-ci il tarixli bir güzəştli arayış təqdim etmişdir ki, oradan da iddiaçının işləmiş olduğu məhz hansı peşələrin müvafiq siyahıda nəzərdə tutulmuş məhz hansı peşələrə uyğunlaşdırılmış olduğu və həmin illərin bütövlükdə 12 il 6 ay edib-etmədiyi bəlli olmur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 09.12.2019-cu il tarixli **********7 saylı məktubda qeyd edilir: İdarəyə təqdim etdiyiniz 29 iyun 1971-ci il tarixində açılmış əmək kitabçanızda 02.01.1977 - 02.11.1992-ci il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı X7nda işlədiyiniz ekskavatorçu və slesar vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa örə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən Sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materialarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Hacıqəbul rayon İcra Hakimiyyəti Hacıqəbul rayon Dövlət Arxivinin 85 saylı 11.05.2017-ci il tarixli arxiv arayışından görünür ki, Sabirabad rayonu Poladtuğay kəndində yaşayan İddiaçı adı Hacıqabul rayon Dövlət Arxivində fond-22-də qorunub saxlanılan Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatının 1995-2005-ci illərə aid əmr kitablarında aşağıdakı kimi qeyd olunmuşdur: 1) Əmr 7, 02.06.1995-ci il tarixdən elektirik qaynaqçısı işinə qəbul edilmişdir. 2) Əmr 24, 25.10.2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. İş materialarında olan Azərbaycan Respublikası “xxxx” ASC-nin 16.05.2017-ci il tarixli 2 saylı güzəştli arayışından görünür ki, İddiaçı Ələsgər oğlu 04.08.1975-ci ildə 207 nömrəli əmrə əsasən keçmiş ƏliBayramlı X7na qəlblənmə sexinə 3-cü dərəcəli yığıcı işinə qəbul edilmişdir və 02.01.1977-ci ildə 02 nömrəli əmrə əsasən həmin sexə 4-cü dərəcəli ekskavatorçu işinə keçirilmişdir. 01.11.1977-ci ildə 139 nömrəli əmrə əsasən qurutma sexinə 4-cü dərəcəli slesar işinə keçirilmişdir. 09.01.1983-cü ildə 107/N nömrəli əmrə əsasən həmin sexə 5-ci dərəcəli slesar keçirilmişdir. 07.12.1990-cı ildə 17/N nömrəli əmrə əsasən mexaniki sexinə 5 dərəcəli slesar işinə keçirilmişdir. 02.11.1992-ci ildə 52/N nömrəli əmrə əsasən mexaniki sexə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə keçirilmişdir. 29.05.1995-ci ildə 9/K nömrəli əmrə əsasən öz xahişi ilə elektrik qaynaqçı işindən azad edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalçıların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısına İddiaçı Ələsgər oğlunun pensiyaya çıxmaq hüququ var. İş materiallarında olan iddiaçı X2 məxsus 29.06.1971-ci ildə açılmış əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ələsgər oğlu 21.06.1971-ci ildə “Şirvanneft” Neft Mədən İdarəsinin 3 №-li mədənində mədənin ştatına avadanlığının quraşdırılması və təmiri üzrə ikinci dərəcəli çilingər işinə qəbul edilmişdir, 01.07.1971-ci ildə “Şirvanneft” Neft Mədən İdarəsi “Şirvanneft” Neftqazçıxarma İdarəsinə çevrilmişdir, 01.07.1971-ci ildə istehslatın yeni idarəetmə sisteminə keçməsi ilə əlaqədar “Şirvanneft” NQÇİ-nin istismar avadanlıqlarının yayma və təmir sexinə avadanlığın quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli çilingər işinə keçirilmişdir, 01.06.1972-ci ildə “Şirvanneft” NQÇİ-nin 3 №-li Rayon mühəndis və texnoloji xidmətinin avadanlığın quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli dülgər-çilingər işinə keçirilmişdir, 01.03.1973-cü ildə “Şirvanneft” NQÇİ-nin İstehsal xidməti bazasının istismar avadanlıqlarının yayma və təmir sahəsinə avadanlığın və qurğularının quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli dülgər çilingər işinə keçirilmişdir, 16.05.1973-cü ildə X3 azad olunmuşdur, 30.07.1975-ci ildə Əli Bayramlı drenaj boruları zavodunda qəlibləmə sexinə 3-cü dərəcəli elektrik sazlayıcısı qəbul edilmişdir, 02.01.1977-ci ildə həmin sexdə 4cü dərəcəli ekskavatorçu işinə keçirilmişdir, 01.11.1977-ci ildə qurutma sexinə 4-cü dərəcəli çilingər işinə keçirilmişdir, 01.09.1983-cü ildə çilingər işi üzrə 5-ci dərəcə verilmişdir, 07.12.1990-cı il tarixdə mexaniki sexinə 5-ci dərəcəli çilingər işinə keçirilmişdir, 02.11.1992-ci ildə mexaniki sexinə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə keçirilmişdir, 29.05.1995-ci ildə öz xahişi ilə işdən azad edilmişdir, 21.09.2007-ci ildə “Azneft” İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində Təmir-Tikinti Sexinə 5-ci dərəcəli elektrikqazqaynaqçısı peşəsinə işə qəbul edilmişdir, 22.04.2008-ci ildə AR ƏM 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün öz xahişi ilə işdə azad edilmiş və onun əmək müqaviləsinə xitam verilmişdir, 23.04.2008-ci ildə “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçı peşəsinə qəbul edilmişdir, 05.06.2012-ci ildə 4-cü dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə təyin edilmişdir, 04.11.2014-cü ildə bağlanmış əmək müqaviləsi AR ƏM-nin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir, 05.11.2014-cü ildə “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində 2 saylı tikinti quraşdırma sahəsinə ƏÖD-4 olmaqla əl ilə qaynaqda elektrik qaynaqçı peşəsinə qəbul edilmişdir, 05.08.2015-ci ildə bağlanmış başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən öz təşəbbüsü ilə xitam verilmişdir, 06.08.2015-ci ildə SOCAR-ın “Neftqaztikinti” tresti 7 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsinə EÖD-4 (dörd) olmaqla əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir və 04.04.2017-ci il tarixli qeydə əsasən həmin tarixədək orada işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. O, əmək kitabçasında qeyd olunan məlumatlara əsasən 21.06.1971-ci ildə “Şirvanneft” Neft Mədən İdarəsinin 3 №-li mədənində mədənin ştatına avadanlığının quraşdırılması və təmiri üzrə ikinci dərəcəli çilingər işinə qəbul edilmişdir, 01.07.1971-ci ildə istehslatın yeni idarəetmə sisteminə keçməsi ilə əlaqədar “Şirvanneft” NQÇİ-nin istismar avadanlıqlarının yayma və təmir sexinə avadanlığın quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli çilingər işinə keçirilmişdir, 01.06.1972-ci ildə “Şirvanneft” NQÇİ-nin 3 №-li Rayon mühəndis və texnoloji xidmətinin avadanlığın quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli dülgər-çilingər işinə keçirilmişdir, 01.03.1973-cü ildə “Şirvanneft” NQÇİ-nin İstehsal xidməti bazasının istismar avadanlıqlarının yayma və təmir sahəsinə avadanlığın və qurğularının quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli dülgər çilingər işinə keçirilmişdir, 16.05.1973-cü ildə X3 azad olunmuşdur, 30.07.1975-ci ildə Əli Bayramlı drenaj boruları zavodunda qəlibləmə sexinə 3-cü dərəcəli elektrik sazlayıcısı qəbul edilmişdir, 02.01.1977-ci ildə həmin sexdə 4-cü dərəcəli ekskavatorçu işinə keçirilmişdir, 01.11.1977ci ildə qurutma sexinə 4-cü dərəcəli çilingər işinə keçirilmişdir, 01.09.1983-cü ildə çilingər işi üzrə 5-ci dərəcə verilmişdir, 07.12.1990-cı il tarixdə mexaniki sexinə 5-ci dərəcəli çilingər işinə keçirilmişdir, 02.11.1992-ci ildə mexaniki sexinə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə keçirilmişdir, 29.05.1995-ci ildə öz xahişi ilə işdən azad edilmişdir, 21.09.2007-ci ildə “Azneft” İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində Təmir-Tikinti Sexinə 5-ci dərəcəli elektrik-qazqaynaqçısı peşəsinə işə qəbul edilmişdir, 22.04.2008-ci ildə AR ƏM 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün öz xahişi ilə işdə azad edilmiş və onun əmək müqaviləsinə xitam verilmişdir, 23.04.2008-ci ildə “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçı peşəsinə qəbul edilmişdir, 05.06.2012-ci ildə 4-cü dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə təyin edilmişdir, 04.11.2014-cü ildə bağlanmış əmək müqaviləsi AR ƏM-nin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir, 05.11.2014-cü ildə “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində 2 saylı tikinti quraşdırma sahəsinə ƏÖD-4 olmaqla əl ilə qaynaqda elektrik qaynaqçı peşəsinə qəbul edilmişdir, 05.08.2015-ci ildə bağlanmış başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən öz təşəbbüsü ilə xitam verilmişdir, 06.08.2015-ci ildə SOCAR-ın “Neftqaztikinti” tresti 7 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsinə EÖD-4 (dörd) olmaqla əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Hacıqəbul rayon İcra Hakimiyyəti Hacıqəbul rayon Dövlət Arxivinin 85 saylı 11.05.2017-ci il tarixli arxiv arayışına əsasən iddiaçının adı Hacıqabul rayon Dövlət Arxivində fond-22-də qorunub saxlanılan Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatının 1995-2005-ci illərə aid əmr kitablarında aşağıdakı kimi qeyd olunmuşdur: 1) Əmr 7, 02.06.1995-ci il tarixdən elektirik qaynaqçısı işinə qəbul edilmişdir. 2) Əmr 24, 25.10.2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir. Lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” ASC-nin güzəştli arayışına əsasən iddiaçı 04.08.1975-ci ildə 207 nömrəli əmrə əsasən keçmiş ƏliBayramlı X7na qəliblənmə sexinə 3-cü dərəcəli yığıcı işinə qəbul edilmişdir, 02.01.1977-ci ildə 02 nömrəli əmrə əsasən həmin sexə 4-cü dərəcəli ekskavatorçu işinə keçirilmişdir, 01.11.1977-ci ildə 139 nömrəli əmrə əsasən qurutma sexinə 4-cü dərəcəli slesar işinə keçirilmişdir, 09.01.1983-cü ildə 107/N nömrəli əmrə əsasən həmin sexə 5-ci dərəcəli slesar keçirilmişdir, 07.12.1990-cı ildə 17/N nömrəli əmrə əsasən mexaniki sexinə 5 dərəcəli slesar işinə keçirilmişdir, 02.11.1992-ci ildə 52/N nömrəli əmrə əsasən mexaniki sexə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə keçirilmişdir, 29.05.1995-ci ildə 9/K nömrəli əmrə əsasən öz xahişi ilə elektrik qaynaqçı işindən azad edilmişdir. Həmin arayışda qeyd olunan sahə, peşə və vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalçıların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısına daxil olduğu qeyd olunsa da, uyğun sahə və peşələr konkret göstərilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda Metallurgiya istehsalatı (qara metallar) bölməsində nəzərdə tutulmuşdur, iddiaçının işlədiyi sahə isə həmin bölmədə nəzərdə tutulmuş sahəyə aid deyildir. Ümumi peşələr bölməsində istinad etdiyi peşə isə əl ilə qaynaq aparan elektrik qaynaqçısıdır, iddiaçı isə elektrik qaynaqçısı işləmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin dövr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar