Məhkəmə qərarları › İş №2-1(112)-5713/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5713/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5713/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: İmişli şəhəri, Sadıqcan küçəsi, ev 50, mənzil 146) cavabdeh – Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «əmək pensiyasının bir növündən digərinə keçirilməklə yenidən hesablanması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 (bundan sonra – DSMF) X1rşı «əmək pensiyasının bir növündən digərinə keçirilməklə yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində bildirilir ki, ona 2015-ci ilin iyun ayından başlayaraq 3-cü qrup əlilliyə görə əmək pensiyası verilir. Onun xx xxxxx 1997-ci il tarixdən ədliyyə orqanlarında işləməklə, 2 illik hərbi xidmətlə birlikdə 25 ildən artıqdır ki, qulluq stajı var. Hazırda icra məmuru vəzifəsində işləyir. Pensiya sənədləri (qovluğu) xx xxxxxx 2020-ci il tarixdə DSMF X5 İdarəsinə təhvil verilmişdir. Məlum oldiuğu kimi, «’Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikasının xx xxx 2006-cı il tarixli Qanununun 23.8-ci maddəsinə əsasən yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş şəxslər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq pensiya almaq hüququna malikdirlər. Həmin qanununun 23.8-ci maddəsinə xx xxxx 2018-ci iİ tarixdə dəyişiklik edilərək 25 il qulluq etmiş işçilər sözləri 35 il qulluq stajı olan ədliyyə işçiləri sözləri ilə əvəz olunmuşdur. O, təyin olunmuş əmək pensiyasının “əlilliyə görə” növündən “güzəştli şərtlərlə yaşa görə” növünə keçirilməsi ilə bağlı DSMF X8 İdarəsinə müraciət etmişdir. Həmin İdarənin xx xxxx 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, x xxxx 2017-ci ilədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 25 ildən az olduğundan, ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi mümkün hesab edilmir. Cavabdehin həmin hərəkəti (imtinası) düzgün hesab edilmir. Belə ki, Azərbaycan Respublikası ‘onstitusiyasının 149-cu maddəsinin Vll-ci bəndində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,məsuliyyətini aradan qaldırılan və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların güvvəsi geriyə şamil edilmir. Belə olduğu halda qanunun yüngülləşdirici halda geriyə qüvvəsi mənə şamil olunmalıdır və o, güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmiş olur. Pensiyası ilə bağlı lazım olan məlumatlar elektron sistemdə vardır. Eyni zamanda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun güvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərlə oensiyalar yaşa və staja görə əvvəllər güvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş :ə sölərə müvafiq surətdə təyin edilir. Digər tərəfdən də onun əlil olması və pensiyasının düzgün hesablanmaması nəzərə alınmalıdır. Göstərilənlərə və İPM-in 45, 46-cı maddələrinin tələblərinə əsaslanaraq, ona təyin edilmiş əmək pensiyasının növü dəyşdirilərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası”na keçirilməsi və yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ilə bağlı DSMF X5 üzrə Mərkəz Filialının məhkəməyə ünvanlanmış x xxxxxxx 2020-ci il tarixli məktubunda aşağıadkılar bildirilmişdir: - İddiaçı iddiası tam əsassızdır və qanuna zidd olduğundan rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.7.1-ci maddəsinin x xxxx 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdə məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya məxsus sənədlərdə görünür ki, onun x xxxx 2017-ci il tarixinədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 25 ildən az (19 il 11 ay 19 gün) təşkil edir. Belə olan halda, iddiaçıya ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.7.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə iolan tələblərinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.7.1-ci maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Məhkəmə qeyd edir ki, İddiaçı x xxxx 2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbəli ədliyyə işçisi kimi 25 il iş stajına malik olmaması işin mübahisələndirilməyən halına aiddir. Tərəflərin dəlilləri üzrə aparılmış məhkəmə araşdırılması nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı x xxxx 2017-ci il tarixədək ədliyyə orqanında xüsusi rütbəli əməkdaş (işçisi) kimi 25 il xidmət etmədiyindən, onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Belə olan halda, cavabdeh DSMF X5 İdarəsinin İddiaçı təyin edilmiş əmək penssiyasının növü dəyişdirilməklə (“əlilliyə görə əmək pensiyası”nın “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası”na keçirilməklə) yenidən hesablanmasından imtinası qanuna zidd sayılmamalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF X1rşı «əmək pensiyasının bir növündən digərinə keçirilməklə yenidən hesablanması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X1rşı «əmək pensiyasının bir növündən digərinə keçirilməklə yenidən hesablanması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar