Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5713/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddisçının N996-cı ilin yanvar ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı zamanı xəsarət almağının nəzərə alınaraq, ona müharibə veteranı adı verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx N972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ölkəyə hücum edən zamanlarda o da Bakı şəhəri, Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidmətini MN-nin N saylı hərbi hissəsində keçərək, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, N996-cı ilin yanvar ayında döyüşdə ayağından güllə yarası almış, N2 mart N996-cı il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intensiv terapiya bölməsində stasionar müayinə və müalicədə olmuşdur. O hospitaldan buraxıldıqdan sonra hərbi hissəyə qayıtmış, lakin hərbi hissədə onu xidmətə qəbul etməmiş, tərxis edildiyi bildirilmişdir. Onun Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak etməyinə, döyüş zamanı yaralanmağına, hal-hazırda da ayağından aldığı xəsarətlə əlaqədar gəzməkdə çətinlik çəkməyinə baxmayaraq hələ də müharibə veteranı adı verilməmişdir. İddaiçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “Müharibə veteranı" adı verilməsini xahiş etmiş, lakin Müdafiə Nazirliyinin 06 noyabr 20N9-cu il tarixli məktubu ilə hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti tələb edilmişdir. Hərbi bileti itirdiyinə görə hərbi bileti Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edə bilmir. Belə hesab edir ki, göstərdiyi əsaslara görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Belə ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 07 iyun 20N9-cu il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı N8 yanvar N996-cı il tarixdən N2 mart N996-cı il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intensiv terapiya bölməsində stasionar müayinə və müalicədə olmuşdur. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 08 iyul 20N9-cu il tarixli məktubundan görünür ki, uzun müddət hərbi hospitalda olub qayıtmadığı üçün 2-ci MAT-ın sıravi əsgəri X7 N nömrəli hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 35 nömrəli əmrilə fərarilər siyahısına salınmışdır. Qeyd edilən sənədlərdən də görünür ki, o Baş Klinik Hospitalda müalicə adlığı dövrdə onu fərarilər siyahısına salmış, bundan sonra isə hərbi hissənin sıralarından çıxarmışlar. Halbuki, onun barəsində fərariliklə əlaqədar heç bir cinayət ışı açılmamış, o ümumiyyətlə adının fərarilər sırasına salınmasını təzəlikcə bilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddia ərizəsi əsassızdır, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddiaçı iddia ərizəsində Bakı şəhəri Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən N992-ci ildə həbi xidmətə çağırıldığını, hərbi xidmətini Müdafiə Nazirliyinin N saylı hərbi xidmət keçdiyini, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini, N996-cı ilin yanvar ayında döyüşdə ayağından güllə yarası aldığını, N2 mart N996-cı il tarixdən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intensiv terapiya bölməsində stasionar müayinə və müalicə olduğunu, müalicədən sonra hərbi hissəyə qayıtdığını lakin hərbi hissədə xidmətə qəbul edilmədiyini göstərir, məhkəmədən ona Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzərinə qoyaraq qərar çıxarmağı xahiş edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin Əsasnamənin müddəalarına görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının hərbi xidmətdən buraxılması və hərbi hissənin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddiaçının qanuni əsaslarla hərbi xidmətdən buraxılmadığını nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş edirəm. Əvvəlki məhkəmə hazırlıq icraatı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya ünvanlanmış N/2-N574N saylı, 06 noyabr 20N9-cu il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxıl olmuş ərizəsi araşdırılaraq bildirilmişdir ki, "Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün iddiaçının döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, yaralanma haqqında sənədi, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməsini qeyd etməklə ətraflı ərizəni Müdafiə Nazirliyinin Aparatı nəzdındə fəaliyyət göstərən 'Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. Əlavə olaraq bildirilmişdir kı, əgər hərbi biletdə xidmətlə bağlı qeyd yoxdursa, xidmətini müəyyən etmək mumkun olmadığı uçün xidmət dövru aylarla qeyd edilməklə Mərkəzi Arxivə müraciət etməyi məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Klinik Hospitalı tərəfindən verilmiş 29 may 20N9-cu il tarixli, 3909 saylı arayışdan görünür ki, arayış verilir N90 №-li hərbi hissənin sabiq əsgəri İddiaçı ondan» ötrü ki, o həqiqətən N8.0N.N996-cı il tarixdən N2.03.N996-cı il tarixədək Silahlı Qüvvələrin Baş X3 terapiya bölməsində stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol baldırın dəlib keçən odlu güllə yaralanması. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının N996-cı ilə məxsus N №-li "Stasionar xəstələrin qeydiyyatı" kitabının 448-ci sayındakı qeyd. İş materiallarına əlavə edilmiş Xəstəlik tarixçəsindən çıxarışdan görünür ki, 0N iyul 20N9-cu il tarixdə müayinə olunaraq sol ayağının qasıq nahiyəsində güllə yarasının olması müəyyən edilmişdir. Məhkəmə araşdırması dövründə sorğu əsasında İddiaçı məhkumluğunun olubolmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Suraxanı Rayon Polis İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən 08 fevral 202N-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, ünvan N ünvanda yaşayan xx xxxxxx N972-ci il təvəllüdlü İddiaçı 28.NN.N992ci il tarixdə Hərbi Prokurorluq tərəfindən həbs olunaraq Bakı Qarnizonu Hərbi Tribunalının 04.02.N993-cü il tarixli Hökmünə əsasən CM-nin 24N-ci maddəsinin “b” bəndi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin N5.09.N993-cü il tarixli Qərarına əsasn hökm ləğv edilmiş, yenidən baxılması üçün göndərilmiş, Bakı Qarnizonu Hərbi Tribunalının N9.NN.N993-cü il tarixli Hökmünə əsasən CM-nin 243-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Yasamal rayon Xalq Məhkəməsinin 28.07.N999-cu il tarixli hökmünə əsasən CM-nin 226.N-ci maddəsinin N-ci hissəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 0N.02.200N-ci il tarixli Amnistiya Qərarının N-ci maddəsinin 5-ci bəndinə əsasən azad olunmuş, Suraxanı rayon Məhkəməsinin N6.02.20N2-ci il tarixli Hökmünə əsasən CM-nin 234.N, 234.2, 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya ünvanlanmış N/7- N5905 saylı, 03 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparan nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 02.N2.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Təqdim olunmuş sənədlərə hərbi biletin surətini və ya hərbi bilet əvəzi arayışı əlavə etmədiyinə, N992-ci ilin noyabr ayında müalicədə olmağı sənədində N nömrəli hərbi hissə qeyd olunub, ərizəsində N nömrəli hərbi hissə qeyd olunduğuna, ərizədə qeyd etdiyi N996-cı il tarixdə “ehtiyata buraxılmışam” sözləri Mərkəzi Arxivin arayışı ilə təsdiq olunmadığına görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Qeyd olunan sənədləri əlavə edərək, xidmətin dəqiq tarixləri qeyd olunmaqla (hərbi hissələr üzrə) ərizə ilə təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin 06.0N.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə araşdırması dövründə İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlər sorğu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən, hərbi xidməti barədə, həmçinin hərbi xidmətdən ethiyata buraxılmasının əsasları barədə sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsi tərəfindən verilmiş 06 may 202N-ci il tarixli, 839 saylı məktubundan görünür ki, xx xxxxxx N972-ci il təvəllüdlü İddiaçı 22 iyul N992-ci ildə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, sonrakı xidməti barədə heç bir məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş 07 may 202N-ci il tarixli, 9/2-3797 saylı məktubdan görünür ki, N90 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh N5, sıra N74, məlumatda adı Ehtibar yazılmışdır) 26.07.N992-ci il tarixdə Bakı şəhəri Suraxanı RHK-dan çağırılmış, N8.07.N972-ci il təvəllüdlü X4 hərbi hissə komandirinin 08.NN.N995-ci il tarixli 3N2 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin 29.03.N996-cı il tarixli NN0 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün gəlmiş sıravi İddiaçı N90 №-li hərbi hissə komandirinin 08.NN.N995ci il tarixli 3N2 №-li əmrilə (əsas: səh 8, § 2, sıra 5) 09.NN.N995-ci il tarixdən 2-ci MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N90 №-li hərbi hissə komandirinin NN.NN.N995-ci il tarixli 3N5 №-li əmrilə (əsas: § 2, sıra NN) sıravi İddiaçı 2ci MAT-da atıcı vəzifəsinə təyin edilmişdir. N90 №-li hərbi hissə komandirinin 24.N2.N995ci il tarixli 358 №-li əmrilə (əsas: səh 6, § 2, sıra N) 2-ci MAT-un sıravisi İddiaçı 056 №-li hərbi hospitala stasionar müalicəyə göndərilərək qazan təminatından çıxarılmışdır. Uzun müddət hospitalda olub geri qayıtmadığı üçün 2-ci MAT-un sıravisi İddiaçı N90 №-li hərbi hissə komandirinin 04.02.N996-cı il tarixli 35 №-lı əmrilə (əsas: § N0, sıra 6) fərarilər siyahısına daxil edilərək 05.02.N996-cı il tarixdən ərzaq təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi XN NazirliyininTəşkilat Səfərbərlik idarəsinin 3N.0N.N996-cı il tarixli müvafiq telefonoqrammasına əsasən N90 №-li hərbi hissə komandirinin 29.03.N996-cı il tarixli NN0 №-lı əmrilə (əsas; səh N59, sıra 5N, əmrdə adı Ehtibar yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilərək sənədləri Azərbaycan Respublikası Silahlı X2 idarəsinə göndərilmişdir. Qeyd edirlər ki, N90 №-li hərbi hissə komandirinin N992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxıl olmamışdır. İş materiallarında olan arxiv arayışlardan göründüyü kimi iddiaçı uzun müddət hospitalda müalicə olunduğdan sonra geri qayıtmadığı, hərbi hissəni özbaşına tərk etdiyi üçün heyətin siyahısından çıxarılaraq fərarilərin siyahısına daxil edildiyi, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edildiyi, bununla da onun hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması öz təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının ərizədə ümumiyyətlə adının fərarilər sırasına salınması barədə məlumatdan təzəlikcə xəbər tutmasına dair olan arqumentinə münasibətdə qeyd edir ki, bu hal araşdırılmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilən məhkumluq haqqında tələbnamə arayışından müəyyən edilmişdir ki, iddiaçı 28.NN.N992ci il tarixdə Hərbi Prokurorluq tərəfindən həbs olunaraq Bakı Qarnizonu Hərbi Tribunalının 04.02.N993-cü il tarixli Hökmünə əsasən CM-nin 24N-ci maddəsinin “b” bəndi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin N5.09.N993-cü il tarixli Qərarına əsasn hökm ləğv edilmiş, yenidən baxılması üçün göndərilmiş, Bakı Qarnizonu Hərbi Tribunalının N9.NN.N993-cü il tarixli Hökmünə əsasən CM-nin 243-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Yasamal rayon Xalq Məhkəməsinin 28.07.N999-cu il tarixli hökmünə əsasən CM-nin 226.N-ci maddəsinin N-ci hissəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 0N.02.200N-ci il tarixli Amnistiya Qərarının N-ci maddəsinin 5-ci bəndinə əsasən azad olunmuş, Suraxanı rayon Məhkəməsinin N6.02.20N2-ci il tarixli Hökmünə əsasən CM-nin 234.N, 234.2, 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. Yuxarıda qeyd əsaslarla yanaşı həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi yolverilməzdir. Beləliklə, məhkəmənin mövqeyinə görə iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5713/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5713/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver