Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5714/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs 1 nömrəli Sumqayıt şəhər xəstəxanası) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin C5-C6 boyun fəqərələrinin vərəm spondilozu, y/ə paraprazi və funksional pozğunluğu diaqnozu ilə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyinin ləğv edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, boynunda olan ağrılardan əziyyət çəkmiş və bu xəstəlikdən daimi müalicə almış, 2011-ci ildə boynunun C5-C6 nahiyyəsində spondillodissit əlamətlərinin, həmin nahiyyədə paravertebral və epidural yerləşən infiltratlar və abseslərin olması müəyyən edilmişdir. Bununla əlaqədar ona 29 may 2012-ci ildən 2-ci qrup əllik verilmiş, 07 may 2014-cü il tarixdən isə ona ümumi xəstəlik səbəbindən müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlil olmağı ilə əlaqədar ona pensiya təyin edilmiş və 01 iyul 2020-ci il tarixədək aylıq pensiyasını alaraq mütəmadi olaraq müalicə olunmuşdur. 01 iyul 2020-ci il tarixdə isə onun pensiyası kəsilmiş, bunun səbəbi ilə maraqlandıqda isə cavabdeh əlillik dərəcəsinin ləğv edildiyini bildirmiş, səbəbini isə bildirməmişdir. Halbuki ona təyin edilmiş əlillik dərəcəsi müddətsiz olmuş, yəni aldığı müalicənin nəticələri barədə xidmətə məlumat vermək vəzifəsi olmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, İddiaçı əlillik vəziyyəti Sumqayıt Vərəm Əleyhinə Dispanserinin 29 05.2012-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Ümumi xəstəlik, Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr... C5-C6 boyun fəqərələrinin vərəm spondilozu y/ə paraprazi, və funk, pozğunluğu.” səbəbindən bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanserinin 07.05.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Ümumi xəstəlik, İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A18+ - Digər orqanların vərəmi => A18.8+ - Digər dəqiqləşdirilmiş orqanların vərəmi, C5-C6 boyun fəqərələrinin vərəm spondilozu. Y/ə paraprazi, və funk, pozğ.” səbəbindən bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 3 saylı Sumqayıt şəhər xəstəxanasının 02.05.2014-cü il tarixli göndərişi əsasında “Vaxtından əvvəl müayinə” əsası ilə qiymətləndirilmiş “Ümumi xəstəlik, Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar -> M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu -> M42.1 - Yaşlıl..., Boyun fəqərələrinin osteoxondrozu) səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonuncu dəfə 1 saylı Sumqayıt şəhər xəstəxanasının 23.11.2020-ci il tarixli göndərişi əsasında “Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu -> M42.9 - Onurğa.., Boyun fəqərələrinin osteoxondrozu. Tam reabilitasiya olması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində qiymətləndirmə etibarsız edilmişdir. Məhkəmənin 04.06.2021-ci il tarixli qərardadı ilə 1 saylı Sumqayıt şəhər xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi 22.07.2021-ci il tarixdə “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsilə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı tam reabilitasiya edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 noyabr 2020-ci il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmənin 02.08.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. İş materiallarından müəyyən olunur ki, Sumqayıt Vərəm Əleyhinə Dispanserin 02.04.2012-ci il tarixli xxxxxxx0001 nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, “Ümumi xəstəlik, Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr... C5-C6 boyun fəqərələrinin vərəm spondilozu y/ə paraprazi və funksional pozğunluğu.” səbəbindən bir il müddətinə ikinci dərəcə əlilliyik təyin edilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanserin 29.04.2014-cü il tarixli xxxxxxx0002 nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, “Ümumi xəstəlik, İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A18+ - Digər orqanların vərəmi => A18.8+ - Digər dəqiqləşdirilmiş orqanların vərəmi, C5-C6 boyun fəqərələrinin vərəm spondilozu. Y/ə paraprazi, və funk. pozğ.” səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının vaxtından əvvəl müayinəsi əsasında 3 saylı Sumqayıt şəhər Xəstəxanasının 30.12.2014-cü il tarixli xxxxxxx0003 nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti təkrar qiymətləndirilmiş “Ümumi xəstəlik, Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl..., Boyun fəqərələrinin osteoxondrozu” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10.11.2020-ci il tarixli, **********0 nömrəli Protokolunda görünür ki, vətəndaşlara dair müayinə iclaslarının Protokolu kitabı, TSE-arayışları və Əlillik AS-in üzləşdirmə zamanı (qüsurlu sənədlər) müayinəyə dəvət edilən şəxslərin əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə baxılmış və protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 25 nəfərə dair əlilliyin qüvvədə saxlanılması, 6 nəfər hissəvi və 3 nəfərin tam reabilitasiya olunması, Əlilliyin qiymətləndirilməsinə dair məlumatların Agentlik tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi və gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi qərara alınmışdır. Protokola əlavə edilmiş “Əlillik” altsistemində qüsurlu sənədlər üzrə tam reabilitasiya edilmiş şəxslərin Siyahısında iddiaçının adı 2-ci sırada qeyd edilmişdir. Bundan sonra 10.11.2020-ci il tarixdə Agentliyin rəhbərliyinə xidməti məktub ünvanlanmış, vətəndaşlara dair müayinə iclaslarının Protokolu kitabı, TSE-arayışları və Əlillik AS-in üzləşdirmə zamanı (qüsurlu sənədlər) müayinəyə dəvət edilən şəxslərin əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə baxıldığı, aparılan araşdırmalar çərçivəsində, 34 nəfərin Agentlikdə əyani müayinə olunduğu, hazırkı vəziyyətlərini əks etdirən tibbi sənədlərin araşdırıldığı və müvafiq əlillik dərəcələri müəyyənləşdirildiyi, 25 nəfərə göstərilən tarixdən əlillik hüquqlarının qüvvədə saxlanıldığı, digər 6 nəfərin hissəvi reabilitasiya olunaraq əlillik dərəcəsinin 2-ci dərəcədən 3-cü dərəcəyə dəyişdirildiyi və 3 nəfərin tam reabilitasiya olunduğu barədə qərar qəbul edildiyi bildirilmiş, müvafiq tapşırıq vermilməsi xahiş olunmuşdur. Buna uyğun olaraq 23.11.2020-ci il tarixdə “Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu -> M42.9 - Onurğa.., Diaqnoz: Boyun fəqərələrinin osteoxondrozu.” diaqnozu ilə təqdim edilən göndəriş üzrə iddiaçının əlillik vəziyyəti 22.10.2020-ci il tarixli müayinə nəticələrinə uyğun olaraq qiymətlənləndirilməklə “Tam reabilitasiya olması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə ləğv edilmiş əlillik barədə məlumat altsistemdə yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya 2012 və 2014-cü illərdə verilmiş göndəriş əsasında müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra cavabdeh yuxarıda istinad olunan normaların tələblərinə uyğun olaraq yaranmış şübhələrə əsasən iddiaçını əyani müayinəyə cəlb etmiş, əyani müayinə nəticəsində tam reabilitasiya olunması müəyyən edildiyindən bu əsasla ona təyin edilmiş əlilliyi ləğv edərək bu barədə məlumatı altsistemə daxil etmişdir. İddiaçı cavabdehin gəldiyi nəticəni mübahisələndirdiyindən məhkəmə tərəfindən iddiaçının əlillik vəziyyətinin cavabdeh tərəfindən düzgün qiymətləndirilməsini müəyyən etmək məqsədilə məhkəmənin 02.08.2021-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, İddiaçı iştirakı təmin edilərək onun canlı müayinəsi aparılmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı canlı müayinə olmaqla 1 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən 23.11.2020-ci il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar düzgündürmü?
2. Həmin diaqnoz əlilliyin müəyyən edilməsinə imkan verirmi?
3. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı tam reabilitasiya olunmuşdurmu?
4. Əgər xx.xx.1964-cü il təvəllüdlü İddiaçı tam reabilitasiya olunmamışdırsa, bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü və bu bərpa müalicələri nədən ibarət olmalıdır?
5. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (canlı müayinə olunmaqla) və həmin xəstəlik və qüsurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? Təyin edilmiş ekspertiza üzrə məhkəməyə daxil olmuş T258/2021 nömrəli, 25.10.2021-ci il tarixli Ekspert rəyində 1-ci, 2-ci və 5-ci suallarla bağlı göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 1 saylı Sumqayıt şəhər xəstəxanasının sonuncu göndərişi tam doldurulmuş və göndərişdə (88 saylı Forma) göstərilən xəstəliklər kliniki, laborator və instrumental diaqnostik müayinələrin əsasında müəyyən edilmişdir. Həmin diaqnoz əlilliyin müəyyən edilməsinə imkan vermir. Belə ki, həmin xəstəlik və onun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. 3-cü və 4-cü suallarla bağlı isə qeyd olunmuşdur ki, iddiaçının düçar olduğu xəstəliklər Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar- > M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 – onurğa.., boyun fəqərələrinin osteoxondrozu” xroniki xəstəliklər olduğundan onlar tam sağalmırlar, yalnız kəskinləşmə fazasında medikamentoz müalicə, əsasən kompleks bədən tərbiyəsi, fizioterapiya müalicələri təyin edilməklə prosesə məruz qalmış fəqərələrin hərəkəti məhdudlaşdırılır, heç bir nəticə olmazsa sonda cərrahi əməliyyatdan istifadə olunur. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçı barəsində tərtib edilmiş göndərişin onun kliniki, laborator və instrumental diaqnostik müayinələri əsasında müəyyən edildiyi, iddiaçıya qoyulmuş diaqnozun əlilliyin müəyyən edilməsinə imkan vermədiyi qeyd olunmuşdur. İşdən də görünür ki, iddiaçı barəsində tərtib edilən sonuncu göndərişdə diaqnoz kimi “Xİİİ Sinif- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar- > M40-M43 – Deformasiyaedən dorsopatiyalar => M42- Onurğanın osteoxondrozu => M42.9- Onurğa.., Boyun fəqərələrinin osteoxondrozu” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”dən görünür ki, M42, M42.9 diaqnozu nəzərdə tutulmamış, M40-50 aralığı (xəstəliyin beynəlxalq təsnifatı) üzrə yalnız diz və ya budçanaq oynaqlarının endoprotezi (M40-M41.3) və üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9) xəstəlikləri təsbit olunmuşdur, hansı ki, həmin hallar iddiaçı barəsində tərtib edilən göndərişdə öz əksini tapmamışdır. Beləliklə, sadalananlardan müəyyən olunur ki, iddiaçıya qoyulan diaqnoz əlilliyin müəyyən olunması meyarlarına cavab vermədiyindən cavabdeh iddiaçıya təyin edilən əlilliyi ləğv etməkdə haqlı olmuş, bu zaman mövcud qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişdir. Buna görə də cavabdehin bu hərəkəti qanunsuz sayıla və iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova