Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5715/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 üzrə Mərkəzi Filialına (bundansonramətndə DSMF X2 üzrə Mərkəzi Filialı)qarşı əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək, ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdeh DSMF X2 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1971-ci ildə Ağdam rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yasamal rayon həkim əmək ekspert komissiyası tərəfindən xx xxxxxx 1994-cü il tarixdə verilmiş SER.VTE-6 069230 №-li arayışa əsasən ona “ümumi görməyə görə” müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunmuşdur. O, xx xxxxxxxx 1988-ci ildən xx xxxxxx 2019-cu il tarixədəkəmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi dövrlərdə xx xxxx 1993-cü ildən xx xxx 1998-ci ilə qədər Nəsimi rayon əhalinin sosial müdafiəsi mərkəzində birinci dərəcəli müfəttiş, xx xxxx 1998-ci ildən xx xxxxxxxx 2001-ci ilə qədər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Əhalinin sosial müdafiə mərkəzində arxivçi, müfəttiş vəzifələrində, xx xxxxxxxx 2001-ci ildən xx xxxxxx 2002-ci ilə qədər Bakı şəhəri, Binəqədi rayon Əhalinin Sosial müdafiəsi mərkəzində Baş müfəttiş, xx xxxxxx 2002-ci ildən xx xxxxxxxx 2003-cü ilədək Əzizbəyov rayon (hazırkı Xəzər rayonu) Əhalinin Sosial müdafiə mərkəzində baş müfəttiş, xx xxxxxxxx 2003-cü ildən xx xxxxxxxx 2004-cü ilədək həmin mərkəzdə baş müfəttiş, xx xxxxxxxx 2004-cü ildən xx xxxxxx 2006-cı ilə qədər baş məsləhətçi, xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2007-ci ilə qədər DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi, xx xxxxxx 2007-ci ildən xx xxxxx 2007-ci ilə qədər DSMF-nin Səbail rayon şöbəsində baş məsləhətçi, xx xxxxxx 2007-ci ildən xx xxxx 2010-cu ilə qədər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin İqtisadi təhlil, proqnozlaşdırma və əməyin ödənilməsinin tənzimlənməsi şöbəsində böyük məsləhətçi, xx xxxxxx 2009-cu ildən xx xxxx 2010-cu ilə qədər AR ƏƏSMN-nin Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş məsləhətçi (həmin dövrdə qüvvədə olan Dövlət qulluğu haqqında AR Qanununun 29.3-cü maddəsinə uyğun olaraq), xx xxxx 2010-cu ildən xx xxxx 2016-cı ilə qədər Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, xx xxxx 2016-cı ildən xx xxx 2017ci ilə qədər ƏƏSMN yanında Dövlət Məşğulluq Mərkəzində baş məsləhətçi, xx xxx 2017-ci ildən xx xxxxxx 2019-cu ilə qədər DSMF-nin Suraxanı rayon şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. Dövlət qulluğunda işlədiyi müddət ərzində ona işlədiyi dövlət orqanı tərəfindən xx xxx 2005-ci il tarixli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisası verilmişdir. Daha sonra isə xx xxxxxx 2018-ci il tarixli əmrlə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Göründüyü kimi xx xxxx 1993-cü ildən xx xxxxxx 2019-cu ilə qədər iddiaçının dövlət qulluğunda 24 il 10 ay 0 gün ümumi iş stajı olmuşdur. Əlillik təyin olunduğu tarixdən əlilliyə görə DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən 3-cü qrup əlil kimi pensiya təyin olunmuş və ödənilmişdir. Daha sonra isə dövlət qulluğunda işlədiyi dövrlər nəzərə alınmaqla və xx xxxxxx 2005-ci il tarixdən qüvvəyə minmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanununun 2-ci və 5-ci maddəsinə uyğun olaraq ona xx.xx.2010-cu il tarixdən dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Uzun müddət dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası alsa da 2018-ci ildə həmin pensiya dayandırılmışdır. Aparılmış araşdırma nəticəsində iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyinatının aparılmasının mümkün olmaması səbəbindən xx xxxxxxx 2019cu il tarixdən yalnız əlilliyə görə pensiya ödənişi bərpa edilmişdir. Dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı DSMF-nin X2 İdarəsinə müraciət etsə də, həmin müraciət xx xxxx 2020-ci il tarixli **********5 nömrəli məktubla təmin edilməmişdir. Cavabdeh inzibati orqan həmin imtinanı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, Hazırda qüvvədə olan qanunvericiliyə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu) əsasən şəxsin dövlət qulluqçusu kimi əmək pensiyası alması üçün 3 şərtin mövcud olması vacibdir: şəxsin əmək pensiyası yaşına çatmış olması (hazırda bu yaş 64,5-dir); şəxsin birinci qrup əlil olması; şəxsin dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajının olması.O, hazırda həmin üç şərtdən yalnız birinə cavab verir (15 il və daha yuxarı qulluq stajı). Cavabdeh inzibati orqan hazırda tələb olunan həmin üç şərti əsas gətirməklə iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edir. Lakin yuxarıda sadalanan hallardan göründüyü kimi ona 3-cü qrup əlillik 1993-cü ildə təyin edilmiş o, qanunverciliyə dəyişiklik edilməmişdən öncə dövlət qulluğunda lazım olan stajını toplamış və buna görə də DSMF orqanı tərəfindən ona dövlət qulluqçusu kimi əilliyə görə pensiya təyinatı aparılmışdır. O, işləyən əmək pensiyaçısı olduğu müddətdə qulluq stajına görə əlavələri almamalı olsa da, həmin əlavələri almış və cavabdeh inzibati orqan tərəfindən artıq ödənilmiş həmin məbəğlər hazırda da ona təyin olunmuş əmək pensiyasından tutulmaqdadır. İnzibati orqanın bu hərəkətinəonun etirazı yoxdur və həmin məbləğin tutulmasına da etiraz etməmişdir. Lakin onaəlillik təyin oldunduğu dövrdən xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan ilk növbədə iddiaçıya təyin olunmuş əmək pensiyasını dayandırmış və sonradan pensiya təyinatı ödənişini bərpa etdiyi zaman qüvvədə olan qanunvericlik normalarını əsas götürmüşdür. Bununla da cavabdeh inzibati orqan Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş sosial təmiant hüququnu kobud şəkildə pozaraq iddiaçıya ödənilməli olan pensiya məbləğini əhəmiyyətli dərəcədə azaldılmasına şərait yaratmışdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF X2 üzrə Mərkəzi filialı məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə Suraxanı rayon DSMF-si tərəfindən 3-cü qrup əlilliyə görə pensiya təyin olunmuşdur. İddiaçı İdarəyə müraciət edərək, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş etmişdir. Aşağıdakı səbəblərdən iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya pensiya yaşına çatanadək 1-ci qrup əlil olmuş, bundan başqa həmin Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla (yəni qanunla müəyyən edilmiş pensiya yaşına (hazırda kişilər üçün 64,5 yaş) çatmaqla) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci və “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddələrinin tələblərinə uyğun olaraq dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ vardır. Göründüyü kimi iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi-X3 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1971-ci ildə Ağdam rayonunda doğulmuş İddiaçı ünvan 1 mənzil 37 ünvanda qeydiyyatdadır. Notarial qaydada təsdiq edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1971-ci il tarixli əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx xxxxxxxx 1988-ci ildə Ağdam Pambıqçılıq sovxozuna fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş,xx.xx.1990-cı ildə həmin sovxoza çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildən xx.xx.1993-cü il tarixədək “Paris Kommunası” adına Gəmi Təmiri zavodunda fəhlə, xx xxxx 1993-cü ildən xx xxx 1998-ci ilə qədər Nəsimi rayon əhalinin sosial müdafiəsi mərkəzində birinci dərəcəli müfəttiş, xx xxxx 1998-ci ildən xx xxxxxxxx 2001-ci ilə qədər AR ƏƏSMN-nin Bakı şəhəri Nəsimi rayon Əhalinin sosial müdafiə mərkəzində arxivçi, müfəttiş vəzifələrində, xx xxxxxxxx 2001-ci ildən xx xxxxxx 2002-ci ilə qədər Bakı şəhəri, Binəqədi rayon Əhalinin Sosial müdafiəsi mərkəzində Baş müfəttiş, xx xxxxxx 2002-ci ildən xx xxxxxxxx 2003-cü ilədək Əzizbəyov rayon (hazırkı Xəzər rayonu) Əhalinin Sosial müdafiə mərkəzində baş müfəttiş, xx xxxxxxxx 2003-cü ildən xx xxxxxxxx 2004-cü ilədək həmin mərkəzdə baş müfəttiş, xx xxxxxxxx 2004-cü ildən xx xxxxxx 2006-cı ilə qədər baş məsləhətçi, xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2007-ci ilə qədər DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi, xx xxxxxx 2007-ci ildən xx xxxxx 2007-ci ilə qədər DSMF-nin Səbail rayon şöbəsində baş məsləhətçi, xx xxxxxx 2007-ci ildən xx xxxx 2010-cu ilə qədər AR Müdafiə Sənayesi Nazirliyinin İqtisadi təhlil, proqnozlaşdırma və əməyin ödənilməsinin tənzimlənməsi şöbəsində böyük məsləhətçi, xx xxxxxx 2009-cu ildən xx xxxx 2010-cu ilə qədər AR ƏƏSMN-nin Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş məsləhətçi, xx xxxx 2010-cu ildən xx xxxx 2016-cı ilə qədər Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, xx xxxx 2016-cı ildən xx xxx 2017-ci ilə qədər ƏƏSMN yanında Dövlət Məşğulluq Mərkəzində baş məsləhətçi, xx xxx 2017-ci ildən xx xxxxxx 2019-cu ilə qədər DSMF-nin Suraxanı rayon şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. Dövlət qulluğunda işlədiyi müddət ərzində iddiaçıya işlədiyi dövlət orqanı tərəfindən xx xxxx 2005-ci il tarixli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisası verilmişdir. Daha sonra isə xx xxxxxx 2008-ci il tarixli əmrlə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin Yasamal rayon tibbi əmək ekspert komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli SER.VTE-6 069230 №-li arayışla iddiaçıya “ümumi görməsinə görə” müdətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunmuşdur. DSMF X4 İdarəsi tərəfindən DSMF-nin Suraxanı rayon şöbəsinə ünvanlanmış **********6 №li xx.xx.2019-cu il tarixli məktubda Şöbəyə bildirilmişdir ki, İdarə tərəfindən ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli **********4 nömrəli məktuba əsasən şöbə tərəfindən Suyraxanı rayon sakini İddiaçı ödənilən pensiya dayandırılmışdır. Lakin sonradan müəyyən edilmiş faktlar əsasında dövlət qulluqçusu kimi əlilliyə görə İddiaçı İdarə tərəfindən pensiya təyinatının aparılması mümkün olmadğı üçün ona x xxxxxxx 2019-cu il tarixindən etibarən pensiya ödənişinin bərpa edilməsi xahiş olunmuşdur. İddiaçının pensiya işindən görünür ki: DSMF-nin Suraxanı rayon şöbəsinin 253/40 №li xx.xx.2010-cu il tarixli qərarı ilə İddiaçı Dövlət qulluqçusu kimi İİİ qrup əlilliyə görə pensiya təyin olunmuşdur; DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən DSMF X4 İdarəsinə ünvanlanmış “Attestat”da göstərilmişdir ki, İddiaçı xx.xx.2019-cu ilədək 327,47 manat məbləğində pensiya ödənilmişdir. Artıq ödənilmiş 40.618,89 manat pensiyanın tutulması qərara alınmışdır və qeyd olunan hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən, DSMF-nin Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 922105 № li qərarı ilə İddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-13 maddələrinə müvafiq olaraq İİİ qrup əlilliyə görə 327,47 manat ömürlük pensiya təyin edilmiş və xx.xx.2019-cu il tatixdə şəxsi hesab açılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 09/xx-xx/2667 №li xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş məlumatdan müəyyən olunur ki, 3-cü dərəcə dövlət qulluqçusu İddiaçı xx.xx.1990cı ildən xx.xx.2019-cu il tarixədək (xx.xx.1993-xx.xx.1998; xx.xx.1998-xx.xx.2001; xx.xx.2003-xx.xx.2006; xx.xx.2007-xx.xx.2007; xx.xx.2007-xx.xx.2009; xx.xx.2009xx.xx.2010; xx.xx.2010-xx.xx.2016; xx.xx.2016-xx.xx.2017; xx.xx.2017-xx.xx.2019) Dövlət qulluğunda ümumi iş stajı 21 il 11 ay 5 gün təşkil edir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətlərə cavab olaraq, DSMF X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********5 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış (hazırda kişilər üçün 64,5 yaş) və ya yaşa çatanadək 1-ci qrup əlil olmuş, bundan başqa həmin Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla (yəni qanunla müəyyən edilmiş pensiya yaşına çatmaqla) 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Həmçinin iddiaçının yaşının 64,5-dən az (49,33 yaş) olmasına, həmçinin İ qrup əlil olmasına görə ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmaması bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 23-cü maddəsinə görə dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 ildir. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericilik, müvafiq icra və məhkəmə hakimiyyəti orqanlarının müəyyən etdiyi miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. xx xxxx 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (20.1.7). Bu Qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.11). Göründüyü kimi Dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün əsas ən azı 5 il dövlət qulluğu stajına malik olmaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Göründüyü kimi qanunvericilikdə əmək pensiyasının növləri arasında dövlət qulluğu keçən qulluqçulara ayrıca pensiya növü nəzərdə tutulmamışdır. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə şəxsin dövlət qulluqçusu kimi əmək pensiyası alması üçün 3 şərtin mövcud olması vacibdir: 1) şəxsin əmək pensiyası yaşına çatmış olması (hazırda bu yaş 64,5-dir); 2) şəxsin birinci qrup əlil olması; 3) şəxsin dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajının olması. İşin araşdırılan hallarından göründüyü kimi, iddiaçıya xx.xx.1994-cü il tarixdən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunmuş və onun dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ məhz qanunvericiliyin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq yaranmışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək, ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh DSMF X2 üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək, ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5715/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5715/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver