Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5722/2024 18.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı “Nardaran X40 LTD” MMC-nin direktoru X12, iddiaçı “X56” MMC-nin direktoru X17, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X51 X3 nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçılar “Nardaran X40 LTD” MMC-nin və “X56” MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və X21 Dövlət Mineral X1rşı qərarların ləğv edilməsi tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Nardaran X40 LTD” MMC cavabdeh Azərbaycan Respublikası Ekologiya və X21 Dövlət Mineral X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 061 nömrəli qərarının “Nardaran X40 LTD” MMC-yə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan “Nardaran X40 LTD” MMC iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli 061 nömrəli və xx.xx.2024-cü il tarixli, 19 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X56” MMC cavabdeh Azərbaycan Respublikası Ekologiya və X21 Dövlət Mineral X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli, 061 nömrəli qərarının “X56” MMC-yə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan “X56” MMC iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli 061 nömrəli və xx.xx.2024-cü il tarixli, 20 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadları ilə hər iki iş üzrə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-5721/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə Bakı İnzibati Məhkəməsinin icraatında olan “X56” MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və X21 Dövlət Mineral X1rşı qərarlarının ləğv edilməsi tələbinə dair 2-1(112)-5721/2024 saylı iş həmin məhkəmənin icraatında olan iddiaçı Nardaran X40 LTD” MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı qərarlarının ləğv edilməsi tələbinə dair 2-1(112)- 5722/2024 saylı işə birləşdirilmişdir. İPM-in 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İddiaçı “Nardaran X40 LTD” MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbəsinin inzibati ərazisində 68 hektar ölçüdə və dövlətə məxsus “X33” yerləşir. Bu yataq Azərbaycan SSR ərazi ehtiyatları komissiyasının 1966-cı il tarixli 3 saylı protokolu ilə təsdiq olunmuş və hal-hazırda Azərbaycan Respublikasının ərazisində yataq ehtiyatlarının vahid dövlət fondunun tərkib hissəsidir. Bu yatağın idarə olunması Azərbaycan Respublikasının “Yerin təki haqqında” Qanunu ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə tənzimlənir. Qeyd olunmuş yatağın 33,5 ha sahəsində “X56” MMC və 34,5 ha sahəsində “Nardaran X40 LTD” MMC fəaliyyət göstərirlər. Müəssisənin fəaliyyəti zəruri hüquqi sənədlər əsasında həyata keçirilir. Son zamanlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan orqanlar tərəfindən əsassız olaraq çoxsaylı yoxlamalar və monitorinqlərə məruz qalmaqdadırlar. Sonuncu dəfə, yəni xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə cavabdeh inzibati orqan tərəfindən onlara İdarə Heyətinin 061 №-li, xx.xx.2023-cü il tarixli qərarı daxil olmuşdur. Adıçəkilən qərara əsasən müəssisənin fəaliyyətinin 3 aylıq müddətə, yəni xx.xx.2024-cü ilə qədər dayandırılması qərara alınmışdır. Həmin qərarın qəbul edilməsinin zəruriliyini cavabdeh inzibati orqan aşağıdakılarla əsaslandırmışdır: Müxtəlif vaxtlarda “X33”nda və onun ətrafında aparılmış monitorinqlər zamanı toz hissəciklərinin miqdarının normadan artıq olması, fəaliyyət göstərilməsi üçün ekoloji ekspertiza rəyinin alınmaması, icrası məcburi olan Göstərişin yerinə yetirilməməsi, Karxanaların fəaliyyəti ilə bağlı əhalinin Nazirliyə daxil olmuş çoxsaylı şikayətləri, keçirilmiş ictimai dinləmələr nəticəsində həmin karxanaların fəaliyyətinin dayandırılmasının zəruriliyinin qeyd olunması. Hesab edilir ki, cavabdeh inzibati orqanın 061 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı tamamilə təhrif olunmuş və həqiqətə uyğun olmayan məlumatlar əsasında tərtib edildiyindən ləğv edilməlidir. Belə ki, cavabdeh inzibati orqan iddia edir ki, dəfələrlə aparılmış monitorinqlər nəticəsində karxana ərazisində toz hissəciklərinin miqdarının normadan artıq olması faktı aşkar edilmiş və bu hal rəsmiləşdirildikdən sonra müəssisə barəsində inzibati tənbeh seçilmişdir. Halbuki, “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 avqust 2022-ci il tarixli 308 nömrəli Qərarın 4 saylı əlavəsində atmosfer havasına çirkləndirici maddələrin atılmasına görə ödəniş normativləri təsdiq edilmişdir. Bu normativlərə uyğun olaraq daş karxanasının fəaliyyəti nəticəsində daş kütləsindən ayrılan tozun hər tonuna görə müəssisələr tərəfindən 41,40 manat məbləğində dövlət büdcəsinə ödəmələr edilməlidir. Bu məqsədlə ötən ay ərzində hasilat nəticəsində əmələ gələn tozun miqdarı barədə hər bir müəssisə hər cari ayın əvvəlində aidiyyəti üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə hesabat verməlidir. Üzərlərində olan öhdəliklərə uyğun olaraq ötən ay ərzində hasilat nəticəsində əmələ gələn tozun miqdarı barədə müəssisə tərəfindən hər cari ayın əvvəlində ETSN-nin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə hesabat verilir. ETSN-nin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən normativlərə uyğun olaraq hesablama işləri aparılır və ödənilməli olan məbləğ barədə müəssisəyə məlumat verilir. Bu məlumata əsasən ödəniş həyata keçirilir. Müəssisə, topoqrafik koordinatları ilə təsdiq olunmuş və Dövlət tərəfindən istifadəyə verilmiş əhəngdaşı yatağının hüdudları daxilində fəaliyyət göstərir. Müəssisənin fəaliyyət göstərdiyi ərazi faydalı qazıntıların hasılatı məqsədləri üçün nəzərdə tutulmuşdur və bu ərazinin hüdudları daxilində toz hissəciklərinin kütlədən ayrılması təbii haldır. Çünki bu əhəngdaşının hasılatından irəli gələn texnoloji prosesin nəticəsidir və həmin prosesin qaydalarına görə kütlədən ayrılan xırda daş hissəcikləri yerə yatır və müəssisənin öhdəliklərinə görə küləkli hava şəraitində hasilat aparılan iş sahəsində suvarma işləri həyata keçirilir. Bu məqsədlə karxananın ərazisində 100 (yüz) metr dərinliyində su quyusu, 70 (yetmiş) ton tutumlu su rezervuarı və əlavə olaraq 10 (on) ton tutumlu su daşıyan maşın mövcuddur. Ərazidə tozun qalxması daş kəsən maşınlarının istismarından irəli gəlmir. Daş kəsən maşınlarının fəaliyyəti zamanı əhəngdaşı kütləsindən ayrılan və əhəng tozu adlanan xırda daş hissəcikləri yerdən 40-50 sm hündürlüyə qalxıb yenidən yerə enir. Sonradan isə mineral xammal məhsulu qismində satılaraq ərazidən çıxarılır. Satılmış məhsulun məbləğindən dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) və mineral xammal ehtiyatlarının hasil edilməsinə görə mədən vergisi ödənilir. Elmi səviyyədə məlumdur ki, Abşeron yarımadası səhra, yarımsəhra və bozqır landşaftlarından ibarət olmaqla bərabər yüksək külək enerjisi potensialına malikdir. Güclü küləkli günlərin sayına görə Respublika üzrə birincilik Abşeron yarımadasının ərazisindədir. Burada il ərzində sürəti 21 m/saniyədə (77 km/saatda) olan küləkli günlərin sayı Şubanıda 227 gün, Sumqayıtda 95 gün, Maştağada və Nardaranda 40 gün, Pirallahi adasında 37 gün, Bakıda 35 gün təşkil edir. Bu sürətdə olan küləklər “Firtına” adlanır. Sozsüz ki, belə bir landşafta malik olan Abşeron yarımadasının hava məkanında tozun səviyyəsi küləkli havaların, digər tərəfdən isə Ərəbistan və Orta Asiya ölkələri istiqamətindən Respublikamızın hava məkanına daxil olan səhra tozunun mövcudluğu ilə tənzimlənir. Bundan başqa, Abşeron yarmadasının ərazisində həyata keçirilən çoxsaylı tikiniti işləri də hava məkanında tozun səviyyəsinə təsir edir (məsələn müəssisənin yaxınlığında yerləşən “Sea Breeze” şəhərciyində tikilən böyük yaşayış - əyləncə kompleksləri və ərazidə fərdi yaşayış evlərinin tikinti – təmir işləri). Nəticə etibarı ilə, daş karxana təssərufatının fəaliyyəti dayandırılsa belə ərazinin hava məkanında tozun səviyyəsi normada, normadan artıq və ya normadan aşağı ola bilər. Qanunvericilik nöqteyi nəzərdən isə hava məkanında baş verən prosseslərə və hava məkanında tozun səviyyəsinin normadan artıq olmasına görə daş karxana təssərüfatı müəssisələri üçün məsuliyyət növü nəzərdə tutulmayıb və məntiq nöqteyi baxımından bu heç mümkün də deyil. Bundan başqa nəzərə alınmalıdır ki, ölçmə cihazı vasitəsi ilə havada olan maddələrin növü və havanın çirklənmə mənbəyi deyil, yalnız havanın çirklənmə dərəcəsi müəyyənləşdirilir. Bu iş müşahidə - analitik (monitorinq) məqsədləri üçün həyata keçirilir. Bu cihaz vasitəsi ilə havada olan maddələrin növünü və mənsubiyyətini müəyyənləşdirmək mümkün deyil. Ona görə də X40 subyektlərində hasilat nəticəsində əmələn gələn tozla bağlı müəssisə tərəfindən heç bir tələb pozulmamışdır. Məlumat üçün bildirilir ki, müəssisənin fəaliyyəti nəticəsində əmələ gələn əhəng tozunun: Sistematik adı - Kalsium karbonat. Ənənəvi adı - Kalsium karbonat tozu. Kimyəvi formulu - CaCO3. Kalsium karbonat — qeyri-üzvi kimyəvi birləşmə, karbon turşusu, duz və kalsium. Təbiətdə çox sayda mineral şəklində olur, məsələn, kalsit, araqonit və vaterit, əhəng daşı, mərmər, təbaşirin əsas tərkib hissəsidir və quş yumurtasının qabığına daxildir. Su və etanolda həll olunmur. Ağ qida boyası (E170) olaraq qeydiyyata alınmışdır. Ağ qida boyası E170 kimi istifadə olunur. Təbaşir kimi lövhələrdə yazmaq üçün istifadə olunur. Gündəlik həyatda tavanları ağartmaq, ağac gövdələrini rəngləmək, bağçılıqda torpaqları alkalaşdırmaq üçün istifadə olunur. Kütləvi istehsal - Kalsium karbonat tabletləri. Çirklərdən təmizlənmiş kalsium karbonat, kağız və qida sənayesində, plastik boyalar, rezin, məişət kimyəvi maddələrin istehsalında və inşaatda bir doldurucu kimi geniş istifadə olunur. Kağız istehsalında kalsium karbonat ağardıcı, doldurucu və eyni zamanda deoksidləşdirici kimi istifadə olunur. Silikat şüşə istehsalında – pəncərə şüşələri, şüşə butulkalar, şüşə istehsalı üçün materiallarda istifadə olunur. Gigiyena maddələrinin istehsalında (məsələn diş pastası), tibbdə istifadə olunur. Qida sənayesində tez-tez quru süd məhsullarının topaqlara yığılmasının, şirniyyat istəyinin qarşısını almaq üçün bir dərman vasitəsi kimi də istifadə olunur. Sümük xəstəliyi üçün tövsiyə olunur. Kalsium karbonatdan turşu torpaqlarını deoksidləşdirmək üçün geniş istifadə olunur. Kalsium karbonat mineralları aşağıdakı süxurlarda olur: Təbaşir, Əhəng daşı, Mərmər, Travertin, Dolomit, Kalsit, Araqonit. Kalsium karbonat bütün qitələrdə yayılmış bir mineraldır. Bəzi süxurlar (əhəng daşı, təbaşir, mərmər, travertin və digər kalkerli tüflər) demək olar ki, tamamilə müxtəlif çirkləri olan kalsium karbonatdan ibarətdir. Göründüyü kimi, müəssisəmizin fəaliyyəti nəticəsində əmələ gələn əhəng tozunun kimyəvi tərkibi heç də zərərli maddələr silsiləsinə aid deyil. Əksinə, qida və tibb sənayesində istifadə olunan xeyirli bir maddədir. Bu məsələ ilə əlaqədar tərtib edilmiş akt və protokol Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ləğv edilmiş, adıçəkilən qərardan verilmiş apelyasiya şikayəti isə təmin edilməmişdir. Göründüyü kimi, cavabdehin iddia etdiyinin əksinə, müəssisə tərəfindən 1-ci bənddə qeyd olunan pozuntulara yol verilməmişdir. İkinci bənddə göstərilən ekoloji ekpertiza rəyinin alınmaması ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respulikasının “Yerin təki haqqında” Qanunun 27-ci maddəsinə (Dövlət uçotu və dövlət qeydiyyatı) əsasən, “Yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlər dövlət uçotuna və dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatı olmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır”. Təsdiq edilmiş və dövlət qeydiyyatına alınmış arxiv sənədlərinə əsasən “X33”nda geoloji kəşfiyyat işləri 1950-1964-cü illər ərzində Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin Maştağa Tikinti X7 sahəsini xammal bazası ilə təmin edilməsi məqsədilə aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya üzrə İdarəsinin Faydalı Qazıntılar üzrə Ərazi Ehtiyatlar Komissiyasının xx.xx.1966-cı il tarixli 3 saylı Protokolu ilə “X33”, ehtiyatları 28 mln 585 min kub.m həcmində olmaqla, təsdiq edilmişdir. Azərbaycan SSR Ali Sovetinin 1227/İX nömrəli xx.xx.1979-cu il tarixli “Yerin təki haqqında qanunların icrasının vəziyyəti haqqında” Qərarına əsasən Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin xx.xx.1979-cu il tarixli 193 №-li Sərəncamı əsasında yataq ayrılmasının əsaslandırılması işlənib hazırlanmış və Nardaran sahəsində əhəngdaşının hasilatı məqsədi ilə Azərbaycan SSR “DövlətDağMədənTexNəzarət” Komitəsinin xx.xx.1980-cı il tarixli 66 saylı Yataqayırma Aktına əsasən, Bakı şəhərinin Lenin rayonunun (hazırki Sabunçu r-nu) Nardaran kəndinin ərazisində 68 hektar yataq sahəsi “Maştağa Tikinti Materialları Kombinatı”nın istifadəsinə verilmişdir. Sonradan, Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” 195 saylı xx.xx.1988-ci il tarixli Qərarına əsasən Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin “Maştağa Tikinti Materialları Kombinatı”nın 68 hektar təşkil edən Nardaran sahəsindən 34.5 hektar sahə Bakı şəhər İcrayə Komitəsinin “X26 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikinti Tresti”nin istifadəsinə verilmiş, 33.5 hektar sahəsi isə “Maştağa Tikinti Materialları Kombinatı”nın istismarında saxlanılmışdır. SSRİ dağıldıqdan və Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra “X26 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikinti Trestinin Nardaran X40” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 2057 saylı sərəncamına əsasən “Bakı şəhər İcra Hakimiyyətinin Baş İstehsalat İdarəsinin 1 nömrəli Tresti”nin tərkibinə daxil edilmişdir. Sonradan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 06 iyul 1994-cü il tarixli Qərarına əsasən “Bakı şəhər İcra Hakimiyyətinin Baş İstehsalat İdarəsinin 1 nömrəli Tresti”nin bazasında “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1№-li Trestinin Nardaran X40” yaradılmış və təsərrüfat hesabı əsasında fəaliyyət göstərən hüquqi şəxs kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. xx.xx.2003-cü il tarixdə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərən hüquqi şəxs “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1 №-li Trestinin Nardaran X40”nın bazasında “Nardaran X40 LTD” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixli 0103-P7-37400 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. “Maştağa Tikinti Materialları Kombinatı”nın bazasında isə “X56” MMC yaradılmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Rəsmi sənədlərdən göründüyü kimi dövlət tərəfindən 1966-cı ildə təsdiq edilmiş və qeydiyyata alınmış “X33” o vaxtlardan etibarən istismar edilməkdədir. Sözsüz ki, qanunvericiliyə uyğun olaraq həmin yataqın öyrənilməsi və təsdiq edilməsi zamanı mütləq qaydada “X34sının rəyi” də nəzərə alınmışdır ki, dövlət tərəfindən həmin əraziyə “Sənaye təyinatlı” statusu verilmişdir və bu status bu günə dək quvvədədir. Həmin statusa uyğun olaraq və 1980-cı ildən başlayaraq bu yataqda hüquqi varislik əsasında fəaliyyət göstərən və “Nardaran X40 LTD” MMC də daxil olmaqla 5(beş) müəssisə qeydiyyata alınmışdır. Yəni, “X33”nın istismara verilməsi ilə bağlı “X34sının rəyi”nin alınması yatağın istifadəcisinin üzərinə deyil yatağın geolojikəşfiyyat öyrənilməsini, qeydiyyata alınmasını və istismara verilməsini həyata keçirən dövlət qurumunun (sifarişçinin) üzərinə düşür. Sovet hakimiyyəti dönəmində bu məsuliyyət Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya üzrə İdarəsinin Faydalı Qazıntılar üzrə Məhəlli Ehtiyatlar Komissiyasının üzərində olmuşdur, müasir zamanda isə bu məsuliyyət faydalı qazıntılar yataqlarını qeydiyyata alan və istifadəyə verən Azərbaycan Respublikasının ETSN-nin X51 X3 üzərindədir. Yuxarıda sadalananlardan görünür ki, faydalı qazıntı ehtiyatları təsdiq edilərkən kəşf edilmiş ehtiyatların sənaye əhəmiyyəti, səhihliyi, kəmiyyəti, keyfiyyəti, yerləşmə şəraiti, öyrənilmə dərəcəsi və istismara hazır olması müəyyənləşdirilir, kəşf olunmuş faydalı qazıntı ehtiyatının sənaye əhəmiyyəti barədə qərar onların dövlət balansında qeydiyyata alınmasına və uçotunun aparılmasına əsas verir, kəşf edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları dövlət ekspertizası aparıldıqdan sonra təsdiq edilir, X34sının rəyi faydalı qazıntılar yataqlarının gələcək istismarının ətraf mühitə təsirini müəyyən etmək məqsədi ilə həmin yataqların müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş ekoloji tələblərə uyğunluğunun və realizəsinin mümkünlüyünün əvvəlcədən qiymətləndirilməsini nəzərdə tutur, yer təkinin faydalı qazıntılar çıxarılması üçün istifadəyə verilməsinə yalnız onların ehtiyatları təsdiq edildikdən sonra icazə verilir, dövlət qeydiyyatı olmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır, X34sının obyektləri barədə ekoloji ekspertiza rəyi olmadan sənaye məhsullarının istehsalı qadağandır. Bizim müəssisə öz fəaliyyətini Azərbaycan SSR “DövlətDağMədənTexNəzarət” Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 10 saylı yataqayırma aktı əsasında həyata keçirir və bu akt Azərbaycan Respublikasının X51 X3 36/48 saylı xx.xx.2020-ci il tarixli məktubuna əsasən qüvvədə saxlanılmışdır. xx.xx.2010-cu ildən etibarən “Nardaran X40 LTD” MMC-nin direktoru vəzifəsində çalışıram və işlədiyim dövr ərzində heç bir dövlət təşkilatı tərəfindən “Dövlət ekologiya ekspertizasının rəyi” adlanan sənəd bizdən tələb olunmamışdır. İstənilən halda heç tələb oluna da bilməzdi. Çünki bu sənədin hazırlanması faydalı qazıntı yatağının istifadəçisi tərəfindən sifariş edilmir. “Dövlət ekologiya ekspertizasının rəyi” və digər ekspertizaların rəyləri də daxil olmaqla faydalı qazıntı yatağı istismara verilməmişdən öncə həmin yatağı öyrənən, statusunu müəyyənləşdirən, qeydiyyata alan və istismara təqdim edən dövlət təşkilatı tərəfindən ekspertizaları həyata keçirən müvafiq dövlət təşkilatlarından istənilir. Yəni, “Dövlət ekologiya ekspertizasının rəyi” olmadan faydalı qazıntı yatağı rəsmən istismara verilə bilməz. Mövcud qayda belədir – ilk öncə “Dövlət ekologiya ekspertizasının rəyi” ilə paralel olaraq digər təyinatlı ekspertiza işlərini həyata keçirən dövlət təşkilatların da rəyləri toplanılır, sonra müvafiq qərarla ərazinin (yatağın) statusu “Sənaye təyinatlı” qismində olması təsdiq edilir və ərazi dövlət balansına alınır, sonda isə yataq istismara verilir. 1950-ci illərdən başlayaraq “Sənaye təyinatlı” statuslu ərazidə istismarda olan “X33”nın ətraf mühitə təsiri ilə bağlı təhliledici və proqnozlaşdırıcı məlumatların 70 (yetmiş) ildən sonra ETSN-nin maraq dairəsinə düşməsi cavabı olmayan sual olaraq qalır. Sanki hal-hazırda “X33”nda geolojikəşfiyyat işləri aparılır və yatağın statusu ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək üçün zəruri məlumatlar toplanılır. Bu hal ilə bağlı olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Sabunçu rayon Məhkəməsinə müraciət edilmiş, şikayət təmin edilərək qərar və protokol ləğv edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın bu mövqeyi də həqiqəti əks etdirmir. Üçüncü bənd ilə bağlı qeyd olunmalıdır ki, “Məcburi Göstəriş”də qeyd olunan hallar ilk iki hal ilə eynilik təşkil etmiş, həmin məsələlərdə haqlı olduğumuz sübuta yetirildiyindən bu Göstərişin 1-ci bəndinin hüquqi qüvvəsi qalmamışdır. “Məcburi Göstəriş”in 2-ci bəndində əks olunan tələblərin icra edilməsi barədə tərəfimizdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə K/43 saylı xx.xx.2023-cü il tarixli məktubla məlumat verilmişdir. “Məcburi Göstəriş”in 3-cü bəndində əks olunan tələbin icrası üçün isə xx.xx.2024-cü ilə dək müəssisəyə vaxt verilmişdir. Yəni bu istiqamətdə də heç bir pozuntuya yol verilməmişdir. Dördüncü bəndlə bağlı qeyd olunur ki, bir sıra vətəndaşlar tərəfindən vaxtilə dövlətin müstəsna mülkiyyətində olan və yataq ərazisi kimi təsdiq olunmuş ərazilərdə heç bir icazə alınmadan özbaşına tikililər inşa edilmiş və həmin evlərdə vətəndaşlar yaşamağa davam edirlər. Bu evlər yataq ərazisində qanunsuz olaraq inşa edildiyindən istehsalat prosesi zamanı yaranan səs və toz hissəciklərinin təsirinə məruz qalmaları normaldır. Həmin evlərin sökülməsi və vətəndaşların başqa bir əraziyə köçürülməsi üçün dəfələrlə müxtəlif və aidiyyəti orqanlara müraciə etsələr də, hazırda həmin orqanlar tərəfindən əməli tədbirlərin görülməsini müşahidə etmirlər. Əksinə faydalı qazıntı yatağı ərazisini qorumalı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələdə vətəndaşları müdafiə etməklə, sanki digər şəxslərin də qanunsuz məskunlaşma və özbaşına tikintilər aparmasına göz yummaqdadır. Bu kimi halların qarşısını almaq üçün artıq məhkəmə orqanlarına müraciətlər edilməkdədir. Bu müraciətləriin nəticəsi olaraq bəzi şəxslərin sənədlərinin (çıxarışların) ləğv olunmasına da nail olmuşlar. Beşinci bəndlə bağlı qeyd olunur ki, Nazirlik tərəfindən təşkil olunmuş ictimai dinləmədə onlar da iştirak etmiş, lakin istər həmin dinləmə zamanı, istərsə də mübahisə predmeti olan qərarda səsləndirilmiş faktlar təhrif olunmuş, Nardaran qəsəbəsində fəaliyyət göstərən karxanaların fəaliyyətinin dayandırılmasının iqtisadi əsasları nəzərə alınmamış, qanunsuz məskunlaşmış şəxslərin müdafiəsi həyata keçirilmiş və yeni məskunlaşma təşviq edilmişdir. Lakin buna baxmayaraq, sonda hər hansı bir qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X51 X3 İdarə Heyətinin sədrinin 12 sentyabr 2023-cü il tarixli 259/Ü №-li Əmri ilə Azərbaycan Respublikası ETSNnin X51 X3, Azərbaycan Respublikası ETSN-nin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Azərbaycan Respublikası ETSN-nin X34 Agentliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı şəhəri Sabunçu Rayonu Nardaran Bələdiyyəsinin nümayəndələrindən ibarət İşçi qrup yaradılmışdır və bu İşçi qrup tərəfindən “X33”nın istismarı ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Lakin nədənsə, bu “İşçi qrup”un gördüyü işin nəticələri barədə mövcud zəruri məlumatlar ETSN-nin X51 X8 tərəfindən qapalı saxlanılaraq İdarə Heyətinin 061 №-li, xx.xx.2023-cü il tarixli Qərarında əks etdirilməmişdir. Buna baxmayaraq bizə dəqiq məlumdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu məsələyə münasibətdə “X33”nın istismarının dayandırılmasının əleyhinə olduğunu bildirmişdir. Belə ki, vəkil sorğusu ilə əldə edilmiş sənədlərdən görünür ki, adıçəkilən işçi qrupunun üzvlərinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə iclas keçirilmişdir. Həmin iclasın məqsədi Nardaran qəsəbəsində fəaliyyət göstərən “X48 LTD” MMC və “X56” MMC daş karxanalarının fəaliyyətlərinin ətraf mühitə, əhalinin həyat və sağlamlığına təsirinin araşdırılması olmuşdur. İclasda iştirak edən Sabunçu rayon X9 Hallar Nazirliyinin Sənayedə X22 və Dağ X53 Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri həmin karxanaların fəaliyyətinin qanunverciliyə uyğun həyata keçirildiyini bildirmişlər və onların fəaliyyətinin dayandırılmasına etiraz etmişlər. Yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumların və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi karxanaların fəaliyyətinin dayandırılmasının zəruri hesab etmişlər. Bu hal özü-özlüyündə ona dəlalət edir ki, müəssisəmiz öz istehsalat fəaliyyətini həyata keçirən zaman heç bir pozuntuya yol vermir. Lakin buna baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərəzli mövqeyinə əsasən bizə qarşı bu cür qanunsuz tədbirlər həyata keçirilir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı “X56” MMC-nin də iddia ərizəsi oxşar qaydada əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, göstərilən faktlar və qanunvericilik normalarına əsasən hesab etmək olar ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan qərarının icra edilməsi hazırki vəziyyətdə iddiaçı olaraq onların qanunla qorunan hüquq və mənafelərimizin kobud şəkildə pozulmasına gətirib çıxaracaqdır. Nəzərə alsalar ki, maliyyə ilinin sonu olduğundan müəssisənin dövlət və digər şəxslər qarşısında yaranmış öhdəliklərinin icrası fəaliyyətin dayandırıldığı təqdirdə mümkünsüz olacaqdır. Həmçinin müəssisədə çalışan 24 (iyirmi dörd) nəfər işçinin əmək haqqılarının ödənilməməsinə gətirib çıxaracaqdır. Nəticə etibarı ilə “Vergi Məcəlləsi”ndə və “Əmək Məcəlləsi”ndə nəzərdə tutulmuş öhdəliklərin icra olunmaması ilə bağlı üzərimizə məsuliyyət qoyulacaq. Bu isə, özü-özlüyündə qəbul edilmiş qərarın mütənasibliyinə şübhə yaradır. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh X51 X8 Publik Hüquqi Şəxsi tərəfindən “təqdim edilmiş yazılı münasibətdə “Nardaran X40 LTD” MMC-nin iddiasına etiraz edərək bildirmişdir ki iddiaya etiraz edilərək bildirilmişdir ki, Agentliyin idarə heyətinin 061 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Nardaran Əhəndaşı yatağında fəaliyyət göstərən “Nardaran X40 LTD” MMC-nin və “X56” MMC-nin yer təki sahəsindən istifadə hüquqları “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin və yerin təkindən istifadə qaydasının pozulmasına görə 3 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək dayandırılmışdır. X33nda fəaliyyət göstərən iddiaçıların fəaliyyəti zamanı ətraf mühitə, əhalinin həyat və sağlamlığına zərərli təsir göstərən toz çirklənməsinin və səs-küyün normadan artıq olması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Sabunçu Rayon İcra Hakimiyyətinə və Nardaran bələdiyyəsinə çoxsaylı vətəndaş şikayətləri daxil olmuşdur. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının “Nardaran qəsəbəsində yerləşən daş karxanalarının fəaliyyətinin ətraf mühitə, əhalinin həyat və sağlamlığına zərərli təsir göstərməsi və bu səbəbdən onların fəaliyyətinin dayandırılması üçün əməli tədbir görülməsi ilə bağlı” Azərbaycan Respubikasının Baş nazirinə müraciət ünvanlamışdır. AR Nazirlər Kabineti tərəfindən məsələnin aidiyyəti üzrə araşdırılıb mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülməsi ilə bağlı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və bir sıra digər dövlət qurumlarına tapşırıq verilmişdir. Məsələnin araşdırılması məqsədi ilə müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə ictimai dinləmə keçirilmiş və həmin daş karxanalarının fəaliyyətinin ətraf mühitə, əhalinin həyat və sağlamlığına zərərli təsir göstərməsi məsələsi müzakirə olunmuşdur. Keçirilən ictimai dinləmədə Sabunçu Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi yanında Sənayedə X22 və Dağ X53 Agentliyinin, Nardaran bələdiyyəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Kiçik və X49 Agentliyinin, Ekilogiya və Təbii Sərvətlər Nazirliyi X34 Agentliyinin, X14, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, sözügedən karxanalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və kənd sakinləri iştirak etmişlər. İlk olaraq müvafiq dövlər qurumlarının əməkdaşları və İctimai şuranın üzvləri ilə birgə karxana sahələrinə yerində baxış keçirilmiş və daha sonra məsələ ilə əlaqədar ictimai dinləmə aparılmışdır. İctimai dinləmə zamanı Sabunçu Rayon İcra Hakimiyyəti başçsının müavini, yerli bələdiyyə sədri və kənd sakinləri birmənalı olaraq karxanaların fəaliyyətinin dayandırılmasının və fəaliyyət nəticəsində yaranan tozun əhalinin həyat və sağlamlığına ciddi təsir etdiyini və ərazidə ekoloji tarazlığın pozulduğunu bildirmişlər. Aparılmış araşdırma nəticəsində X33nda fəaliyyət göstərən iddiaçıların karxana fəaliyyəti zamanı ciddi qanun pozunutlarına yol vermələri aşkar edilmişdir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, X50 Monitorinq İdarəsinin və X51 X3 əməkdaşlarının daş karxanalarının fəaliyyət göstərdiyi ərazidə və əhalinin sıx yaşadığı qəsəbə ərazisində apardığı monitorinqlər zamanı “Yerin təki haqqında” “Ətraf mühitin mühafizəsi haqqında” “Atmosfer havasının mühafizəsi haqqında” “Lisenziya və icazələr haqqında” Qanunların tələblərinin pozulması müəyyən edilmiş və mövcud pozuntular barəsində müvafiq aktlar qəbul edilmişdir. Həmin aktlarda iddiaçıların fəaliyyəti zamanı ətrafa yayılan toz hissəciklərinin və səs küyün miqdarının normadan artıq olması müəyyən olunmuşdur. Agentlik tərəfindən “Nardaran X40 LTD” MMC-yə faydalı qazıntı hasilatı aparılması prosesində ekoloji norma və qaydalara, eləcə də ətraf mühitin səs-küy və toz hissəcikləri ilə çirklənməsinin baş verməsinin, bunun da öz növbəsində ətraf ərazilərdə yaşayan əhalinin sağlamlığına təhlükə törətməsi, mövcud qanunverciliyə əsasən yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə və ətraf mühitə zərər vurarsa həmin sahədə fəaliyyətin qadağan edilə bilməsi, ətraf mühitin səs-küy və toz hissəcikləri ilə çirklənməsinin qarşısının alınması məqsədi ilə MMC tərəfindən müvafiq tədbir görülməsi barədə məktub ünvanlanmışdır. “Nardaran X40 LTD” MMC-nin yerin təkindən istifadə hüququnun dayandırlması barədə qərar ətraf ərzilərdə məskunlaşan əhalinin həyat və sağlamlığı və ətraf mühitin mühafizəsi nəzərə alınaraq qəbul edilmişdir. Qərarın ləğv edilməsi nəticəsində karxana öz fəaliyyətini bərpa edərək əhalinin həyat və sağlamlığı, ətraf mühit üçün zərərli təsir göstərməyə davam edəcəkdir. Daha sonra cavabdeh orqan tərəfindən iddia ərizəsinə etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, 05 noyabr 1988-ci il tarixində SSRİ Sənayedə İşlərin X15 və Dağ-mədən Nəzarəti üzrə Dövlət Komitəsi tərəfindən X33 ərazisində “Xüsusi Məişət Təmir-Tikinti Trestinin Nardaran karxana təsərrüfatı”na istismar işlərinin aparılması məqsədilə 10 nömrəli “Dağ-mədən ayırmasını təsdiq edən akt” verilmişdir. “X26 və İstismarı üzrə Birliyi Xüsusi Məişət Tikinti Tresti”nin bazasında 2003-cü ildə “Nardaran X40 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. “Nardaran X40 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində Cəmiyyətin Baş İstehsalat İdarəsi 1 №-li Trestinin Nardaran X40nın bazasında yaradılması və onun hüquqi varisi olması qeyd olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən “Nardaran X40 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Nardaran” əhəngdaşı yatağında 5 ha sahədə mişardaşı istehsalı məqsədilə 5 il müddətinə 00775 nömrəli, 08 oktyabr 2013-cü il tarixli “X38” verilmişdir. Bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən “Nardaran X40 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Nardaran” əhəngdaşı yatağında 5 ha sahədə mişardaşı istehsalı məqsədilə 5 il müddətinə 00879 nömrəli, 09 sentyabr 2014-cü il tarixli “X38” verilmişdir. Qeyd olunmalıdır ki, hər iki icazə sənədinin müddəti başa çatmış və Cəmiyyətə yeni icazə sənədləri verilməmişdir. “Nardaran X40 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda “Xüsusi Məişət Təmir-Tikinti Trestinin Nardaran karxana təsərrüfatı”nın hüquqi varisi olmasını və 10 nömrəli “Dağmədən ayırmasını təsdiq edən akt”a əsaslanaraq müddətsiz icazə sənədinin olmasını iddia etsə də, sonradan eyni əraziyə dair 2 ədəd icazə sənədi almışdır. Müddətsiz icazə sənədi mövcud olmuşdursa, hansı səbəbə yeni icazə sənədlərinin verilməsi üçün müraciətlər etməsi sual doğurur. Göründüyü kimi, Cəmiyyət özü də 10 nömrəli “Dağmədən ayırmasını təsdiq edən akt”ın hüquqi qüvvəsini təkzib etmişdir. Həmçinin “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə (Lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi) əsasən lisenziya və icazə aşağıdakı hallarda yenidən rəsmiləşdirilir: 23.1.1. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə; 23.1.2. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə; 23.1.3. lisenziyanın (icazənin) sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən bu Qanunun 23.1.1-ci, 23.1.2-ci və 23.1.3-cü maddələrində göstərilən əsaslar olduqda, lisenziyanın (icazənin) sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət etməlidir. X51 X3 (bundan sonra – Agentlik) “Nardaran” əhəngdaşı yatağında fəaliyyət göstərən “Nardaran X40 LTD” MMC və “X56” MMC-nin yer təki sahəsindən istifadə hüquqlarının dayandırılması barədə xx.xx.2023-cü il tarixli, 61 nömrəli İdarə Heyətinin qərarında “Yerin təkindən istifadəyə dair “Nardaran X40 LTD” MMC-yə və “X56” MMC-yə məxsus bütün sənədlər istismarçılar tərəfindən müvafiq qanunvericiliyə uyğunlaşdırılaraq Agentliyə təqdim edilməsi” öhdəliyi də qoyulmuş, lakin bu öhdəliyə də əməl olunmaması səbəbindən “Nardaran” əhəngdaşı yatağında fəaliyyət göstərən “Nardaran X40 LTD” MMC-nin yerin təkindən istifadəsinə qadağa qoyulması barədə xx.xx.2024-cü il tarixli, 019 nömrəli İdarə Heyətinin qərarı qəbul olunmuşdur. Agentliyin xx.xx.2024-cü il tarixli, 019 nömrəli İdarə Heyətinin qərarının 1-ci abzasında qeyd olunur ki, 01 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X51 X8 tərəfindən “Nardaran” əhəngdaşı yatağında fəaliyyət göstərən “Nardaran X40 LTD” MMC-nin və “X56” MMC-nin yer təki sahəsindən istifadə hüquqları “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin və yerin təkindən istifadə qaydasının pozulmasına görə 3 ay müddətinə dayandırılmış, hər iki istismarçıya karxanalara aid bütün sənədlərin qanunvericiliyə uyğunlaşdırılmaqla Agentliyə təqdim edilməsi öhdəliyi qoyulmuşdur. “Nardaran X40 LTD” MMC tərəfindən karxananın fəaliyyətinə dair heç bir sənəd Agentliyə təqdim edilməmişdir. Göründüyü kimi “Nardaran X40 LTD” MMC-nin yerin təkindən istifadəsinə qadağa qoyulması əsaslarından biri də karxanaya aid qüvvədə olan icazə sənədinin olmamasıdır. İddiaçı “Nardaran X40 LTD” MMC-nin cavabdehlər X24, X18, X19, X35, X10 və X31, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinin Sənayedə X22 və Dağ-X6rşı qanunsuz tikililərin sökülməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1085/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə “Nardaran X40 LTD” MMC-yə mübahisəli torpaq sahəsinin SSRİ-nin X44 X15 və Dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən tərtib olunmuş dağ mədən ayrılması haqqında 05 noyabr 1988-ci il tarixli, 10 №-li aktının əsasında hüquqi varislik qaydasında deyil, məhz ETSN-nın Dövlət Ekspertizası İdarəsinin xx.xx.2014-cü il tarixli 00879 saylı X38 ilə verildiyi öz təsdiqini tapmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, 63/ü saylı əmri ilə Qeyd edilən aktın qüvvədə olma müddəti dayandırılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, 5 il müddətinə verildiyindən hal-hazırda həmin aktın qüvvədə olma müddəti bitmişdir (93-cü hissə). Qərarda daha sonra qeyd olunur ki, MMC-nin mübahisəli torpaq sahəsinə münasibətdə əldə etdiyi hüquqlar müəyyən müddətə verildiyindən və müddətin keçməsi əsası ilə hal-hazırda bu hüquqlar itirildiyindən həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və ərazinin boşaldılmasına dair iddianın təmin edilməsi qanuni və əsaslı sayıla bilməz (97-ci hissə). Bundan başqa nəzərə alınmalıdır ki, müvafiq dövlət orqanları tərəfindən cavabdehlərə həmin ərazidə torpaq sahələri 2013-cü ilə qədər, yəni MMC-yə qeyd edilən ərazidə yuxarıda göstərilən hüquqlar verilənə qədər ayrılmışdır və cavabdehlər tərəfindən həmin torpaq sahələrində yaşayış evləri tikilmişdir. (98-ci hissə) Yəni göstərilənlər onu təsbit edir ki, qeyd edilən torpaq sahəsinə MMC-yə yuxarıda göstərilən hüquqlar verilənə qədər həmin torpaq sahələrində inşa edilmiş tikililər cavabdehlərin istifadə, sahiblik və gözlənilən mülkiyyət hüququ ilə yüklü olmuşdur (99-cu hissə). Ali Məhkəmənin sözügedən qərarı ilə iddiaçı tərəfin ərazidə yaşayan sakinlərin orada məskunlaşmaq üçün heç bir hüquqlarının olmaması ilə bağlı qeyd etdiklərinin əsassız olmasını sübut olunur. Cavabdeh orqan “X48” MMC-nin iddiasına etiraz edərək bidrimişdir ki, Agentliyin idarə heyətinin 061 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Nardaran Əhəndaşı yatağında fəaliyyət göstərən “Nardaran X40 LTD” MMC-nin və “X56” MMC-nin yer təki sahəsindən istifadə hüquqları “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin və yerin təkindən istifadə qaydasının pozulmasına görə 3 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək dayandırılmışdır. X33nda fəaliyyət göstərən iddiaçıların fəaliyyəti zamanə ətraf mühitə, əhalinin həyat və sağlamlığına zərərli təsir göstərən toz çirklənməsinin və səs-küyün normadan artıq olması barədə Ekologiy və Təbii Sərvətlər Nazirliyinə, Sabunçu Rayon İcra Hakimiyyətinə və Nardaran Bələdiyyəsinə çoxsaylı vətəndaş şikayətləri daxil olmuşdur. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının “Nardaran qəsəbəsində yerləşən daş karxanalarının fəaliyyətinin ətraf mühitə, əhalinin həyat və sağlamlığına zərərli təsir göstərməsi və bu səbəbdən onların fəaliyyətinin dayandırılması üçün əməli tədbir görülməsi ilə bağlı” Azərbaycan Respubikasının baş nazirinə müraciət ünvanlamışdır. Nazirlər Kabineti tərəfindən məsələnin aidiyyəti üzrə araşdırılıb mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və bir sıra digər dövlət qurumlarına tapşırıq verilmişdir. Məsələnin araşdırılması məqsədi ilə müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə ictimai dinləmə keçirilmiş və həmin daş karxanalarının fəaliyyətinin ətraf mühitə, əhalinin həyat və sağlamlığına zərərli təsir göstərməsi məsələsi müzakirə olunmuşdur. Keçirilən ictimai dinləmədə Sabunçu Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi yanında Sənayedə işələrin təhlükəsiz görülməsi və Dağ X53 Agentliyinin, Nardaran Bələdiyyəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Kiçik və X49 Agentliyinin, Ekilogiya və Təbii Sərvətlər Nazirliyi X34 Agentliyinin, X14, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, sözügedən karxanalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və kənd sakinləri iştirak etmişlər. İlk olaraq müvafiq dövlər qurumlarının əməkdaşları və İctimai şuranın üzvləri ilə birgə karxana sahələrinə yerində baxış keçirilmiş və daha sonra məsələ ilə əlaqədar ictimai dinləmə aparılmışdır. İctimai dinləmə zamanı Sabunçu Rayon İcra Hakimiyyəti Başçsının müavini, yerli Bələdiyyə sədri və kənd sakinləri birmənalı olaraq karxanaların fəaliyyətinin dayandırılmasının və fəaliyyət nəticəsində yaranan tozun əhalinin həyat və sağlamlığına ciddi təsir etdiyini və ərazidə ekoloji tarazlığın pozulduğunu bildirmişlər. Aparılmış araşdırma nəticəsində X33nda fəaliyyət göstərən iddiaçıların karxana fəaliyyəti zamanı ciddi qanun pozunutlarına yol vermələri aşkar edilmişdir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, X50 Monitorinq İdarəsinin və X51 X4 əməkdaşlarının daş karxanalarının fəaliyyət göstərdiyi ərazidə və əhalinin sıx yaşadığı qəsəbə ərazisində apardığı monitorinqlər zamanı “Yerin təki haqqında” “Ətraf mühitin mühafizəsi haqqında” “Atmosfer havasının mühafizəsi haqqında” “Lisenziya və icazələr haqqında” Qanunların tələblərinin pozulması müəyyən edilmiş və mövcud pozuntular barəsində müvafiq aktlar qəbul edilmişdir. Həmin aktlarda iddiaçıların fəaliyyəti zamanı ətrafa yayılan toz hissəciklərinin və səs küyün miqdarının normadan artıq olması müəyyən olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli 000810 nömrəli akta əsasən X33nda yerləşən daş karxanalarının ətraf ərzisində və Nardaran qəsəbəsinin içərisində toz hissəciklərinin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı toz çirklənməsi “Nardaran X40 LTD” MMC-nin ətraf ərazində 1.2 mq-m3 (norma 0.5 mq/m3 ), “X56” MMC ətraf ərazisində 1.2 mq/m3 (norma 0.5 mq/m3 ), Nardaran kəndi ərazisində 0.6 mq-m3 (norma 0.5 mq/m3 ) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 000881 nömrəli akta əsasən X33nda yerləşən daş karxanalarıın ətraf ərzisində və Nardaran qəsəbəsinin içərisində toz hissəciklərinin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı toz çirklənməsi “Nardaran X40 LTD” MMC-nin ətraf ərazində 1.3067 mq-m3 (norma 0.5 mq/m3 ), “X56” MMC ətraf ərazisində 1.3067 mq/m3 (norma 0.5 mq/m3 ), Nardaran kəndi ərazisində 0.6 mq-m3 (norma 0.5 mq/m3 ) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 000895 nömrəli akta əsasən X33nda yerləşən daş karxanalarıın ətraf ərzisində və Nardaran qəsəbəsinin içərisində toz hissəciklərinin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı toz çirklənməsi “Nardaran X40 LTD” MMC-nin ətraf ərazində 1.52 mq-m3 (norma 0.5 mq/m3 ), “X56” MMC ətraf ərazisində 1.52 mq/m3 (norma 0.5 mq/m3 ), Nardaran kəndi ərazisində 0.78 mq-m3 (norma 0.5 mq/m3 ) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 001299 nömrəli akta əsasən X33 ərazisində yerləşən daş karxanalarının ətrafında və Nardaran qəsəbəsi toz hissəciklərinin və əsasin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı toz çirklənməsi “Nardaran X40 LTD” MMC-nin və “X56” MMC ətraf ərazisində 1.944 mq/m3 (norma 0.5 mq/m3 ), qəsəbənin daxilində 1.94 mq/m3 (norma 0.5 mq/m3 ), səsin miqdarı isə daş karxanalarının ətraf ərazisində 73.0 desibel, (norma 60 desibel), qəsəbənin daxilində 67.7 desibel (norma 60 desibel) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. Agentlik tərəfindən “X56” MMC-yə faydalı qazıntı hasilatı aparılması prosesində ekoloji norma və qaydalara, eləcə də ətraf mühitin səs-küy və toz hissəcikləri ilə çirklənməsinin baş verməsinin, bunun da öz növbəsində ətraf ərazilərdə yaşayan əhalinin sağlamlığına təhlükə törətməsi, mövcud qanunverciliyə əsasən yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə və ətraf mühitə zərər vurarsa həmin sahədə fəaliyyətin qadağan edilə bilməsi, ətraf mühitin səsküy və toz hissəcikləri ilə çirklənməsinin qarşısının alınması məqsədi ilə MMC tərəfindən müvafiq tədbir görülməsi barədə məktub ünvanlanmışdır. “X56” MMC-nin yerin təkindən istifadə hüququnun dayandırlması barədə qərar ətraf ərzilərdə məskunlaşan əhalinin həyat və sağlamlığı və ətraf mühitin mühafizəsi nəzərə alınaraq qəbul edilmişdir. Qərarın ləğv edilməsi nəticəsində karxana öz fəaliyyətini bərpa edərək əhalinin həyat və sağlamlığı, ətraf mühit üçün zərərli təsir göstərməyə davam edəcəkdir. Cavabdeh orqan “X56” MMC-nin iddiasına qarşı etiraza əlavə təqdim edərək bildirmişdir ki, 22 sentyabr 1993-cü il tarixində Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə X30 və X55 Edən Dövlət Komitəsi tərəfindən X33 ərazisində “Tikinti Materiallarının istehsalı və satışı konsernin “Mayak” kiçik müəssisəsi”nə istismar işlərinin aparılması məqsədilə 90 nömrəli “Yataqayırma aktı” verilmişdir. “X56” MMC 27 oktyabr 2005-ci il tarixində dövlət qeydiyyatına alınmışdır və nizamnaməsində “Tikinti Materia larının istehsalı və satışı üzrə dövlət konserninin “Mayak” daş karxanasının hüquqi varisi olması qeyd olunmuşdur. “X56” MMC dövlət müəssisəsini özə ləşdirmiş, lakin yerin təkindən istifadəyə icazə sənədi (“X38”) almamışdır. “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə (Lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi) əsasən lisenziya və icazə aşağıdakı ha larda yenidən rəsmiləşdirilir: 23.1.1. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə; 23.1.2. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə; 23.1.3. lisenziyanın (icazənin) sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən bu Qanunun 23.1.1-ci, 23.1.2-ci və 23.1.3-cü maddələrində göstərilən əsaslar olduqda, lisenziyanın (icazənin) sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət etməlidir. “X56” MMC ona “X38” verilməsi ilə bağlı Ekologiya və Təbi Sərvətlər Nazirliyinə və ya onun tabeli qurumlarına heç bir müraciət etməmişdir. MMC-nin istinad etdiyi 22 sentyabr 1993-cü il tarixli, 90 nömrəli yataqayırma aktı hal-hazırda qüvvəsini itirmişdir. X51 X3 (bundan sonra–Agentlik) “Nardaran” əhəngdaşı yatağında fəaliyyət göstərən “Nardaran X40 LTD” MMC və “X56” MMC nin yer təki sahəsindən istifadə hüquqlarının dayandırılması barədə xx.xx.2023-cü il tarixli, 61 nömrəli İdarə Heyətinin qərarında “Yerin təkindən istifadəyə dair “Nardaran X40 LTD” MMC-yə və “X56” MMC-yə məxsus bütün sənədlər istismarçılar tərəfindən müvafiq qanunvericiliyə uyğunlaşdırılaraq Agentliyə təqdim edilməsi” öhdəliyi də qoyulmuş, lakin bu öhdəliyə də əməl olunmaması səbəbindən “Nardaran” əhəngdaşı yatağında fəaliyyət göstərən “X56” MMC-nin yerin təkindən istifadəsinə qadağa qoyulması barədə xx.xx.2024-cü il tarixli, 020 nömrəli İdarə Heyətinin qərarı qəbul olunmuşdur. Agentliyin xx.xx.2024-cü il tarixli, 020 nömrəli İdarə Heyətinin qərarının 1-ci abzasında qeyd olunur ki, 01 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin tabeliyində X51 X8 tərəfindən “Nardaran” əhəngdaşı yatağında fəaliyyət göstərən “Nardaran X40 LTD” MMC-nin və “X56” MMC-nin yer təki sahəsindən istifadə hüquqları “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin və yerin təkindən istifadə qaydasının pozulmasına görə 3 ay müddətinə dayandırılmış, hər iki istismarçıya karxanalara aid bütün sənədlərin qanunvericiliyə uyğunlaşdırılmaqla Agentliyə təqdim edilməsi öhdəliyi qoyulmuşdur. “X56” MMC tərəfindən karxananın fəaliyyətinə dair heç bir sənəd Agentliyə təqdim edilməmişdir. Göründüyü kimi “X56” MMC-nin yerin təkindən istifadəsinə qadağa qoyulması əsaslarından biri də karxanaya aid qüvvədə olan icazə sənədinin olmamasıdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil hər iki iddianı müdafiə edərək, iddia ərizələrində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “Nardaran X40 LTD” MMC-nin direktoru X25 iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “X56” MMC-nin direktoru X28 iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələblərinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia mübahisələndirilmə haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X51 X3 259/ü nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nardaran qəsəbəsində yerləşən daş karxanalarının fəaliyyətinin ətraf mühitə, əhalinin həyat və sağlamlığına zərərli təsir göstərməsi və bu səbəbdən onların fəaliyyətinin dayandırlması üçün əməli tədbir görülməsi ilə bağlı” Sabunçu Rayon İcra Hakimiyyətinin müraciətində qeyd olunan məsələlərin araşdılmasına dair verilmiş tapşırığının icrası məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Sənayedə X22 və Dağ X53 Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Sabunçu Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Sabunçu Rayonu Nardaran Bələdiyyəsinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X51 X3 və X23 Xidmətinin mühəndislərindən ibarət “işçi qrupu”nun yaradılmasına zərurət yaranmışdır. Adıçəkilən əmrə əsasən yuxarıda sadalanan dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır. Həmin işçi qrupunun xx.xx.2023-cü il tarixli iclasının 1 nömrəli protokolundan görünür ki, həmin işçi qrupu tərərfindən Nardaran qəsəbəsində fəaliyyət göstərən “X48 LTD” MMC və “X56” MMC daş karxanalarının fəaliyyətlərini ətraf mühitə, əhalinin həyat və sağlamlığına təsirini araşdırılması ilə bağlı məsələ müzakirə edilmiş, müzakirələr zamanı Azərbaycan Respublikası Ekologiya və X21 işçi qrupunda təmsil olunan nümayəndələri və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi karxanaların fəaliyyətinin dayandırlmasını təklif etmiş, digər işçi qrupunun üzvləri isə karxanaların fəaliyyətinin davam etdirilməsinə etiraz etməmişlər. Yekunda işçi qrupuna daxil olan qrumların nümayəndələrinin gündəlikdə olan məsələ ilə bağlı təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumatın göndərilməsi qərara alınmışdır. - X51 X3 İdarə heyətinin xx.xx.2023-cü il tarixli iclasının 060 nömrəli protokolundan görnür ki, “X33nda fəaliyyət göstərən X45 LTD” MMC və “X56” MMC yer təki sahəsindən istifadə hüquqlarının dayandırılması barədə məsələ gündəlikdə olmuş və həmin iclasın nəticəsi olaraq “X33nda fəaliyyət göstərən X45 LTD” MMC və “X56” MMC yer təki sahəsindən istifadə hüquqlarının dayandırılması barədə qərar qəbul edilmişdir. - X51 X3 xx.xx.2023-cü il tarixli, 061 nömrəli qərarından görünür ki, “X33nda fəaliyyət göstərən X45 LTD” MMC və “X56” MMC yer təki sahəsindən istifadə hüquqları “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi iə müəyyən edilmiş yer təkinin səmərli istifadəsinə və mühafizəsinə aid əsas tələbləri və yer təkindən istifadə qaydasının pozulmasına görə bu qərar imzlandığı gündən 3 ay müddətinə (xx.xx.2024-cü il tarixədək) dayandırılması, istifadə hüququnun dayandırıldığı müddət bitənədək istismarçılara hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarının aradan qaldırılması barədə tədbirlər görmək və nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat vermək öhdəliyinin qoyulması, yerin təkindən istifadəyə dair iddiaçılara məxsus bütün sənədlərin istismarçılar tərəfindən müvafiq qanunverciliyə uyğunlaşdırılarq Agentliyə təqdim edilməsi, bu qərrın 1-ci bəndində müəyyən edilən müddət ərzində hüququn dayandırılmasına əsas olan hallar aradan qaldırımadıqda və 3-cü bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 7-ci bəndinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən iostifadə hüququnun ləğvi haqqında məsələnin idarə heyətinin müzakirəsinə çıxarılması qərara alınmışdır. X51 X3 idarə heyətinin xx.xx.2024-cü il tarixli 019 nömrəli qərarından görünür ki, X33nda fəaliyyət göstərən “Nardaran X40 LTD” MMC-nin yerin təkindən istifadəsinə qadağa qoyulmuşdur. - X51 X3 idarə heyətinin xx.xx.2024-cü il tarixli 020 nömrəli qərarından görünür ki, X33nda fəaliyyət göstərən “X56” MMC-nin yerin təkindən istifadəsinə qadağa qoyulmuşdur. Hazırda iddiaçılar cavabdehin xx.xx.2023-cü il tarixli 061 nömrəli və xx.xx.2024-cü il tarixli, 019 və 020 nömrəli qərarlarını mübahisələndirirlər. Mübahisə predmeti olan qərarlara və cavabdeh orqanın təqdim etdiyi etiraz və etiraz əlavəyə nəzər yetirdikdə “Nardaran X40 LTD” MMC üzrə fəaliyyətin dayandırılmasının səbəbi kimi beş hal qeyd edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir:
1. Müxtəlif vaxtlarda X33ndan və onun ətrafında aparılmış monitorinqlər zamanı toz hissəciklərinin miqdarının və səs-küyün normadan artıq olması;
2. Müəssisəsinin fəaliyyəti üçün ekoloji ekspertiza rəyinin alınmaması;
3. Nazirlik tərəfindən verilmiş icrası məcburi olan göstərişin yerinə yetirilməməsi;
4. Karxanaların fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən nazirliyə daxil olmuş çoxsaylı şikayətlərin mövcudluğu və nazirlik tərəfindən keçirilmiş ictimai dinləmələr nəticəsində həmin karxanaların fəaliyyətinin dayandırılmasının zəruriliyinin qeyd edilməsi;
5. Karxana fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş yataqayırma aktının mövcud olmaması; Mübahisə predmeti olan qərarlara və cavabdeh orqanın təqdim etdiyi etiraz və etiraz əlavəyə nəzər yetirdikdə “X56” MMC üzrə üzrə fəaliyyətin dayandırılmasının səbəbi kimi üç hal qeyd edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir:
1. Müxtəlif vaxtlarda X33ndan və onun ətrafında aparılmış monitorinqlər zamanı toz hissəciklərinin miqdarının və səs-küyün normadan artıq olması;
2. Karxanaların fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən nazirliyə daxil olmuş çoxsaylı şikayətlərin mövcudluğu və nazirlik tərəfindən keçirilmiş ictimai dinləmələr nəticəsində həmin karxanaların fəaliyyətinin dayandırılmasının zəruriliyinin qeyd edilməsi;
3. Karxana fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş yataqayırma aktının mövcud olmaması; Məhkəmə hər iki iddiaçıya qarşı toz hissəciklərinin miqdarının və səs-küyün normadan artıq olmasına dair cavabdehin irəli sürdüyü arqumentlərin oxşarlıq təşkil etdiyini nəzərə alaraq həmin halı ümumiləşdirməklə məsələyə hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. xx.xx.2023-cü il tarixli 000462 nömrəli akta əsasən Nardaran qəsəbəsində yerləşən daş karxanalarının ərazisində və ətrafında toz hissəcikərinin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı toz çirklənməsi “Nardaran X40 LTD” MMC-nin istismar sahəsində 0.79mq/m3 norma 0.5mq/m3 təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. “Nardaran X40 LTD” MMC barəsində xx.xx.2023-cü il traixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi şəxs qismində cərimə olunması məqəsdi ilə Sabunçu rayon Məhkəməsinə müraciət olunmuşdur. xx.xx.2023-cü il tarixli 000736 nömrəli akta əsasən “Nardaran X40 LTD” MMC-nin fəaliyyət göstərdiyi ərazidə toz hissəciklərinin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı toz çirklənməsi həmin MMC-nin istismar sahəsinin cənub hissəsində (fərdi yaşayış evlərinin yanı) 0.37 mq/m3 (norma 025 mq/m3 ), 0.89 mq/m3 (0.50 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 000810 nömrəli akta əsasən X33nda yerləşən daş karxanalarının ətraf ərzisində və Nardaran qəsəbəsinin içərisində toz hissəciklərinin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı toz çirklənməsi “Nardaran X40 LTD” MMC-nin ətraf ərazində 1.2 mq-m3 (norma 0.5 mq/m3 ), “X56” MMC ətraf ərazisində 1.2 mq/m3 (norma 0.5 mq/m3 ), Nardaran kəndi ərazisində 0.6 mq-m3 (norma 0.5 mq/m3 ) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 000881 nömrəli akta əsasən X33nda yerləşən daş karxanalarıın ətraf ərzisində və Nardaran qəsəbəsinin içərisində toz hissəciklərinin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı toz çirklənməsi “Nardaran X40 LTD” MMC-nin ətraf ərazində 1.3067 mq-m3 (norma 0.5 mq/m3 ), “X56” MMC ətraf ərazisində 1.3067 mq/m3 (norma 0.5 mq/m3 ), Nardaran kəndi ərazisində 0.6 mq-m3 (norma 0.5 mq/m3 ) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 000895 nömrəli akta əsasən X33nda yerləşən daş karxanalarıın ətraf ərzisində və Nardaran qəsəbəsinin içərisində toz hissəciklərinin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı toz çirklənməsi “Nardaran X40 LTD” MMC-nin ətraf ərazində 1.52 mq-m3 (norma 0.5 mq/m3 ), “X56” MMC ətraf ərazisində 1.52 mq/m3 (norma 0.5 mq/m3 ), Nardaran kəndi ərazisində 0.78 mq-m3 (norma 0.5 mq/m3 ) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 001027 nömrəli akta əsasən çirklənməsi “Nardaran X40 LTD” MMC-nin fəaliyyət göstərdiyi ərazidə toz hissəciklərinin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı müəssisənin istismar aparılan hissənin arxa hissəsində toz çirklənməsi 2.5 mq/m3 (norma 0.5 mq/m3 ) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 001299 nömrəli akta əsasən X33 ərazisində yerləşən daş karxanalarının ətrafında və Nardaran qəsəbəsi toz hissəciklərinin və əsasin miqdarının normaya uyğunluğunun yoxlanılması zamanı toz çirklənməsi “Nardaran X40 LTD” MMC-nin və “X56” MMC ətraf ərazisində 1.944 mq/m3 (norma 0.5 mq/m3 ), qəsəbənin daxilində 1.94 mq/m3 (norma 0.5 mq/m3 ), səsin miqdarı isə daş karxanalarının ətraf ərazisində 73.0 desibel, (norma 60 desibel), qəsəbənin daxilində 67.7 desibel (norma 60 desibel) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. Göründüyü kimi hər iki müəssisə barəsində müxtəlif vaxtlarda ekologiya nazirliyinin müvafiq orqanları tərəfindən monitorinqlər həyata keçirilmiş və bu monitorinqlər zamanı toz hissəciklərinin miqdarının və səs-küyün ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. Tərtib edilmiş aktlar üzrə yalnız “Nardaran X40 LTD” MMC-yə münasibətdə inzibati tənbeh verilməsi üçün protokol tərtib edilmiş həmin protokol aidiyyəti üzrə baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)-2179/2023 saylı qərarı ilə hüquqi şəxs “Nardaran X40 LTD” MMC-nin Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2ci maddəsinə əsasən xitam verilmişdir. Adıçəkilən qərardan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və həmin şikayət Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1335/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş və Sabunçu rayon Məhkəməsinin adıçəkilən qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İnzibati xəta haqqında işə baxan məhkəmələr belə bir qənaətə gəlmişlər ki, aparılan ölçmə işləri zamanı daşın kəsilməsi nəticəsində yaranan tozun tərkibinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmiş, həmçinin həmin tozun tərkibində olan zərərli maddələrin miqdarı müəyyən edilməmişdir. Bundan əlavə aparılmış yoxlamaların məhz hüquqi şəxsə məxsus ərazidə həyata keçirilməsini sübut edən mötəbər sənəd aşkar edilməmişdir. Cavabdeh inzibati orqan toz hissəciklərinin normadan artıq olması və səs-küyün normativlərdən yüksək olması ilə bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 796 nömrəli, xx.xx.2008-ci il tarixli “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmləri normalarının təsdiq edilməsi haqqında” Fərman mövcuddur və həmin fərmana əsasən həmin normalar təsdiqlənmişdir. Həmin Normaların 1.2-ci bəndinə əsasən bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yol verilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Göründüyü kimi adıçəkilən normalar istehsalat prosesinin aparıldığı ərazilərə şamil oluna bilməz. Toz hissəciklərinin miqdarının müəyyən edilməsi üzrə cavabdeh inzibati orqanın mövqeyi ondan ibarət olmuşdur ki, SSR Baş Dövlət Sanitar Həkimi tərəfindən təsdiq edilmiş normativlər tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, keçmiş SSR-nin müvafiq qurumları tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikasının qanunvercilik sisteminə daxil olmayan sənədə istinad etməklə hər hansı bir hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş aktlarda, qəbul edilmiş qərarlarda ölçmə işləri aparan zaman toz hissəciklərinin miqdarının, onların tərkibinin hansı qaydada, cihazlar vasitəsilə, yaxud hansı ekspertiza rəyinə istinadən müəyyən edildiyi görünmür. Həmçinin məhkəmə araşdırması dövründə də cavabdeh tərəfindən məhkəmyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın iddiaçılara münasibətdə onların fəaliyyətinin dayandırılmasına əsas olan səbəblərdən biri kimi qeyd etdiyi arqumentin əsassızdır. Məhkəmə qeyd edir ki, toz hissəcikləri miqdarını və səs-küyün normadan artıq olması üzrə “X56” MMC-yə dair mövqeyi digər iddiaçıya münasibətdə irəli sürülən mövqe ilə üst-üstə düşdüyündən eyni hüquqi mövqe hər iki müəssisəyə də şamil olunmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, səs-küy və toz hissəciklərinin miqdarının ölçülməsi ilə əlaqədar aparılmış monitorinqlərin özünün belə qanunla tələb olunan qaydada aparılmasına dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və yoxlama Ədliyyə Nazirliyində qeydə alınır. “Lisenziyalar və icazələr haqqında” AR Qanunun 27.2-ci maddəsinə əsasən Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Normaların təhlili onu deməyə əsas verir ki, bəhs olunan qanunvericilik aktları lisenziyalar haqqında qanunvericiliyin pozulması ilə bağlı işlərə də şamil olunur. Belə ki, hazırkı halda iddiaçılar sahibkarlıq fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxslərdir və qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 061 nömrəli qərarında (iddiaçıların yeri təki sahəsindən istifadə hüquqlarının dayandırılması barədə) istinad edilsə də, yoxlamaların Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçirilməklə aparılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin baxılan işlər üzrə cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarına yoxlamaların müvafiq reyestrdə qeydiyyata alınmaqla aparılmasına dair çıxarış əlavə edilməmişdir. Qanunvericiliyin tələbinə görə reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların isə hüquqi nəticəsi yoxdur. Məhkəmə hər iki iddiaçıya karxanaların fəaliyyəti ilə bağlı çoxsaylı vətəndaş müraciətləri və bu müraciətlərlə əlaqədar keçirilmiş ictimai dinləmələrə dair cavabdehin irəli sürdüyü arqumentləri oxşarlıq təşki etdiyini nəzərə alaraq həmin halı ümumiləşdirməklə məsələyə hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. Mübahisə predmeti olan qərarlara nəzər yetirdikdə müəyyən olunur ki, hər iki iddiaçıya münasibətdə onların fəaliyyətinin dayandırılmasının əsaslarından biri kimi həmin hüquqi şəxslərin fəaliyyətləri ilə əlaqədar vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olmuş və bu şikayətlər ilə əlaqədar Nazirlik tərəfindən ictimai dinləmə keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktlarda və qaldırılmış iddialar üzrə verilmiş yazılı etirazlarda bu hala istinad etsə də, həmin vətəndaş müraciətlərinin məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh inzibati orqanın istinad etdiyi ictimai dinləmə ilə bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, ictimai dinləmələr “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və həmin Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münaasibətləri tənzimləməsindən ibarətdir. Yəni adıçəkilən Qanun üzrə qanunauyğun şəkildə aparılmış ictimai dinləmənin nəticəsində hər hansı məcburi qərarın qəbul edilməsi qanunvercilikdə öz əksini tapmamışdır. Keçirilmiş ictimai dinləmənin qanunverciliyə əsasən əsas məqsədi qaldırılmış məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının fikrini və mövqeyini öyrənməkdir. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən: 15.1. Vətəndaş cəmiyyəti institutları və hüquqi şəxslər tərəfindən keçirildiyi təqdirdə ictimai dinləmənin yekun sənədi dinləmə zamanı açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında hazırlanır, ictimai dinləməyə sədrlik edən tərəfindən imzalanır və dinləmə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və media subyektlərinə təqdim olunur. 15.2. Vətəndaş cəmiyyəti institutları və hüquqi şəxslər tərəfindən keçirildiyi təqdirdə ictimai müzakirənin yekun sənədi rəy və təkliflər formasında qəbul edilir, iclasın sədri tərəfindən imzalanır və müzakirə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və media subyektlərinə təqdim olunur. 15.3. İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədlərinə bu Qanunun 11.2ci maddəsində müəyyənləşdirilmiş qaydada baxılır. Göründüyü kimi hər bir ictimai dinləmənin yekunu olaraq yekun sənəd akt qismində bir sənəd tərtib olunur və o mübafiq dövlət orqanlarına təqdim olunur. Hazırkı mübahisə üzrə isə belə bir yekun sənəd cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilən hallar ona dəlalət edir ki, cavabdeh inzibati orqanın hər iki hüquqi şəxsə münasibətdə onların yerin təkindən istifadəsinə qadağa qoyması üçün əsas göstərdiyi bu hal da mövcud olmamışdır. Yəni cavabdeh inzibati orqanın bu arqumenti üzrə mövqeyi əsassızdır. Mübahisə predmeti olan qərarların qəbul edilməsi zamanı hər iki hüquqi şəxsə münasibətdə mövcud qanunverciyliyə uyğun olaraq müvafiq yataqayırma sənədinin olmaması cavabdeh inzibati orqanın ortaya qoyduğu mövqelərindən biridir. Cavabdeh inzibati orqan “Nardaran X40 LTD” MMC-yə münasibətdə bildirmişdir ki, xx.xx.1988-ci il tarixdə SSR Sənayedə İşlərin X15 və X59 üzrə Dövlət Komitəsi tərəfindən X33 ərazisində “Xüsusi Məişət Təmir-Tikinti Trestinin Nardaran Karxana Təsərrüfatı”na istismar işlərinin aparılması məqsədi ilə 10 nömrəli “Dağ mədən ayırmasını təsdiq edən akt” verilmişdir. Daha sonra “Nardaran X40 LTD” MMC-yə “X33nda 5 ha sahədə mişardaşı istehsalı məqsədi ilə 5 il müddətinə 00775 nömrəli, xx.xx.2013-cü il tarixli və 00879 nömrəli, xx.xx.2014-cü il tarixli dağ X58 verilmişdir. Hər iki icazə sənədinin müddəti başa çatmış və “Nardaran X40 LTD” MMC-yə yeni icazə sənədi verilməmişdir. “Nardaran X40 LTD” MMC hüquqi varis kimi xx.xx.1988-ci il tarixli dağ mədən ayırma aktına istinad eədərk fəaliyyətini həyata keçirdiyini bildirsə də, sonradan onun yuxarıda qeyd olunan yeni dağ mədən aktlarını əldə etməsi buna əsas verir ki, iddiaçı özü də 1988-ci il tarixli dağ mədən ayırma aktının hüquqi qüvvəsinin olmadığını qəbul etmişdir. Bu əsasdan cavabdeh inzibati orqan “Nardaran X40 LTD” MMC-yə münasibətdə belə qənaətə gəlmişdir ki, həmin hüquqi şəxsin ümumiyyətlə dağ mədən fəaliyyəti göstrərməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş icazə sənədi mövcud deyil. Məhkəmə bununla bağlı olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan “Nardaran X40 LTD” MMC-yə məxsus təsis sənədlərindən görünür ki, həmin MMC xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınmış və Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.1994-cü il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 1 nömrəli Trestinin Nardaran X40nın bazasında yaranmış və onun hüquqi varisidir. İş materiallarında olan Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 1 nömrəli Trestinin Nardaran X40nın nizamnaməsindən görünür ki, həmin hüquqi şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.1994-cü il tarixli qərarı ilə qeydiyyata alınmış və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 82 nömrəli, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 05/372 saylı Sərəncamlarına müvafiq olaraq yaradılmış və sonradan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 2057 nömrəli Sərəncamı ilə təşkil edilmiş Baş İstehsalat İdarəsinin 1 nömrəli Trestinin tərkibinə daxil edilmişdir. İş materiallarında olan təsis sənədlərindən görünür ki, “X56” MMC xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və o, Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.1994-cü il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış Tikinti materiallarının istehsalı və satışı üzrə Dövlət Konsernini “Mayak” daş karxanasının özəlləşdirilmiş əmlakının bazasında və təşkilatı hüquqi formasının dəyişməsi nəticəsində yaradılaraq onun hüquqi varisidir. İş materiallarından görünür ki, Azərbaycan SSR Maştağa Tikinti Materialları Kombinatına X33na 68 ha ərazinin ayrılması barədə Azərbaycan SSR Nazirlər Soveti Sənayedə İşlərin X15 və X59 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.1980-ci il tarixil Dağ mədən ayırma aktı tərtib edilmişdir. xx.xx.1988-ci ildə isə X33 Maştağa Tikinti Materailları Kombinatı və Nardaran X40 arasında bölünmüş və bu bölünmə həmin tarixli aktla təsdiq edilmişdir. Daha sonra həmin Komitə tərəfindən Maştağa Tikinti Kombinatına ümumi sahəsi 33.5 ha təşkil edən xx.xx.1988-ci il tarixli 11 nömrəli Dağ-mədən ayırma aktı tərtib edimişdir. Həmin dağ mədən ayırma aktı müddətsiz olaraq verilmişdir. Eyni zamanda Komitə tərəfindən Nardaran X40na ümumi sahəsi 34.5 ha təşkil edən xx.xx.1988-ci il tarixli 10 nömrəli dağ mədən ayırma aktı tərtib edilmişdir. Həmin dağ mədən ayırma aktı müddətsiz olaraq verilmişdir. Göründüyü kimi hər iki hüquqi şəxs 1988-ci il 05 noyabrında verilmiş yataqayırma aktı əsasında fəaliyyətlərini davam etdirmişlər. Daha sonra “Nardaran X40 LTD” MMC-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən X33nda mişardaşı istehsalı üçün ümumi sahəsi 5 ha olan əraziyə dair hər ikisinin müddəti 5 il olmaqla 00775 nömrəli, xx.xx.2013-cü il tarixli və 00879 nömrəli, xx.xx.2014-cü il tarixli Dağ mədən ayırması aktları verilmişdir. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 63/ü saylı, xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Nardaran X40 LTD” MMC-yə verilmiş həmin Dağ mədən ayırması aktlarının qüvvədə olma müddəti dayandırılmışdır. “Nardaran X40 LTD” MMC tərəfindən digər tələblərlə yanaşı adıçəkilən əmrin olan aid olan hissədə ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan “Nardaran X40 LTD” MMC tərəfindən X51 X5 müraciət edilərək Azərbaycan SSR Dövlət DağMədənTexNəzarət Komitəsinin xx.xx.1988-ci il tarixli, 10 saylı yataqayırma aktının hüquqi qüvvəsinin olub-olmaması və həmin akt əsasında yatağın 34.5 ha sahəsinin hüdudları daxilində fəaliyyət göstərilməsinin Azərbaycan Respublikası qanunverciliyinə uyğun olub-olmaması ilə bağlı müraciət edilmişdir. Həmin müraciət X51 X8 tərəfindən araşdırılmış və araşdırmanın nəticəsi olaraq xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının 4-cü maddəsinin tələbinə uyğun olaraq 1988-ci il tarixli 10 saylı yataqayırma aktının öz hüquqi qüvvəsini saxlaması və karxananın öz konturları daxilində X36 Bərpası üzrə Dövlət Fonduna müvafiq ödənişləri təmin etməklə fəaliyyət göstərə biləcəyi barədə 36/48 nömrəli, xx.xx.2020-ci il tarixli məktub tərtib edilmişdir. İş materiallarında olan Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən tərtib edilmiş sxematik konturlardan görünür ki, hər iki hüquqi şəxsə Sabunçu rayonu Nardaran qəsəbəsində X33nda fəaliyyət göstərmsi üçün ərazi ayrılmış və həmin ərazinin konturları dəqiq şəkildə göstərilmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi iddiaçılar sovet dönəmində Nardaran əhəgdaşı yatağı üzrə torpaq ayrılmış təşkilatların hüquqi varisidirlər və xx.xx.1988-ci il tarixli yataqayırma aktı üzrə fəaliyyətlərini davam etdirmişlər. Cavabdeh inzibati orqanın həmin hüquqi şəxslərin mövcud qanunverciliyə uyğun dağ mədən ayırma aktlarının olmaması barədə mövqeyi ilə məhkəmə razılaşmır. Belə ki, cavabdeh orqan bu hala isitinad etsə də özünün tərtib etdiyi 36/48 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda bu hal ilə razılaşmış və “Nardaran X40 LTD” MMC-nin fəaliyyətinə faktiki olaraq icazə vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respubıikasının Qanununun 12.1-ci maddəsinə əsasən Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İş materiallarından göründüyü kimi “X56” MMC-yə münasibətdə yarandığı dövrdən 2023-cü ilə qədər cavabdeh inzibati orqan tərəfindən yataqayırma sənədlərinin olmamasına dair hər hansı bir irad və yaxud tələb irəli sürülməmişdir. Bu isə ona dəlalət edir ki, bu isə ona dəlalət edir ki, cavabdeh inzibati orqan hər iki hüquqi şəxsə münasibətdə “İnzibati icraat haqqınnda” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə uyğun olaraq fəaliyyətlərinə razılıq vermişlər. Bundan başqa cavabdehin nümayəndəsi öz izahatında qeyd etmişdir ki, qüvvədə olan “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hər iki hüquqi şəxs fəaliyyətini davam etdirməsi üçün yenidən icazə üçün müraciət etməli idi. Məhkəmə bu əsasla da razılaşmayaraq qeyd edir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən bu Qanun 2016-cı ilin iyunun 1-dən qüvvəyə minir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək verilmiş icazələr onlarda göstərilmiş müddət bitənədək öz qüvvəsini saxlayır. Göründüyü kimi qanunvercilik bu hala münasibətdə istisna təşkil edən hal kimi 2016cı ilin 01 iyun tarixindən əvvəl mövcud olan münasibətləri qeyd etmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, hər iki iddiaçıya qanun qüvvəyə minəndən əvvəl fəaliyyət göstərməsi üçün dağ mədən ayırma aktı verildiyindən və həmin sənədin hüquqi qüvvəsi müddətsiz olduğundan həmin şəxslərdən hazırkı şərtlər daxilində yenidən icazə sənədinin istənilməsinə zərurət yoxdur. Cavabdeh inzibati orqan mübahisə predmeti olan qərarların qəbul edilməsi zamanı “Nardaran X40 LTD” MMC-yə münasibətdə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1085/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında həmin dağ mədən ayırması aktlarına hüquqi qiymət verilmiş və faktiki olaraq həmin qərarda qeyd edilmişdir ki, “Nardaran X40 LTD” MMC-nin mübahisəli ərazi üzrə fəaliyyət göstərməsi hüququ mövcud deyildir. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər məhkəmə aktlarından görünür ki, inzibati məhkəmə icraatı qaydasında “Nardaran X40 LTD” MMC tərəfindən cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı sakinlər üçüncü şəxs qismində cəlb olunmaqla yataq ərazisinə verilmiş plan-ölçülərin ləğvi barədə iddia qaldırılmış və həmin iddia da təmin olunmuşdur. Həmin məhkəmə aktlarında “Nardaran X40 LTD” MMC-nin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində dağ mədən işlətinin aparılması üçün lazımi sənədlərin olması öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh inzibati orqanınn hər iki iddiaçıya münasibətdə mübahisə predmeti olan qərarların qəbul edilməsi üçün əsas göstərdiyi bu hal da mövcud deyildir. Məhkəmə “Nardaran X40 LTD” MMC-yə münasibətdə mübahisə predmeti olan qərarların qəbul edilməsinə əsas olan hal kimi həmin müəssisənin fəaliyyət göstərməsi üçün ekoloji ekspertiza rəyinin alınmaması arqumentinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY23/958292 saylı, xx.xx.2023-cü il trilxi çıxarışına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Nardaran X40 LTD” MMC-nin ərazisində mişardaşı hasilatı zamanı “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tullantılar haqqında” və “Yerin təki haqqında” Azərbaycan Repsublikası Qanunlarının tələblərinə əməl olunub-ounmamasına dair yoxlama aparılaraq xx.xx.2023cü il tarixli, 82343 nömrəli akt tərtib edilmiş və yol verilmiş pozuntular ilə əlaqədar MMC-nin direktoru X25 barəsində vəzifəli şəxs qismində İXM-nin 275.1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və X25 barəsində 2500 manat cərimə tətbiq edilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında Qərar qəbul edilmişdir. Adıçəkilən qərardan vəzifəli şəxs qismində X25 tərəfindən şikayətlə Sabunçu rayon Məhkəməsinə müraciət edilmiş və Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(008)-5807/2023 saylı qərarında şikayət təmin edilərək 11 saylı X37 Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilərək inzibati xəta haqqında material üzrə icraata xitam verilmişdir. Həmin qərardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş lakin Bakı Apellyasiya Məhkəməsinin 3(103)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı şikayət təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 3(008) 5807/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmə belə qənaətə gəlmişdir ki, MMC-nin AR İXM-nin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini hansı vəzifəli şəxs tərəfindən, istifadəyə alan və ya istifadəyə verən tərəfindən törədilməsi hansı tarixdən ekpert rəyinin mövcud olmaması ilə bağlı xətanın baş verməsi faktı vurğulanmamış və müəyyən edilməmişdir. Həmçinin qərar tərtib olunarkən xəta hadissinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə hüquqi şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın iddia etdiyinin əksinə “Nardaran X40 LTD” MMC tərəfindən X34 rəyinin alınmasına zərurət olmamış və bu hala görə MMC barəsində inzibati tənbeh tətbiq edilməsinə lüzum görülməmişdir. Bütün bunlar ona dəlalət edir ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan qərarı qəbul etməsinin əsası kimi göstərdiyi bu hal düzgün olmamışdır. Bu əsasdan məhkəmə hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın bu arqumentini də əsaslı hesab etmir. “Nardaran X40 LTD” MMC barəsində qəbul edilən və hazırda mübahisə predmeti olan qərarın qəbul edilməsi üçün cavabdeh inzibati orqanın əsaslardan biri də həmin MMC barəsində tərtib edilmiş icrası məcburi olan göstərişin icra edilməməsi olmuşdur. Məhkəmə bu məsələ ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY23/958292 saylı, xx.xx.2023-cü il trilxi çıxarışına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Nardaran X40 LTD” MMC-nin ərazisində mişardaşı hasilatı zamanı “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tullantılar haqqında” və “Yerin təki haqqında” Azərbaycan Repsublikası Qanunlarının tələblərinə əməl olunubounmamasına dair yoxlama aparılaraq xx.xx.2023-cü il tarixli, 82343 nömrəli akt tərtib edilmiş və yol verilmiş pozuntular ilə əlaqədar MMC-nin direktoru X25 barəsində vəzifəli şəxs qismində İXM-nin 275.1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və X25 barəsində 2500 manat cərimə tətbiq edilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında Qərar qəbul edilmişdir. Yoxlamada həmçinin X50 Monitorinq İdarəsi və X51 X3 əməkdaşları da iştirak etmiş və MMC-yə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qalıdlrılmasına dair xx.xx.2023-cü il tarixli, MG 2623-067 nömrəli məcburi göstəriş yazılmışdır. Nəticədə ətraf mühitə təsirin qiymətləndirilməsi məqsədilə ekoloji ekspertiza rəyinin alınması, formalaşan tullantıların müvəqqəti saxlanılması yerinin müəyyən edilməsi, formalaşan məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi ilə əlaqədar aidiyyəti müəssisə ilə müqavilənin bağlanmasının təmin olunması üçün 30 gün müddət verilmişdir. Verilmiş məcburi göstərişdə göstəriən tələblərin yerinə yetirilməməsi səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MMC-nin direktoru X25 barəsində vəzifəli şəxs qismində AR İXM-nin 541-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Adıçəkilənn qərardan vəzifəli şəxs olaraq İlqar Mürsəlov tərəfindən Sabunçu rayon Məhkəməsinə şikayət verilmiş və Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-17/2024 saylı qərarı ilə şikayət təmin edilərək 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında materila üzrə icraata xitman vermişdir. Həmin qərardan İdarə tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-594/2024 saylı nömrəli qərarına əsasən şikayət təmin edilməmiş Sabunçu rayon Məhkəməsinin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr inzibati xəta haqqında qərarı ləğv edərkən belə qənaətə gəlmişlər ki, MMC tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın “Nardaran X40 LTD” MMC-yə münasibətdə icrası məcburi olan göstərişin icra edilməməsinə dair mövqeyi də əsaslı olmamış və inzibati xəta haqqında işə baxan məhkəmələr tərəfindən bu hala lazımi hüquqi qiymət verilmişdir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, hər iki şəxsə münasibətdə qəbul edilmiş və hazırda mübahisə predmeti olan qərarlar qəbul edilərkən “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 11, 18, 19 və 21-ci maddələrinə istinad edilmişdir. Bildirilir ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Əgər yaşayış məntəqələrinin, şəhərətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə zərər vurarsa, o, qismən və ya tamamilə qadağan edilə bilər. Xüsusi mühafizə edilən ərazilərdə yerin təkindən bu ərazilərin statusuna və müvafiq qanunvericiliyə uyğun olaraq istifadə edilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən Yerin təkindən istifadə hüququ aşağıdakı hallarda dayandırılır: 1) bu Qanunun 21-ci maddəsinin tələbləri pozulduqda; 2) yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasını təqvim ili ərzində pozarsa; 3) fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa; 4) yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa; 5) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda. Yerin təkindən istifadə hüququ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ləğv edilir. Həmin Qanunun 19-cu maddəsinə əsasən Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Yerin təkindən istifadə hüququnun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı təqdirdə, bu hüquq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bərpa olunur. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Həmin Qanunun 21-ci maddəsinə əsasən Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər aşağıdakılardır: yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi; yer təkinin geoloji öyrənilməsi, səmərəli və kompleks istifadəsi və mühafizəsinin dolğunluğunun təmin edilməsi; faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yer təki sahəsinin xüsusiyyətlərini təyin edəcək qabaqlayıcı geoloji və geoekoloji işlərin aparılması; yer təkinin geoloji öyrənilməsi və ondan kompleks istifadəni təmin etmək məqsədilə hər bir faydalı qazıntı yatağı üzrə kondisiyaların müəyyən edilməsi; faydalı qazıntı ehtiyatlarının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilən yer təki sahələrinin dövlət ekspertizasının və dövlət uçotunun aparılması; faydalı qazıntıların və yanakı komponentlərin yerin təkindən daha dolğun çıxarılmasının təmin edilməsi; faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu; faydalı qazıntı yataqlarının su basmasından, şüalanmadan, yanğından və faydalı qazıntıların keyfiyyətini aşağı sala bilən, yataqların sənaye əhəmiyyətini azaldan və ya onların işlənməsini mürəkkəbləşdirən digər amillərdən mühafizə edilməsi; yerin təkindən istifadə edilərkən, habelə neft, qaz və başqa maddələr, materiallar yer altında saxlanılarkən, zərərli maddələr və istehsal tullantıları basdırılarkən, çirkli sular axıdılarkən yer təkinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda, faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmaması; faydalı qazıntılar çıxaran müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların fəaliyyətinin müvəqqəti dayandırılması və ləğv edilməsi qaydalarına riayət edilməsi; faydalı qazıntıların yerləşdiyi sahələrdə özbaşına tikinti işləri aparılmasının qarşısının alınması və bu sahələrdən başqa məqsədlər üçün istifadənin müəyyənləşdirilmiş qaydasına əməl edilməsi; çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində tullantıların yığılmasının qarşısının alınması, habelə yeraltı içməli suların minerallaşmış və ya kondisiyaya uyğun gəlməyən sularla qarışması təhlükəsi olan sahələrdə yeraltı içməli suların rejiminə nəzarət edilməsi; ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası və yaxud ləğvi qaydalarına əməl edilməsi; balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən işlərin aparılması, müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin X34sının “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq keçirilməsi. Bu maddənin tələbləri pozularsa yerin təkindən istifadə üçün verilmiş hüquq qanuna müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla, dayandırıla və ya ləğv edilə bilər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsinə əsasən Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır: 25.1.1. lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; 25.1.3. bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda. 25.2. Lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.8-1. lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə; 26.1.9. bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşin araşdırılan halları ilə yuxarıda istinad olunan normaların iddiaçılar tərəfindən pozulmasını təsdiq edən tutarlı dəlillər təqdim edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X51 X3 “Nardaran” əhəngdaşı yatağında fəaliyyət göstərən “Nardaran X40 LTD” MMC və “X56” MMC-nin yer təki sahəsindən istifadə hüquqlarının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli, 061 nömrəli və “Nardaran X40 LTD” MMC-nin yerin təkindən istifadəsinə qadağa qoyulması haqqında xx.xx.2024-cü il tarixli 19 saylı və “X56” MMC-nin yer təki sahəsindən istifadəsinə qadağa qoyulmasına dair xx.xx.2024-cü il tarixli, 20 saylı qərarları ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X51 X3 “Nardaran” əhəngdaşı yatağında fəaliyyət göstərən “Nardaran X40 LTD” MMC və “X56” MMC-nin yer təki sahəsindən istifadə hüquqlarının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli, 061 nömrəli və “Nardaran X40 LTD” MMC-nin yerin təkindən istifadəsinə qadağa qoyulması haqqında xx.xx.2024-cü il tarixli, 19 saylı və “X56” MMCnin yer təki sahəsindən istifadəsinə qadağa qoyulmasına dair xx.xx.2024-cü il tarixli, 20 saylı qərarlarıedilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov