Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5725/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs X42) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə iddiaçılar İddiaçı1. İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evinə qeydiyyatlarının bərpa edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 143/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər X29. X30 və X5 müştərək qaydada 39057.39 ABŞ Dolları kredit borcu, 7796.89 ABŞ Dolları faiz borcu və 2000 ABŞ Dolları cərimə borcu, cəmi 48854.28 ABŞ Dolları, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı, cəmi 61 manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi; tələbin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməklə açıq hərracda satılması, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 49576.93 ABŞ Dolları, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı, cəmi 61 manat ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı "xxxx" QSC-yə ödənilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) tutma yönəldildikdən və satıldıqdan İ ay sonra X29, X11, X36, X22, X15, X31, X16 və X8 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməklə fərdi yaşayış evindən çıxarılması və ev boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsi icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə 03 may 2023-cü il tarixli, xx/xx-105270-16 saylı məktub göndərilmişdir. Həmin məktubda X32, İddiaçı1, İddiaçı3, İddiaçı2, X43, X17, X18, İddiaçı4, İddiaçı5, X33, X12, X9, X37, X23, X19 və X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məqsədi ilə icrası üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərildiyi və nəticəsi barədə Binəqədi Rayon İcra Şöbəsinə məlumat verilməsi qeyd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2022 saylı, 16 fevral 2022-ci il tarixli icra vərəqəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra X29, X11, X36, X22, X15, X31, X16 və X8 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməklə fərdi yaşayış evindən çıxarılması və ev boşaldılaraq alıcıya təhvil verilməsi qeyd olunsa da, Binəqədi Rayon İcra Şöbəsinin müvafiq məktubu ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, X10 qeydiyyatdan çıxarılması həyata keçirilmişdir. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evində 1967-ci ildən bəri Nəsirovlar ailəsi ev dəftərinə «домовая книга» qeydiyyata düşməklə yaşamaqdadırlar. Müslümovlar həmin ünvanda yerləşən evlərinə rəsmi çıxarış aldıqları zaman onlara fərqli deyil, eyni yəni, Binəqədi rayonu, Biləcəri qəsəbəsı, Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evi olaraq çıxarış verilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən bu fakta diqqət yetirilməyərək, yanlışlıq edilərək məktubda iddiaçıların adları qeyd olunmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçılar yaşadıqları Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evinə istifadə hüquqlarını itirməklə qeydiyyatdan çıxarılmışdırlar. İddiaçılar məsələ ilə bağlı məlumatı Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Vidadi küçəsində yerləşən 18a saylı fərdi yaşayış evi ilə bağlı rəsmiləşdirmə işləri aparmaq istəyən zaman notariat idarəsində bu faktı öyrənmiş və bundan sonra icra sənədlərini əldə etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5725/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X42 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********28 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 201.8 kv.m yaşayış sahəsi 121.4 kv.m yardımçı sahəsi 80.4 kv.m olan fərdi yaşayış evini xüsusi mülkiyyət hüququ ilə X13 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 191371 nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 201.8 kv.m olan fərdi yaşayış evini xüsusi mülkiyyət hüququ ilə "xxxx" QSCnin xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə satıcı "xxxx" QSC ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 201.8 kv.m olan fərdi yaşayış evinin alıcı X6 mülkiyyətinə verir. -xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə satıcı X20 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 201.8 kv.m olan fərdi yaşayış evinin alıcı X24 mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 201.8 kv.m olan fərdi yaşayış evini xüsusi mülkiyyət hüququ ilə X24 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli xx/xx-105270-16 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2022-004 nömrəli, 16.02 2022-ci il tarixli icra vərəqəsinə əsasən X2, X30 və X5 müştərək qaydada cəmi 48854.28 ABŞ dolları, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 61 manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Tələb Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsı, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) yönəldilməlidir. Həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 85000 (səksən beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 49,576.93 ABŞ dolları, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 61 manat ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı "xxxx" QSC-yə ödənilsməlidir. Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra X29, X11, X36, X22, X15, X31, X21 və X25 həmin fərdi yaşayış evinə istifadə hüququları itirilməklə fərdi yaşayış evindən çıxarılmalı və ev boşaldılaraq alıcıya təhvil verilməlidir. X2, X30 və X5 müştərək qaydada 150 (yüz əlli) manat ekspertiza xərcitutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininhesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4SWİFT BİK CTREAZ 22) ödənilməldir. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pulvəsaiti X2, X30 və X5 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. X29, X30 və X5 müştərək qaydada 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az MEM VÖEN **********, X4 KOD 210005 VÕEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vesaiti X2, X30 və X5 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş qərarla birlikdə poçt vasitəsilə borclunun ünvanına göndərilmişdir. Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi haqqında tərəfimizdən xx.xx.2022ci il tarixdə sifariş verilmişdir. Əmlak Hərrac Mərkəzi MMC-nin açıq hərracın yekunları barədə 161/22 saylı, xx.xx.2022-ci il tarixli protokoluna əsasən 54.187,50 manat məbləğində tələbkar "xxxx" QSC tərəfindən əldə edilmişdir və xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin verdiyi çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evinə "xxxx" QSC mülkiyyəti hüququ əldə etmişdir. xx.xx.2023-cü il tarixdə İcra hərəkətləri dəvam etdirərək Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilmişdir. Bununla bağlı həmin tarixdə müvafiq akt tərtib olunmuşdur. Həmin icra sənədi borcluların ipoteka predmenti olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində icra olunması üçün xx.xx.2023-cü il tarixli məktubla icra olunması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Məlumat üçün bildiririk ki, fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması həm icra sənədinə uyğun, həmçinin "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 59.4-cü maddəsinin (59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.) tələblərinə uyğun olaraq əhatəli şəkildə tam icra edilmişdir. Həmçinin qeydiyyatda olan lakin icra sənədində adları keçməyən digər şəxslərin Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evi ilə heç bir bağlılığı olmamış və həmin şəxslər fərdi yaşayış evində ümumiyyətlə faktiki olaraq yaşamamışlar. Hal-hazırda icra sənədi üzrə qalıq borc 17015.16 ABŞ dolları təşkil edir. İcra sənədi nəzarətdədir və qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər davam etdirilir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-143/2022 nömrəli qətnaməsinə əsasən cavabdehler X29, X30 və X5 müştərək qaydada 39057,39 ABŞ dolları kredit borcu, 7,796.89 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə borcu, cəmi 48854.28 (qırx səkkiz min səkkiz yüz əlli dörd) ABŞ dolları doxsan üç sent) ABŞ dolları, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu ve 21 manat manat xidmət haqqı, cəmi 61 (altmış bir) manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Tələb Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) yönəldilsin. Həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 85000 (səksən beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 49,576.93 ABŞ dolları, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı, cəmi 61 manat ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı "xxxx" QSC-yə ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular birlikdə) tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra X29, X11, X36, X22, X15, X31, X21 və X25 həmin fərdi yaşayış evinə istifadə hüququları itirilməklə fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılaraq alıcıya təhvil verilsin. Cavabdehler X29, X30 və X5 müştərək qaydada 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər X29, X30 və X5 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə borclu X29, X30 və X22 10 gün müdəttində icranı könüllü olaraq təmin etməsi, icranın könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülsün, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulsun; icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023cü il tarixli xx/xx-105270-16 nömrəli icra məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X29, X11, X36, X22, X15, X31, X21 və İsmayıllı Orxan liham oğlu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023cü il tarixli xx/xx-105270-16 nömrəli icra məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X32, İddiaçı3, İddiaçı1, İddiaçı2, X43, X17, X18, İddiaçı5, X33, İddiaçı4, X12, X9, X7, X37, X23, X19 və X1 rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-3674/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cu il tarixədək, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı2 xx.xx.2007-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2021-ci il təvəllüdlü İddiaçı4 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək, xx.xx.2017-ci il təvəllüdlü İddiaçı5 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşlar və qeyd olunan ünvana qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv ediliyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, həmin ünvanda qeydiyyatda olan İddiaçı4 və İddiaçı5 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********30 nömrəli məktubunda bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1 ünvanı ünvan 4kil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-20811/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında xx.xx.2022-ci il təvəllüdlü X34, xx.xx.1977-ci il təvəllüdlü X42 və xx.xx.2000-ci il təvəllüdlü X26 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-20818/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 33 ünvanında xx.xx.1977-ci il təvəllüdlü X42 və xx.xx.2000-ci il təvəllüdlü X26 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 13-46/2-N-510xx/xx/2024 nömrəli məktubda bildirilmişdir ki, Siz və ailə üzvlərinız İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 ünvan 6 ünvanına qeydiyyata alınmanızı xahiş etmisiniz. Məlumat üçün bildiririk ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətinizdə adları qeyd olunan vətəndaşların qeydiyyata alınması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvqafiqdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyatın bərpa edilməsiqeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin sadalanan hallarından görünür ki, iddiaçılar xx.xx.2023-cü il tarixədək ünvan 1 ünvanında, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olmuşlar. Eyni zamanda müəyyən olunur ki, iddiaçıların qeydiyyatda olduqları ünvan başqa bir daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmış fərdi yaşayış evinin ünvanıdır. Belə ki, sözügedən ünvan üzrə daşınmaz əmlak X13 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, daha sonra həmin əmlaka Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmeti olaraq tutma yönəldilmiş, əmlakın açıq hərracdan satılmaqla hərracın satışından əldə olunan vəsait hesabına borcun "xxxx" QSC-yə ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evinə (həyətyanı tıkili və qurğular birlikdə) tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra X29, X11, X36, X22, X15, X31, X21 və X25 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə fərdi yaşayış evindən çıxarılmalı və ev boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə xx.xx.2022-ci il tarixdə Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evinə "xxxx" QSC mülkiyyəti hüququ qeydiyyata alınmışdır. Eyni zamanda icra sənədi borcluların ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində icra olunması üçün xx.xx.2023-cü il tarixli məktubla icra olunması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilmiş, bu zaman eyni ünvan göstəricisində olan özbaşına tikildə yaşayan hazırkı iddiaçılar da həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. Hazırkı halda iddiaçılar qeydiyyatdan çıxarıldıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsində yerləşən 18 a ünvanına qeydiyyata alınmalarını mübahisələndirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 5-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə iddiaçılar yaşayış yeri üzrə qeydiyyat üçün istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişlər. İddiaçıların qeydiyyata alınmasını istədiyi özlərinin yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququn mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Hazırkı iş üzrə iddiaçı tərəf isə qeydiyyata alınmaq istədiyi fərdi yaşayış evi ilə bağlı hüquqlarını təsdiq edən sənədi (order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi) təqdim etməmişlər. Eyni zamanda iddiaçıların qeydiyyatda olduqları ünvan hazırkı halda X24 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış daşınmaz əmlakın ünvanıdır. X42 və onun ailə üzvləri hazırda həmin ünvanda qeydiyyatdadırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir -2.1-ci bəndinə əsasən ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1-3.7.6-cı bəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, onun mülkiyyətçisi (sahibi) haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. -2.2-ci bəndinə əsasən ünvan reyestrində saxlanılan məlumatlar, növündən asılı olaraq, reyestrin dəqiq aparılması, digər məlumat bazaları ilə inteqrasiyanın təmin edilməsi, axtarış sisteminin sadələşdirilməsi məqsədləri üçün müvafiq hissələrə (fəsillərə, bölmələrə) bölünür, nömrələnir və ya digər işarələr vasitəsilə sistemləşdirilir. -3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -4.1-ci bəndinə əasənn ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatların müvafiq internet saytında yerləşdirilməsi Dövlət Xidməti tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Sadalanan normalara istinadən məhkəmə qeyd edir ki, daşınmaz əmlak obyektlərinin yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvanlar mərkəzləşdirilmiş qaydada ünvan reyestrində qeydiyyata alınır. Qanunvericilik dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslərin rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməli olmalarına dair imperativ tələb müəyyən etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Qeyd edilməlidir ki, vətəndaşın şəxsiyyətini müəyyən edən şəxsiyyət vəsiqəsi rəsmi sənəddir və rəsmi sənəddə də məhz ünvan reyestrində qeydiyyatdan keçmiş ünvan göstərilməlidir. Başqa sözlə, şəxsin qeydiyyatı daşınmaz əmlaka görə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvanı üzrə aparılır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçıların qeydiyyata alınmaq istədikləri ünvan ünvan 9n üçüncü şəxsin adına qeydiyyata alınmışdır və üçüncü şəxsin isə iddiaçıların onun mülkiyyətində olan daşınmaz əmlaka məxsus olan ünvana qeydiyyata alınmaqlarına razılıq ərizəsi təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıların müraciətini təmin etməməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5725/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5725/2024
18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver