Məhkəmə qərarları › İş №2-1(112)-5729/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5729/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5729/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti maraqlı şəxs qismində göstərilməklə pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması və “X1 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ona əmək haqqının və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin azaldılması) barədə ərizə təqdim edərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1997-ci il tarixdə Daxili İşlər Nazirliyinin Bakı Yanğın Texniki məktəbinə daxil olmuş və 1999-cu ildə oranı bitirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin müvafiq əmri ilə İsmayıllı peşəkar yanğın hissəsinin inspektor vəzifəsinə təyin olunmuşdur. 1999-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə orqanlarında xidmətə qəbul olunmuşdur. 2019-cu ilin aprel ayının 26-dək Fövqələdə Hallar Nazirliyində xidmətdə olmuşdur. 2019-cu ilin aprel ayının 26-da xəstəliyinə görə hərbi xidmətdən təxris olunaraq, təqaüdə çıxmışdır. Hərbi hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla hər ili iş stajı aylarının sayına mütanasib olaraq xidmətdən güzəştli sayılaraq pensiya təyin olunmuş və təminat xərcliyinin 3 % miqdarında müəyyən olunmalı halda ona təminat xərcim 2 % hesablanaraq müvafiq qaydada ödənilmişdir. Hesab edir ki, “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikasının Qanunun 23.13-cü maddəsinə əsasən pensiyaya çıxmış, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, fövqələdə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə xidmət üçün müəyyən olunmuş təminat xərclərinin, eləcə də təyin olunmuş əmək pensiyanın yenidən hesablanması xahişi ilə müraciət etmişdir. Etdiyi müraciətinə cavab verilərək göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinin tələblərinə əsasən hərbi qulluqçu kimi əmək pensiyası hüququnu müəyyən edən 20 təqvim ili xidmət müddəti 01 iyul 2017-ci il tarixədək mövcud olmadığından həmin Qanunun 20.14.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş müddəalarina uyğun olaraq 20 ildən artıq hər xidmət ili üçün təminat xərcliyinin 3 % miqdarında əmək pensiyasının hesablanması üçün tətbiqi mümkün hesab etməmişdir. Beləliklə, cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti X1 xidmətkeçmə haqqında“Azərbaycan Respublikas Qanununun 23.13-cü maddəsinin tələblərinə uyğun olaraq rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsindən imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 21.05.2021-ci il tarixli **********2 №li iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Həmçinin həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən “hərbi qulluqçu kimi yaşa görə əmək pensiya hüququ, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara şamil edilir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4 maddəsinə əsasən “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən “məlumat vərəqi”nə əsasən müvafiq təminat xərcliyinin 53,33 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 21.05.2021-ci il tarixli **********2 №li iddiaya dair yazılı münasibətə əlavədə (etiraza əlavə) göstərilmişdir ki, İddiaçı 29 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən daxil olmuş “məlumat vərəqi”nə əsasən müvafiq təminat xərcliyinin 53,33 faizi məbləğində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. İddiaçının təminat xərcliyi aşağıdakı kimidir: Vəzifə maaşı - 454,00 manat; Rütbə maaşı - 146,00 manat; Xidməti illərə görə 30% - 180,00 manat; ərzaq pulu - 64,00 manat; məharət dərəcəsi 35% - 158,90 manat. İddiaçının cəmi iş stajı 21 il 08 ay 26 gün olduğundan, bu da təminat xərcliyinin 53,33 faizini təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya 01.07.2017-ci il tarixdə Qanunun 20.14-cü maddəsinə edilmiş dəyişiklik nəzərə alınaraq, iddiaçının həmin tarixə stajının 20 təqvim ilindən az olduğundan 20 ilə 50 faiz, 01 il 08 ay müddət isə 2 faizlə hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək və yazılı etiraza və etiraza əlavəyə uyğun izahat verərək, məhkəmədən iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1980-ci il təvəllüdlü Xələfov X2 şəhəri, İ.Həsənov küçəsi, ev 25 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 20.08.2019-cu il tarixli 27/x-00452 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kaninetinin 67 saylı 04.05.2011-ci qərarının 1.4 maddəsinə və “X1 xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.13 əsasən X1 pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, səhhəti və ya əlil olması ilə bağlı xidmətinə xitam verilmiş əməkdaşlara rütbə və vəzifə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinət verilir. “X1 xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 23.12 bəndinə əsasən yaş həddinə çatanadək X1 xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xanişiəri iiə xitam verilə bilər. Onun xidmətdən xaric olunduğu 26.04.2019-cu il tarixdə xidməti stajının 35 ili tamam olmadığından və xidmətdən xaric olunma üçün yazdığı 19.03.2019-cu il tarixli təqrirində sağlam olduğu və hərbi həkim komissiyasından keçməyinə ehtiyac olmadığını qeyd etdiyindən, sözügüdən rütbə və vəzifə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 18.09.2019-cu il tarixli 37/x-00533 saylı məktubunda qeyd olunmuşdur ki, X6 Xidmətinin əməkdaşı olduğu dövrdə xəstəliyə görə müavinətin ödənilməsi üçün Maliyyə şöbəsinə müraciəti olmadığından, müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 25 mart 2020-ci il tarixli **********8 №li cavab məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında müəyyən edilməklə hesablanır. Ərizədə qeyd etdiyi məsələ ilə bağlı bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinin tələblərinə əsasən hərbi qulluqçu kimi əmək pensiyası hüququnu müəyyən edən 20 təqvim ili xidmət müddəti 1 iyul 2017-ci il tarixinədək mövcud olmadığından həmin Qanunun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş müddəalarına uyğun olaraq 20 ildən artıq hər xidmət ili üçün təminat xərcliyinin 3 faizinin onun əmək pensiyanızın hesablanması üçün tətbiqi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ona İdarə tərəfindən müvafiq əmək pensiyası təyinatı 26 aprel 2019-cu il tarixində 21 il 8 ay 26 gün xidmət müddətinə görə qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmışdır. Göründüyü kimi onun 1 iyul 2017-ci il tarixinədək 20 təqvim ili xidmət müddəti olmadığından pensiyasının hesablanması zamanı 20 ildən artıq xidmətin hər ili üçün təminat xərcliyinizin 3 faizi miqdarında hesablanması mümkün deyildir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 06.05.2021-ci il tarixli 37/34-02768 saylı məktubuna əlavə olunmuş xidməti vərəqənin surətindən müəyyən olunur ki, İddiaçı 26.04.2019-cu il tarixdə öz arzusu ilə X1 xidmət keçməsinə xitam verilib. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş pensiya işində olan aşağıdakı sənədlərdən müəyyən olunur ki; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən daxili xidmət kapitanı İddiaçı barəsində təqdim olunmuş məlumat vərəqində sonuncunun təqvim ili üzrə xidmət illəri 21 il 08 ay 26 gün, cəmi iş stajı və xidmət illəri 21 il 08 ay 24 gün qeyd olunmuşdur. Pul təminatı, vəziffə maaşı 300.00 manat, rütbə maaşı 127.00 manat, xidmət illərinə görə əlavə 30 faiz 128,10 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, məharət dərəcəsinə görə əlavə 35 faiz, 105,00 manat, cəmi 724,10 manat hesablanmışdır. Əmək pensiyasının təyi olunması haqqında **********1 saylı 01.08.2019-cu il tarixli Qərarın surətindən müəyyən olunur ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqəsinə əsasən İddiaçı 27.04.2019-cu il taridən yaşa görə 386,16 manat pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11 -ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 2017-ci il iyulun 1-dək qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın: -1.1-ci bəndinə əsasən, bu qayda "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun oiaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2-cı bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin quliucı staiına görə əmək pensiyasına əiavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olar qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1 -ci və 20.14.4cü maddələrinə əsəsən hesablanmış (1 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək, hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 26.04.2019-cu ildə xidmətdən tərxis olunmuş və ona yaşa görə əmək pensiyası təyin edilmiş, sonuncu vəzifəsinə uyğun olaraq təminat xərcliyi 21 il 08 ay 26 gün xidmət müddətinə görə 53,33 faiz miqdarında pensiya hesablanaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” Qaydasının 2.5-ci bəndinə əsasən iddiaçının əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla 20 il hərbi xidmət üçün müvafiq təminatı xərcliyinin 50 faizi və 20 ildən artıq hərbi xidmət müddətinin (19 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (19 x 2) təminat xərcliyinin 38 faizi, natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1,0 faizi hesablanır. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 89 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericilyin tələblərinə uyğun olaraq, iddiaçıya 01.07.2017-ci il tarixdə Qanunun 20.14-cü maddəsinə edilmiş dəyişiklik nəzərə alınaraq, iddiaçının həmin tarixə stajının 20 təqvim ilindən az olduğundan 20 ilə 50 faiz, 01 il 08 ay müddət isə 2 faizlə hesablanmışdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, habelə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, iddiaçıya təyin edilmiş pensiya məbləğinin azaldılması, onun xidmət stajının və ya ilinin azaldılması, xidmət illərinə görə hesablanmış pensiya məbləğinin azaldılması halları mövcud deyildir. Təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi isə qeyd olunan qanunvericilik aktlarının tələblərinə uyğun müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia rədd edilməlidir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 68, 69 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar