Məhkəmə qərarları › İş №2-1(112)-5729/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5729/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5729/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “vurulmuş ziyanın ödənilməsi və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunması” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “xidmətdə yol verdikləri ciddi qanun pozuntularına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə rəisi, polis mayoru Asim barədə və 5-ci polis bölməsinin təhqiqatçısı polis mayoru O.Təhməzli barədə hüquqlarının və qanuni mənafelərinin pozulmasının qarşısının alınmasına laqeyd yanaşmalarına görə bu şəxslər barədə ciddi tədbirlər görülməsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılması; ünvan 1 ünvanında yaşayan şübhəli şəxslər Dilbər, Dilbərin gəlini Türkanə və Türkanənin oğlu Eldar barədə müvafiq araşdırmaların aparılması, minik avtomobilimə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi, onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi barədə inzibati aktın qəbul olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki cənab İ.Məmmədova həvalə olunması və inzibati aktın qəbul edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə məlumat verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birgə yaşadığı ünvan 1 ünvanında qonşular arasında - vətəndaş X3 ilə Balaxan, Balaxanın həyat yoldaşı Südabə, oğlu Orxan və Dilbər arasında gedən dava zamanı Dilbər, Dilbərin gəlini Türkanə və oğlu Eldar adlı şəxslər onlara bildirdiyi irada görə (ictimai yerdə tərbiyəsiz söyüşlər etməyin sözünə görə) insan ləyaqətini alçaldan söyüşlərlə təhqir etdilər, şərəf və ləyaqətini alçaltdılar. Bu barədə 6-cı Polis Bölməsinə şikayət etdi, bildirildiyinə görə şikayət ərizələri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən 6-cı BP-nə ezam olunmuş, 5-ci PB-nin təhqiqatçısı, polis mayoru Orxan Təhməzliyə həvalə olunmuşdur. Şikayəti barədə heç bir tədbir görörülmədiyi üçün xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-ci il tarixlərdə təkrarən Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nə müraciət etməli oldu, müraciətlərinə məhəl qoyulmadı və şübhəli şəxslər və ailə üzvlərini ölüm ilə hədələdilər, yenidən təhqir olundu. xx.xx.2023-cü il tarixdə həmin şəxslər tərəfindən hücum edilərkən, idarə etdiyi minik avtomaşınının şüşələrini bağladı, hərəkətə imkan vermədilər. Maşınını bir neçə yerdən təpiklə, yumruqla əzdilər. Bu haqda 4-cü dəfə 6-cı PB-nə müraciət etdi, müraciətə əhəmiyyət verən olmadı, sahə rəisi polis mayoruna etdiyi şifahi müraciətə sahə rəisi tərəfindən pul vəsaitinin tələb olunması nəzərə çarpdı və aydın oldu ki, pulun yoxdursa, şikayətə də baxan olmayacaq. Bu işlərin hamısının başında sahə rəisi, polis mayoru durur. O.Təhməzliyə həmin vaxtlardan etdiyi telefon zəngləri cavabsız qalmışdır, sonradan əlacsız qalıb hüquqlarını müdafiə etmək üçün vəkilə müraciət etdi. Vəkillə təhqiqatçı O.Təhməzli arasında gedən telefon danışıqlarına görə O.Təhməzli Türkiyə Respublikasından istirahətdən qayıtdıqdan sonra qeyd edilən işlə əlaqədar çıxardığı Qərarı ilə onları tanış etməli idi. Qərarın surəti ilə tanış olanda gördü ki, həmin əsassız və ədalətsiz Qərarda onun haqda heç bir məlumat yazılmayıb. Səbəbini soruşduqda bildirdilər ki, hadisənin əsas iştirakçıları barədə materiallar araşdırıldı və vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edildi. 28 iyul 2023-cü il tarixdə yaşadığım evə gedərkən həmin şəxslər tərəfindən idarə etdiyi “Nissan Sanni” markalı, **-BK-*** dövlət nömrə nişanlı minik abtomobilini idarə edərkən Dilbər, Dilbərin gəlini Türkanə və oğlu Eldar idarə etdiyi maşının qabağına çıxaraq onu və ailə üzvlərini insan ləyaqətini alçaldan söyüşlərlə təhqir etdilər, şərəf və ləyaqətini alçaltdılar. “Nissan Sanni” markalı, **-BK-*** dövlət nömrə nişanlı minik abtomobilinin dam hissəsini, qabaq kopotunu, qabaq qapısını əzdilər və onu, ailə üzvlərini ölümlə hədələdilər, 28 iyul 2023-cü il tarixdə verdiyi şikayətə Bakı şəhəri, Binəqədi RPİ, 6-cı Polis Bölməsi tərəfindən əhəmiyyət verilmədi. Müdafiəçi tərəfindən verilən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il ərizələrə ümumiyyətlə fikir verilmədi. 102 xidmətinə etdiyi şikayətə görə bölməyə çağırdılar və bunun da heç bir əhəmiyyəti olmadı. Hətta, ərizələri vəkil təqdim edərkən özü qeydiyyatdan keçitdirdi və surətini götürərək ona təqdim etdi. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə təqdim etdiyi ərizənin bir surətini Binəqədi RPİ-nin rəisi, bir surəti isə Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə göndərdi. Bu şikayətdən də heç bir cavab gəlmədi. Əfsuslar olsun ki, 7 dəfə tərəfindən edilən müraciətlər əhəmiyyət verilməmiş saxlanıldı, müraciətlərinə baxılmadı. Hazırda cinayət əməlini törətmiş şəxslər onun arxasınca gülürlər. Ona aydın deyil ki, 6-cı Polis Bölməsinin əməkdaşları bu hadisələrə nə məqsədlə ötəri baxırlar? Onun polisi onu və ailə üzvlərini bu cür qoruyurlar mı? Artıq 7 aydır ki, onun müraciətlərinə əhəmiyyət verilmir, o və uşaqları öz evinə getməyə, həyətə çıxmağa qorxurlar. Həyətdə uşaqlarının oynamasına, uşaqların həyətə çıxmasına şərait yoxdu. Hazırda, o və ailə üzvləri qorxu içərisində yaşayır, həmin şəxslər həqiqətən də qorxulu insanlardır, eşitdiyinə görə, Dilbər öz həyat yoldaşını həyətdə tavanı başına vurmaqla həyatdan məhrum etmişdir, hətta görünür polis işçiləri cürət edərək onlardan hadisə barədə sorğu edə bilmirlər. Övladlarını məktəbə yola salmağa çətinlik çəkir. Yaşayışı təhlükə altındadır, təhlükəsizliyinə zəmanət verə biləcək orqan 6-cı Polis Bölməsi müraciətinə cavab verəcəyi ya verməyəcəyi sual altındadır. İnzibati orqan Bakı şəhəri Binəqədi RPİ hərəkətsizdir. Verilən şikayət ərizələri inzibati orqan tərəfindən vaxtında qəbul edilsə də, hərəkətsizlik edərək 7 (yeddi) dəfə tərəfindən verilən yazılı müraciətlərə və iki dəfə 102 xidmətinə şifahi müraciətlərə dair heç bir tədbir görülməyib və bu barədə şikayət edən şəxsə də heç bir məlumat verilməyib. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı və iddaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iddiaçıya və onun vəkilinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək iddiaçının tələbinin cinayət təqibini həyata keçirən orqanın cinayət prosessual fəaliyyəti ilə əlaqədar olması, müvafiq şikayətlərlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti funksiyalarını həyata keçirən səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... ... 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... ... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər...

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 saylı qərarının 7.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi cinayət təqibini həyata keçirən orqanın cinayət prosessual fəaliyyəti ilə əlaqədardır. Odur ki, iddiaçıya müvafiq şikayətlərlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti funksiyalarını həyata keçirən səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. İddiaçıya qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar