Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5730/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Mərkəzi Bankına 3-cü şəxs - “X1” ASC qarşı “kompensasiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər “X1” ASC və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı (münasibəti) xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə “X1” ASC cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “X1” ASC-nin Gəncə/Kəpəz filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6170tkpz/15 saylı kredit müqaviləsi üzrə kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə iddia ərizəsinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ilə “X1” ASC-nin Gəncə/Kəpəz filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6170tkpz/15 saylı kredit müqaviləsinə əsasən (hərbi qulluqçudur, şəxsi vəsiqə nömrəsi MN0033496-ilə) həmin bankdan 500 ABŞ dolları məbləğində (ALBALİ plastik kartı vasitəsilə) kredit götürmüşdür. Banka vaxtlı vaxtlında aylıq ödənişlər etmişdir. Ödənişlər etməkdə davam etsə də, devalivasiyası nəticəsində, məcburiyyətdən kreditin yerdə qalan hissəsini (320.57 ABŞ dolları) xx.xx.2018-ci ildə 1212nkBRD/18 saylı müqaviləyə əsasən milli manata çevirərək müaqviləni yeniləmişdir. Ödənişlərini 14 aprel 2019-cu il tarixində bitirmişdir. Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanından sonra kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən (fımsa.az saytı) istifadə etsə də (aprel ayında), axtarış zamanı ona aid məlumatlar çıxmamışdır. Bundan sonra təxminən sentyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatasını Apellyasiya komissiyasına kompensasiyanın verilməsi ilə bağlı şifahi şəkildə müraciətlər etmişdir. Həmin komissiyadan ona müraciətlərin araşdırılması ilə bağlı əlavə vaxta ehiyac olduğunu bildirmişdir. Daha 3 ay sonra yenidən Maliyyə Bazarlarına Nəzarət Palatasını Apellyasiya komissiyasına şifahi müraciət etsə də yenə eyni şablon cavabı verməklə kifayətlənmişlər. “Azərbaycan Respublikasının fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanın icrası bu günkü günədək baxılmadan nəticəsiz qalmaqda davam edir. Ona ödənilməli olan kompensasiyanı kompensasiyanın verilməsinin nəticəsini öyrənmək üçün hətda dəfələrlə “X1” ASC-nin fıliallarına və “X1” ASC-nin baş ofisinə müraciət etsə də onlar tərəfindən ona eyni şablon cavablar verilir. Halbuki, sözügedən Fərman 2015-ci il 25 fevral və 21 dekabr tarixlərinə fiziki şəxlərin kredit təşkilatlarına 10 000(on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarına şamil olunur. Həmin tarixlərdə kredit müqaviləsi üzrə borcun məbləği xarici valyutada qeyd edilmişdirsə bu zaman Fərman həmin şəxslərə şamil olunur. Fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan istər istehlak, istər biznes, istər təminatlı, istərsədə təminatsız olan bütün növ kreditlərinə şamil edilir. Bu fərman həmçinin 1-ci və / və ya 2-ci devalvasiyaların tarixinə əsasən kredit borclarının qalıq məbləqlərinin cəmi 10 000 (on min) ABŞ dollarınadək olan fiziki şəsxlərə şamil edilir. Ən əsası isə fərmana əsasən həm kredit borcunun 1 yanvar 2012-ci il tarixində 1-ci devalvasiyaların tarixinədək olan dövrdə götürüb həmin devalivasiyadan və ya 2-ci devalvasiyadan sonra kreditini bağlayanlara, həmdə 2-ci devalvasiyadan əvvəl kretini götürüb həmin devalivasiyadan sonra kreditini bağlayan şəxslərə devalivasiya tarixlərində əsas borcun qalığ məbləğinə uyğun kompensasiya ödənilməlidir. Cavabdeh orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə 500 ABŞ dolları dəyərində kredit xətti müqaviləsinin bağlanılmasına dair qeydlər üzrə kreditin eyniləşdirmə kombinasiyası bazaya düzgün ötürülmədiyindən vətəndaşın adı Fərmanın təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Bununla belə, sözügedən kredit müqaviləsinin həqiqətən də İddiaçı ilə "xxxx" ASC arasında bağlanılması məhkəmə tərəfindən təkzibedilməz şəkildə təsdiq olunarsa, o zaman İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 253,48 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına etiraz edilmir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli 16-05391-2021 nömrəli məktubla bildirmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış sözügedən müqavilə üzrə iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona 253,48 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. İş materiallarından görünür ki, “X1” ASC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təsdiq olunmuş surətini və digər sənədləri məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə “X1” ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən “X1” ASC İddiaçı adına 84 ay müddətinə kart hesabı üzrə 500 (beş yüz) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Beləliklə, İddiaçı ilə “X1” ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “X1” ASC İddiaçı adına 84 ay müddətinə 500 (beş yüz) ABŞ dolları məbləğində kredit xəttinin açması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının götürdüyü kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia tələbi iddiaçıya 253,48 manat məbləğində kompensasiynın hesablanması hissəsində əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və İddiaçı ilə “X1” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 253,48 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və İddiaçı ilə “X1” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 253,48 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5730/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5730/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver