Məhkəmə qərarları › İş №2-1(112)-5730/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5730/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5730/2024 22.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Bakı şəhəri Reklam İdarəsinə qarşı “cavabdehin 16 noyabr 2023-cü il tarixli, 11-3-1/3-3-492/2023 nömrəli qərarının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Təsviri hissə

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Bakı şəhəri Reklam İdarəsinə qarşı “cavabdehin 16 noyabr 2023-cü il tarixli, 11-3-1/3-3-492/2023 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə avtomobil ehtiyyat hissələrinin satışının həyata keçirilməsi məqsədilə istifadə etdiyi obyektin çölündə firmanın loqosunun və müxtəlif ehtiyat hissələrinin şəklinin olduğu biri kiçik, digəri isə böyük ölçülü 2 reklam yerləşdirmək məqsədi ilə, "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 №-li Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi" Qaydasının tələblərinə uyğun olaraq icazənin verilməsi üçün Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam idarəsinə onların qaynar xətti ilə əlaqə saxlamaqla müraciət etmişdir. Qeyd olunan İdarə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli "Açıq məkanda reklam yerləşdirilməsinə dair" icazələr verildi. Daha sonra, Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən məlumat verildi ki, istifadəsində olan obyektin çölündə reklamı yerləşdirməli və həmin reklam yerləşdirdikdən sonra müvafiq qurumun əməkdaşları tərəfindən yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün açıq məkanda reklam yayımına görə haqq müəyyən ediləcəkdir. İdarə tərəfindən iddiaçıya verilmiş göstərişə əməl edərək firmanın loqosunun və müxtəlif ehtiyat hissələrinin şəklinin olduğu biri kiçik, digəri isə böyük ölçülü 2 reklamı istifadəsində olan obyektin çölündə yerləşdirmiş, bundan sonra qurumun əməkdaşları qeyd edilən reklamların yayımına görə haqqın hesablanması üçün obyektin yerləşdiyi əraziyə gəldilər. Onlar tərəfindən müxtəlif hesablama işləri aparıldıqdan sonra kiçik ölçüdə olan reklama görə ƏDV də daxil 191,20 manat, böyük ölçüdə olan reklama görə isə ƏDV də daxil 573,62 manat olmaqla, reklamların yayımı üçün ümumilikdə 764,82 manat ödəməli olduğunu göstərən 03 dekabr 2020-ci il tarixli, M**********0001 №-li Hesab-faktura kəsildi. İddiaçı böyük ölçüdə olan reklamın yayımına görə ödənilməli olan haqqın məbləğinin çox olmasını bildirərək ona ehtiyac olmadığını və yalnızca kiçik ölçüdə olan reklamı yayımlamaq istədiyini qeyd etdi. Buna görə də, yalnız kiçik ölçüdə olan reklama görə yayım haqqının ödənilməsi üçün elektron qaimə tərtib edilməsini və böyük reklamın çıxarılaraq bundan sonra yayımlanmayacağını bildirdi. Qurumun əməkdaşları hər hansı bir problemin olmadığını deyərək yalnızca kiçik reklamın yayımına görə haqqın ödənilməsi üçün EBAR seriyalı 380377 №-li xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura tərtib etmişdirlər. Həmin elektron qaimə-fakturaya əsasən iddiaçı obyektinin çölündə yayımladığı kiçik reklama görə Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsinin "xxxx" ASC-nin Bakı şəhər filialında yerləşən hesabına həmin reklam üçün hesablanmış 191,20 manat yayım haqqını ödədi. Daha sonra elə həmin ildə də sözügedən obyekt işləmədiyi üçün bağlamışdır. Belə ki, bu məsələ barədə 2023-cü ilin aprel ayınadək hər hansı bir problem yaranmamış və Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən iddiaçıya heç bir xəbərdarlıq edilməmişdir. Yalnız 28 aprel 2023-cü il tarixdə ona Açıq məkanda reklam yayımına görə yaranmış müvafiq borcun ödənilməsi barədə məktub göndərilmişdir. Məktubda qeyd olunmuş borc məbləği tam olaraq əsassız və qanunsuz olduğuna görə iddiaçı tərəfindən ödəniş edilməmişdir. Bundan sonra İdarə tərəfindən tələbin icraya yönəldilməsi barədə Qərar qəbul edilmişdir. Həmin Qərarı aldıqdan sonra Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsi ilə əlaqə saxlamağa çalışsa da, onlar cavab verməkdən yayınaraq hər hansısa bir dəqiq məlumat verməmişdirlər. Bundan sonra Azərbaycan Respublikası X3 elektron poçt ünvanı vasitəsilə də öz şikayətini bildirsə də, bu elektron məktubuna da agentlik tərəfindən cavab verilməmişdir. İddiaçı uzun müddətdən sonra İdarə ilə əlaqə saxlaya bildikdə onlar özləri də böyük reklam üçün yox, yalnız kiçik reklamın yayımlanmasına görə haqqın ödənilməsi üçün elektron qaimə tərtib etdiklərini etiraf etmişdirlər. Sonradan göstərilən qərar icra olunmaq üçün Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. 2020-ci ildə istifadəsində olmuş obyektin çölündə yalnız kiçik reklamı yerləşdirmiş olduğu, böyük reklamı yayımlamaqdan imtina etdiyi, Bakı Şəhəri Reklam İdarəsi tərəfindən yalnız məhz həmin reklama görə elektron qaimə-faktura tərtib edilmiş olması, elektron qaimə-fakturada göstərilmiş yayım haqqının tərəfindən İdarənin bankdakı hesabına ödənilməsi və 2020-ci ildən 2023-cü ilin aprel ayınadək bu məsələ barədə hər hansısa bir problemin yaranmaması hallarını nəzərə aldıqda Azərbaycan Respublikası X3 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən qəbul edilmiş tələbin icraya yönəldilməsi barədə Qərar tam olaraq qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh göstərmişdir ki, iddiaçı ünvan 1 ünvanında fəaliyyət göstərən ona məxsus “Mitasu Oil” adlı obyektin üzərində xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək dövr üzrə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Reklamların sahəsi ölçülmüş və 2 ədəd reklamın sahəsinin ayrı-ayrılıqda 1.62 və 5.83 kv.m olmaqla ümumilikdə 7.45 kv.m. ölçüdə olduğu müəyyən edilmişdir. Müraciətin reklam haqqında qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmış və ona açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli M**********0001 nömrəli bildiriş təqdim edilmişdir. Qeyd edilən reklamların açıq məkanda yerləşdirilməsinə icazələrin verilməsi üçün 74,50 manat məbləğində dövlət rüsumu xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumu ödənildiyi üçün ona xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə”lər verilmişdir. İcazələr üzrə ödənilməli yayım haqqının məbləği ƏDV ilə birlikdə 764,82 manat olmuşdur. Lakin reklam yayıcısı tərəfindən icazələr üzrə yayım haqqı (ƏDV ilə birlikdə) qismən (191,20 manat məbləğində) ödənilmiş, 573,62 manat məbləğində yayım haqqı (ƏDV ilə birlikdə) isə ödənilməmişdir. Həmin icazələr üzrə ödənilməmiş 573,62 manat borcun 5 gün ərzində tam həcmdə ödənilməsi məqsədi ilə İddiaçı xx.xx.2023-cü il tarixli 11-3-1/2- 1790/2023 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, borclu İddiaçı tərəfindən yayım haqqı (ƏDV ilə birlikdə) üzrə borc ödənilmədiyindən onun barəsində “Tələbin icraya yönəldilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli 11-3-1/3-3-492/2023 nömrəli qərar qəbul edilərək icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən “Mitasu Oil” adlı obyektin üzərində yerləşdirilmiş reklam daşıyıcılarının hər hansı birinin demontaj olunaraq yayımının dayandırılması barədə İdarəyə müraciət daxil olmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, İdarə əməkdaşları tərəfindən yalnız kiçik reklamın yayımına görə haqqın ödənilməsi üçün EBAR seriyalı 380377 №-li xx.xx.2020-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura tərtib etmişdirlər və həmin 1 ədəd reklam üçün hesablanmış 191.20 manat yayım haqqını ödəmişdir. İddiaçının ödəmiş olduğu 191.20 manat yayım haqqı İdarə tərəfindən 2 ədəd reklama görə 3 aylıq müddət üçün hesablanmışdır. Yalnız 1.62 kv.m ölçüdə olan reklama görə ödənilən yayım haqqının məbləğini 1 illik dövr ərzində aylar üzrə hesabladıqda heç bir halda yayım haqqının məbləği (ƏDV ilə birlikdə) 191.20 manat məbləğ ilə eynilik təşkil etmir. Çünki, 1.62 kv.m ölçüdə olan reklama görə 1 illik dövr üzrə ödənilməli yayım haqqının məbləği ƏDV ilə birlikdə 166.30 manat təşkil edir. Bu da onu deməyə əsas verir ki, İddiaçı tərəfindən 191.20 manat yayım haqqı 2 ədəd reklama görə 3 aylıq dövr üzrə ödənilmiş (764.82/12*3=191.20 manat), lakin 9 aylıq dövr üzrə 573.62 manat yayım haqqı ödənilməmişdir. Həmçinin bildirilir ki, icazələrin verilməsi üçün 74,50 manat məbləğində dövlət rüsumu da 2 ədəd reklama görə hesablanmış və İddiaçı tərəfindən ödənilmişdir. Elektron qaimə-fakturanın 3 aylıq yayım haqqına münasibətdə verilməsi ilə bağlı bildirilir ki, yayım haqqı İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə ödənilmiş və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1.5-ci maddəsinə əsasən həmin ödəniş məbləğinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə elektron qaimə-faktura verilmişdir. Həmçinin iddiaçı ərizəsində qeyd etmişdir ki, 191.20 manat məbləğində yayım haqqını (ƏDV ilə birlikdə) ödədikdən sonra elə həmin ildə sözügedən obyekt işləmədiyi üçün bağlamışdır. Qeyd edilən xüsusatla bağlı bildiririk ki, sözügedən icazələrin ləğv olunması barədə İddiaçı tərəfindən İdarəyə hər hansı müraciət daxil olmamışdır. Reklam yayımının dayandırılması və icazənin ləğv edilməsi barədə müraciət edilənədək reklam yayımlanmış hesab edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. Əsaslandırma hissə

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə etirazı, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

İİİ. Faktiki hallar və sübutlar AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1989-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. X4 Bakı şəhər Reklam İdarəsinin iddiaçıya ünvanladığı 28 aprel 2024-cü il tarixli, 4-3-1/2- 1790/23 nömrəli “Açıq məkanda reklam yayımına görə yaranmış müvafiq borcun ödənilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazələr” üzrə 486,12 manat yayım haqqı və 87,50 manat ƏDV, cəmi 573,62 manat borc bugünədək ödənilməmiş, həmin icazələr üzrə ödənilməmiş 573,62 manat borc 5 gün ərzində ödənilməlidir. M**********0001 nömrəli, xx.xx.2020-ci il tarixli “Yayım haqqının ödənişi üçün hesabfaktura”dan görünür ki, ödəyici İddiaçı xx.xx.2020- xx.xx.2021 tarixədək olan dövr üçün İ**********0002 və İ**********0001 nömrəli icazə sənədləri olmaqla, cəmi 764,82 manat (648.15 manat faktura; 116.67 manat ƏDV: İ**********0002 – 1.62 kv.m x12 ay üçün, kv.m aylıq yayım haqqı 2.50 manat olmaqla, cəmi 140.94 manat, İ**********0001- 5.83 kv.m x12 ay üçün 1 kv.m aylıq yayım haqqı 2.50 manat olmaqla 507.21 manat) ödəyici tərəfindən ödənilməlidir. “Açıq məkanda reklam yerləşdirilməsinə” dair xx.xx.2020-ci il tarixli, İ**********0001 nömrəli icazəyə əsasən, X3 Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 3 ünvanında İddiaçı tərəfindən ölçüsü 5.30 x 1.10 m. reklam sahəsi 5.83 kv.m olan reklamın xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yerləşdirilməsinə icazə verilmiş, ödəniləcək yayım haqqının ümumi 507.24 manat,aylıq 42.27 manat olması müəyyən edilmişdir. “Açıq məkanda reklam yerləşdirilməsinə” dair xx.xx.2020-ci il tarixli, İ**********0002 nömrəli icazəyə əsasən, X3 Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 3 ünvanında İddiaçı tərəfindən ölçüsü 0.90 x 1.80 m. reklam sahəsi 1.62 kv.m olan reklamın xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yerləşdirilməsinə icazə verilmiş, ödəniləcək yayım haqqının ümumi 141.00 manat,aylıq 11.75 manat olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli “Malların, işlərin, və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”ya əsasən, cari hesab üzrə 162,03 manat əsas, 29,17 manat ƏDV ödənilməlidir. X4 Bakı şəhəri Reklam İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” 16 noyabr 2023cü il tarixli, 11-3-1/3-3-492/2023 nömrəli Qərara əsasən, İddiaçı tərəfindən 486,12 manat məbləğində yayım haqqı və 87,50 manat məbləğində ƏDV olmaqla, cəmi 573,62 manat borc qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə Bakı Şəhəri Reklam İdarəsinin İ**********0001 və İ**********0002 nömrəli inzibati aktları ("Açıq məkanda reklam yerləşdirilməsinə dair icazələr") xx.xx.2023-cü il tarixdən icraya yönəldilməsi qərara alınmışdır.

İV. Məhkəmənin mövqeyi

5. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

1.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir. 2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat; 2.0.2. reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusu; 2.0.3. reklam obyekti – reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra - əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər; 2.0.4. reklamın subyektləri – reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, reklam yayıcısı və reklam istehlakçısı;

18. Reklam materialları (surətləri), habelə onlara edilən dəyişikliklər, reklamın istehsalına, yerləşdirilməsinə və yayımına dair müqavilələr reklamın son yayımından və ya müqavilə müddətinin bitdiyi tarixindən etibarən reklamvericidə, reklam yaradıcısında, reklam istehsalçısında, reklam agentində və reklam yayıcısında azı bir il müddətində saxlanmalıdır. 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.1-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-2. Reklam yayıcısı, həmçinin: 26.2-2.1. reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; 26.2-2.2. reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. 26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 35.1. Reklam sahəsində qiymətlər bazar münasibətlərinə (bu Qanunun 35.2-ci və 35.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) uyğun olaraq müqavilə ilə tənzimlənir. 35.3. Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. 39.1. Reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

33-1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcələri: 33-1.4.4. kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş digər reklam daşıyıcıları (bu Qanunun 33-1.4.1–33-1.4.3-cü maddələrində nəzərdə tutulmuş reklam daşıyıcıları olduqda dövlət rüsumunun dərəcəsi 10 manat

7. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları;

8. “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na əsasən:

1.1 Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-1-ci maddəsinə əsasən hazırlanmışdır və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.3. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 1.4. Açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak nəzərdə tutulur. 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. 2.7. Müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş göndərir və ya icazənin verilməsindən imtina haqqında inzibati akt qəbul edir. İcazənin verilməsindən imtina haqqında inzibati akt müvafiq qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin verilməsindən imtina haqqında inzibati akt bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. 2.9. İcazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. 2.10. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. 2.11. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. Bu Qaydanın 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş əmtəələrə münasibətdə icazə müvafiq lisenziyada (sertifikatda və ya digər icazədə) müəyyən edilmiş müddətdən artıq verilə bilməz. Daimi xarakter daşıyan reklama (xidmət, ticarət və ya digər obyektlərin adları və s.) icazə altı aydan az olmayan müddətə verilir. https://eqanun.az/framework/37330

2.12. İcazədə aşağıdakılar göstərilir: 2.12.1. icazənin verilmə tarixi və qeydiyyat nömrəsi; 2.12.2. müvafiq qurumun adı və ünvanı; 2.12.3. texniki şərtlər (reklam daşıyıcısının yerləşdiyi ünvan və ya koordinat, reklam daşıyıcısının növü, ölçüsü və tərəflərinin sayı, reklamın sahəsi (kv.m.), reklam yayımı zonası (olduqda), reklamın effektivlik dərəcəsinin kateqoriyası (olduqda), əmsal, reklamın eskizi və ölçüləri, reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı); 2.12.4. icazənin sahibi barədə məlumatlar (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, hüquqi şəxsin, yaxud xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı); 2.12.5. icazənin müddəti (müddətin başlama və başa çatma tarixləri göstərilməklə); 2.12.6. açıq məkanda reklam yayımına görə haqqın və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələ;[15] 3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. 82.4. İnzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərarında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən müvafiq məlumatlar əks olunmalı və həmin qərar pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktla birlikdə icra qurumuna göndərilməlidir

10. İşin faktiki hallarına əsasən, İddiaçı açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciətinə əsasən Azərbaycan Respublikasının X3 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli "Açıq məkanda reklam yerləşdirilməsinə dair icazələr" verilmişdir. İcazələr üzrə ödənilməli yayım haqqının məbləği 648,15 manat, 116,67 manat məbləğində ƏDV, cəmi 764,82 manat ödənilməli olduğu halda, yayım haqqı və ƏDV tam ödənilməmişdir. Qeyd olunan icazələr üzrə 486,12 manat məbləğində yayım haqqı və 87,50 manat məbləğində ƏDV olmaqla, cəmi 573,62 manat borcun 5 gün ərzində tam həcmdə ödənilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli 11-3-1/2-1790/2023 nömrəli xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu fərdi sahibkar İddiaçı tərəfindən yayım haqqı və ƏDV borcu ödənilməmişdir. Borclu İddiaçı tərəfindən yayım haqqı (ƏDV ilə birlikdə) üzrə borc ödənilmədiyindən onun barəsində “Tələbin icraya yönəldilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli 11-3-1/3-3-492/2023 nömrəli qərar qəbul edilərək icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı isə qeyd edilən qərarın qanunsuz olduğunu iddia edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən iddiaçının ona məxsus “Mitasu Oil” adlı obyektin üzərində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə açıq məkanda reklam yerləşdirilməsinə icazələrin verilməsi üçün müraciəti ilə bağlı, 2 ədəd reklamın sahəsinin ayrı-ayrılıqda 1.62 və 5.83 kv.m olmaqla ümumilikdə 7.45 kv.m ölcüdə yerləşdirilməsi müəyyən edilmişdir. İşin mübahisələndirilməyən haldır ki, iddiaçı tərəfindən qeyd edilən reklamların açıq məkanda yerləşdirilməsinə icazələrin verilməsi üçün 74,50 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı 2 ədəd reklama görə üzərinə düşən yayım haqqını ödəmək vəzifəsini tam icra etməmişdir. Belə ki, iddiaçı tərəfindən 573,62 manat borc qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Yayım haqqının ödənişi üçün hesab-faktura” və xx.xx.2020-ci il tarixli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə -faktura” əsasında müəyyən olunur ki, iddiaçı 764.82 manat ödənilməli olduğu halda, cəmi 191.20 manat yayım haqqı ödəmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin əməkdaşları yalnız kiçik reklamın yayımına görə haqqın ödənilməsi üçün xx.xx.2020-ci il tarixli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə -faktura” tərtib etmişlər, və həmin 1 ədəd reklama görə ƏDV də daxil 191,20 manat məbləğini ödəmişdir, böyük ölçüdə olan reklamın yayımından isə imtina etmişdir. Lakin müəyyən olunur ki, iddiaçının ödədiyi 191.20 manat yayım haqqı inzibati orqan tərəfindən 2 ədəd reklama görə 3 aylıq müddət üçün hesablanılmışdır. Beləki, kiçik reklam , yəni 1.62 kv.m ölçüdə olan reklama görə ödənilən yayım haqqının məbləği (ƏDV ilə birlikdə) 191.20 manat deyil, 166.30 manat təşkil edir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə dair aldığı icazələrin ləğv olunması barədə cavabdeh inzibati orqana müraciət etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddia ərizəsində göstərilmiş dəlillər əsassızdır. Beləliklə iddiaçı qaldırdığı iddianın uğurlu olmasına yönəlik müvafiq sənəd və sübutları təqdim etsə də, açıq məkanda reklamın yayınması üçün aldığı icazələrə əsasən ödəməli olduğu yayım haqqını tam şəkildə ödənilməsinə dair hər hansı bir dəlil təqdim etməmişdir; iddiaçının xeyrinə olan halların məhkəmə tərəfindən araşdırılması nəticəsində belə bir sübutlar aşkar edilməmişdir. Belə olan halda cavabdeh hazırda mübahisələndirilən inzibati akt qəbul edilməkdə haqlı olmuşdur. Məhkəmə araşdırılması ilə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik normaları pozulması müəyyən edilməmişdir.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Bakı şəhəri Reklam İdarəsinə qarşı “cavabdehin 16 noyabr 2023-cü il tarixli, 11-3-1/3-3-492/2023 nömrəli qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar