Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5731/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X6 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “FİNCA Azerbaijan” X12 bank kredit təşkilatı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “kompensassiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Finca Azerbaijan” X12 bank kredit təşkilatı (bundan sonra mətndə “Finca Azerbaijan” MM QBKT) məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Finca Azerbaijan” MM QBKT ilə bağladığı xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Finca Azerbaijan” MM QBKTdən xx xxxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlayaraq, illik faiz dərəcəsi 23,80 faiz olmaqla 24 ay müddətinə 5.000 ABŞ dolları və 5.000 manat məbləğində kredit almışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(046)-826/2017 saylı məhkəmə əmrinə əsasən ərizəçi “Finca Azerbaijan” MM QBKT-nın tələbi təmin edilmiş, ondan və zaminlərdən 5.628,45 ABŞ dolları və 4.192,86 manat məbləğində borcun tutulması qərara alınmışdır. Lakin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası zamanı ona kompensasiya hesablanmamışdır. Müraciətinə baxan X8 X1 xx xxxxxxx 2019-cu il tarixdə qərar verərək kredit təşkilatı tərəfindən təqdim olunmuş materialların, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalivasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etməsi, bununla əlaqədar müqavilələrin həqiqiliyinin və kreditin valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmasını göstərmiş və məsələnin baxılması məqsədi ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Halbuki yuxarıda qeyd etdiyi Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(046)-826/2017 saylı məhkəmə əmrindən görünür ki, ona kredit iki valyutada həm ABŞ dolları, həm də milli valyutada verilmişdir. Yəni kreditin valyutasının müəyyən edilməsi mümkünsüz deyildir. Həmçinin kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması onun hüquqlarını pozmamalıdır. Qeyd edilənlərə əsasən hesab edir ki, ona problemli kredit ödəmiş şəxs kimi kompensasiya hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaya dair yazılı münasibəti məhkəməyə təqdim olunmuş və göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" QBKT MMC ilə xx.xx.2015-ci il tarixində 5.000 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilmişdir. Lakin İddiaçı barəsində olan ümumi kredit məlumatları sistemə natamam ötürülmüş və "xxxx" QBKT MMC ilə xx.xx.2016-cı il tarixində onun arasında bağlanmış kredit müqaviləsi üzrə devalivasiya tarixlərinə borclunun ödənilməmiş əsas kredit borcunun qalığı və həmin müqavilənin hansı valyutada verilməsi ilə bağlı məlumatlar tam şəkildə Maliyyə X4 təqdim edilməmişdir. Bu səbəbdən İddiaçı adına kompensasiya məbləği hesablanmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X11 iddianı qəbul etməyərək, kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatlarında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması və Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalivasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etdiyindən iddiaçıya kompensasiyanın hesablanıb ödənilməsinin mümkün olmadığının nəzərə alınaraq iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1992-ci ildə Göyçay rayonu, Hacalıkənd kəndinə doğulmuş, Göyçay rayonu, Hacalıkənd kəndinə qeydiyyatdadır. “Finca Azerbaijan” MM QBKT-nın ilə (“Bank”) ilə İddiaçı (“Borcalan”), X9 (“Zamin”) və X10 (“Zamin”) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış **********0152 saylı kredit və zaminlik müqavilələrinə əsasən bank tərəfindən “Borcalan”a illik 23,80 faiz olmaqla, 24 ay müddətinə 5.000 (beş min) ABŞ dolları kredit verilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-826/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, əmrlə İddiaçı, X3 və X5 müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4.837 ABŞ dolları əsas, 791,45 ABŞ dolları faiz və cərimə borcu olmaqla, cəmi 5.628,45 ABŞ dolları və 4.144 manat əsas, 48,86 manat faiz borcu olmaqla, cəmi 4.192,86 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq “Finca Azerbaijan” X12 X13 ödənilməsi əmr edilmişdir. “Finca Azerbaijan” MM QBKT tərəfindən verilmiş 2019/999/4982 №li xx/xx/2019-cu il tarixli arayışda göstərilmişdir ki, “Finca Azerbaijan” MM QBKT ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********0152 və **********6090 saylı kredit müqavilələrinə əsasən sonuncuya 5.000 (beş min ) ABŞ dolları (USD) və 5.000 (beş min) manat (AZN) məbləğində kredit verilmişdir. İddiaçı ödəmək imkanının az olmasını nəzərə alaraq qeyd edilmiş hesabları üzrə öhdəliyi onun müraciəti əsasında qarşılıqlı razılaşmaya əsasən Təşkilat tərəfindən xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərində restrukturizasiya edilmiş və müvafiq sazişlər imzalanmışdır. İddiaçı xx.xx.2016-cı il tarixli **********7820 saylı saziş üzrə Təşkilata borcu: Qalıq borc: 4.527,81 /AZN. İddiaçı etdiyi ödənişlər aşağıdakı kimidir: xx.xx.2015-265,00 AZN; xx.xx.2015-265,00 AZN; xx.xx.2016-265,00 AZN; xx.xx.2016-267,00 AZN; xx.xx.2016-132,00 AZN; xx.xx.2016-132,80 AZN; xx.xx.2016- 211,00 AZN; xx.xx.2016-211,00 AZN; xx.xx.2016-4,50 AZN; xx.xx.2016-1,00 AZN; xx.xx.2016-212,00 AZN. xx.xx.2015-265 USD; xx.xx.2016-122 AZN; xx.xx.2016-122 AZN; xx.xx.2016-cı il 127 AZN. Azərbaycan Respublikası X8 X1 tərəfindən İddiaçı müraciətinə xx.xx.2019-cu il tarixdə elektron informasiya sistemi vasitəsilə verilmiş cavab məktubunda bildirilmişdir ki, kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatlarında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalivasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrə həqiqiliyin və kreditin valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yarandığı üçün məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən üçüncü şəxs “Finca Azerbaijan” MMM X18 Təşkilatı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2020/999/4155 №lli məktubda göstərilmişdir ki, kredit təşkilatı ilə İddiaçı arasında xx xxxxxxx 2015-ci il tarixində 23,80% faizlə 24 ay müddətinə 5.000 ABŞ dolları (beş min dollar) məbləğində kreditin verilməsilə bağlı müqavilə bağlanmışdır. İddiaçı həmin kredit müqaviləsi üzrə sonuncu devalvasiya tarixinə, yəni xx xxxxxx 2015-ci il tarixinə 4.837 ABŞ dolları əsas, 90 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 4.927 ABŞ dolları məbləğində kredit borcu mövcud olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə X7 tərəfindən təsdiq edilmiş Qaydalar əsasında bank olmayan kredit təşkilatlarının (BOKT) müştərilərinə kompensasiya verilməsi Maliyyə X7 tərəfindən müəyyən olunur və kompensasiya Azərpoçt tərəfindən ödənilir. Beləliklə, qeyd olunan prosesdə, yəni müvafiq kompensasiyanın düşüb-düşmədiyinin müəyyən edilməsində və ödənilməsində bank olmayan kredit təşkilatı olaraq Təşkilatın hər hansı hüququ və funksiyası müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə X4 tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X4 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı barəsində “Finca Azerbaijan” MM X18 Təşkilatı tərəfindən kredit məlumatlarının Azərbaycan Respublikası Maliyyə X4 təqdim edilməməsi səbəbindən Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı onun barəsində tətbiq edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı “FİNCA Azerbaijan” X12 bank kredit təşkilatı ilə bağladığı xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı “FİNCA Azerbaijan” X12 bank kredit təşkilatı ilə bağladığı xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5731/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5731/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver