Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5736/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı sənədlərin götürülməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yoxlama ilə əhatə edilən dövr (01.11.2018-31.10.2021-ci il) üzrə bütün gəlir və xərc hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən hər bir il üzrə yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli, yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə); yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə illər üzrə xammal-material hərəkəti barədə məlumat, müştəri və podratçılarla bağlanmış müqavilələr və onların bütün əlavələri, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr; malların təqdim edilməsi (əldə edilməsi), işləri görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s., malların mədaxilinin və məxaricinin sənədləşdirilməsi üçün bütün ciddi hesabat blankları (“Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”), yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z- hesabatları (aylar üzrə); yoxlama ilə əhatə edilən dövr üzrə pərakəndə qaydada satılmış malların miqdarı və dəyəri göstərilməklə aylar üzrə adlı siyahıları, yoxlama ilə əhatə edilən dövrdə illər üzrə debitor və kreditor borclar üzrə adlı siyahılar; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən bütün borc və kredit müqavilələri, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri, yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitərin siyahısı; yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı və vergilərin hesablanması üçün digər zəruri sənədlər (məlumatlar) fiziki şəxsdən götürülərək iddiaçıya təqdim olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 03.12.2021-ci il tarixli, **********152198 nömrəli qərarına əsasən Cavabdeh (VÖEN **********) səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.11.2018-31.10.2021) təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 23-cü və 42-ci maddələrinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 06.12.2021-ci il tarixli, **********152218 nömrəli tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövr üzrə tələb edilən aşağıdakı sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır: Yoxlama ilə əhatə edilən dövr (01.11.2018-31.10.2021-ci il) üzrə bütün gəlir və xərc hesablarının hərəkəti; Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli; Yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə); Yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrini hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə illər üzrə xammal-material hərəkəti barədə məlumat; Müştəri və podratçılarla bağlanmış müqavilələr və onların bütün əlavələri; Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr; Malların təqdim edilməsi (əldə edilməsi), işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s.; Malların mədaxilinin və məxaricinin sənədləşdirilməsi üçün bütün ciddi hesabat blankları (“Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”); Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları (aylar üzrə); Yoxlama ilə əhatə edilən dövr üzrə pərakəndə qaydada satılmış malların miqdarı və dəyəri göstərilməklə aylar üzrə adlı siyahıları; Yoxlama ilə əhatə edilən dövrdə illər üzrə debitor və kreditor borclar üzrə adlı siyahılar; Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən bütün borc və kredit müqavilələri; İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri- maddi aktivlərin reyestri; Yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsaş vəsaitərin siyahısı; Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri; Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı və vergilərin hesablanması üçün digər zəruri sənədlər (məlumatlar). Yoxlamanın aparılması üçün zəruri olan bütün sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 07.01.2021-ci il tarixli, **********153350 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2-2(102)-47/19 saylı qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisindən sənədlərin götürülməsi ilə bağİİ mübahisələr artıq inzibati məhkəmə icraatı qaydasında aparılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis tərəfindən qəbul edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********152198 nömrəli, 03.12.2021-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən Cavabdeh (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yoxlama ilə əhatə olunan vergi dövrü: noyabr 2018 - oktyabr 2021 olmaqla vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 06.12.2021-ci il tarixli çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Cavabdeh 01.11.2018-01.11.2021-ci il yoxlama dövrü üzrə və 06.12.2021-ci ildən 19.01.2022-ci ilə kimi növbədənkənar səyyat vergi yoxlamasının keçirilməsi qeydə alınmışdır. - Vergi yoxlanılmasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********152218 №-li, 06.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Cavabdeh (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının aparılması üçün 01.06.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək olan vergi dövrünü əhatə edən yoxlamanın predmetinə aid olan 01.01.2018-ci il tarixdən 31.10.2021-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin elektron surəti: yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə adlı xammal-material hərəkəti barədə məlumat (excel faylda); siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda); müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoyslann, təhvil-qəbul aktlarının təsdiq olunmuş sürətləri; yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), yoxlamanın predmetinə aid olan 01.01.2018-ci il tarixdən 31.10.2021-ci il tarixədək dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıçıda və ya güçləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətləri: vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli; vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; vergi ödəyicisinin ən son təsisçilərində olan bütün dəyişikliklər; ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; dəyəri 10 000 min manatdan yuxan olan bütün borc və kredit müqavilələri; dəyəri 2 000 min manatdan yuxan olan bütün sığorta polisləri; qeydiyyatda olan bütün NKA üzrə Zhesabatları, təsərrüfat daxili yerdəyişmə qaimələrinin təstiq edilmiş surətlərinin 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində), yəni 24.12.2021-ci il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması tələb edilmişdir. Həmin tələbnamə vergi ödəyicisinin nümayəndəsi (Abdullayev Telman) tərəfindən 06.12.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. - “Sənədlərin qismən təqdim edilməsi barədə” 27.12.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Abdullayev telman Ələkbər oğlu tərəfindən 01.01.2018-ci il tarixdən 31.10.2021-ci il tarixədək olan dövr üzrə aparılan səyyar vergi yoxlaması ilə əlaqədar 01.11.2018-31.10.2021 bank əməliyyatı barədə məlumat (excel faylda), 01.11.2018-ci il tarixdən 31.10.2021-ci il tarixədək əmək haqqı cədvəlləri vergi orqanına təqdim olunmuşdur. - “Sənədlərin qismən təqdim edilməsi barədə” 05.01.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Abdullayev telman Ələkbər oğlu tərəfində 01.01.2018-ci il tarixdən 31.10.2021-ci il tarixədək olan dövr üzrə aparılan səyyar vergi yoxlaması ilə əlaqədar 01.11.2018-31.10.2021-ci il tarixədək aylıq kassa əməliyyat barədə məlumat, 01.11.2018-31.10.2021-ci il tarixədək icarə müqavilələri, 01.01.2018- 31.10.2018-ci il tarixədək bank əməliyyatı barədə məlumat, yoxlanılan dövr üzrə satılmış malların uçotunun alar üzrə deyil, dəyər ifadəsində aparılması barədə məktub vergi orqanına təqdim olunmuşdur. - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********153350 №-li, 07.01.2022-ci il tarixli qərarın surətindən görünür ki, Pənahov X2 predmetinə aid olan 01.01.2018-ci il tarixdən 31.10.2021-ci il tarixədək olaıı dövr üzrə aşağıdakı sənədlərin elektron surəti: -Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); -Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); - Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); -Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); -Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə adlı xammalmaterial hərəkəti barədə məlumat (excel faylda); -Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; -Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsail/qeyri-maddi aktivlərin reyestri (excel faylda); Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidenıləıiə bağlanmış müqavilələr (PDF faylda); Yoxlanılan dövrlər üzrə işçilərin əldə eldiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excell faylda). İİ. Yoxlamanın predmetinə aid olan 01.01.2018- ci il tarixdən 31.10.2021-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin elektron surəti: Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formalda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə adlı xammal-material hərəkəti barədə məlumat (excel faylda); Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddı aktivlərin reyestri (excel faylda); Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvilqəbul aktlarının təsdiq olunmuş surətləri; Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı, Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası iizrə sığorta polisləri (PDİ- faylda); Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) götürülməsi həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. - 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. - 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Vergi qanunvericiliyində “sənədlərin götürülməsi” hüququ geniş mənada ifadə olunmuşdur ki, bu hüquq vergi orqanın səlahiyyətlərinə aid edilmişdir. Belə ki, səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyəcisi tərəfindən təqdim olunan sənədlərin öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərlə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən VM-ə müvafiq olaraq ona təqdim edilmiş sənədləri vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə götürülməsini həyata keçirir. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti zamanı yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tələb etmək vergi orqanının hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qəbul edilmiş **********52198 nömrəli, 03.12.2021-ci il tarixli qərarla Cavabdeh (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İyun 2018-May 2021 vergi dövrləri üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, cavabdehə Vergi Məcəlləsinin tələblərinə uyğun tələbnamə təqdim edərək zəruri sənədlərin yoxlayıcıya təqdim edilməsi tələb olunmuş, cavabdeh isə tələb olunan sənədləri qismən təqdim etmişdir. İddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********153350 №-li, 07.01.2022-ci il tarixli qərar qəbul edilsə də həmin qərar vergi ödəyicisi tərəfindən tam icra edilməmişdir. Göründüyü kimi vergi ödəyicisi olan cavabdeh vergi orqanının tələbini icra etməyərək qanunla nəzərdə tutulmuş qaydada zəruri olan sənədləri vermədiyindən, həmin sənədlərin götürülməsi ilə bağlı vergi orqanının hərəkətləri, o cümlədən, hazırkı məzmunda iddia ilə məhkəməyə müraciəti Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olmuşdur. Yoxlama dövrünə aid olan və iddiaçı tərəfindən tələb olunan sənədlərin bir hissəsi cavabdeh vergi ödəyicisi tərəfindən təqdim edilmişdir ki, bu hal ümumiyyətlə hazırki iddia üzrə mübahisə predmetini təşkil etməmişdir. Zəruri olan digər sənədlərin vergi orqanına təqdim olunması isə öz təsdiqi tapmamışdı. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh Polad oğlunun iddiaçının qanuni tələblərinə əməl etməməsi əsassız olmuşdur. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh (VÖEN **********) yoxlama ilə əhatə edilən dövr (01.11.2018-31.10.2021-ci il) üzrə bütün gəlir və xərc hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən hər bir il üzrə yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli, yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə); yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə illər üzrə xammal-material hərəkəti barədə məlumat, müştəri və podratçılarla bağlanmış müqavilələr və onların bütün əlavələri, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr; malların təqdim edilməsi (əldə edilməsi), işləri görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s., malların mədaxilinin və məxaricinin sənədləşdirilməsi üçün bütün ciddi hesabat blankları (“Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”), yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları (aylar üzrə); yoxlama ilə əhatə edilən dövr üzrə pərakəndə qaydada satılmış malların miqdarı və dəyəri göstərilməklə aylar üzrə adlı siyahıları, yoxlama ilə əhatə edilən dövrdə illər üzrə debitor və kreditor borclar üzrə adlı siyahılar; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən bütün borc və kredit müqavilələri, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri, yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitərin siyahısı; yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı və vergilərin hesablanması üçün digər zəruri sənədlər (məlumatlar) götürülsün. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5736/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5736/2022
10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver