Məhkəmə qərarları › İş №2-1(112)-5736/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5736/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5736/2024 01.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X1 cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “soyad sonluğunun dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək iddiaçının əsl iddiaçı X3 ilə əvəz edilməsini və İddiaçı onun qanuni nümayəndəsi qismində tanınması xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, S.Babayeva ilə ailə qurmuş, birgə nikahlarından X3 adlı övladları anadan olmuşdur. Övladlarının soyad sonluğunun dəyişdirilib Bababəyli ilə əvəz edilməsi barədə müraciət edilsə də, müraciətin təminindən imtina edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İmtina məktubundan görünür ki, müraciətin təminindən titul bildirən sözlərdən istifadə edilməsinin tövsiyyə edilməməsi ilə əlaqədar imtina edilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 15 dekabr 2007-ci il təvəllüdlüdür. Doğum haqqında şəhadətnamədən görünür ki, S.Babayevin atası İddiaçı, anası X2r. Ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının babası X4 2002-ci il tarixdə vəfat etmişdir. Arxiv arayışından görünür ki, X6 “Bakı quberniyası vergi idarəsi” fondunun sənədləri üzrə Quba qəzası İsnov kəndinin 1886-cı ilə dair kameral siyahısında Baba Baxış oğlu və onun övladı, iddiaçının ulu babaı Talıb adlı şəxsin adları qeyd edilmişdir. 1873-cü ilə dair kameral siyahıda X7 və digər siyahıda adıçəkilən Baba Baxış oğlunu adı çəkilmişdir. “Zaqafqaziya vergi idarəsi fonduun sənədləri üzrə Quba nahiyyəsi İsnov kəndi bəy torpaqlarında məskunlaşmış bəy təbəqəsinə mənsub ailələrin 1850-ci ilə dair kameral siyahısında X8 və onun övladı yuxarıda adıçəkilən X5 adı göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. 30.2. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. 53.1.Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3.Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 1.1.Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 4.1.Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 5.1.Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.3.Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4.Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.10.Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericiliyə görə, uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “- oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müstəsna hallar əsas götürülməklə soyad sonluğunun isə titul (bəy, xan) müəyyən edən sonluğu ilə müəyyən edilməsi ilə əlaqədar qanunvericilikdə hər hansı qadağa mövcud deyildir. Nəzərə alınmalıdır ki, həmin soyad sonluğunun dəyişdirilməsi o zaman, mümkün olar ki, bununla əlaqədar iddiaçının soyunda (nəslində) «bəy» sözünün onun soyu (nəsli) ilə hər hansı əlaqəsi olması ilə bağlı məhkəməyə sübut təqdim edilmiş olsun. İş materiallarından isə görünür ki, adıçəkilən sübut mövcuddur. Belə ki, iş materiallarında olan arxiv arayışından görünür ki, X6 “Bakı quberniyası vergi idarəsi” fondunun sənədləri üzrə Quba qəzası İsnov kəndinin 1886-cı ilə dair kameral siyahısında Baba Baxış oğlu və onun övladı, iddiaçının ulu babaı Talıb adlı şəxsin adları qeyd edilmişdir. 1873-cü ilə dair kameral siyahıda X7 və digər siyahıda adıçəkilən Baba Baxış oğlunu adı çəkilmişdir. “Zaqafqaziya vergi idarəsi fonduun sənədləri üzrə Quba nahiyyəsi İsnov kəndi bəy torpaqlarında məskunlaşmış bəy təbəqəsinə mənsub ailələrin 1850-ci ilə dair kameral siyahısında X8 və onun övladı yuxarıda adıçəkilən X5 adı göstərilmişdir. Göründüyü kimi iddiaçının soyunun bəy təbəqəsinə mənsub olduğu arxiv sənədləri ilə aşkar edilir. Ümumi məlum olan haldır ki, ölkə ərazisində yüzlərlə adıçəkilən sonluqda soyad daşıyan şəxs mövcuddur ki, bərabərlik hüququnun tətbiqi baxımından iddiaçıya qeydiyyat şöbəsinin fərqli mövqe nümayiş etdirilməsi üçün hər hansı əsas müəyyən edilməkdədir. Eləcə də, Bakı Apellyasiya Məhkəməsinin oxşar 2-1(103)-1425/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da qeyd edildiyi kimi iddiaçının tələb etdiyi “Mirzəbəyli” soyadı ilə övladının qeydə alınmış “Mirzəyev” soyadı arasında böyük fərq yoxdur və qanunvericilikdə “ov”, ”yev” sonluqlu soyadlarının sözün kökündən asılı olaraq “lı”, “li”, “lu”, “lü”, “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilməsinin nəzərdə tutulması heç də soyad sonluğunun “bəyli” sonluqlu ifadə forması ilə əvəz olunmasına hər hansı qadağa qoyulması kimi qəbul edilə bilməz. Göründüyü kimi nə qədər ki, iddiaçı soyunun bəy təbəqəsinə mənsub olması barədə mötəbər sübut məhkəməyə təqdim etmişdir, bəyli sonluğu ilə əvəz edilmə ilə əlaqədar qanunvericiliklə hər hansı qadağa mövcud deyildir, eləcə də həmin sonluqla əvəz edilmə istər inzibati, istərsə də inzibati məhkəmə praktikası ilə qəbul ediləndir, hazırki halda qeydiyyat şöbəsinin imtinası qanuni və əsaslı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 15 dekabr 2007-ci il təvəllüdlü X1 “Babayev” soyadının “Bababəyli” soyadı ilə əvəz edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar