Məhkəmə qərarları › İş №2-1(112)-5737/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5737/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5737/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X11 İdarəsinə (hazırki X11 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx xxxxxxxx 2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının 57 yaşı tamam olduğu xx xxxxxxxx 2017-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi iddiaçıya ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsinə iddiaçı tərəfindən müraciət olunmuşdur. Lakin cavabdeh xx xxxx 2017 -ci il tarixli **********6 nömrəli məktubla iddiaçının xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, güzəştli pensiya hüququ verən iş stajında xx.xx.2005- xx.xx.2006-ci il tarixində quraşdırma çilingəri vəzifəsi güzəştli iş stajı hüququ verən vəzifələrə uyğun deyil və üstəlik, xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasında Şirvanneft NQÇİ-nin Təsərrüfat hesablı X4 rəngsaz vəzifəsində çalışarkən tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfinin hansı sənədlərə əsasən müəyyən olunmasının təqdim etdiyi arayışda öz əksini tapmamışdır. İddiaçı natamam orta təhsilini başa vurduqdan sonra xx xxxxxx 1978-ci il tarixində 8 nömrəli X1 Dəstədə fəhlə kimi əmək fəaliyyətimə başlamış,. xx xxxxx 1979-cu ildə işdən çıxmışdır. xx xxxxxxx 1979-xx xxxxxxx 1981-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuş, xx xxxxxx 1982- xx xxxxx 1983-cü illərdə Əli-Bayramlı 5 nömrəli Sənaye Kombinatında gil kərpic sexində çıxarıcı-qalaqlayıcı, xx xxxx 1983-xx xxxxxx 1987-ci illərdə Tamamlama işləri üzrə Bakı şəhəri 4 nömrəli X3 suvaqçı, və suvaqçı- rəngsaz, xx xxxxxx 1987-xx xxxx 1987-ci il tarixində 7 nömrəli Trestin 75 saylı Tikinti İdarəsində suvaqçı peşələrində çalışmışdır. xx xxxx 1987-ci il tarixində Şirvannefit NQÇİ-də Təsərrüfat hesablı X4 rəngsaz peşəsinə işə qəbul edilmiş və xx xxxxxxxx 1990-cı il tarixinə kimi həmin peşədə çalışmışdır. xx xxxxxxxx 1990-xx xxxxxxxx 2005-ci il tarixləri arasında həmin müəssisədə quraşdırıcı çilingər, xx xxxxxxxx 2005- xx xxxxxxx 2005-ci il tarixində X5 şöbəsində bağban, xx xxxxxxx 2005- xx xxxxxx 2006-cı il tarixlərində (sonrakı dövr əmək fəaliyyətim əmək kitabçasında qeyd edilmişdir) həmin idarənin Tikinti Təmir sexində quraşdırıcı çilingər peşəsində işləmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, əmək fəaliyyəti dövründə xx xxxxxx 2006-cı il tarixinə kimi qeyd edilən peşələrdə 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı toplamışdır. Onu da qeyd edir ki, cavabdeh iddiaçının müraciətinə vermiş olduğu imtina cavabında ümumi is stajını və digər müəssisələrdə topladığı güzəştli is stajını mübahisələndirməmişdir və hesab edir ki, hazırki iddia üzrə işində həmin iş stajı dövrləri mübahisələndirilməyən hal kimi qəbul olunmalıdır. Güzəştli iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına (sonradan-Siyahı) uyğun olaraq, xx xxxxxx 1982- xx xxxxx 1983-cü ildə Əli-Bayramlı 5 nömrəli Sənaye Kombinatında çıxancı-qalaqlayicı (Siyahıda- 21806000 6. Gil kərpici, kirəmit və keramik blok istehsalı bölməsində 2180600a—11578 şifrəsi ilə qeyd edilmiş cıxarıcılar peşəsində)- 1 il 2 ay 18 gün, xx.xx.1983- xx xxxxxx 1987-ci ildə Tamamlama işləri üzrə Bakı şəhəri 4 nömrəli X3 (metropoliten tikintisi sahəsində) suvaqçı və suvaqçı-rəngsaz peşəsində (Siyahıda- 22901000 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa bölməsində 2290100a—19727 şifrəsi ilə suvaqçılar və 2290100a—13450 şifrəsi ilə rəngsazlar ) - 3 il 6 ay 7 gün, xx xxxx 1987- xx xxxxxxxx 1990-cı ildə Şirvanneft NQÇİ-də Təsərrüfat hesablı X4 rəngsaz peşəsində Siyahıda 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—13450 şifrəsi ilə təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar)- 3 il 2 ay 6 gün, xx.xx.1990-xx.xx.2005-ci illərdə Şirvanneft NQÇİdə quraşdırıcı çilingər peşəsində ( Siyahıda- 22900000 XXVİİ. bölməsində 2290000a— 14612 şifrəsi ilə polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar)- 15 il 0 ay 0 gün, xx.xx.2005-xx.xx.2006-cı il tarixində Şirvanneft NQÇİ-də quraşdırıcı çilingər peşəsində( Siyahıda- 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a— 14612 şifrəsi ilə polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar)- 3 ay 12 gün olmaqla toplanmışdır. Güzəştli əmək stajı üst-üstə 23 il 2 ay 15 gün təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının idarəyə təqdim etdiyi xx.xx.1979-cu il tarixli ИТ- İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1987xx.xx.2005-ci il tarixləri arasındaki dövr ərzində “Şirvanneft” NQÇ-nin X2 İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin xx.xx.2019-cu il tarixli arayışa əsasən rəngsaz vəzifəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Eyni zamanda xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu quraşdırma çilingəri vəzifəsi yuxarıda qeyd edilən vəzifəyə uyğun deyil. Göstərilən səbəblərdən x xxxxxx 2006-cı il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Odur ki, cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialının nümayəndəsi T.Kərimov təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - НЗ№ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Əli-Bayramlı şəhər hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, xx xxxxxxx 1979-cu il tarixdə hərbi xidmətə daxil olmuş və xx xxxxxxx 1981-ci il tarixdə həmin hərbi hissədən tərxis olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhəri Şöbəsinin 285 saylı, xx xxxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, 1960-cı il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X11 İdarəsinin xx xxxx 2019-cu il tarixli, **********6 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, idarəyə təqdim olunan xx.xx.1979-cu il tarixli ИТ- İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındaki dövr ərzində “Şirvanneft” NQÇ-nin X2 İdarəsində rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin xx.xx.2019-cu il tarixli arayışa əsasən rəngsaz vəzifəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Eyni zamanda xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu quraşdırma çilingəri vəzifəsi yuxarıda qeyd edilən vəzifəyə uyğun deyil. Göstərilən səbəblərdən x xxxxxx 2006-cı il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir.Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - “Socar” Baş ofisinin Mərkəzi filialı tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Socarın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1987-ci ildə NQÇİ-nin X2 İdarəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. Şəxsi vərəqədə göstərilən qeydə əsasən 5-ci dərəcəli quraşdırma çilingəri peşəsinə keçirilmişdir. ARDNŞ-nin xx.xx.1997-ci il tarixli, 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ xx.xx.1997-ci ildən ləğv olunmuş və onun bazasında “Şirvan Oyl” BMMM yaradılmışdır. xx.xx.2005-ci ildə 1 aylıq sınaq müddəti ilə X6 Şöbəsinə bağban peşəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə sınaq müddətindən keçə bilmədiyi üçün əvvəlki iş yerinə -TTŞ-yə 5-ci dərəcəli quraşdırma çillingəri peşəsinə keçirilmişdir. xx.xx.2006-cı ildə 3 günlük sınaq müddəti ilə TTS-yə 5-ci dərəcəli suvaqçı peşəsinə keçirilmişdir. xx.xx.2009-cu ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsi ilə işdən azad olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin xx xxxxxx 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - “X9 LTD” Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 32 saylı arayışından görünür ki, İddiaçı həqiqətən “X10 Limited” Şirkətinin X13 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. Onun xx.xx.2018-ci il tarixədək ümumi iş stajı 39 il 01 ay 23 gündür. İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi iş stajı 26 il 05 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının 35-ci bölməsinə (Ümumi peşələr) və 29-cu bölməsinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən İddiaçı “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-də xx.xx.2006-cı il tarixinə güzəştli şərtlərlə 18 il 05 ay 04 gün iş stajı vardır. Belə ki, xx.xx.1987-ci il tarixli, 42/k saylı əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Şirvanneft” NQÇİ X13 5-ci dərəcəli rəngsaz peşəsində işləmişdir. (03 il 02 ay 06 gün). xx.xx.1990-cı il tarixli 47/k saylı əmrlə xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək (15 il); xx.xx.2005-ci il tarixli 158/k-b saylı əmrlə xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (02 ay 28 gün) “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-nin X13 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli 760/k saylı əmrlə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razlığı) əmək müqaviləsinə xitam verilmişdir. X14 ASC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 11 saylı arayışından görünür ki, İddiaçı Əli-Bayramlı 5 nömrəli Sənaye Kombinatına xx xxxxxx 1982-ci il tarixində gil kərpic formalaşdırma sexinə 2-ci dərəcəli çıxarıcı-qalaqlayıcı vəzifəsinə işə qəbul edilmişdir. Həmin vəzifədə xx.xx.1983-cü il tarixindən etibarən 3-cü dərəcə verilmişdir. xx.xx.1983-cü il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 № Siyahısın”da 6. Gil kərpici, kirəmit və keramik blok istehsalı bölməsində 2180600a-11578 şifrəsi ilə qeyd olunmuş çıxarıcılar vəzifəsinə uyğundur və güzəştli pensiya hüququ verir. İşdə olan iddiaçının ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -xx.xx.1978-ci il tarixdən xx xxxxx 1979-cu il tarixədək 1-ci dərəcəli fəhlə vəzifəsində, xx.xx.1982-ci il tarixdə Əli-Bayramlı 5 nömrəli Sənayə Kombinatına 2-ci dərəcəli çıxarıcı-qalaqlayıcı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1983-cü il tarixdə 3-cü dərəcəli çıxarıcı-qalaqlayıcı vəzifəsinə keçirilmiş və xx.xx.1983-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1983-cü il tarixdə 3-cü dərəcəli suvaqçı vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixdə 4-cü dərəcəli suvaqçı, xx.xx.1986-cı il tarixində 5-ci dərəcəli suvaqçı vəzifəsinə keçirilmiş və xx.xx.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1987-ci il tarixdən SU-75 trestində 5-ci dərəcəli suvaqçı vəzifəsinə təyin edilmiş və xx.xx.1987-ci il tarixdən öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Şirvanneft” NQÇİ X13 5-ci dərəcəli rəngsaz peşəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsində işləmiş, xx.xx.2005-ci il tarixdə X5 şöbəsinə bağban keçirilmiş, xx.xx.2005-ci il tarixdə X16 5-ci dərəcəli quraşdırma-çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə 5-ci dərəcəli suvaqçı vəzifəsinə keçirilmiş və xx.xx.2009-cu il tarixdən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək “X10 Limited” Şirkəti Tikinti Təmir Sexində 5-ci dərəcəli suvaqçı vəzifəsinə qəbul olunmuşdur. Məhkəmə sorğusu əsasında Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialı tərəfindən xx xxxxxxx 2020-ci il tarixli **********6 saylı cavab məktubundan görünür ki, vətəndaş İddiaçı Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Məhkəmə sorğusu əsasında “X10 LTD” Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən xx xxxxxxx 2020-ci il tarixli 620/10 saylı arayışından görünür ki, İddiaçı Poladxan oğlu xx.xx.1987-ci il tarixli 42/k saylı əmrlə xx.xx.1987-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Təsərrüfat hesablı Təmir-Tikinti İdarəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə “Şirvanneft” NQÇİ-nin Təsərrüfat hesablı X15 15 saylı xx.xx.1988-ci il tarixli əmrlə “Şirvanneft” NQÇİ-nin Təmir-tikinti sexi adlandırılmış və İddiaçı Poladxan oğlu xx.xx.1990-cı il tarixədək “Şirvanneft” NQÇİ- nin X13 5-ci dərəcəli rəngsaz peşəsində işləmişdir. İddiaçı Poladxan oğlunun rəngsaz kimi “Şirvanneft” NQÇİ-nin əmək stajının müddəti 03 il, 02 ay, 06 gün (üç il, iki ay, altı gün) olmuşdur. İşlədiyi rəngsaz peşəsində gündəlik işləri həyata keçirərkən daim təmasda olduğu kimyəvi həlledicilər, rənglər, izolyasiya və antikorroziya vasitələrinə misal olaraq, toluol (epoksid qətranı) ,etilsellüloza, 645 və 646 marka həlledicilər, nitrolaklar, müxtəlif rənglər və quruduqda antikorroziv örtük yaradan maddələr olmuşdur. Həmin maddələr QOST 18188-72 və İSO/TC 35, İSO/TC 35/WG4, İSO/TC 35/SC14 beynəlxalq standartlarına görə, 3-cü təhlükəlilik sinfinə aiddir. Bəzi istehsalat zərurəti ilə əlaqədar daha təhlükəli 2-ci sinfə aid kimyəvi maddələrdən istifadə edilərkən, xüsusi fərdi qoruyucu vasitələrdən istifadə edilir. Rəngsaz peşəsində işləyən işçilərin, o cümlədən İddiaçı Poladxan oğlunun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Bu hal müəssisədə həyata keçirilən iş yerlərinin attestasiyası zamanı nəzərə alınmışdır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilmişdir. O cümlədən, rəngsaz peşəsində işləyən işçilər iş günlərində pulsuz (şirkət hesabına) südlə təmin edilmişdir. İddiaçı Poladxan oğlunun xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Şirvanneft NQÇİ-nin Təmir-tikinti sexində işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23200000-13450 şifrəsi ilə qeyd edilmiş “təhlükəliliyi 3- cii sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğundur. İddiaçı Poladxan oğlu xx.xx.1987-ci il tarixli 42/k saylı əmrlə xx.xx.1987-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Təsərrüfat hesablı Təmir-Tikinti İdarəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə “Şirvanneft” NQÇİ-nin Təsərrüfat hesablı X15 15 saylı xx.xx.1988-ci il tarixli əmrlə “Şirvanneft” NQÇİ-nin Təmir-tikinti sexi adlandırılmış və İddiaçı Poladxan oğlu xx.xx.1990cı il tarixədək “Şirvanneft” NQÇİ- nin X13 5-ci dərəcəli rəngsaz peşəsində işləmişdir. İddiaçı Poladxan oğlunun rəngsaz kimi “Şirvanneft” NQÇİ-nin əmək stajının müddəti 03 il, 02 ay, 06 gün (üç il, iki ay, altı gün) olmuşdur. İşlədiyi rəngsaz peşəsində gündəlik işləri həyata keçirərkən daim təmasda olduğu kimyəvi həlledicilər, rənglər, izolyasiya və antikorroziya vasitələrinə misal olaraq, toluol (epoksid qətranı) ,etilsellüloza, 645 və 646 marka həlledicilər, nitrolaklar, müxtəlif rənglər və quruduqda antikorroziv örtük yaradan maddələr olmuşdur. Həmin maddələr QOST 18188-72 və İSO/TC 35, İSO/TC 35/WG4, İSO/TC 35/SC14 beynəlxalq standartlarına görə, 3-cü təhlükəlilik sinfinə aiddir. Bəzi istehsalat zərurəti ilə əlaqədar daha təhlükəli 2-ci sinfə aid kimyəvi maddələrdən istifadə edilərkən, xüsusi fərdi qoruyucu vasitələrdən istifadə edilir. Rəngsaz peşəsində işləyən işçilərin, o cümlədən İddiaçı Poladxan oğlunun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Bu hal müəssisədə həyata keçirilən iş yerlərinin attestasiyası zamanı nəzərə alınmışdır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilmişdir. O cümlədən, rəngsaz peşəsində işləyən işçilər iş günlərində pulsuz (şirkət hesabına) südlə təmin edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təsdiq edirik ki, İddiaçı Poladxan oğlunun xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Şirvanneft NQÇİ-nin Təmirtikinti sexində işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23200000-13450 şifrəsi ilə qeyd edilmiş “təhlükəliliyi 3- cii sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğundur. Quraşdıncı çilingər vəzifəsində İddiaçı Poladxan oğlunun əsas vəzifə öhdəlikləri aşağıdakılardan ibarət olmuşdur; Mancanaq dəzgahlarının (ayrı-ayrı polad və beton konstruksiya elementlərindən ibarətdir) təmiri və quraşdırılması, quyularm atqı xətlərinin və müxtəlif diametrli neft kollektorlarının (polad konstruksiyalardır) çəkilməsi, təmiri və işçi meydançada mürəkkəb təmir işlərinin həyata keçirilməsi; Müxtəlif tipli nasosların və poladdan hazırlanmış tutumların quraşdırılması, quraşdırıldıqları yerdən istehsalat zərurətləri səbəbi ilə sökülüb digər neft quyularında və nəzarət - ölçü qurğularında quraşdırılması; Neft hasilatı obyektlərində texnoloji prosesin tərkib hissəsi olan müxtəlif təyinatlı polad və dəmir beton konsruksiyaların quraşdırılması (quyuağzı meydançada beton plitələrlə döşənməsi, polad və ya dəmir beton elektrik dirəklərinin quraşdırılması, sökülməsi; Quyu qazılması üçün meydançaların hazırlanmasında polad konstruksiyaların quraşdırılması. Qeyd edilənlərə əsasən İddiaçı Poladxan oğlu quraşdırıcı çilingər peşəsində işlədiyi dövr ərzində öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmiş və iş günlərində pulsuz (müəssisə hesabına) südlə təmin edilmişdir.Vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraitini nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və “Shirvan Oyl” BMMM-in Təmir-tikinti sexində çalışdığı quraşdıncı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlann, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısf’nda 2290000a-14612 şifrəsi ilə qeyd edilmiş polad və dəmir- beton konstruksiyaların quraşdırılması üzrə qurasdırıcılcır peşəsinə uyğundur. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-cı ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamış, eyni zamanda xx.xx.2005xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu quraşdırma çilingəri vəzifəsi yuxarıda qeyd edilən vəzifəyə uyğun olmadığı göstərilərək, müraciətindən imtina olunmuşdur. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin arayışından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 03 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. İşin hallarından da görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz xx.xx.2019-cu il tarixdə verilmiş arayışında iddiaçının xx.xx.1987-xx.xx.2005-ci il tarixlərdə rəngsaz vəzifəsində işlədiyi qeyd olunsa da, maddələrin təhlükəlik sinfi göstərilmədiyindən, həmçinin, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində quraşdırma çilingəri vəzifəsinin Siyahıda qeyd olunan vəzifəyə uyğun olmadığına əsaslanmışdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23200000-13450 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğun olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. “X10 LTD Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən verilmiş 620/10 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışından məlum olmuşdur ki, İddiaçı Poladxan oğlu xx.xx.1987-ci il tarixdən xx.xx.1990-ci il tarixədək rəngsaz vəzifəsində işlədiyi zaman QOST 18188-72 və İSO/TC 35, İSO/TC 35/WG4, İSO/TC 35/SC14 beynəlxalq standartlarına görə 3-cü təhlükəlik sinifinə aid olan toluol (epoksid qətranı), etilsellüloza, 645 və 646 marka həlledicilər, nitrolaklar, müxtəlif rənglər və qruduqda antikorroziv örtük yaradan maddələr ilə işləmişdir. İddiaçının quraşdırma çilingəri vəzifəsində işlədiyi zaman əsas vəzifələrinin polad və dəmir beton quraşdırılması ilə bağlı olduğu vurğulanılmışdır. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 33-cü bölməsindən («Ümumi peşələr») görünür ki, 23200000-13450 kodu ilə təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar; həmçinin, 27-ci bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) 2290000a-14612 şifrəsi kodu ilə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; o cümlədən də, 17-ci bölməsində (Tikinti materialları istehsalı) 2180600a-11578 şifrəsi kodu ilə çıxarıcılar güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə gün 20 il 05 ay 22 gün iş stajına malik olmuşdur. Hərbi illəri (2 il 03 gün) daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə 25 ildən (27 il 07 ay 14 gün) çox iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni xx.xx.1982-xx.xx.1983-cü il tarixədək çıxarıçı-qalaqlayıcı, xx.xx.1987xx.xx.1990 rəngsaz, xx.xx.1990-xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-xx.xx.2006-cı il tarixədək quraşdırıcı-çilingər vəzifəsində işləməsi, onun əmək kitabçasından savayi, həmçinin, X14 ASC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 11 saylı və “X10 LTD Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən verilmiş 620/10 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışlarda öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışın mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx xxxxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı xx xxxxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı xx xxxxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar