Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5738/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, hərbi hissədə işləyir), iddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “Femida” vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi Kərimov Timur Yusif oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinə qаrşı “57 yaşı tamam olduğuna görə alınmamış 3 illik pensiya ödənişləri hesablanaraq güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi və xx.xx.2017-ci il tarixindən sonra 3 illik yığılan pensiya ödənişini birdəfəlik qaydada ödənilməsi və pensiya kapitalında yığılan məbləği nəzərə alıb hesablayaraq pensiya ödənişləri həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinə qаrşı “57 yaşı tamam olduğuna görə alınmamış 3 illik pensiya ödənişləri hesablanaraq güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi və xx.xx.2017-ci il tarixindən sonra 3 illik yığılan pensiya ödənişini birdəfəlik qaydada ödənilməsi və pensiya kapitalında yığılan məbləği nəzərə alıb hesablayaraq pensiya ödənişləri həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı, güzəştli şərtlərlə pensiyaya çıxmağla əlaqədar Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə rəsmən müraciət edərək qanunvericiliyə əsasən iddiaçının sığorta iş stajı və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışmağı ilə əlaqədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.Cavabdeh xx xxx 2020-ci il tarixli **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” adlı məktubu ilə qanunsuz və əsassız olaraq iddiaçıya güzəştli pensiyanı təyin edilməsindən imtina etmişdir. Cavabdeh məktubunda qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyinə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi mümkün deyil. Halbuki iddiaçının ümümi iş stajını və zərərli işdə iş stajını təsdiq edən və həmin sənədlərə əsasən onun güzəştli şərtlərlə yaşa görə pensiya çıxmaq hüququnun olduğunu sübut edən sənədləri təqdim etmişdir. Belə ki, 1976-1981-ci il tarixlərində o, Baki elektrik texnikumda elektrik qaynaqçı peşəsi ilə bağlı təhsil almışdır. 1978-1980-ci il tarixlərində hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinin “g” bəndinə əsasən “ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti” iş stajına daxil edilir.İddiaçı aldığı peşə ixtisası üzrə əmək fəaliyyətinə Türkmənistan SSR-də başlamış, xx.xx.1981-xx.xx.1982-ci il tarixlərində “Şıtlıkqazstroy” trestində elektrik montyoru olaraq əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarın 2 nömrəli siyahısında “Xİİ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində qeyd olunan 2130302a—19861 kod üzrə “elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” üzrə çalışmışdır. xx.xx.1982-xx.xx.1989-cü il tarixlərində o, həmin müəssisədə “boru kəməri çəkən”, “qazma qurğuların maşinisti” vəzifəsində olaraq çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarın 2 nömrəli siyahısında çalışdığı vəzifə “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində 2130200a—19238 kod üzrə “tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər” və HOOOOOa—13590 kod üzrə “qazma qurğuların maşinisti” qeyd olunub. Bundan əlavə olaraq, xx.xx.1999-cu il tarixdən etibarən və bu günə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində elektrik vəzifəsində işləyir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə tutduğu vəzifə və çalışdığı zərərli işin kateqoriyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarın 2 nömrəli siyahısında “2110A030 —1754a" kod ilə vəzifəsi qeyd olunub.Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiаçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Kərimov iddiaya dair etiraz edərək izahatında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. PT-İ ******* nömrəli xx.xx.1982-ci ildə açılmış əmək kitabçasına əsasən, iddiaçı “Şatlıkqazstroy” 5 saylı trestində xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək üçüncü dərəcəli elektrik vəzifəsində, xx.xx.1982-ci ildə şəxs öz arzusu ilə TSSR ƏMQM 31 maddəsinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Şatlıkqazstroy” trestində xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək ikinci dərəcəli izolyasiya ustası vəzifəsində çalışmışdır. “Şatlıkqazstroy” trestində xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək altıncı dərəcəli sazlayıcı kran maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə iddiaçı öz arzusu ilə TSSR ƏMQM 31 maddəsinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Turkmenqazstroy” trestinin 3 saylı SMU-da xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək altıncı dərəcəli boru sazlayıcı kran maşinisti vəzifəsində çalışmış, xx.xx.1985-ci ildə “Turkmenqazstroy” trestinin 3 saylı SMU sərəncamına verilmək məqsədilə tutduğu vəzifəsindən azad edilmişdir. “Turkmenqazstroy” trestinin 3 saylı SMU-da xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək altıncı dərəcəli boru sazlayıcı kran maşinisti vəzifəsində çalışmışdır. xx.xx.1985-ci ildə “Turkmenqazstroy” trestinin 3 saylı SMU keçirilməklə əlaqədar olaraq TSSR ƏMQM 31 maddəsinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Turkmenqazstroy” trestinin SMUR-da xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək altıncı dərəcəli boru sazlayıcı maşinist vəzifəsində çalışmışdır. xx.xx.1986-cı ildə “Turkmenqazstroy” trestinin 6 saylı SMU keçirilməklə əlaqədar SR ƏMQM 30 maddəsinin 5 bəndinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Şatlıkqazstroy” trestinin 6 saylı SU-da xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək altıncı dərəcəli boru sazlayıcı maşinist vəzifəsində çalışmışdır. xx.xx.1988-ci ildə “Nazibqazstroy” trestinin 2 saylı SU keçirilməklə əlaqədar olaraq TSSR ƏMQM 30 maddəsinin 5 bəndinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Nazibqazstroy” trestinin 2 saylı SU-da xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək altıncı dərəcəli boru sazlayıcı maşinist vəzifəsində çalışmışdır. xx.xx.1989-cu ildə “Turkmenqazstroy” trestinin 6 saylı SMU keçirilməklə əlaqədar olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Turkmenqazstroy” i/c trestinin 6 saylı SMU-da xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək altıncı dərəcəli boru sazlayıcı maşinist vəzifəsində çalışmışdır. xx.xx.1989-cu ildə TSSR ƏMQM 31 maddəsinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. 1 saylı “Selstroy” trestinin 13 saylı PMK-da xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək dördüncü dərəcəli elektrik vəzifəsində çalışmışdır. xx.xx.1989-cu ildə iddiaçı öz arzusuna əsasən Azərbaycan SSR ƏMQM 37 maddəsinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. 1 saylı “Selstroy” trestinin 13 saylı PMK-da Azərbaycan Kommunist Partiyasının 40 illiyi adına Bakı şin zavodunda xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək 4 dərəcəli təmirçi-çilingər kimi avtokamera sexində işləmişdir. xx.xx.1990-cı ildə rezin qarışıqların yayıcısı kimi avtokamera sexinə keçirilmişdir. xx.xx.1993-cü ildə 5 dərəcəli elektrik-çilingər kimi avtokamera sexinə qəbul olunmuşdur xx.xx.1999-cu ildən hal-hazıradək N saylı hərbi hissədə elektrik vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsinin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubuna əsasən, iddiaçının təqdim etdiyi sənədlərə görə onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir,bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik baxımından mümkün hesab edilmir. Hərbi biletin surətinə əsasən, iddiaçı x xxx 1978-ci ildən xx xxxxx 1980-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. BT-043406 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-cı ildən 1981-ci ilədək Bakı baza energetika texnikomunda texnik elektrik ixtisası ilə bağlı təhsil almışdır. Türkmənneftqaztikinti” Dövlət Konserni “Marıneftqaztikinti” trestinin xx.xx.2016-cı il tarixli, 37/4197 nömrəli arxiv arayışında, İddiaçı həqiqətən “Marıneftqaztikinti” trestində işlədiyi göstərilmişdir. “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixli, 01-62 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Bakı Şin zavodunda xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək Avtokamer sexində 2 dərəcəli təmirçi çilingər, xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək avtokamer sexində 4 dərəcəli təmirçi çilingər, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək avtokamer sexində 4 dərəcəli vərdənəçi, xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Avtokamer sexində 5 dərəcəli elektrik çilingəri işləmiş və Bakı Şin zavodu üzrə verilmiş xx.xx.2002-ci il tarixli, 01-k saylı əmrə əsasən Bakı Şin zavodu “xxxx” ASC-yə çevrilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin xx xxxxx 2019cu il, 697 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixədək, N nömrəli hərbi hissədə elektrik vəzifəsində işləyib, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək gəmi elektrik quraşdırıcısı və xx.xx.2018-ci il tarixdən elektrik vəzifəsində işləyir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cu il təvəllüdlüdür, iddiaçı 57 yaşı tamam olduğu tarixdə onun 25 ildən artıq ümümi stajı,12 il 06 ay güzəştli stajının olmasını əsas kimi göstərərək ona 57 yaşdan güzəştli yaşa görə əmək pensiyasının təyin olunması və alınmamış 3 illik pensiya ödənişləri hesablanaraq ödənilməsi üçün inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan güzəştli stajı yoxdur. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əməkpensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosialsığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxudsığortaolunanların ölümü iləəlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışansığortaolunanların:kişilər -60yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55yaşına çatdıqda, azı 20 ilsığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların,peşələrin,vəzifələrin vəgöstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericiliyə görə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasını təyn edilməsi üçün «Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi tarixə, yəni xx.xx.2006-ci il tarixinə 25 il ümumi iş stajı, 12 il 06 ay əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi ilə bağlı staj olmalıdır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 (iyirmi) ildən çox (2 il hərbi xidmətdə olduğu müddət və təhsil müddəti nəzərə alınmaqla) olmasına baxmayaraq o, xx.xx.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan istehsalatlarda və peşələrdə işləməmişdir. Belə ki, iddiaçının işlədiyi fəhlə peşələri: izolyasiya ustası, boru sazlayıcı maşinisti, kran maşinisti Siyada ümumiyyətlə göstərilməmişdir; təmirçi çilingər və elektrik çilingər peşələr isə iddiaçının işlədiyi istehsalatlara görə (Bakı şin zavodu və hərbi hissə) Siyahıya uyğun gəlmir. Buna görə də iddiaçının 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. İddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə tələb olunan güzəştli iş stajı mövcud olmadığına görə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtinası qanuni olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1rşı “57 yaşı tamam olduğuna görə alınmamış 3 illik pensiya ödənişləri hesablanaraq güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi və xx.xx.2017-ci il tarixindən sonra 3 illik yığılan pensiya ödənişini birdəfəlik qaydada ödənilməsi və pensiya kapitalında yığılan məbləği nəzərə alıb hesablayaraq pensiya ödənişləri həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,33, 68,69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinə qаrşı “57 yaşı tamam olduğuna görə alınmamış 3 illik pensiya ödənişləri hesablanaraq güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi və xx.xx.2017-ci il tarixindən sonra 3 illik yığılan pensiya ödənişini birdəfəlik qaydada ödənilməsi və pensiya kapitalında yığılan məbləği nəzərə alıb hesablayaraq pensiya ödənişləri həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-5738/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5738/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver