Məhkəmə qərarları › İş №2-1(112)-5738/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5738/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5738/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı1 və digərlərinin cavabdehlər Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin rəisi X28, Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinə və Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə işləri İdarəsinin rəisi X6 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və s.” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 və digərləri cavabdeh Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin rəisi X28, Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinə və Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə işləri İdarəsinin rəisi X6 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı13 vəzifələrinin icrası ilə bağlı qanunsuz qadağa və müdaxilələrlə bağlı cavabdehlər X23 və X4 hərəkətlərinin qanunsuz hesab edilməklə onlara bu hərəkətlərin edilməsinin qadağan edilməsi; iddiaçılar - gəmi kapitanları İddiaçı2 və İddiaçı3 edilən əmək haqqı ödənişləri və qida pulu ödənişləri kəsirlə ödənilən vaxtdan hesablanmaqla əmrlərinə uyğun olaraq aparılmasının cavabdehlərdən tələb edilməsi; iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı13, İddiaçı2, İddiaçı3, X31, X29, İddiaçı7, İddiaçı8, İddiaçı9, X33, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı19, İddiaçı20, İddiaçı18 hüquqlarının pozulmasına səbəb olmuş boşdayanma ilə bağlı əsassız əmrlərin qanunsuz hesab edilməsi və ləğv edilməsi, əmrin imzalandığı tarixdən məhkəmə qətnaməsi icra olunanadək ödənilmiş əmək haqqının kəsir hissəsinin iddiaçılara ödənilməsi; iddiaçı böyük mexanik İddiaçı18 iş vaxtından artıq saatları ödənişsiz və məcburi işləməsi tələbinin cavabdeh Fuad İsmayılzadəyə qadağan edilməsi və qətnamə qanuni qüvvəyə minən günədək artıq iş saatlarında işləmələrinə görə onlara ödənişlərin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçıların nümayəndəsi və vəkili Vəkil 20.05.2021-ci il tarixdə elektron kabinet vasitəsilə İddiaçı13 aid hissədə iddia ərizəsinə əlavə təqdim edərək onun işdən azad edilməsi barədə 07 may 2021-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsini, məcburi işburaxmaya görə ona əvvəlki, azalmaya qədər aldığı əmək haqqı hesabı ilə əmək haqqının ödənilməsi, Fuad Bağırovdan və Fuad İsmayılzadədən tutulmaqla 2 aylıq əmək haqqı məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21.05.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi İddiaçı13 aid hissədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar 16.06.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfin vəkili və nümayəndəsi mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə işləri İdarəsinin rəisi X5 vəkili iddianın mümkünlük məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər lazımi qaydada məlumatlandırılsa da nümayəndələri vasitəsilə məhkəmədə təmsil olunmamış, məhkəmə digər cavabdehlərin iştirakları olmadan iddinanın mümkünlük məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən Plenum Qərarındakı mövqeyə və inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə ilk növbədə iddianın mümkünlük əsaslarını yoxlamağı zəruri hesab etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıların cavabdeh qismində qoyduqları X39-Xilasetmə Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi nəzərdə tutulsa da həmin orqana qarşı və ümumən cavabdehlərə qarşı hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, inzibati orqanın bilavasitə dövlət qulluqçusu və hərbi qulluqçularla xidməti münasibətləri publik hüquq xarakterlidir, həmin statusda olan şəxslərlə münasibətdə inzibati orqan inzibati fəaliyyəti həyata keçirdiyindən bu münasibətlərdən doğan mübahisələr inzibati məhkəmə icraatında baxılır. Qeyd edilən tələb istər hakimiyyət-tabeçilik prinsipi əsasında təşkil edilən hüquq münasibətlərinin xarakteri, inzibati qanunvericiliyin mahiyyətindən, istərsə də İPM-nin hakimlər, dövlət qulluqçuları və hərbi qulluqçularını nəzərdə tutan 8.1.3-cü maddəsindən irəli gəlir. “Dövlət qulluğu haqqında” Qanunun 2.1-ci maddəsinə görə dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 28.1-ci maddəsinə görə dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Həmin Qanunun 28.7-ci maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmənin 16 aprel 2021-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətindən iş üzrə iddiaçıların dövlət qulluğu vəzifəsində olub-olmaması barədə məlumatların, o cümlədən işəgötürmə barədə əmrlərin təsdiq olunmuş surətləri tələb edilmişdir. Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 29 aprel 2021-ci il tarixli 37/34-00118 nömrəli sorğuya cavabında iş üzrə iddiaçıların işə qəbul haqqında əmrlərindən çıxarışlardan müəyyən olunur ki: -Ağalarova X7 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 26 noyabr 2012-ci il tarixli, 1439/ş saylı əmrinə əsasən X39-xilasetmə Xidmətinin X30 idarəsinin kadr üzrə mütəxəssisi vəzifəsinə qəbul edilmiş və 26 noyabr 2012-ci il tarixindən vəzifəsinin icrasına başlamışdır (26.11.2012-ci il, 0118A/q saylı əmrdən çıxarış). -Nağıyev X18 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 21 aprel 2010-cu il tarixli, 704/ş saylı əmrinə əsasən “VM-1” dəniz dalğıc gəmisinin motorçusu vəzifəsinə təyin edilmiş və 21 aprel 2010-cu il tarixindən vəzifəsinin icrasına başlamışdır (21.04.2010-cu il tarixli, 19/q saylı əmrdən çıxarış). -Hacıyev X2 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 26 noyabr 2012-ci il tarixli, 1441/ş saylı əmrinə əsasən X39-xilasetmə Xidmətinin X30 idarəsinin “TS-2” özü hərəkət etməyən torpaqsoran qurğusunun bagemeysteri vəzifəsinə qəbul edilmiş və 26 noyabr 2012-ci il tarixindən vəzifəsinin icrasına başlamışdır (26.11.2012-ci il tarixli, 118A/q saylı əmrdən çıxarış). -Cəfərov X11 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 26 noyabr 2012-ci il tarixli, 1444/ş saylı əmrinə əsasən X39-xilasetmə Xidmətinin “Təchizat bərəsinin” matrosu vəzifəsinə qəbul edilmiş və 26 noyabr 2012-ci il tarixindən vəzifəsinin icrasına başlamışdır (26.11.2012-ci il tarixli, 118A/q saylı əmrdən çıxarış). -Əliyev X12 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 01 sentyabr 2015-ci il tarixli, 1041/ş saylı əmrinə əsasən X39-xilasetmə Xidmətinin X30 idarəsinin Dispetçeristehsalat bölməsinin mühasibi vəzifəsinə təyin edilmişdir (01.09.2015-ci il tarixli, 086/ş saylı əmrdən çıxarış). -Talıbov X8 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 31 may 2010-cu il tarixli, 026/q saylı əmrinə əsasən xx.xx.1984-cü il təvəllüdlü, X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 01.06.2010-cu il tarixindən müvəqqəti olaraq (6 ay müddətinə) motorçu-matros vəzifəsinə qəbul edilmişdir (31.05.2010-cu il tarixli, 026/q saylı əmrdən çıxarış). -Fərəcov X19 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 29 iyun 2012-ci il tarixli, 60 x/q saylı əmrinə əsasən X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 29.06.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X30 idarəsinin «YG-2» yedək gəmisinə matros- motorçu vəzifəsinə qəbul edilmişdir (29.06.2012-ci il tarixli, 60x/q saylı əmrdən çıxarış). -Qurbanov X24 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 16 aprel 2012-ci il tarixli, 34/q saylı əmrinə əsasən X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 16.04.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X30 İdarəsinin “TS-3”özü hərəkət etməyən torpaqsoran qurğusuna matrosmotorçu vəzifəsinə təyin edilmişdir (16.04.2012-ci il tarixli, 34/q saylı əmrdən çıxarış). -Nəcəfov X25 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 16 aprel 2012-ci il tarixli, 34/q saylı əmrinə əsasən X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 16.04.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X30 İdarəsinin “TS-1” özü hərəkət etməyən torpaqsoran qurğusuna matros-motorçu vəzifəsinə qəbul edilmişdir (16.04.2012-ci il tarixli, 34/q saylı əmrdən çıxarış). -Kərimov X13 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 02 dekabr 2014-cü il tarixli, 87/q saylı əmrinə əsasən X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 03.12.2014-cü il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) DDİİ-nin Yataqxanasına növbətçi vəzifəsinə təyin edilmişdir (02.12.2014-cü il tarixli, 87/q saylı əmrdən çıxarış). -Əliyev X14 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 27 avqust 2012-ci il tarixli, 78/q saylı əmrinə əsasən X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 28.08.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X30 İdarəsinin ərazi istehsalat sahəsinin sahil matrosu-gözətçi vəzifəsinə təyin edilmişdir (27.08.2012-ci il tarixli, 78/q saylı əmrdən çıxarış). -Eyvazov X9 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 27 avqust 2012-ci il tarixli, 78/q saylı əmrinə əsasən X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 28.08.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X30 İdarəsinin ərazi istehsalat sahəsinin sahil matrosu-gözətçi vəzifəsinə təyin edilmişdir (27.08.2012-ci il tarixli, 78/q saylı əmrdən çıxarış). -Nərimanov X15 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 18 fevral 2019-cu il tarixli, 0045/ş saylı əmrinə əsasən müddətli əmək müqaviləsi əsasında 19 fevral 2019-cu il tarixdən Fövqəladə Hallar Nazirliyi X39-xilasetmə Xidmətinin X30 idarəsinin Ərazi istehsalat sahələrinin köməkçi fəhləsi vəzifəsinə təyin edilmişdir (18.02.2019-cu il tarixli, 0045/ş saylı əmrdən çıxarış). -Bağırov X20 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 03 mart 2014-cü il tarixli, 18/q saylı əmrinə əsasən X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 04 mart 2014-cü il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X30 İdarəsinin ərazi istehsalat sahələrinin köməkçi fəhlə vəzifəsinə təyin edilmişdir (03.03.2014-cü il tarixli, 18/q saylı əmrdən çıxarış). -Abiyev X16 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 04 may 2012-ci il tarixli, 39/q saylı əmrinə əsasən X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 04.05.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X30 İdarəsinin təmir sahəsinə çilingər vəzifəsinə təyin edilmişdir (04.05.2012-ci il tarixli, 39/q saylı əmrdən çıxarış). -X1 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 04 dekabr 2012-ci il tarixli, 121/q saylı əmrinə əsasən X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7ci bəndini əsas tutaraq 05.12.2012-ci il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) X30 İdarəsinin təmir sahəsinə elektrik-qazqaynaqçısı vəzifəsinə təyin edilmişdir (04.12.2012-ci il tarixli, 121/q saylı əmrdən çıxarış). -Məmmədov X3 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 12 dekabr 2012-ci il tarixli 0140/ş saylı əmrinə əsasən müddətli əmək müqaviləsi əsasında 13.12.2016-cı il tarixdən X39-xilasetmə Xidmətinin X30 idarəsinin Avtonəqliyyat sahəsinin sürücüsü vəzifəsinə təyin edilmişdir(12.12.2016-cı il tarixli, 0140/ş saylı əmrdən çıxarış). -İddiaçı12 Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 16 dekabr 2016cı il tarixli 0143/ş-A saylı əmrinə əsasən müddətli əmək müqaviləsi əsasında 19.12.2016-cı il tarixdən X39-xilasetmə Xidmətinin X30 idarəsinin Avtonəqliyyat sahəsinin sürücüsü vəzifəsinə təyin edilmişdir (16.12.2016-cı il tarixli, 0143/ş-A saylı əmrdən çıxarış). -Əsgərli X26 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 01 oktyabr 2019-cu il tarixli, 0217/ş saylı əmrinə əsasən müddətli əmək müqaviləsi əsasında 02 oktyabr 2019-cu il tarixdən X39-xilasetmə Xidmətinin X30 idarəsinin Təsərrüfat sahəsinin müxtəlif ixtisaslar üzrə fəhləsi vəzifəsinə təyin edilmişdir (01.10.2019-cu il tarixli, 0217/ş saylı əmrdən çıxarış). -Cəfərova X22 Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 25 noyabr 2013-cü il tarixli, 98/q saylı əmrinə əsasən X39-xilasetmə Xidməti haqqında Əsasnamənin 5-ci maddəsinin 16.7-ci bəndini əsas tutaraq 25.11.2013-cü il tarixindən müvəqqəti olaraq (2 ay müddətinə) DDİİ-nin kargüzar vəzifəsinə təyin edilmişdir (25.11.2013-cü il tarixli, 98/q saylı əmrdən çıxarış). Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin 21 may 2021-ci il tarixli, 37/34-00135 saylı sorğuya cavab məktubunda Xidmətin X30 İdarəsinin əməkdaşları İddiaçı1 və digərlərinin tələbinə dair 2-1(112)-5738/2021 saylı işin məhkəmə icraatı əlaqədar bildirilmişdir ki, məktubda adları qeyd olunan 20 nəfər əməkdaş dövlət qulluqçusuna malik deyildir. Bundan əlavə, məhkəmə iddiaçıların adlarının Dövlət Qulluqçularının Reyestrinə daxil edilib-edilməməsi ilə bağlı məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə müraciət etmişdir. X27 16.06.2021-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2ci hissəsinə əsasən Dövlət Qulluqçuları Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda X39-Xilasetmə Xidmətinin Aparatı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan dövlət orqanı kimi nəzərdə tutulmuşdur. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, sorğuda adı çəkilən şəxslər barədə heç bir məlumat Dövlət Qulluqçularının Reyestrinə daxil edilməmişdir. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçılar dövlət qulluqçusu deyillər, inzibati orqanla münasibətləri dövlət qulluğu ilə bağlı deyil, tərəflər arasındakı münasibətlər əmək müqavilələri ilə tənzimlənir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzrə mübahisə bilavasitə işəgötürənlə əmək münasibətlərindən irəli gələn mülki hüquq xarakterlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə publik hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-nin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-nin 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçıların hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı1 və digərlərinin cavabdehlər Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin rəisi X28, Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinə və Azərbaycan Respublı̇ kası Fövqəladə Hallar Nazirliyinin X39-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə işləri İdarəsinin rəisi X6 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar