Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5739/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətinə qarşı “etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 23.09.2019cu il tarixdən 18.0.2019-cu il tarixədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X3 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, 03.03.2021-ci il tarixində iddiaçı ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əsl cavabdeh Azərbaycan Rerspublikası Dövlət İmtahan Mərkəzi ilə əvəz edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli qəradadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli qəradadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı 23.09.2019-cu il tarixdən 18.0.2019-cu il tarixədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X3 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə göndərildikdən sonra həmin məhkəmənin 2-1(112)-5739/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “məlumatların Dövlət Reyestrinə daxil edilməsi” tələbinə dair iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(103)-1522/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı 23.09.2019-cu il tarixdən 18.0.2019-cu il tarixədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X3 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəməyə qaytarıldıqdan sonra məhkəmə iclası 27.10.2021-ci il tarixə təyin edilərək bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında İddiaçı “cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin əsl olan cavabdeh Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidməti ilə əvəz edilərək İddiaçı Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidməti ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının (İddiaçı) müvafiq vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Həmçinin, həmin tarixli məhkəmə iclasında məhkəmə ərazi aidiyyət məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin predmetini iddiaçı ilə cavabdeh Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidməti arasında etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının (İddiaçı) müvafiq vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi təşkil etdiyindən, hazırkı iddia tələbi üzrə mübahisəyə İPM-in 8.1.3-cü maddəsinin müddəaları tətbiq edilməklə baxılmalıdır. Göründüyü kimi, hazırkı mübahisə inzibati orqanla dövlət qulluqçu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan, yəni qulluqkeçmədən yaranan (etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının (İddiaçı) müvafiq vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi) mübahisə olduğundan, həmçinin İddiaçı qeydiyyat ünvanı ünvan 1zi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə müvafiq olaraq fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Beləliklə mövcud qanunvericilik şəxsin bir neçə yaşayış yerinin olmasını mümkün saysa da, eyni zamanda şəxsin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsinə şərait yaratmaq məqsədi ilə onun yaşayış yeri üzrə 10 gündən gec olmayaraq müddətdə qeydiyyata alınması üçün müvafiq qaydada müraciət etməsini onun üzərinə vəzifə qoyur, həmçinin Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilməsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırkı mübahisə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır və iddiaçının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə (AZEMİS elektron məhkəmə sistemindən çıxarış) əsasən onun yaşayış yeri (qeydiyyatda olduğu ünvan) Gəncə şəhəri, Məhrəsə Bağı küçəsi, bina 22, mənzil 40 ünvanıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə mübahisəyə İPM-in 8.1.3-cü maddəsinin müddəaları tətbiq edilməklə, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu yerin müvafiq məhkəməsində, yəni Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibatiiqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Naxçıvan Muxtar Respublikasının İnzibati-iqtisadi Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı mübahisə inzibati orqanla dövlət qulluqçu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan, yəni qulluqkeçmə ilə bağlı yanan mübahisə olduğundan və İddiaçı qeydiyyat ünvanı ünvan 4yyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətinə qarşı “23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidməti ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının müvafiq vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5739/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5739/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5739/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver