Məhkəmə qərarları › İş №2-1(112)-5739/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5739/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5739/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı6, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Davidovnanın, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “tikinti işlərinin aparılmasının qadağan olunması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Davidovna, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan Bakı şəhəri, Qara-çuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 5 ünvanında yerləşən coxmənzilli yaşayış binasının yerləşdiyi və ümumi istifadələrində olan ərazidə aparılan qanunsuz işlərin (dəmir hasara alma, yolları qazma, binanın həyətində uşaqların oynaması üçün nəzərdə tutulan sahə qazılaraq hasara alınma, sakinlərin gedişgəlişinə maneələr yaradılma və.s.) dayandırılması və ərazinin əvvəlki vəziyyətində bərpa edilməsinin təmin edilməsi vəzifəsinin Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsində göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Qara-çuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 5, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 66 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,70 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 058584 saylı Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 38 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 73,70 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ******* saylı Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı5, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ******* saylı Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 67,7 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı6, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 143380 saylı Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 47 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı7, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ******* saylı Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 51 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı8, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 59,33 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı9, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 004196 saylı Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 47 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı10, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 17661 saylı Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 47 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı11, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı Çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 60,9 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı12, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ******* saylı Çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 69 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı13, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, ******* saylı Çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 79,9 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı14 mülkiyyətindədir. Son vaxtlar "xxxx" Mənzil Tikinti Kooperativi adlanan təşkilat tərəfindən onların yaşadığı və mənzil mülkiyyətçisi olduğu Bakı şəhəri, Qara-çuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 5 ünvanında yerləşən coxmənzilli yaşayış binasının ətrafı dəmir hasara alınır, yollar qazılır, binanın həyətində uşaqların oynaması üçün nəzərdə tutulan sahə qazılaraq hasara alınır, sakinlərin gediş-gəlişinə maneələr yaradılır. Bununla sakinlər üçün narahatlıq yaradaraq onlarla bina tikilməsi üçün razılığa gəlmələrinə məcbur etmək istəyirlər. Bu qanunvericiliyin tələblərinə tamamilə ziddir. Heç bir əsası olmadan hasar çəkib sakinlər üçün manelər yaradılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaya dair etirazı məhkəməyə daxil olmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılara qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçılar İddiaçı1 və İddiaçı6 istisna olmaqla digər iddiaçılar məhkəmə iclasında iştirak təmin etməmişlər və iştirak etmədiklərinin səbəbləri barədə barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə digər iddiaçıların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçılar İddiaçı6, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaqla təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İddiaçı1 izahatında iddianı qəbul etməyərək, mübahisəli ərazidə aparılan söküntü və tikinti işlərinin rayon icra hakimiyyətinə heç bir aidiyyatının olmadığını bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçıların, iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarıını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı1 ünvanlanmış 5-20/2-238/2023 saylı məktubda qeyd olunmuşdur ki, hal-hazırda yaşadıqları binanın ətrafında heç bir iş görülmür. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğuya əsasən Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 276 №li, xx.xx.2022-ci il tarixli sərəncamdan (surəti) müəyyən olunur ki, ünvan 13 ünvanlarda, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.24 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiiyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi və məhəllədaxili paylayıcı qaz xətti ilə bağlı məsələlələrin həll edilməsi şərti ilə yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün "xxxx" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş AN seriyalı 915367 №-li, xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən müəyyən olunur ki, ünvan 14 ünvanında yerləşən dövlət mülkiyyətində olan 1.24 ha (faktiki sahəsi 1.2217 ha) olan torpaq sahəsi "xxxx" Mənzil Tikinti Kooperativinin icarəsinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 15 ünvanında yerləşən dövlət mülkiyyətində olan yaşayış məntəqləri təyinatlı 1.2217 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdən 49 (qırx doqquz) il müddətinə icarəyə verilməsinə dair hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlak dövlət reyestrində 1150 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində "xxxx" Mənzil Tikinti Kooperativinin adına qeydə alınmışdır. Hazırda iddiaçılar iddia ərizəsində mülkiyyətlərində olan Bakı şəhəri, Qara-çuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 5 ünvanında yerləşən coxmənzilli yaşayış binasının yerləşdiyi və ümumi istifadələrində olan ərazidə aparılan qanunsuz işlər (dəmir hasara alma, yolları qazma, binanın həyətində uşaqların oynaması üçün nəzərdə tutulan sahə qazılaraq hasara alınma, sakinlərin gediş-gəlişinə maneələr yaradılma və.s.) nəticəsində hüquqlarının pozulduğunu göstərərək, həmin işlərin dayandırılması və ərazinin əvvəlki vəziyyətində bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər). İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3-cü bəndində Yerli icra hakimiyyəti başçısının Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində vəzifələri müəyyən olunmuşdur: 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; 3.11.2. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; 3.11.3. rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikintiplanlaşdırma layihələri) təsdiq edir; 3.11.4. şəhər inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edir; 3.11.5. yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:

1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;

2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını;

3. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;

4. habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;

5. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini; 3.11.5-1. Tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, tabeliyindəki dövlət qoruqlarının ərazilərində aparılan tikinti işləri ilə bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində aparılan tikinti işləri ilə bağlı isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət edir; 3.11.5-2. şəhərlərdə, şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə ərazi nəzarət bölgüsünü aparır, həmin nəzarət bölgüsü üzrə icra hakimiyyətinin işçilərindən məsul şəxsləri təyin edir, onların əlaqə nömrələrinin və elektron poçt ünvanlarının icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir. 3.11.6. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir; 3.11.7. müvafiq inzibati ərazi vahidində daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasını formalaşdırır və yeniləşdirilməsini təmin edir; 3.11.8. prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların adının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini 3 (üç) gün müddətində məlumatlandırır; 3.11.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 35-ci, 74.2ci, 75-ci, 80-ci və 102-ci maddələrində nəzərdə tutulmuş müvafiq məlumatları Tikintilərin Dövlət reyestrinə təqdim edir. Göstərilən normanın məzmununda yerli icra hakimiyyətlərinin fəaliyyət istiqamətləri müəyyən olunmuşdur. Həmin normaların məzmunundan da aydın olduğu kimi hazırkı tələbin icrası cavabdehin səlahiyyətində deyil və iddia düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Davidovnanın, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, X2, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “tikinti işlərinin aparılmasının qadağan olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar